Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə285/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   281   282   283   284   285   286   287   288   ...   314

  

583 


1494-

cü ildə Osmanlılara xidmət edən Kamal donanmanı yeniləyərək Ən-

dəlüsdəki müsəlmanlara kömək etməyə çalışdı. Osmanlılara 17 il xidmət edən 

Kamal 1510-

cu ildə vəfat etmişdir. 

1501-


ci  ildə  Karamanoğullarının  son  üsyanını  yatıran  II  Bəyazid  onların 

var


lığına son qoydu. 

1509-


cu ildə Amasya, Tokat, Sivas, İstanbul, Ədirnə, Çorum və ətraf əyalət-

lərdə qırx beş gün davam edən zəlzələ baş verdi. Kiçik qiyamət adlanan bu İstan-

bul zəlzələsində 109 məscid, 1070 ev dağıldı, beş min nəfər isə öldü. Bəyazid 

məscidinin qübbəsi dağıldı. Atik Əli paşa və Fateh camesinin də qübbəsində çat-

lar əmələ gəldi. Bununla əlaqədar olaraq Anadoludan İstanbula 37 min, Rumeli-

dən isə 29 min işçi və üç min memar gətirildi. Bu gərgin fəaliyyət nəticəsində 

tün dövlət binaları və məscidlər qısa müddət ərzində yenidən təmir olundu. 



1512-

ci ildə əsgərlərin istəyi ilə hakimiyyəti oğlu Səlimə verən II Bəyazid 

Di

metokaya yola düşdü. Lakin yolda olarkən vəfat edən II Bəyazidin cənazəsi 



İstanbula gətirilərək camenin yanındakı türbədə dəfn edildi. 

 

Yavuz Sultan Səlimin hakimiyyəti (1512-1520) 

1501-

ci ildə Səfəvilər dövlətinin əsasını qoyan Şah İsmail Xətai Anadoluda 



ya

şayan ələvilərə dai və xəlifə adı ilə təbliğçilər göndərərək onları öz tərəfinə 

çəkməyə, bununla da Anadolunu ələ keçirməyə çalışırdı. Anadoluda Şeyx Bəd-

rəddinin üsyanları səbəbilə çoxlu qanlar axıdılmışdı. Eyni zamanda Antalya tə-

rəflərdə üsyan edən Şahqulu bir çox yerləri ələ keçirmişdir. 

Baş verən bu hadisələr müqabilində Osmanlı sultanı Yavuz Səlimlə Səfəvi 

hökm

darı  Şah  İsmail  arasında  gərginlik  yaranmışdı.  Artıq  Osmanlı  qaziləri 



tərəfindən Səfəvilərlə müharibə etmək barəsində fətva da verilmişdi. Lakin mü-

haribəyə başlamazdan əvvəl lazımi tədbirlər görən Sultan Səlim, Anadoludakı 

şah tərəfdarlarının siyahısını tutaraq onlardan qırx minini həbs etdirməklə ya-

na

şı bir qismini də edam etdirdi. Beləliklə bütün üsyanları yatıran Sultan Səlim 



Ana

dolunu böyük təhlükədən xilas etmiş oldu. 

 

Çaldıran döyüşü 1514-cü il 

Ağqoyunlu dövlətinin varlığına son qoyaraq Azərbaycan, İran və İraqa ha-

kim  olaraq  Ceyhun  vadisinə  qədər  olan  yerləri  tutan  Şah  İsmayıl,  bütün  bu 

uğurların ardınca Anadolunu da ələ keçirməyə çalışırdı. 

Bununla əlaqədar olaraq yüz min nəfərlik ordu ilə səfərə çıxan Sultan Sə-

lim Su şəhərinə qədər gəldi. Lakin bundan sonrakı ərazilər Səfəvilər tərəfindən 

yan

dırıldığı üçün Osmanlı ordusu böyük çətinliklə üzləşdi. Osmanlı ordusunda 



yer alan Yeniçərilərin təklifi ilə Həmdəm paşa Sultan Səlimdən geri qayıtma-

sını istədi. Həmdəmin təklifi ilə razılaşmayan Sultan Səlim dərhal onu edam et-

dirərək  bütün  bu  təkliflərin  qarşısını  aldı.  Anadolunu  keçən  Osmanlı  ordusu 

Van gölünün 

yaxınlığındakı Çaldıran adlı məntəqədə dayandı. Çünki Şah İsma-

yılın başçılığı altında olan Səfəvi ordusu da bu məntəqədə idi. 

  



 

584 


1514-

cü  ildə  iki  türk  dövləti  arasında  baş  verən  Çaldıran  döyüşündə  500 

ədəd top və tüfənglə silahlanmış Osmanlı ordusu Səfəviləri məğlub etdi. Bu qə-

ləbədən ruhlanan Sultan Səlim daha da irəli gedərək Türkistan türkləri ilə əlaqə 

qurmaq  istəyirdi.  Lakin  Yeniçərilərlə  yanaşı  digər  əsgərlərin  də  irəli  getmək 

istəməməsi onun istəyini həyata keçirməsinə mane oldu. 



 

Mərcidabıq müharibəsi 1516-cı il 

Osmanlılarla Məmlük dövləti arasında dostluq münasibətlərinin olmasına 

bax

mayaraq,  Osmanlılar  məğlubiyyətlə  barışmaq  istəmirdilər.  Osmanlıların 



Çal

dıran düzündə Səfəvilər üzərində qələbə qazanması Suriya və Misirdə se-

vinc

lə  qarşılandı.  Lakin  bundan  narahat  olan  Məmlük  hökmdarı  Sultan  Mə-



likul-

Əşrəf  Seyfəddin  Kansu  Qavri  (1501-1516)  Səfəvilərlə  müttəfiqliyə  baş-

ladı. Bununla əlaqədar olaraq Sultan Səlim böyük bir ordu ilə Məmlük hökm-

darı Kansu Qavrinin üzərinə hərəkət etdi. 

1516-

cı ildə Hələb  yaxınlığında iki tərəf arasında baş verən Mərcidabıq 



döyü

şündə Osmanlı ordusu qalib gəldi və Məmlük hökmdarı Kansu Qavri dö-

yüş meydanından qaçarkən Hələbdə öldü. Kansu Qavrinin ölümündən sonra 

Məmlük  taxtını  ələ  keçirən  Məlikul-Əşrəf  Əbun-Nasir  Tumanbəy  (1516-

1517) müba

rizəyə başlasa da Ridaniyə adlı məntəqədə Sultan Səlim tərəfin-

dən məğlub edilərək öldürüldü. Bu qalibiyyətdən sonra Suriya, Liviya və İor-

da

niyanı ələ keçirən Sultan Səlim 1517-ci ildə Məmlük dövlətinin varlığına 



son qoydu. 

Suriya və Misirin alınmasından sonra Sultan Səlim Köləmən bəylərini və 

Mi

sir  Abbasi  xəlifəsi  Mütəvəkkil  Ələllahı  İstanbula  gətirərək  ondan  xilafəti 



təslim aldı. 

İstanbula qayıtdıqdan sonra bir müddət dövlət işləri ilə məşğul olan Sultan 

Səlim müalicə olunmaq üçün Ədirnəyə doğru hərəkət etdi. Çorlu adlı məntə-

qədə qırx gün müalicə olunan Sultan Səlim 1520-ci ildə 51 yaşında vəfat etdi. 



 

Sultan Süleyman Qanuninin hakimiyyəti (1520-1566) 

Sultan Süleyman hakimiyyətə gələrkən Osmanlı dövlətində sakitlik hökm 

rürdü. Bundan istifadə edən Sultan dərhal fəthlərə başladı. O baş vəziri Piri 



pa

şanın məsləhətilə ilk Macarıstan səfərini Belqraddan başladı. Uzun mühasi-

rədən sonra şəhəri ələ keçirən Sultan Süleyman bununla mərkəzi Avropaya ge-

dən yolu Osmanlıların üzünə açmış oldu. 

Belqradın  fəthindən  sonra  Osmanlı  ordusu  Senjan  krallığının  əlində  olan 

Ro

dosu ələ keçirmək üçün hərəkətə keçdi. Rodos adası Anadoluya yaxın oldu-



ğu üçün bu adalardan Osmanlı ərazilərinə tez-tez hücumlar edilirdi. Bu hücum-

lar zamanında dəniz ticarətinə ciddi ziyan dəyirdi. Bütün bunları nəzərə  alan 

Sultan Süleyman Müslihiddinin başçılığı altında olan 400 hərbi və 300 minik 

gəmini Rodos adasına göndərdi. Sultanın özü isə quru yolu ilə Marmarisə gələ-

rək oradan Rodosa keçdi. Altı aylıq mühasirədən sonra 1522-ci ildə Rodos Os-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə