Şahlar şahbaz oğlu şƏRİfov


Varna müharibəsi 1444-cü il



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə282/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   278   279   280   281   282   283   284   285   ...   314

  

577 


Varna müharibəsi 1444-cü il 

Sultan II Muradın hakimiyyəti on üç yaşlı oğlu Məhmədə buraxması Avro-

pa

nı hərəkətə gətirdi. Papa 1444-cü ildə iki tərəf arasında bağlanan Ədirnə-Se-



ge

din  müqaviləsinin  pozulmasını  istəyir,  lakin  Macar  kralı  Ladislas  İncilə  əl 

basaraq and içdiyini bildirirdi (Eyni zamanda II Murad da Qurani-

Kərimə  əl 

ba

saraq and içmişdi). Səlibçilərin birləşməsini istəyən Papa, müşriklərlə içilən 



an

dın keçərli olmadığını bildirdi. Yalnız bundan sonra müqavilənin pozulduğu-

nu qəbul edən səlibçilər yenidən birləşdilər. 

Kral Ladislasın əmrindəki ordu sərhəddi keçərək Varna istiqamətində irəli-

ləməyə başladı. Çanaqqala boğazı papanın əmri ilə Venedik gəmiləri tərəfindən 

tutul


duğundan Osmanlı  sultanı  II Murad  əlli min nəfərlik ordusu ilə  İstanbul 

bo

ğazına gələrək, atası Yıldırım Bəyazidin tikdirdiyi Güzəlcə hisardan qarşı tə-



rəfə Ceneviz gəmiləri ilə hər əsgərə bir qızıl verməklə keçə bildi. Bundan sonra 

vəziri və oğlunu Ədirnədə qoyan II Murad sürətlə Varnaya gəldi. Səlib qoşunu-

nun başında kral Ladislas, Jan Hunyad və papanın təmsilçiləri var idi. Ədirnə-

Se

gedin müqaviləsi də Osmanlı ordusunun qarşısına qoyulmuşdu. Səlibçilərin 



ani hücumu ilə əlaqədar olaraq Osmanlı ordusu geri çəkilmək məcburiyyətində 

qaldı. Lakin qısa müddət ərzində kral Ladislasın və papanın təmsilçilərinin öl-

rülməsi ilə səlibçilər qaçmağa başladı və 1444-cü ildə baş verən Varna mü-



ha

ribəsi çətinliklədə olsa türklərin qələbəsi ilə başa çatdı. 

 

II Kosova müharibəsi 1448 

Osmanlı sultanı II Muradın, İsgəngər adı ilə məşhur olan Alban şahzadəsi-

nin üsyanını yatırmaqla məşğul olmasından istifadə edən Macar kralı Jan Hun-

yad, Osmanlılara zərbə vurmaq üçün əflaq, bohemya və polşalılardan ibarət 90 

minlik ordu ilə sərhəddi keçdi. Bundan xəbər tutan II Murad tələsik İsgərdərlə 

qavilə bağlayaraq Kosovaya gəldi. 1448-ci ildə baş verən II Kosova mühari-



bəsində Osmanlılar qalib gəldi və on yeddi min səlibçi öldürüldü. 

Kosova döyüşündən bir il sonra 1449-cu ildə oğlu Məhmədi Dulqadiroğlu-

nun qızı ilə evləndirən II Murad iki il sonra, 1451-ci ildə Ədirnədə vəfat etsə də 

Bur


sada dəfn olundu. 

 

Fateh Sultan Məhmədin hakimiyyəti (1451-1481) 

1451-

ci ildə sultan II Muradın ölümündən sonra onun vəsiyyətinə əsasən 



oğlu  Fateh  Sultan  Məhməd  Osmanlı  sultanı  təyin  edildi.  Hakimiyyətinin 

əvvəllərində Karamanoğlunun Osmanlı ərazilərinə hücumu ilə əlaqədar olaraq 

ilk səfərini onlara qarşı edən Sultan Fateh, onları məğlub edərək bəzi ərazilərini 

ələ keçirdi. Eyni vaxtda Macarlarla Osmanlılar arasında müqavilə imzalandı. 

Sonra Sultan Fateh Bəyazidin tikdirdiyi Güzəlcəhisarın qarşısına bir qala 

tik


dirmək istədi. Bununla o, boğazın üst hissəsinin təhlükəsizliyini təmin etmək 

is

təyirdi.  Lakin  Bizans  imperatoru  elçilər  göndərərək  buna  mane  olmağa 



çalışdı. Bununla əlaqədar olaraq Sültan Fateh imperatorun elçilərinə belə dedi: 

  



 

578 


“Mən şəhərdən heç nə götürmürəm. Şəhərin xəndək xaricində heç bir yeri yox-

dur. Buna görə də burada qala tikdirməyimə mane ola bilməzsiniz. Macar kralı 

bi

zim  üstümüzə  hücum  etdikdə,  franklar  Çanaqqala  boğazına  gələrək  boğazı 



tutmu

şdular. Buna görə atam, buranı Allahın izni ilə keçə bilmişdir. Bütün bu 

çətinliklərə necə dözdüyünü yaxşı bilirsiniz. İmperatorunuz bu vəziyyətə sevi-

nərkən, müsəlmanlar əziyyət çəkirdilər. Atam boğazı bir çox çətinliklərə sinə 

gələrək keçə bilmişdi. Boğazı keçən kimi də Anadolu qalasının qarşısında baş-

qa bir qala tikdirəcəyinə and içmişdi. Ancaq o bunu yerinə yetirmədən dünya-

sını dəyişdi. Allahın izni ilə bunu mən yerinə yetirmək istəyirəm. Nə üçün buna 

mane  olmaq  istəyirsiniz?  Məmləkətimdə  istədiyimi  edə  bilmərəmmi?  Gedin 

im

peratora deyin ki, indiki padşah köhnə padşahlardan deyil. Onların edə bil-



mədiklərini bu asanlıqla edəcəkdir. Bundan sonra bu məsələ üçün gələnin başı 

bədənindən ayrılacaqdır.

886

 

Bu xəbərdarlıqdan sonra Sultan Fateh təxminən altı 



min işçinin köməyi ilə üç hissəli bir qala tikdirdi. Rumeli adı ilə məşhur olan 

bu qalanın sayəsində boğaza nəzarət ələ keçirildi. 

 

İstanbulun fəthi 1453 

İstanbulun fəthinə hazırlaşan Osmanlı ordusu 1453-cü ildə şəhər qalaları-

nın önünə gəldi. Ertəsi gün qılınan cümə namazından sonra Sultan Fatehin gös-

tərişinə əsasən şəhər qurudan və dənizdən mühasirəyə alındı. Maddi qüvvə ilə 

ya

naşı mənəvi gücə də əhəmiyyət verən Sultan Fateh, İstanbulun mühasirəsinə 



yük mütəsəvvif Ağşəmsəddinlə, Ağbıyik Dədə kimi böyük vəliləri də gətir-

mişdi. Bundan əlavə əsgərlərin mənaviyyatını yüksəltmək üçün, bir çox şeyx 

və dərviş də bu döyüşə qatılmışdı. İstanbulun fəthi bütün İslam tarixi boyu həm 

di

ni, həm də dünyəvi bir vəzifə olmuşdur.



887

 

İstanbul qalaları Mərmərə, Xəlic daxil olmaqla köhnə İstanbulu hər tərəf-



dən əhatə edirdi. Köhnə qala divarlarının önündə ikinci bir qala divarları da ti-

kil


miş, onun da qabağındakı qala isə 6-7 metr dərinlikdə və 7 metr genişlikdə 

xəndəklə əhatə olunmuşdu. Öndəki qalanın hündürlüyü 8,5 m, qalınlığı isə 2 m 

idi. Arxasındakı ikinci qala isə ondan daha yüksək və geniş idi. Xəlicin ətrafın-

dakı qala divarları isə o birilərə nisbətən zəif idi. Oranın girişi qalın zəncirlərlə 

bağlanmışdı. 

Böyük toplar Topqapı və Ədirnə qapıları arasında yerləşdirilmişdi. Osman-

lı donanması Baltaoğlu Süleyman bəyin əmrində 150 gəmidən ibarət idi. Sultan 

Fa

teh Xəlicə nəzarəti əlində saxlamaq üçün Dolmabağçadan başlayaraq Bəyoğ-



lu

na qədər təkərlər üzərində apardığı 80-90 ədəd gəmini Qasımpaşadan Xəlicə 

en

dirdi. Bundan xəbər tutan Bizans təşvişə düşdü. Hüzuruna çıxan son Bizans 



el

çilərindən  birinə  “mənim  qüdrətimin  çatdığı  şeyə,  sizin  xəyalınız  belə  çat-

maz”  demişdi.  Xəlic  yaxınlığındakı  körpü  və  gəmilərlə  Xəlic  qalaları  da  top 

886


 Abbas Qurbanov, İslam tarixi, II cild, səh-309-310. 

887


Danışmənd, İ. Hamdi, İzahlı Osmanlı Tarihi Kronolojisi, I cild, səh-238-239. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə