Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə6/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   2   3   4   5   6   7   8   9   ...   184

 

15

Cavan bəstəkar S.Qayıblının üstünə  qışqıran və  yəqin ki, bu ocağı da qalayan 



kişinin  əynində köhnə  sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da 

dənizkənarı parkın gözətçisi idi, bəlkə  də bir əyyaş idi. Ocağın kənarında çöməlib 

əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda 

qızardırdı. 

Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı  və  qəfil istisi elə bil 

S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub 

çıxartdı, içindəki uğultunu da. 

Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda 

nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da 

dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki, 

həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da 

qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi 

ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də 

qonağım ol, balaca bir şüşəm də var. 

Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi,  əllərini oda tutdu, bütün 

canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə? 

– səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi. 

Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif 

etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir» 

çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış  kələ-kötür bir müştük çıxartdı, 

siqareti müştüyə keçirib odda yandırdı. 

S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu 

siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M. 

klubu»nun gözətçisinin payı idi. 

Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə  də ciyərinə  çəkib: «Bəh-bəh-

bəh...» – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını 

da  şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir 

qullab vurub müştüyü ağzında saxladı,  əlini də ocağın üstünə tutdu: «Bunun ayrı 

ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan 

kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq... 

Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın. 

...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri 

qalxdı. Qapını açıb arakəsməyə girdi. Işığı yandırdı. Bir müddət yerindəcə dayandı, 

sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək 

olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı 

əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o 

məşhur sarı məxmər pencək asqıdan asılmışdı. 

Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək, 

ya da təzə pencək. 

O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı  və 

şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü 

ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi. 

Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı 

çalarlı  məşhur sarı  məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə 

basdı  və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana 

düzülmüş zibil qablarının birinin içinə boşaltdı. 




 

16

O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki, 



yeməli bir şey olacaqdı.  

Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha 

xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi. 

Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi 

birdən-birə kəsildi.  

Külək də daha dayanmışdı deyəsən. 

Yağış çoxdan kəsmişdi. 

Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi 

hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır. 

S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi. 

Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki, 

heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını 

deyirdi, deyirdi ki, nə  qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq 

vermədi. 

Dost-tanışları bunu eşidəndə xeyli gülürdü. 

 

Noyabr, 1968. 



  

 

 




 

17

 



QATAR. PIKASSO. LATUR. 1968. 

 

Sonra Məleykə xanımın  əri yenə  mənə elə baxdı ki, elə bil həm qorxudurdu 



məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi. 

Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək. 

Məleykə xanımın  əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya 

çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa 

vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən 

eşit. 


Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç 

nigaran qalma; arvadına heç nə olmaz yolda, çünki sənin arvadında qətiyyən gözüm 

yoxdur; baxma ki, bir kupedə ikimizik, yol da uzun – arxayın ol və get arxayın da 

yat – əgər özün tək yatacaqsansa. Bunları deyərdim, amma demədim – bu da onun 

baxışları müqabilində  mənim tərəfimdən kiçicik bir intiqam idi, çünki Mirzə  Cəlil 

yaxşı deyib ki, dünyada bu nigarançılıqdan da pis şey yoxdur. 

Qatar tərpənəndə Məleykə xanım pəncərədən ərinə əl elədi, əri də aşağıdan ona 

əl elədi, amma zalımın gözü elə məndə idi; nə isə, dünyada bu nigarançılıqdan da pis 

şey yoxdur. 

Sonra bələdçi arvad gəlib biletlərimizi aldı, peşəkar nəzərlərlə bir mənə, bir də 

Məleykə xanıma baxdı, yəni ki, məsələ məlumdur. 

Əvvəlcə  mən kupedən çıxdım, Məleykə xanım paltarını  dəyişdi, sonra o, 

kupedən çıxdı, mən paltarımı dəyişdim, sonra da kupedə oturub Abşeron gecəsinin 

qış mənzərəsinə tamaşa eləməyə başladıq, hərçənd elə bir mənzərə yox idi. 

Bələdçi qadın gəlib bizdən adama bir manat yorğan-döşək pulu aldı və soruşdu 

ki, çay içəcəyik, ya yox? Ikimiz də dedik ki, içəcəyik. Sonra mən paltomun cibindən 

«Ədəbiyyat və incəsənət» qəzetinin bugünkü nömrəsini çıxarıb vərəqləməyə 

başladım. Sənətşünasların Moskvada açılacaq beynəlxalq müşavirəsi barədə  də 

məlumat var idi, mənimlə Məleykə xanımın məruzə edəcəyimiz də yazılmışdı, bircə 

şəklimiz yox idi: mənimlə  Məleykə xanım, fonda da Məleykə xanımın  ərinin 

qorxunc və məlul baxışları. 

Məleykə xanım soruşdu ki, deyəsən, satirik yazı oxuyursunuz? Mən də dedim 

ki, bəli, maraqlı şerdir. Sonra Məleykə xanım dedi ki, çayınızı soyutmayın. Mən də 

dedim ki, çox sağ olun, içərəm; guya ki, ev sahibəsi idi və məni qonaq edirdi. 

Mən təyyarəyə minmirəm; ona görə yox ki, təyyarədən qorxuram, ona görə ki, 

təyyarədən bir ləzzət almıram – hərçənd ömründə təyyarəyə minməmişəm – amma 

bunu hiss edirəm. 

Məleykə xanımın da ürəyi təyyarə götürmür. 

Məleykə xanım gülümsəyib dedi ki, bilmirəm, bunu sizə deyiblər, ya yox, amma 

yaman qaradinməz adamsınız. Dedim ki, siz hələ  mənim danışmağımı 

görməmisiniz. Dedi ki, görməmişəm və təsəvvür də etmirəm, çünki neçə ildir sizinlə 

bir institutda işləyirik, həmkarıq, amma indiyəcən bütün söhbətimizi lentə 

yazsaydılar, heç iyirmi metr olmazdı, əksəriyyəti də salam-əleyküm, əleyküm-salam. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə