Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə234/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   230   231   232   233   234   235   236   237   ...   314

 

476 


On beşinci Hind səfəri: On üçüncü Hind səfərində itaət etməyən racalar üzə-

rinə on beşinci Hind səfərini edən Sultan Mahmud onları itaət altına almışdır.

705

 

On altıncı Hind səfəri 1025-1026: Sultan Mahmudun Hindistana etdiyi ən 



mühüm 

səfərlərindən biri də Somnat səfəridir. Bura Hindistanın qərb sahilin-

dəki Katxi yarımadasında yerləşən bir şəhərdir. Burada Sivaya aid müqəddəs 

bir məbəd və büt var idi. Bu bütə on min kənd vəqf edilmişdir. Buradakı büt 

tün bütlərin böyüyü idi. 



Sultan Mahmud bu inancı yıxmaq və qənimətləri ələ keçirmək üçün yola 

çıxdı. Əvvəlcə Multana, oradan Tar çölünü keçərək 1026-cı ildə Somxata çatır. 

Üç günlük mühasirədən sonra şəhəri ələ keçirən Sultan Mahmud məbədin üzə-

rin


də azan oxutdurduqdan sonra bütü dörd yerə bölüb Qəznəyə götürür. Ələ ke-

çir


diyi qənimətləri iki yüz min at və qatıra yükləyərək 1026-cı ilin noyabrında 

Qəznəyə döndü. 

Sultan Mahmud on yeddinci Hind səfərini Somxatdan qayıdarkən yol kə-

sən Çatlar qövmünə qarşı edərək onları bitərəf etdi.

706

 

  



Sultan Mahmud və Qaraxanlılar 

Qaraxanlı əmiri Nəsr ibn Əlinin Buxarını ələ keçirib Samani dövlətinə son 

qoy

masından sonra Ceyhun çayı sərhəd olmaqla bu iki dövlət arasında dostluq 



əlaqələri qurulmuş, hətta Sultan Mahmud Nəsr Xanın qızı ilə evlənmişdir. La-

kin çox keçmədən 1006-cı ildə Mahmudun Multan səfərində olmasından isti-

fadə edən Nəsr Xan Xorasanı işğal etmişdi. 

Bundan xəbər tutan Sultan Mahmud dərhal Multan səfərindən qayıdıb Qa-

ra

xanlı ordusunu məğlub edərək Xorasanı geri almışdır. 



Lakin Xorasandan əl çəkmək istəməyən Nəsr Xan Hotan hakimi Yusif Qa-

dir  Xandan  aldığı  ordu  ilə  birləşərək  Xorasana  doğru  hərəkət  etdi.  İki  ordu 

Bəlx yaxınlığındakı Qatar ovalığında qarşılaşdı. Miladi 1008-ci ildə (hicri 398) 

baş verən döyüşdə Qəznə ordusu qalib gəldi. 1013-cü ildə (hicri 403) Nəsr ibn 

Əlinin ölümündən sonra onun yerini tutan Əbu Mənsur Arslan Xan Qəznəlilər-

lə sülh bağladı. 

Daxili qalmaqalları yoluna qoyan Qaraxanlı hökmdarları Yusif Qadir Xan 

ilə Mənsur Xorasanı ələ keçirmək üçün yenidən ordu toplasalar da bu ordu da 

Bəlx yaxınlığında 1019-cu ildə (hicri 409) Sultan Mahmud tərəfindən məğlub 

edil


di. Eyni ildə Xarəzmə doğru hərəkət edərək  paytaxt Gurgənci ələ keçirib 

Məmunilər xənadanına son qoydu. 

Həyatının  böyük  bir  hissəsini  döyüş  meydanlarında  keçirən  Sultan  Mah-

mud 1030-

cu ildə (hicri 421) Qəznədə vəfat etmişdir. 

Sultan Mahmud vəfatından qabaq Qəznə dövlətini iki oğlu Məhəmməd ilə 

Məsud arasında bölmüşdü. Qəznə, Xorasan, Bəlx və şimali Hindistanı Məhəm-

705


Mərcil, Qəznəlilər Dövləti Tarixi. Səh-22-26. 

706


Kafəs oğlu, Mahmud Qəznəvi, İA, VII cild, səh-174-180. 

                                                           




  

477 


mədə, Rey, İsfəhan və Cibalı isə Məsuda vermişdi. Lakin Məsudun bununla ra-

zılaşmaması üzrə bütün ölkəni oğlu Məhəmmədə buraxmışdı. 

Sultan Mahmudun ölümündən sonra qardaşı Məhəmmədin hökmdarlığı ilə 

ra

zılaşmayan Məsud 1030-cu ildə (hicri 421) onu taxtdan salaraq Qəznə taxtını 



ələ keçirdi. 

 

Sultan Məsud 1030-1040 (hicri 421-432) 

Məsudun taxta çıxmasından sonra Məkran və Kirman fəth edildi. Bu arada 

Əli Təkinin Səlcuqlulardan aldığı dəstəklə Qəznəli torpaqlarına etdiyi hücumun 

qar

şısını Altıntaş almağa çalışırdı. Məsudun apardığı yalnış siyasət ordunu bir-



birinə vurdu, hətta türkmənlərdə hökumətə qarşı baş qaldırdı. Xarəzmşah Ha-

run  müstəqilliyini  elan  etdi.  Sultan  Mahmud  dövründə  itaətə  alınan  Yəbqulu 

Türk

mənlər düzənliyə enib kəndləri talamağa başladılar. 



Bütün  bunlardan  narazı  olan  xalq  1040-cı  ildə  (hicri  432)  üsyan  edərək 

Məsudu taxtdan uzaqlaşdırıb yerinə ikinci dəfə Məhəmmədi gətirdilər. 

Bu vaxt atasının taxtdan uzaqlaşdırııb öldürüldüyünü xəbər alan Mevdud 

vəzirinin tövsiyəsi ilə Qəznəni ələ keçirmək üçün hərəkət etdi. İki ordu Kabul 

ça

yı sahilində Cəlalabadda qarşılaşdı. 1041-ci ildə (hicri 432) baş verən döyüş-



də qalib gələn Mevdud Qəznə taxtını ələ keçirdi. 

 

Sultan Mevdud 1041-1049 (hicri 432-441) 

Hakimiyyətdə özünə rəqib buraxmaq istəməyən Mevdud, Hindistanda vali 

olan  qardaşı  Məcdudu  da  vəzifəsindən  kənarlaşdırdı.  Şimalda  Səlcuqlularla 

doq


quz il mübarizə apararaq onların Qəznəyə girməsinə mane oldu. 

Hindistanda da mərkəzi hakimiyyətin zəifləməsi ilə komandanlar arasında 

rəqabət başladı. Bundan istifadə edən bəzi racalar hərəkətə keçib bir çox yerləri 

geri aldılar. 1049-cu ilin sonunda (hicri 441) Xorasan və Sicistan üzərinə səfər 

ha

zırlığında olan Məvdud vəfat etdi. Onun ölümü ilə Qəznəlilər dövlətində taxt 



uğrunda mübarizə başladı və on il davam edən (1049-1059) müharibənin so-

nun


da İbrahim ibn Məsud taxtı ələ keçirdi. 

 

Sultan İbrahim ibn Məsud 1059-1099 (hicri 451-492) 

İbrahim ibn Məsudun Səlcuqlularla bağladığı müqaviləyə əsasən Hindiquş 

dağları iki dövlət arasında sərhəd olmuşdur. 

Daha sonra Hindistana səfərlər edən İbrahim ibn Məsud 1079-cu ildə (hicri 

472)  Cənubi  Pəncab  bölgəsindəki  Acudxan  qalasını,  ardındanda  şimal-şərqi 

Pəncabı ələ keçirdikdən sonra 1080-ci ildə (hicri 472) Qəznəyə qayıtdı. Onun 

döv

ründə Qəznə xoşbəxt günlərini yaşadı. Adil bir hökmdar olan İbrahim ibn 



Məsud qırx illik hakimiyyətdən sonra 1099-cu ildə (hicri 492) vəfat etmişdir. 

İbrahimin vəfatından sonra taxta oğlu III Məsud (1099-1115/hicri 492-508) 

çıxdı. Səlcuqlu hökmdarı Sultan Səncərlə dostluq əlaqələrini davam etdirən III 

Məsud 1115-ci ildə Hindistana səfər edərkən vəfat etdi. Onun ölümündən sonra 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə