Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə262/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   258   259   260   261   262   263   264   265   ...   314

 

536 


dan  əmin  olmadıqları  üçün  Məhəmməd  xanın  çağırışını  cavabsız  qoydular. 

Çün


ki Təbrizin kürdlərin hücumundan qorunmasını daha vacib bilən qızılbaş 

əmirləri  oradan  uzaqlaşmaq  istəmirdilər.  Buna  da  görə  də  İrəvanı  tərk  edən 

Məhəmməd xan Naxçıvana çəkildi. İrəvanı və Şirvanı ələ keçirən Fərhad paşa 

bu

rada qala tikdirdikdən sonra qarnizon yerləşdirib geri qayıtdı. 



Bundan  sonra  Təbriz  vilayətinin  bəylərbəyi  Əmir  xan  Türkmən  öz  səfiri 

Qa

sım bəyin vasitəsilə türklərin İrəvanı tutması xəbərini şah sarayına yetirdi və 



şahdan Azərbaycana gəlməyi xahiş etdi. Bununla əlaqədar olaraq 1584-cü ilin 

ya

yında şah öz qoşunu ilə birlikdə Qəzvindən Təbrizə doğru hərəkət etdi. 



Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti osmanlı türklərinin əlin-

də idi. Şah Məhəmməd Xudabəndə bütün qüvvələri səfərbərliyə alıb, düşmən 

cumunun qarşısını almaq və düşmənin ölkənin içərilərinə doğru irəliləməsi-



nə mane olmaq əvəzinə 1585-ci ilin qışında və yazında öz vaxtını Təbrizdə fit-

nə-fəsadlara və əyləncələrə sərf etdi. 

 

Türkmən və təkəli tayfalarının qiyamının başlanması 

Türkmən tayfası ilə düşmən olan saray adamlarından bir çoxu, o cümlədən 

şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir xanın şahzadə Həmzə Mirzə ilə 

yaxınlaşması  ilə  razılaşmayaraq  onların  dostluğunu  pozmağa  çalışırdılar.  Onlar 

Əmir xanın əleyhinə təbliğat apararaq sübut etməyə çalışırdılar ki, guya Əmir xan 

Təbrizdə  qala  tikdirərək  hakimiyyətə  qarşı  çıxmaq  niyyətindədir.  Əmir  xanın 

ətrafında olanlar xalqı istismar edir, Təbriz əhlini soyub və talayırlar. Bütün bu 

söz-


söhbətlər Həmzə Mirzəyə öz təsirini göstərdi və o belə qərara gəldi ki, Əmir 

xanı Azərbaycanın cənub hissəsinin hakimliyindən uzaqlaşdırsın. Eyni zamanda 

Əmir xanın Həmzə Mirzə ilə ünsiyyətdən qaçması onu daha da pis vəziyyətdə 

qoydu. Beləliklə, şahzadə Həmzə Mirzə ilə Əmir xan arasında düşmənçilik yaran-

dı. Nəticədə Həmzə Mirzənin göstərişi ilə Əmir xan Qəhqəhə qalasına salındı və 

onun əmlakı müsadirə olundu. Əmir xanın hakimiyyətdən getməsində böyük rolu 

olan Əliqulu bəy Fəth oğlu Ustaclı isə Təbriz və Azərbaycanın cənub hissəsinin 

hakimi təyin olundu. Ustaclı və şamlı tayfaları şahzadə Həmzə Mirzənin köməyi 

ilə yenidən türkmən və təkəli tayfalarını yüksək vəzifələrdən sıxışdırıb çıxardılar. 

Bu hadisələrdən xəbər tutan Kaşan hakimi Məhəmməd xan Türkmən Hə-

mədan hakimi Vəli xan Təkəli ilə Əmir xanın düşmənlərindən intiqam almaq 

məqsədi ilə Təbrizə doğru hərəkət üçün razılığa gəldilər. 

Bunun  ardınca  1585-ci  ildə  Əmir  xanın  Qəhqəhə  qalasında  öldürülməsi 

türk


mən və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu.

846


 

Baş verən bütün bu hadisələr Səfəvilər dövlətini xeyli zəiflətdi və türk qo-

şunlarının gələcək fəthləri üçün şərait yaratdı. 

Bütün  Azərbaycanı  ələ  keçirmək  niyyətində  olan  Türkiyə  sultanı  Osman 

pa

şanı Şirvandan geri çağıraraq onu böyük bir ordu ilə şərq yürüşünün başçısı 



846

Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı-1993, səh-166. 

                                                           



  

537 


təyin etdi. Ərzurumda Azərbaycana doğru yürüşə hazırlaşan Osman paşa 1585-

ci ilin avqustunda Pasinabad, Çaldıran, Xoy, Mərənd, Sufiyan və Təbriz istiqa-

mətində hərəkətə başladı. 

Səfəvi  şahı  Məhəmməd  Xudabəndə  Qarabağdan  cənuba  doğru  hərəkət 

edib,  Bazarçaydan  keçərək  Naxçıvana  yola  düşdü.  Bu  arada  Osman  paşanın 

Mərənddən  Təbrizə  doğru  hərəkət  etdiyini  öyrənən  Məhəmməd  Xudabəndə 

Həmzə Mirzəni iyirmi min nəfərlik dəstə ilə ona qarşı göndərdi. 1585-ci ildə 

Məhəmməd  Toxmağın  başçılığı  altında  olan  qızılbaş  dəstəsi  Sufiyan  rayonu 

ərazisində türklərlə qarşılaşdı. Baş verən döyüşdə əvvəlcə uğur qazanan qızıl-

başlar, sonra türklərin böyük üstünlüyü qarşısında tab gətirməyərək geri çəkil-

məyə məcbur oldular. 

Növbəti gün Osman paşa Maqsud bəy Zülqədərin müşayiəti ilə Təbrizin şi-

ma

lından axan Ağsu çayını keçdi. Maqsud bəy təbrizlilərə müraciət edərək bil-



dir

di ki, canlarının sağ qalmasını istəyirlərsə Osman paşaya tabe olsunlar. Təb-

riz

lilərin mənfi cavab vermələri ilə əlaqədar olaraq Osman paşa sentyabrın 20-



də Təbrizə qarşı hərbi əməliyyata başladı. Müdafiəsiz qalan Təbriz Osmanlı or-

dusuna təslim oldu. Müqavimət göstərməyin mənasız olduğunu görən Pirqeyb 

xan və Hüseynqulu sultan öz dəstələri ilə şəhəri tərk edərək şah qərargahı ilə 

bi

rləşdilər. Təbriz əhlinin xeyli hissəsi isə şəhərin kənarında, Surxab dağında 



yerləşən  qızılbaş  düşərgəsinə  çəkildi.  Şəhər  əyanları  özlərini  və  əmlaklarını 

talandan qorumaq üçün qazi Kamran bəy Övhədin və şeyxülislam Məhəmməd 

Əlini Osman paşanın yanına göndərsələr də heç bir faydası olmadı. 

Şəhərin “Qeysəriyyə” bazarı talan edildi, bazar isə yandırıldı. Osman paşa 

Təbrizi tutduqdan sonra məşhur “Həştbehişt” sarayının yerində qala tikdirdi. 

Təbriz Osmanlı istilası zamanı “islam şəhərləri arasında” tayı-bərabəri ol-

ma

yan,  əhalisi  sıx  və  abad  bir  şəhərdən  əhalinin  tərk  etdiyi  ölü  bir  şəhərə 



çevrildi. 

Amansız cəza tədbirlərinə baxmayaraq təbrizlilərin ara verməyən mübari-

zəsi, şəhər ətrafında yerləşdirilmiş düşmən hissələrinə qızılbaşların dəfələrlə et-

dikl


əri hücumlar istilaçılarının mənəvi ruhuna ciddi zərbə vurmuşdu. Təbrizin 

qutundan sonra şah qoşunları qərargahında qərara alındı ki, düşmənin şəhər 



ətrafında yerləşmiş canlı qüvvəsinə zərbələr endirilsin. Bu qərara əsasən türk-

lərə ilk hücum edən Qulubəy Əfşar oldu. Qızılbaş dəstəsi ilə Fəxusfənc çayını 

ke

çən Qulubəy Təbrizə yaxınlaşdı. Bundan xəbər tutan Osman paşa Cığal oğ-



lunu ona qarşı göndərdi. Baş verən döyüşdə iki mindən artıq itki verən Osmanlı 

or

dusu məğlub edildi və Cığal oğlu döyüş meydanından qaçdı. 



Qısa müddət sonra Həmzə Mirzə türklərə qarşı döyüşə başladı. Osman pa-

şanın  göstərişinə  əsasən  Qaraman  hakimi  Murad  paşa  və  Diyarbəkir  hakimi 

Məhəmməd paşanın başçılığı altında olan böyük bir ordu Həmzə Mirzənin üzə-

ri

nə göndərildi. Fəxusfənc çayı sahilində baş verən bu döyüşdə də qızılbaşlar 



par

laq qələbə qazandılar və Murad paşa ilə Məhəmməd paşa qızılbaşlar tərəfin-

dən əsir götürüldü. Məhəmməd paşa aldığı yaradan tezliklə öldü. Həmçinin bu 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə