Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə94/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   90   91   92   93   94   95   96   97   ...   314

  

191 


Kəfəmi “Misbah” kitabında yazır: Səkinə dedi: Atam şəhid olandan sonra 

o mübarək bədəni qucaqlayıb huşumu itirdim. O halda eşitdim ki, atam buyur-

du: “Ey mənim şiələrim, hər vaxt ləzzətli bir su içsəniz, onda məni də yada sa-

lın. Hər vaxt bir qərib və ya bir şəhid haqqında eşitsəniz, onda mənim üçün na-

lə edib ağlayın.” 

Sonra məlun Kufə əhli Əhli-beyti yalın dəvələrə mindirib Kufəyə göndər-

dilər. 

 

Şəhidlərin dəfni 



Ömər  ibn  Sədin  ordusu  Kərbəladan  Kufəyə  getdikdən  sonra  Qaziriyyədə 

yaşayan  Bəni-Səd  tayfasından  olan  bir  dəstə  adam  qətlgaha  gəlib  şəhidlərin 

cənazələrinə namaz qılıb onları dəfn etdilər. Onlar İmamı (ə) indiki yerində və 

oğlu Əli Əsğəri ayaq tərəfində dəfn etdilər. Hz.Abbası Qaziriyyə yolunda hal-

hazırda məqbərəsi olan yerdə dəfn etdilər. 

İslam alimlərinə görə İmama yalnız İmam qüsl verib dəfn edə bilər. Buna 

görə  də  baxmayaraq ki, Hz.Hüseyni  (ə)  zahirdə  Bəni-Əsəd  tayfası  dəfn  etdi, 

amma əslində İmam Səccad (ə) gəlib İmam Hüseyni (ə) dəfn etdi. “Bəsairud-

dəracat” kitabında İmam Təqidən (ə) nəql olunmuş rəvayətdən məlum olur ki, 

Peyğəmbər  (s),  Hz.Əli  (ə),  İmam  Həsən  (ə),  İmam  Səccad,  Cəbrail,  Qədr 

gecəsi nazil olan bütün mələklər İmam Hüseynin (ə) dəfnində iştirak etdilər. 

“Mənaqib”də Abdullah ibn Abbasdan belə nəql olunur: Hz.Hüseyn (ə) şə-

hid olandan sonra Hz.Peyğəmbəri (s) yuxuda gördüm. O ayaqyalın, torpağa bu-

laşmış və ağlar halda idi. Hz.Peyğəmbər (s) ətəyinə bir şey yığmış adam kimi 

köy

nəyini köksünə sıxmışdı və bu ayəni oxuyurdu: “Allahı zalımların etdiyi iş-



lərdən qafil bilmə.” Hz.Peyğəmbər buyurdu: “Kərbəlaya getmişdim və Hüsey-

nin  qanını  yerdən  götürüb  yığdım.  İndi  o  qanlar  mənim  ətəyimdədir  və  mən 

Kəbənin hüzuruna gedirəm. Onun yanında Hüseyni öldürənlərlə mücadilə edə-

cəyəm.” 


Tirmizinin “Came” və Səmaninin “Fəzailus-səhabə” kitabında nəql olunub 

ki, Ümmü Sələmə Hz.Peyğəmbəri  (s)  yuxuda gördü ki, Həzrət başına torpaq 

tök

müşdü.  Ümmü  Sələmə  ərz  etdi:  Ya  Rəsulullah,  bu  nə  haldır?  Həzrət  bu-



yurdu: “Kərbəladan gəlirəm.” 

 

Əhli-beyt əsirlərinin İbn Ziyadın sarayına daxil olması 

Əhli-beyt əsirlərinin Kufəyə daxil olduğunu öyrənən Kufə əhli ibn Ziyadın 

sa

rayına doğru tələsirdi. Hz.Hüseynin (ə) mübarək başı İbn Ziyadın yanına qo-



yul

muşdu  və  o  məlun  əlindəki  çubuqla  İmamın  (ə)  qabaq  dişlərinə  vuraraq 

istehza ilə deyirdi: “Hüseynin gözəl dişləri var imiş.” Həmin məclisdə Hz.Pey-

ğəmbərin  (s)  səhabələrindən  olan  Zeyd  ibn  Ərqəm  onun  hərəkətinə  dözmə-

yərək dedi: “Ey Ziyadın oğlu, çubuğu o mübarək dodaqlardan götür. And olsun 

Allaha, sənin çubuq vurduğun o dodaqları Hz.Peyğəmbərin (s) öpdüyünü mən 

dəfələrlə görmüşəm.” Bu sözlərdən sonra Zeyd ibn Ərqəmin ağladığını görən 

  



 

192 


İbn Ziyad dedi: “Allah sənin gözlərini ağlar qoysun, ey Allahın düşməni! Allah 

bizə qələbə nəsib etdiyi üçün ağlayırsan? Əgər qocalıb ağlını əldən vermiş ol-

ma

saydın  əmr  edərdim  ki,  sənin  başını  bədənindən  ayırsınlar.  Vəziyyəti  belə 



rən Zeyd məclisi tərk edib evinə getdi. Bu vaxt İmamın (ə) əhli-əyalını o mə-

lu

nun sarayına daxil etdilər. 



İbn Ziyad əsirlər arasında olan Hz.Zeynəbə üzünü tutub dedi: “Şükr olsun 

Allaha ki, sizi rüsvay edib öldürdü və sizin yalanınızı aşkar etdi.” 

Hz.

Zeynəb dedi: “Allaha şükr ki, bizi öz Peyğəmbəri Məhəmməd (s) vasi-



təsilə əzizlədi. Bizi bütün rəzalət və napaklıqlardan uzaq etdi. Həqiqətən fasiq 

adam rüsvay olar və facir adam yalan danışar. Allaha şükr ki, biz onlardan de-

yilik və onlar başqalarıdırlar.” İbn Ziyad dedi: “Kərbəlada Allahın səninlə və 

sənin əhli-beytinlə işini necə gördün? Xanım Zeynəb buyurdu: “Mən Allahdan 

yax

şılıq  və  gözəllikdən  başqa  bir  şey  görmədim.  Çünki  Ali  Muhəmməd  elə 



adam

lar idilər ki, Allah onların məqamını uca etmək üçün onlara şəhid olmağı 

va

cib etmişdi. Onlar da Allahın onlara verdiyi məqama çatmaq üçün o əməli 



ye

rinə yetirdilər. Tez bir zamanda Allah səni onlarla bir yerdə sual-cavab mey-

da

nına gətirəcək və onlar onda səninlə kimin haqq, kimin nahaq olması barədə 



bəhs edəcəklər.” Bu sözləri eşidən İbn Ziyad Hz.Zeynəbi öldürmək istədikdə 

Əmr ibn Həris buna imkan vermədi. İbn Ziyad dedi: Allah sənin üsyankar qar-

daşının və Əhli-beytinin ölümü ilə mənim ürəyimə şəfa verdi.” 

Hz.


Zeynəb buyurdu: “Təəccüb edirəm o kəsdən ki, onun ürəyi İmamlarını 

öl

dürməklə  şəfa  tapır,  halbuki  bilir o biri dünyada ondan intiqam alacaqlar.” 



Bu vaxt İmam Səccada (ə) tərəf baxan İbn Ziyad onun kimliyini soruşdu. Onun 

Əli ibn Hüseyn (ə) olduğunu öyrəndikdə dedi: “Məgər Əli ibn Hüseyni Allah 

öl

dürmədi?” İmam Səccad (ə) buyurdu: “O mənim böyük qardaşım idi, onu öl-



dür

dülər.”  İbn  Ziyad  dedi:  “Onu  Allah  öldürdü.”  İmam  Səccad  (ə)  buyurdu: 

“Allah hər kəsi əcəli çatanda öldürür.” 

Bu sözlərdən qəzəblənən İbn Ziyad İmamın (ə) ölümünə fərman versə də, 

bu

na  imkan  verməyən  Hz.Zeynəb  qollarını  İmamın  (ə)  boynuna  salıb  dedi: 



“And olsun Allaha, ondan əl çəkməyəcəyəm. Əgər onu öldürürsənsə, məni də 

onun


la birlikdə öldür.” Bu fikrindən əl çəkən İbn Ziyad əmr etdi ki, İmam Səc-

cadı (ə) əhli-beyti ilə birlikdə Cümə məscidinin yanındakı evdə həbs etsinlər. 

Əhli-beyti həbs edən İbn Ziyad Yezidə məktub yazaraq bütün əhvalatı ona 

bildirdi. O Yeziddən əsirlərlə və kəsilmiş başlarla nə cür rəftar etməsi barədə 

məsləhət istədi. İbn Ziyada məktub yazan Yezid ibn Müaviyə ona bildirdi ki, 

kəsilmiş başları onların malları ilə birlikdə mənim hüzuruma Şama göndər. 

 

Əsirlərin Şama daxil olması 

Tarixi məlumatlara əsasən səfər ayının birində Hz.Hüseynin (ə) müqəddəs 

ba

şını Şama daxil etdilər. Həmin gün Bəni Ümeyyə üçün bayram, İmam əhli 



üçün isə hüzn və qəmin təzələndiyi gün idi. Şama yaxınlaşanda Ümmü Gülsüm 

məlun Şimr ibn Zilcövşənə dedi: “Mənim səndən bir istəyim var. İndi Şam şə-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə