Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə206/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   202   203   204   205   206   207   208   209   ...   314

 

416 


Hicrətin 169-cu ilində (miladi 786) xəlifə Hadinin dövründə baş verən Fəxx 

fa

ciəsindən sağ çıxan İdris ibn Abdullah Məhz Hicazdan qaçaraq əvvəlcə Misirə 



ora

dan da Məğribə gedib, yerli xalqın dəstəyi ilə hicrətin 172-ci ilində (miladi 786) 

İdrisioğulları  dövlətinin  əsasını  qoymuşdur.  Fəxx  Məkkə  ilə  Mədinə  arasında, 

Məkkədən  5,5 km. Məsafədə  yerləşən bir məntəqənin  adıdır.  İslam  peyğəmbəri 

Hz.Mu

həmməd (s) və onun pak Əhli-beyti (ə) burada dəhşətli bir faciənin baş ve-



rəcəyini qabaqcadan xəbər vermişlər. İmam Baqir (ə) buyurur: “Hz.Peyğəmbər (s) 

bu məntəqədən keçərkən, orada dayanıb namaz qıldı. Hz.Peyğəmbər (s) namazın 

bi

rinci rəkətini bitirib ikinci rəkətə keçərkən birdən-birə ağlamağa başladı. Namazı 



bi

tirdikdən sonra səhabələr ondan ağlamağının səbəbini soruşdular. Hz.Peyğəm-

bər (s) buyurdu: “Cəbrail (ə) gəlib mənə xəbər verdi ki, sənin övladlarından biri 

bu

rada şəhid olacaq. Onunla birlikdə olanların iki şəhid qədər savabları vardır”.



614

 

Həmçinin İmam Sadiq (ə) həccə səfər edən zaman burada mənzil salmış və namaz 



qılmışdı. Yanındakılar bunun səbəbini soruşduqda həzrət buyurmuşdur: “Burada 

əhli-beytimizdən bir nəfər şəhid ediləcəkdir. Onların ruhları bədənlərindən əvvəl 

cənnətə gedəcəkdir.”

615


 

İmam Cavad (ə) Fəxx faciəsi haqqında belə buyurmuşdur: 

“Biz əhli-beytin Kərbəladan sonra Fəxxdən böyük qətlgahı yoxdur”.

616


 

Şimali  Afrikada  yerləşən  Məğribdə  əsasən  bərbər  tayfaları  yaşayırdılar. 

İdris əvvəlcə Tunis ərazisində təbliğat aparmışdı. Təbliğat nəticəsində xeyli in-

san onun ətrafına toplaşmış və onu özlərinə lider seçmişlər. Burada xəlifə olan 

İdris ilk öncə xarici dəstələrlə vuruşmalı olmuşdu. Çünki burada xarici əqidə-

sinə mənsub olan çoxlu sayda xaricilər yaşayırdı və onlar İdris üçün ən böyük 

maneə idi. Xarici dəstəsini məğlub edən İdris quruculuq işləri ilə məşğul oldu 

və  Fas  şəhərini  saldıraraq  buranı  İdrisilər  dövlətinin  paytaxtı  elan  etdi.  Qısa 

müd

dət ərzində inkişaf edən Fas dünyanın ən məşhur şəhərləri arasına daxil ol-



du.

617


 

Xilafətin müxtəlif bölgələrində olan insanlar, xüsusilə seyidlər və əhli-

beyt  tərəfdarları  bu  şəhərə  üz  tutdular.  İdrisilər  dövlətinin  varlığına  son  qoy-

maq istəyən Abbasi xəlifəsi Harun ər-Rəşid (786-809) casuslarından birini Fas 

şəhərinə göndərərək hicrətin 177-ci ilndə (miladi 793) I İdrisi zəhərləyərək şə-

hid etdi. Onun ölümündən sonra yerinə hələ anasının bətnində olan oğlu II İdris 

(793-

828)  keçdi.  İlk  sıralarda  dövlətin  idarəsinə  Raşid  adlı  bir  şəxs  baxırdı. 



Raşidin ölümündən sonra Əbu Xalid adlı bir nəfər II İdrisə böyüyüb idarəni ələ 

ala


na qədər baxdı və onu yetişdirdi. Sonra İİ idris Darul-Qaytun deyilən möv-

qe

də əl-Aliyə şəhərini qurdu. Hicrətin 213-cü ilində (miladi 828) II İdrisin ölü-



mün

dən sonra yerinə oğlu Məhəmməd ibn İdris (828-836) keçdi. 

II İdris vəzirlik, katiblik və qazılıq kimi vəzifələri quraraq dövlətini ərəb-

islam dövləti tərzində təşkilatlandırdı və həyata keçirdiyi fəthlərlə ölkənin sər-

614

 Hüseyn Dərgahi, Mənahilul-Əbrar fi təlxisi Biharil-Ənvar, VIII cild, səh-356. 



615

 Hüseyn Dərgahi, Mənahilul-Əbrar fi Təlxisi Biharil-Ənvar, VIII cild, səh-356-357. 

616

Şeyx Abbas Qummi, Müntəhal-Amal, II cild, səh-313. 



617

 Yılmaz Öztuna, İslam Devlətləri, Ankara-1989, I cild, səh-209. 

                                                           



  

417 


hədlərini  genişləndirib  İdrisiləri  Məğribi-Əqsanın  ən  güclü  dövlətlərindən 

birinə çevirdi. 817-818-ci illər Kordovada və 824-826-cı illərdə Tunisdə mey-

da

na  gələn üsyanlar nəticəsində qaçaraq Fasa  gələn ərəblərin dövlətin ali or-



qan

larında  vəzifələndirilməsiylə  İdrisilərin  ərəb  xarakteri  gücləndi. Dövlətin 

sərhədləri şərqdə Şelif çayına (Cəzair) və Cənub Fasda Susa qədər uzanmaqda 

idi.  Ancaq  onun  vəfatından  dərhal  sonra  xanədan  parçalandı.  Vəliəhd  olaraq 

ye

rinə keçən böyük oğlu Məhəmməd ölkəni on iki qardaşından səkkizi ilə pay-



laşdı.  Məhəmmədin  dövründə  İdrisi  ailəsi  arasında  anlaşılmazlıq  yarandı.  İsa 

ibn İdris dövlətin başında olan qardaşı Məhəmməd ibn İdrislə döyüşə girdi. 

İsa  ibn  İdris  qardaşı  Məhəmmədə  qarşı  apardığı  mübarizədə  şərq  tərəfdə 

va

li  olan  digər  qardaşı  Qasim  ibn  İdrisdən  faydalanmaq  istədi.  Lakin  Qasim 



onun istəyini rədd etdiyi üçün o, Miknasın valisi olan digər qardaşı Ömərdən 

mək istədi. Ömərdən  kömək alan  İsa iki qardaşını da Əzmur və şərq  tərə-



fində məğlubiyyətə uğratdı.

618


 

Məhəmməd Tilisman və ətrafını Süleyman ibn İdrisə buraxıb paytaxt Fas 

və ətrafını özünə ayırdı. Bu tətbiq qısa müddətdə mərkəzi nüfuzu zəiflətdi və 

hər biri muxtariyyət arzusunda olan məhəlli əmirliklərin ortaya çıxmasına zə-

min ha

zırladı. Məhəmmədə qarşı ilk üsyan edən Azammur, Taməsna, Şala və 



Sele

yə hakimlik edən qardaşı İsa oldu. Məhəmməd bu üsyanı yatırmağı qardaşı 

Qasi

mə tapşırdı. Lakin Qasim bu işi qəbul etmədiyi üçün Məhəmməd bu işi Rif 



böl

gəsinin hakimi qardaşı Ömərə tapşırdı. Ömər əvvəlcə İsanı, sonra isə Qasi-

mi məğlub edərək onlara aid torpaqları ələ keçirdi. 835-ci ildə Ömərin ölümün-

dən  sonra  Məhəmməd  ona  aid  olan  torpaqları  üç  oğlu  arasında  bölüşdürdü. 

836-

cı  ildə  Məhəmmədin  ölümündən  sonra  yerinə  doqquz  yaşlı  oğlu  I  Əli 



(836-

849) keçdi. Yetkinlik yaşına çatdıqdan sonra idarəçiliyi ələ alan I Əli hic-

rətin 234-cü ilində (miladi 849) öldü.Yerinə keçən qardaşı I Yəhya (849-863) 

ida


rəçiliyi ilə dövlətin gücünü artırdı. Paytaxt Fas onun dövründə xeyli inkişaf 

etdi.  Fasda  və  digər  mərkəzlərdə  abadlıq  fəaliyyətləri  və  ticari  həyat  da  əhə-

miy

yətli inkişafa nail oldu. I Yəhyanın ölümündən sonra yerinə keçən oğlu II 



Yəhya (863-866) zamanında ölkədə sabitlik pozuldu və baş verən qarışıqlıqlar 

öl

kəni dağılmağa doğru sürüklədi. Başı əyləncəyə qarışan II Yəhyaya qarşı üs-



yan edən Əbdürrəhman  ibn Əbu Səhl onu saraydan qaçmağa məcbur  etdi.  II 

Yəhya bir müddət sonra hicrətin 252-ci ilində (miladi 866) vəfat etdi. 

Onun  ölümündən  sonra  hakimiyyəti  II  Əli  ibn  Ömər  (866-?)  ələ  keçirdi. 

Be

ləcə hakimiyyət eyni ailənin Ömər ibn İdris qoluna keçdi. II Əli bir müddət 



sonra qüvvətli bir xarici üsyanı ilə qarşılaşdı. Sufriyyə xaricilərindən Abdurrəz-

zaq əl-Fihri bəzi mərkəzləri ələ keçirərək II Əlini də məğlub etdi. II Əli Əvrəbə 

qəbiləsinə sığındı. Fasa daxil olan Abdurrəzzaq xalqın beyətini aldı. O təslim 

ol

mayan Karaviyyin xalqına qarşı Yəhya ibn Qasim ibn İdrisi şəhərə çağırdı. 



Fasa gələrək xariciləri paytaxtdan çıxaran III Yəhya (?-904) həm şəhər xalqının 

618


Mahmud Şakir, Hz. Adəmdən bu günə İslam Tarixi, IV cild, səh-366. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə