Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə211/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   207   208   209   210   211   212   213   214   ...   314

 

426 


qib  edilmiş  və  XII  əsrdə  tarix  səhnəsindən  silinmişlər.  Qəznəvi  sultanı Mah-

mud Qəznəvi (998-1030) qərmətiləri və İsmaililəri amansız təqib edirdi. 1029-

cu ildə onun qoşunları Rey şəhərinə hücuma keçdi və burada baş verən döyüş-

də  çoxlu  sayda  yerli  qərmətilər  qılıncdan  keçirildi.  Sultan  Mahmud  Qəznəvi 

Xo

rasanda, Multanda və Pəncabda qərmətilərin kökünü kəsmək üçün mühüm 



tədbirlər həyata keçirdi. 

Yaxın və Orta Şərqdə mühüm dini-siyasi və ictimai hərəkat olan qərmətilik 

is

lamda  bir  çox  bidətlərin  banisi  olmuş,  islam  ehkamlarının  dəyişdirilməsinə 



cəhd  göstərmişlər. Təbliğatlarında zülm və təzyiqləri qaldıraraq  yerinə ədalət 

və  bərabərliyi  qoyacağını  vəd  edən  qərmətilik  hərəkatı  bu  iş  üçün  xüsusi  bir 

proq

ram tətbiq edə bilmədiyi kimi cəmiyyətə torpaq mülkiyyəti vermə qanunu-



nu da uzun müddət davam etdirə bilmədi. Əbu Səid əl-Cənnabi ölkə ilə əlaqə-

dar əhəmiyyətli qərarların verilməsini qabaqda gələn dövlət vəzifələrinin mey-

da

na  gətirdiyi  bir  məclisə  tapşırmışdı.  Bu  məclisin  ən  əhəmiyyətli  üzvü  olan 



Həsən ibn Sənbər güclü bir ailənin lideri və Əbu Səid əl-Cənnabinin qayınatası 

idi.  Əbu  Səidin  ölümündən  sonra  yerinə  böyük  oğlu  Səid  keçdi.  Daha  sonra 

Əbu Səid əl-Cənnabinin nəvələri “əs-Sadatur-Ruəsa” adı ilə məclisə girdilər. 

Əbu Səid zamanından cəmiyyətdə Hz.Peyğəmbərin (s) peyğəmbərliyinə ina-

nılıb islamın gətirdiyi içki qadağasını ortadan qaldırmaqla yanaşı namaz, oruc və 

di

gər ibadətlərdən imtina edilmiş və Məkkədən Lahsaya gələn hacılar üçün zən-



gin bir iranlının tikdirdiyindən başqa bütün məscidlər dağıdılmışdı.

629


 On

lar Əbu 


Səid öldükdən sonra təkrar dünyaya dönəcəyi əqidəsini də qəbul edirdilər.

630


 

Qərmətilərin Multan və Sind bölgəsindəki hakimiyyətinə Muizzuddin Mu-

həmməd son qoydu. 1173-cü ildə Qəznəli Qiyasəddin Muhəmməd tərəfindən 

verilən  sultan  ünvanı  ilə  buranı  idarə  edən  Muizzuddin  Muhəmməd  1175-

1176-

cı illərdə (hicri 571) Multan və Yuxarı Sind Krallığının torpaqlarını ələ 



ke

çirdi.  Muizzuddin  Muhəmməd  1182-ci  ildə  (hicri  578)  Sində  daxil  olaraq 

Aşağı Sind bölgəsini qərmətilərdən təmizlədi. 

Qərmətilərin dini doktrinası Batiniyyənin dini anlayışları ilə paralellik ifa-

də edir. 

 

Qərmətilərin inanc əsasları 

Qərməti doktrinasında nur əhəmiyyətli bir yer tutur. Başlanğıcda və sonda 

tək və vahid olan Allahın şəxsi “parıltılı nur” ilə “qahir nur”un etdiyi ülvi bir 

nurdur. Qahir nurdan külli ağıl və kainatın nəfsi ortaya çıxır. Kainatın nəfsi nə-

bi, imam və seçmələrin ağılları kimi bəşəri ağıllara qaynaqlıq edər, digər ağıl-

lar isə yox olmağa məhkumdur. Parıltılı nur ikinci dərəcədə olub göydəki fə-

ləklər və yerdəki cisimlər kimi müxtəlif görünüşlər verə bilən qaranlıqla əlaqə-

dar nuru yaxud maddəni meydana gətirər. Külli ağıl sabiq yaradıcı vəziyyətin-

629


 Diyanet İslam Ansiklopedisi, Karmatilər maddəsi. 

630


Nasir Xosrov, Səfərnamə, nəşr; M. Qənizadə, Berlin-1340, səh-123-126. 

                                                           




  

427 


dədir.  İmam  külli  ağılın  süfli  aləmdəki  nümayəndəsidir,  bundan  ötəri  ibadət 

Allahın özü ilə hicablandığı, digər bir ifadə ilə şəklə bürünən və ilahi xüsusiy-

yətlər daşıyan imama təsis edilmişdir. 

Qərmətilərə  görə  peyğəmbər  qüdsi  və  saf  qüvvət  intiqal  edən  adamdır. 

Vəhy  gətirən  isə  Cəbrail  deyil  peyğəmbər  üzərinə  daşan  ağıldır.  Quran  Mu-

həmmədin (s) külli ağıldan gələn məlumatları ortaya qoyduğu öz ifadələrindən 

mey

dana gələr. Bu baxımdan Quranın Allahın kəlamı deyə adlandırılması mə-



ca

zi mənadadır. 

IX  əsrin  sonlarında  qərmətilərin  inkişaf  etdirdiyi  əsl  doktrinaya  görə  Mu-

həmməd ibn İsmail əl-Məktum yeddinci natiq olaraq zühur etmişdir. Bünövrə-

sin

də təzadlar daşıyan bu doktrina dünyanın yaranmasından etibarən insanlığın 



di

ni tarixini kəşf, fitrət və sətr dövrələrini ehtiva edən yeddili bir sistem çərçivə-

sində mütaliə etmişdir. Kəşf dövründə yaxşılıq hakim olduğu üçün zahir şəriətə 

ehtiyac  yoxdur.  Bunun ardınca  gələn fitrət dövründə  yaxşılıq xalq içərisindəki 

gücünü itirir və şəriət məhvə uğrayır. Sətr dövrəsində isə peyğəmbər vəhyi dərk 

edib şəriəti ortaya qoyur və qəyyumunu təyin edir. Bu son dövrdə imamlar gizli 

qalarlar. Xalq onların ortaya çıxışına hazır olunca zühur edib əvvəlki şəriəti ləğv 

edər və yeni dövrü başladarlar. Bu dövrlər ruhların maddədən qurtarıb külli nəfsə 

dön

məsinə qədər təkrarlanacaqdır. Hər yeddili dövrə peyğəmbər yaxud qərməti-



lərin ifadəsi ilə “natiq” lə başlar. Natiqdən sonra gələn altı imam isə natiqin kitab 

və şəriətinin zahiri və batini gerçəkliklərini mühafizə ilə öhdəçiliklidir. Hər nəbi-

nin dövründəki altı imamı izləyən yeddinci adam gələcək dövrənin natiqi mərtə-

bəsinə yüksəlib əvvəlki şəriəti ləğv edər və  yeni bir dövrəni başladar. İlk pey-

ğəmbər  Hz.Adəmdən  (ə)  sonra  gələn  yeddi  qəyyum  və  ya  imamın  sonuncusu 

Hz.Nuhdur 



(ə). Nuh natiq olması hesabı ilə Adəm (ə) dövrünün qanunlarını orta-

dan qaldıraraq yeni bir dövrün əsasını qoymuşdur. Nuhdan (ə) sonra gələn vəsi-

lərin  yeddincisi  olan  İbrahim  də  natiq  olması  səbəbindən  köhnə  dövrəni  ləğv 

edib yeni 

bir dövrü tətbiq etmişdir. Daha sonra sıra ilə Musa (ə), İsa (ə) və Mu-

həmməd (s) dövrəsi üçün də eyni vəziyyət başlamışdır. Peyğəmbərin (s) ardın-

dan gələn Əli (ə), Həsən (ə), Hüseyn (ə), Zeynulabidin (ə), Muhəmməd Baqir (ə) 

və Cəfər əs-Sadiqdən (ə) sonra yeddinci adam olan imaməti özünə intiqal edən 

Mu

həmməd ibn  İsmail əl-Məktum  yeni dövrün natiqi,  yəni peyğəmbəri olaraq 



özün

dən əvvəlki bütün şəriətlərin hökmlərini ortadan qaldırmış, əvvəlki dinlərin 

giz

li həqiqətlərini elan və ifşa etmiş, yeddinci və son natiq, eyni zamanda Qaim 



və Mehdi olması səbəbindən qiyamətə qədər sürəcək son dövrənin əsasını qoy-

muşdur. O, yeni bir şəriət gətirməmiş, lakin özünə gələn ilahi vəhy daha əvvəlki 

pey

ğəmbərlərə göndərilən xəbərlərin hamısının kənarındakı batini gerçəkləri eh-



tiva et

mişdir. Bu dövrdə yaşayanlar artıq hər hansı bir şəriətə möhtac olmayacaq, 

çün

ki son dövrün qaimi olan Muhəmməd ibn İsmail bütün aləmi idarə edib mə-



nəvi ehtiyaclarını qarşılayacaqdır.

631


 

631


Diyanet İslam Ansiklopedisi, Karmatilər maddəsi. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə