Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

fəaliyyətindən geniş  məlumat verilir. Qərargah rəisi polkovnik İbrahim ağa 
Vəkilovun hərbi döyüşlərdə  məharətmi marşal bütün ordu heyətmə nümunə 
göstərir, - dedim. 
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən 
qabaq əl uzadıb qovluğu özü açdı. 
...1978-ci ilin yazında Faris bəy İbrahim ağa oğlu Vəkilovla tanışlığım belə 
oldu. Həmin il atası haqqında “Azərbaycan” jurnalında çıxış etdikdən sonra 
yenidən onun görüşünə getdim. 
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə  vərəqlədi. Divanda yanaşı 
əyləşdik. 
- Oxu, - dedi, - görüm nə yazmısan? 
Yarıya çatmamış sərlövhəsini bir də soruşdu. 
- “Qəribə tale”, - dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində yaş 
damcılan görüb dayandım. 
- Daha oxuma, özüm oxuyacam, - deyib buz kimi əlilə biləyimdən yapışdı, - 
atamı yad etdiyiniz üçün hamınıza minnətdaram... 
Yol boyu bu tənha qocanı düşündürdüm. “Mənim bu uzun ömrümün qarası 
ağından çox olub”. Bu sözlər onun dilindən elə-belə  çıxmamışdı. Sonralar onun 
həyat tarixçəsi ilə yaxından tanış olanda heyrətə  gəldim ki, bütün bu əziyyəflərə 
necə dözüb? Qəribə burasıdır ki, həmişə batı qovğalarda olan, çox əziyyətlər çəkən 
bu insanın yaddaşı zərrəcə zəifləməmişdi. 
Faris bəy nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan 
uzaqda,  əzab-əziyyətlə sürgündə keçirınişdi. Neçə inqilabın, neçə müharibənin 
sınaqlarından sayıq çıxmışdı. Çünki amalı düz, əqidəsi pak olmuşdu. Harda, hansı 
şəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın işığı yanmışdı. O çırağın da adı 
Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımışdı ki, qapısını 
elə bərk çırpmışdı ki, o, hələ də özünə gələ bilmirdi. 
Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitutunun beşinci kurs 
tələbəsi Faris bəy Vəkilov Petroqradın Putilov zavodundakı top emalatxanasının 
müdafiənə  səfərbər olunur. Gənc mühəndisin bu zavoddakı yaxşı  fəaliyyəti onu 
pillə-pillə ucaldır. 1916-cı ildə yaxşı xasiyyətnamə ilə Petroqraddakı  məşhur 
“Feniks” zavodunda baş mühəndis təyin olunur. Bir il sonra oktyabr tufanları 
zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandırır. Faris bəy Tiflisə - ailəsinin 
yanına qayıdır. O, bolşevik  Əliheydər Qarayevlə birgə ictimai-siyasi işlə  məşğul 
olur. Onlar Peterburqda fəaliyyət göstərən “Azərbaycan Həmyerliləri 
cəmiyyəti”ndə tanış olmuşdular. 
1918-1920-ci illərdə Faris bəy Azərbaycan Respublikasının Gürcüstan 
hökuməti yanında səlahiyyətli nümayəndəsi kimi mühüm vəziəfədə çalışır. 
Azərbaycanda aprel işğalından sonra təqib olunan ziyalılardan biri kimi 
Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavodunda konstruktor işləyir. 
Beş il Paris şəhərində  işləyən Faris bəy Vəkilov mühacirətdə olan 
həmyerlimiz general-mayor Məmmədsadıq bəy Ağabəyzadə ilə görüşür, texniki 
biliyini artırır. Lakin Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa 
məcbur edir. 


“Parisdə müvəqqəti qaldığıma  əmin idim, tez-tez Azərbaycanda qalmış 
atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam yazırdı ki, məni Peterburqdan şəxsən 
tanıyan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi 
Əliheydər Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı dağılmış 
təsərrüfatların bərpa edilməsində  iştirak edim. Mən bu təklifdən çox məmnum 
oldum. 
Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı ilin fevral 
ayında öz həyat yoldaşım ilə birlikdə Bakıya qayıtdım. 
Əliheydər Qarayev məni səmimi qarşıladı. Mənzil almağa kömək etdi və 
leytenant Şmidt adına zavoda işə göndərdi”. 
...Axşam qonşusu mənə  zəng eləyib dedi ki, Faris baba sabah sizi görmək 
istəyir. Mümkünsə ona baş çəkin. 
Işdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta 
deyərdim, qohum kimi görüşdük. 
- İndi mənim sənə işim düşüb, - dedi. - Xəbərin varmı, atamın dayısı oğlu 
İbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır. 
Həmin günü mənə çoxlu şəkil, sənəd göstərdi. Səxavət  əli açılan Faris 
babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası 
İbrahim ağa Vəkilov topoqrafiya çəkilişi zamanı  təsvir olunub. Hər iki şəklin 
orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 
2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam dinini qəbul etmələrinin 
mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı. 
Faris baba bu məktubun fotosurətmi və öz əlilə rus dilində yazdığı 
xatirələrini avtoqrafla mənə verdi. 
- Oğul, - dedi, - mənim ömrüm qurtarır, səninki isə başlayır, qoy bunlar 
səndə qalsın. Amma mən tənha qocaya tez-tez baş  çək, sənə lazım olan çoxlu 
materiallar verərəm... 
  
 
GENERAL-MAYOR İBRAHİM AĞA USUBOV 
 
Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi İbrahim ağa Usubov 
oldu. General-mayor İbrahim ağa Usubov 1872-ci ildə Qazax qəzasının Qıraq 
Salahlı  kəndində dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası Musa 
ağa da rus ordusunun zabiti olub. İran şahzadəsi Abbas Mirzənin qoşunları 1826-cı 
ildə Azərbaycana hücum edəndə atası Musa ağa və əmisi Süleyman ağa Usubovlar 
Qazax süvari dəstəsində  mərdliklə vuruşmuşlar. Sonralar Polşa müharibəsindəki 
nümunəvi xidmətinə görə Musa ağa ştabs-kapitan rütbəsinə qədər yüksəlib. 
Faris baba sənədlərindən birini açır, titrək barınağını üstündə  gəzdirə-
gəzdirə: 
- Fikir ver, əmim də  Əliağa  Şıxlinski və atam kimi Tiflisdəki kadet 
korpusunu bitirib, özü də  əla qiymətlərlə, - deyir, - 1890-cı ildə Xarkov piyada 
Hərbiyyə məktəbinə daxil olur. Həmin məktəbi əla qiymətlərlə bitirib ştabs-kapitan 
rütbəsində  əsrimizin  əvvələrində başlayan rus-yapon müharibəsində  iştirak edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə