Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

YARALI SÖHBƏT 
 
     Bizim işimiz müqəddəs, haqq işidir, bizim 
ölməyimizlə o məhv olmayacaq. -Qalibiyyət 
yolunda  bizim  qanımız hələ çox töküləcək, 
ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla 
böyük ideyalar qalib gəlir. Biz ölməklə, al qanımıza 
boyanmış azadlıq və bərabərlik bayrağını intiqam 
və qalibiyyət irsini gələcək nəsillərə qoyub gedirik. 
 
Spartak 
 
Topoqraf-general Ibrahım ağa Vəkilovun qəribə taleyı ilə bağlı axtarışlar 
aparıb mətbuatda çıxış etdikdən sonra onun doxsan iki yaşlı  oğlu Faris baba ilə 
dostluğumuz başlandı. Bir neçə dəfə görüşdükdən sonra qoca mənə etibar edib öz 
həyat yolundan, general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə 
görüşəndə günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada on 
səkkiz il çəkdiyi  əziyyətlərdən, iztirablardan yana-yana, bir-birindən dəhşətli 
əhvalatlar söyləyirdi. 
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib bəy Vəkilovun 
1918-ci ildə yaranan Milli Orduda böyük xidmətləri olub. Onu da otuz yeddidə 
həbs ediblər. Arabir qardaşı haqqında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü 
dəyişir və bu barədə danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək olan 
qocaını  qəlbinə  dəyməyə  qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan saldım. 
Bilirdim ki, Çingiz İldırımla Qalib bəy dost olublar. Qoca məcbur olub ötəri bir 
əhvalat danışdı. Mən əl çəkməyib, - Qalib bəy niyə tutulub? - deyə soruşanda qoca 
qəmli-qəmli üzümə baxıb xeyli dinmədi. Bu an divardakı  qədim saatın səsi bizi 
diksindirdi. Hər ikimiz dönüb ona baxdıq.  Əqrəblər düz on birin üstündə 
dayanmışdı. Bu gün Faris baba ilə söhbətimiz həmişəkindən daha çox olmuşdu. 
Həqiqətən onu bərk yorınuşdum. Durub getmək istəyəndə qoca əlimdən yapışıb: 
- Bərk yorulmuşam, - dedi. Qoy qardaşım Qalib haqqında söhbət sonraya 
qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə ürəyimdə  gəzdirdiyim yaralı bir 
söhbətdir. 
Yazıq görkəm alan qoca üzrxahlıq elədi, - İncimə, gələn  şənbə-bazar 
gözləyəcəm... 
Təəsüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar gününə kimi 
yaşamadı...  
Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla xanımla bir neçə  dəfə 
görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla xanım Vəkilova M.F. 
Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda işləyirdi. 
General  Əliağa  Şıxlinskinin onlarda saxlanan nadir şəkillərinin üzünü 
çıxartdıranda, general babası  İbrahim ağa Vəkilov haqqında veriliş hazırlayanda 
arabir atası haqqında da soruşdum. O da əmisi kimi suallarıma çox qısa cavab verir 
və nədənsə bu mövzunun üstündən sükutla keçirdi. 


“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya olunanların, 
hətta uşaqları da bəzən öz ata-analarının günahkar olmasına inanır və açıq-aşkar 
onlardan üz çevirirdilər. Bu, nə ilə  əlaqədar idi? Qorxaqlıqla, yoxsa öz şəxsi 
həyatını qorumaqla? Bu da vardı, amma əsas səbəb yalnız kor-koranə, fanatik inam 
idi”. 
Professor Nikolay Truşenkonun bu sətirlərini “Smena” jurnalında (1988, № 
9) oxuyanda dərhal Leyla xanımı xatırladım. Susmağının səbəbini sanki bu 
sətirlərdə tapmışdım. Elə ki, atası haqqında danışmağa başladı, bir daha gördüm və 
hiss etdim ki, Leyla xanımdan qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat 
deyildi, doğma atadan danışmaq, yazmaq əlli ildən çox idi yasaq edilmişdi. O, heç 
vaxt “xalq düşməni” atasından üz döndərməmişdi. Nə kor-koranə, fanatikcəsinə 
“ellər atası Stalinə”, nə  də  cəllad M.C.Bağırova özünün pənahı kimi pərəstiş edə 
bilməmişdi. O illərdə incidilmiş əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən 
biri kimi dərdini ürəyində çəkmişdi. Və bəlkə də Leyla xanımın ağlına gəlməzdi ki, 
vaxt gələcək, aşkarlığın, demokratiyanın işığında hər  şey açıq-aydın etiraf 
ediləcək. Bütün gümanlar, şübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz 
yerini tapacaq. 
- Təəsüf ki, mən atamı babam İbrahim ağadan daha az görmüşəm, - Leyla 
xanım söhbətinə general babasından başlayır. – İlk dəfə atam Qalib bəy həbs 
ediləndə mənim cəmisi altı yaşım vardı. 
İkinci dəfə isə on üç yaşında idim. Ona görə  də atam haqqında anamın 
söhbətlərindən yadımda qalanlar daha çoxdur. 
- Bəs general babanız  İbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun 
haqqında heç nə danışmayıb? 
- Yox, Babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət 
salmazdı. Sonralar mənə  məlum oldu ki, babam atamın tutulmasını ürəyində 
sağalmaz yara kimi gəzdirirmiş. Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin 
rifahı üçün çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq 
iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi də 
gözüm önünə  gətirəndə kövrəlirəm. Babam o ağır illərdə qanadları  qırılmış quş 
kimi gəzirdi. 
General-topoqraf  İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü. 
1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə  qız payı - Rəna xanımı  bəxş 
etmişdi. Xoşbəxt ailənin bircə nigarançılığı vardı: ata müsəlman, ana isə xristian 
dininə  mənsubdur. Bəs övladları hansı  məzhəbə qulluq etməlidir? - sualı ailəni 
keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu. 
Qleb sənətmdə atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflis kadet 
korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali Hərbi-
Texniki İnstituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq 
həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev Hərbi Məktəbində 
təhsilini davam etdirdi. 
Əsrin  əvvəllərində  fəhlə sinfi ayağa qalxıb mütləqiyyətm rədd olunmasını 
tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coşmuşdu. 
İmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, 
qarışıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə