Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə291/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   287   288   289   290   291   292   293   294   ...   314

  

595 


dən (1645-1669) artıq davam edən Venedik-Osmanlı-Qrit müharibəsi başa çat-

dı. Bu müharibə nəticəsində Osmanlılardan 130 min nəfər şəhid olmuşdur. 

Qrit zəfərindən sonra Lehistanın Osmanlılara aid Ukraynaya ordu göndər-

məsi iki tərəf arasında müharibəyə səbəb oldu. Bununla əlaqədar olaraq səfərə 

çıxan sultan IV Məhməd Tuna-Dnestr çaylarını keçərək Lumberqi ələ keçirdi. 

1672-


ci ildə Lehistanın sülh təklif etməsilə iki tərəf arasında Buçaş müqaviləsi 

imza


landı. Sonradan kral seçilən Jan Sobiyeskinin Hotini ələ keçirməsilə mü-

qa

vilə pozuldu. Bundan sonra Lehistan səfərini davam etdirən Osmanlılar bir 



çox ərazini ələ keçirdilər. Sonda 1676-cı ildə imzalanan Zoravno müqaviləsinə 

əsasən iki tərəf arasındakı müharibəyə son qoyuldu. Müqavilə nəticəsində Uk-

ray

na və Podolya Osmanlılara, Qaliçiya və Lublin Lehistana verildi. Zoravno 



qaviləsi 1683-cü ilə qədər davam etmişdir. 

15  illik  vəzirliyi  müddətində  ömrünün  çox  hissəsini  döyüşlərdə  keçirən 

Kör


pülüzadə  Fazil  Əhməd  paşa  1676-cı  ildə  42  yaşında  olarkən  vəfat  etdi. 

Onun ölümündən sonra Merzifonlu Qara Mustafa Paşa baş vəzir təyin edildi. 

Onun vəzirliyi dövründə Baltik dənizi Lehistanın, Qara dəniz də Osmanlı-

ların əlində idi. Bu arada Rusiyanın Osmanlılara aid olan Ukraynanı özünə tabe 

et

məyə  çalışması  iki  tərəf  arasında  müharibəyə  səbəb  oldu.  Bununla  əlaqədar 



ola

raq Ukraynaya səfər edən baş vəzir mərkəz Cehrinə ilə birlikdə bəzi yerləri də 

ələ keçirdi. Osmanlıların hücumu qarşısında aciz qalan ruslar sülh təklif etdilər. 

1681-


ci ildə iki tərəf arasında bağlanan Ədirnə müqaviləsinə görə Ukrayna iki 

dövlət arasında bölüşdürüldü və Rusiya Krıma illik vergi verməyə razı oldu. 

Bu müqavilədən bir il sonra Papanın təşviqi ilə bütün Avropa türklərə qarşı 

bir


ləşdi. 1682-ci ildə Avstriyaya müharibə elan olundu. Bununla əlaqədar ola-

raq Avstriyaya səfər edən baş vəzir Merzifonlu, onları məğlub edərək paytaxt 

Vya

nanı ələ keçirdi. Lehistan kralı Sobiyeski böyük bir ordu ilə Avstriyalıların 



məyinə  gəldi.  Alamandağı  yaxınlığında  baş  verən  ikinci  döyüşdə  Osmanlı 

or

dusu  məğlub  olaraq  geri  çəkildi.  Vyana  məğlubiyyəti  türk  tarixinin  dönüş 



nöq

təsi hesab olunur. 1071-ci ildə baş verən Malazgird döyüşündən başlayan 

türk qələbələri 612 il sonra Vyana məğlubiyyəti ilə başa çatdı. Vyana məğlu-

biy


yətindən sonra türklərin geriləmə dövrü başladı. 

Vyana  məğlubiyyətilə  barışmayan  Merzifonlunu  sevməyənlər,  onu  Bel-

qrad

da edam edərək yerinə Qara İbrahim paşanı baş vəzir təyin etdilər. 



Bu hadisədən qısa müddət sonra IV Məhmədin səhlənkarlığı ilə barışma-

yan əhali 1687-ci ildə onu taxtdan salaraq yerinə qardaşı Süleymanı gətirdilər. 

Ən böyük səhvi Merzifonlunu edam etdirməsi olan IV Məhməd, 1693-cü ildə 

46 yaşında vəfat etmişdir. 



 

II Süleymanın hakimiyyəti (1687-1691) 

Bacarıqlı və dindar olmasına baxmayaraq II Süleyman dövlətin geriləməsi-

nin qarşısını ala bilmədi. Baş vəzir Fazil Mustafa paşa dövlət işlərini qaydaya 

sal


maq üçün könüllü əsgərlik təşkil etməklə yanaşı vergiləri də azaltdı. 

  



 

596 


1690-

cı ildə səfərə çıxan baş vəzir Niş, Samandara və Belqradı ələ keçirdi. 

Bel

qradın ardınca Budini də ələ keçirmək istəyən Fazil Mustafa paşa 1691-ci 



il

də Avstriya komandiri Ludviqin başçılığı altında olan 50 min nəfərlik ordu ilə 

qar

şılaşdı. Krım ordusunun gəlişini gözləmədən hücuma keçən Osmanlı ordusu 



məğlub edildi və baş vəzir Fazil Mustafa paşa öldürüldü. 

Bu hadisədən qısa müddət sonra Osmanlı sultanı II Süleyman da 1691-ci 

ildə vəfat etdi və yerinə qardaşı 

II Əhməd (1691-1695) gətirildi. 

Onun hakimiyyəti dövründə baş vəzir olan Bozuklu Mustafa paşa bəzi isla-

hat

lar  apararaq  orduya  qatılmayanların  adlarını  siyahıdan  sildirdi.  Araşdırma 



nəticəsində həmin şəxslərin əksəriyyətinin öldüyü, lakin onların adından başqa-

larının maaş aldıqları ortaya çıxdı. 

Heç bir səfərə çıxmayan sultan II Əhməd 1695-ci ildə 52 yaşında Ədirnədə 

vəfat etmişdir. 



 

II Mustafanın hakimiyyəti (1695-1703) 

II Əhmədin ölümündən sonra hakimiyyətə gələn II Mustafa, hökmdarlığı-

nın üçüncü günü baş vəzirə göndərdiyi məktubda özündən əvvəlki sultanlar ki-

mi əyləncəyə dalmayacağını, onların buraxdığı səhvləri təkrarlamayacağını və 

səfərdə iştirak edəcəyini bildirdi. Onun göstərişi ilə Ərzurumdan gətirilən Fey-

zul


lah əfəndi şeyxülislam təyin edildi. 

1695-


ci ildə səfərə çıxan II Mustafa Lipve qalasını ələ keçirdikdən sonra 

Er

del  ordusunu  məğlub  etdi.  Bunun  ardınca  Luqos  qalasını  da  ələ  keçirən  II 



Mus

tafa  ikinci  dəfə  Avstriya  səfərinə  çıxdı.  Tamışvara  kömək  edən  sultan  II 

Mustafa 1696-

cı ildə Avstriya ordusunu məğlub etdi. 

1697-

ci ildə yenidən Avstriya səfərinə çıxan II Mustafa Belqrada gəldi. La-



kin burada Şahzadə Ojenin başçılığı altında olan Avstriya ordusu Osmanlıları 

məğlub etdi və baş vəzir öldürüldü. 

 

II Mustafanın taxtdan salınması 

Şeyxülislam təyin edilən Feyzullah əfəndinin dövlət işlərinə müdaxiləsi ye-

ni

çərilərin üsyanına səbəb oldu. İstanbulda üsyana başlayan qiyamçılar 1703-



cü ildə Ədirnəyə gələrək II Mustafanı taxtdan salmaqla bərabər Feyzullah əfən-

di

ni də öldürdülər. Bundan sonra yeniçərilərin istəyi ilə II Mustafa hakimiyyəti 



qar

daşı III Əhmədə verdi. II Mustafa səfərlərə çıxan son Osmanlı sultanı olaraq 

ta

rixə düşmüşdür. Həmçinin onun vəfatından sonrakı dövr Osmanlı dövlətinin 



ge

riləmə dövrü adlanır. 

 

III Əhmədin geriləmə dövrü (1703-1730) 

1703-


cü ildə hakimiyyətə gələn III Əhməd yeniçərilərin üsyanını yatırdıq-

dan sonra səfərlərə başladı. 1711-ci ildə Osmanlı ordusu baş vəzir Baltaçı Məh-

məd paşanın başçılığı ilə hərəkətə keçdi. Çünki Çar Pyotr Boğdan və Ehistan-

dan ordu toplayaraq 

Tunanı tutmaqla bərabər, Boğdan və Əflaqı da Osmanlıla-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə