Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə294/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   290   291   292   293   294   295   296   297   ...   314

  

601 


II Mahmud hakimiyyətə gəldiyi vaxt Osmanlı dövləti həddən artıq zəiflə-

miş, Anadolu və Rumeli üsyançıların, Məkkə və Mədinə isə vəhhabilərin əlinə 

keç

mişdi. Misirdə də Məhməd Əli paşa mübarizəsi davam edirdi. Dövlətin təh-



kəsizliyini təmin etmək istəyən II Mahmud hərəkətə keçərək bir çox üsyançı-

ları  öldürüb,  İstanbulun  asayişini  təmin  etdi.  Eyni  vaxtda  baş  vəzir  Ələmdar 

Mus


tafa  paşa,  Anadolu  və  Rumelinin  bütün  əyanlarını  İstanbula  çağıraraq 

“Məşvərəti-ammə” adlı toplantı keçirdi. Toplantı nəticəsində bu qərarlar qeydə 

alındı: Sultanın əmrləri mütləq şəkildə yerinə yetiriləcək, baş vəzirin əmri də 

qa

nun  çərçivəsində  sultanın  əmri  kimi  yerinə  yetiriləcək.  Bu  qərarın  qəbul 



olun

masına şeyxülislam fətva verdikdən sonra sultan da təsdiqlədi. 

Bu  toplantıdan  sonra  dərhal  islahatlara  başlayan  Ələmdar  Mustafa  paşa, 

Səqbanı-Cədid adlı hərbi təşkilat təşkil edərək təlimlərə başladı. Həyata keçir-

di

yi islahatlar sayəsində qürurlanan Ələmdar Mustafa paşa tezliklə ətrafındakı-



ları itirdi. Bundan istifadə edən düşmənləri tezliklə baş vəzirin sarayını müha-

sirəyə aldılar. Qurtula bilməyəcəyini anlayan Ələmdar Mustafa paşa silah an-

ba

rını  partladaraq  özünü  öldürdü.  Bu  partlama  nəticəsində  400  yeniçəridə 



onun

la birlikdə həlak olmuşdu. 

II Mahmudun hakimiyyəti dövründə baş verən Osmanlı-Rus müharibəsi üç 

il davam etmişdir. Bu müharibə nəticəsində ruslar Basarabya, Boğdan, Əflaq 

və Şimali Bolqarıstanı ələ keçirdilər. 

Otuzuncu  Osmanlı  sultanı  II  Mahmud 1839-cu  ildə  54  yaşında  vəfat  et-

mişdir. 

 

Əbdülməcidin hakimiyyəti (1839-1861) 

Əbdülməcidin hakimiyyəti dövründə dövlətin ən böyük problemi Məhməd 

Əli paşa problemi idi. Ordu Nizip yaxınlığında məğlub olduqdan sonra Əhməd 

paşa Osmanlı donanmasını İsgəndəriyyədə Məhməd Əli paşaya təslim etmişdi. 

Bu hadisə ilə eyni vaxtda 1839-cu ildə Londonda səfir olan Mustafa Rəşid paşa 

gənc sultana hazırladığı  tənzimat proqramını  yayınlatdı. Bununla da Osmanlı 

döv


lətinin Tənzimat dövrü başlandı. Bu Osmanlının avropasayağı idarə forma-

sını alması demək idi. Bu hərəkat Avropanın sevincinə səbəb olsa da, müsəl-

man

lar və bəzi xristianlar tərəfindən yaxşı qarşılanmadı. Fərman İslam dövləti 



olan  Osmanlının  prinsiplərinə  zidd  idi.  Cumhuriyyət  və  yenilənmə  tarixində 

əhəmiyyətli yeri olan bu fərmanın dövlətin yıxılmasında böyük rolu olmuşdur. 

Fərmanın lazımi şəkildə tətbiq olunmaması nəticəsində 1845-ci ildə sultan tərə-

fin


dən  yeni bir fərman  yayınlandı. Bu fərman nəticəsində hər din və məzhəb 

mənsublarının məmur ola biləcəyi, qeyri-müsəlmanların da cizyə verməyərək 

əsgər gedəcəyi bildirilmişdi. 

Rusiya çarı I Nikolay ingilislərlə birləşərək Osmanlı dövlətini parçalamaq 

is

təsə  də  onun  təklifi  ingilislər  tərəfindən  rədd  edildi.  Bundan  sonra  ruslar 



1853-

cü ildə Prut çayını keçərək Əflaq və Boğdanı ələ keçirdilər. Qaradənizdə 

baş verən döyüşdə Osmanlı donanması ruslar tərəfindən məğlub edildi. İngiltə-

  



 

602 


rə və Fransa Osmanlıların tərəfini tutaraq ruslara qarşı döyüşə başladı. Avstri-

yaya 


qarşı üsyan edərək, Osmanlı Dövlətinə sığınan Macar mültəcilər, Avstriya 

və Rusiyanın bütün basqılarına rəğmən, onlara təslim edilmədi. 

1853-

cü ildə Kırım döyüşü başladı. Osmanlı Dövləti Tuna boyunda tək ba-



şına,  Kırımda  isə  Fransa  və  İngiltərə  ilə  birləşərək,  Rusiyaya  qarşı  döyüşdü. 

1856-


cı ildə Paris müqaviləsi ilə döyüş sona çatdı. Müqavildən sonra Rusiyaya 

haribə elan edən Avstriya, Əflaq və Boğdanı ələ keçirdi. 1860-cı ildə Fransa 



bir

likləri  Livana  və  Suriyaya  köməyə  gəldi.  Livan  üçün  yeni  bir  nizamnamə 

ha

zırlandı. 



Bu had

isədən bir il sonra sultan Əbdülməcid 1861-ci ildə 39 yaşında vəfat 

etdi. 

 

Əbdüləzizin hakimiyyəti (1861-1876) 



Hakimiyyətinin ilk on ilini tənzimat və islahatların davamı, yeni müəssisə-

lərin qurulması ilə keçirən Əbdüləziz, böyük bir donanmanın qurulmasına nail 

olmuşdur.  

1863-


cü  ildə  Misirə  səfər  edən  Əbdüləziz  burada  baş  qaldıran  üsyanlara 

son qoydu. 1867-

ci ildə Fransa və İngiltərəyə dəvət edilən Əbdüləziz gəmi ilə 

Tulona, oradan da Parisə gəldi. Rəsmi görüşlər etdikdən sonra Londona gedən 

sultan, kr

aliça Viktoriya ilə  görüşdü.  Geri  qayıdarkən  Brüssel, Vyana,  Buda-

peşt və Tuna yolu ilə gəldi. Sultan xaricdə olduğu müddətdə Osmanlı dövlətini 

Əli paşa idarə etmişdir. 

1869-

cu ildə Fuad paşa, bundan iki il sonra 1871-ci ildə Əli paşa vərəmdən 



vəfat etdi. 41 il dövləti idarə edən Əli paşa, həmin dövrdə Avropanın ən böyük 

dip


lomatlarından hesab olunurdu. Bu şəxsin vəfatından sonra Əbdüləzizin ha-

ki

miyyəti zəifləməyə başladı. Əvvəlcə vəzirliyə Mahmud Nədim, ondan sonra 



isə Mithad paşa gətirildi. Lakin bu iki şəxsin bacarıqsız olması ilə əlaqədar ola-

raq Osmanlı dövləti getdikcə zəifləməyə başladı. 

Bu  geriləməni  aradan  qaldırmaq  istəyən  Mütərcim  Rüşdü  paşa,  Hüseyn 

Av

ni paşa, Mithad paşa və şeyxülislam birləşərək Süleyman paşa və Qeysərəli 



Əhməd paşanın köməyi ilə 1876-cı ildə Əbdüləzizi taxtdan salaraq Topqapı sa-

ra

yına  göndərdilər.  Bir  müddət  sonra  Fəriyə  sarayına  göndərilən  Əbdüləziz 



1876-

cı ildə vəfat etdi. 

 

Osmanlı dövlətinin süquta uğraması 

1876-


cı ildə Əbduləziz taxtdan endirilərək, yerinə V Murad (1876) keçiril-

di. V Muradın ruhi xəstəlikləri vardı. 90 gün sonra onun da yerinə II Əbdülhə-

mid  (1876-

1909) keçdi. Serbiya Osmanlı Dövlətinə qarşı müharibə elan  etdi. 

Sonra Monteneqro da bu m

üharibədə Serbiyaya qatıldı. Osmanlı orduları, Ab-

dül

kərim Nadir Paşa və Muxtar Paşa ordusundakı, Serbiya və Qaradağ ordula-



rını məğlub etdilər. Serb ordusu, Cərnayəvin istəyi ilə Prins Milanı kral elan 

edərək, döyüşə  yenidən başladı. Osmanlı ordusu, Serbləri təkrar məğlub etdi. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə