Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

Sevgi şirin şərbətdir, 
Içdikcə ürək yanır. 
 
Sənin Səfurən.” 
 
Təəsüf ki, açılan səhər onlara xoşbəxtlik nədi, heç görüş də qismət eləmədi. 
Kapitan Bahadır bəy Vəkilovun səhəri bolşevik zirzəmisində açıldı... 
 
*      *     * 
 
MƏMMƏD AĞA  MUSTAFA AĞA  OĞLU VƏKİL(1863-1939
Gürcüstan Mərkəzi Dövlət arxivinin 1920-ci ilə qədərki sənədlərində adı hörmət və 
ehtiramla çəkilən Məmməd ağa Vəkilov  əsrin  əvvələrində - 1905-1906-cı illərdə 
Azərbaycan dilində qəzet açmaq üçün təşəbbüs göstərmişdi. O, “İqbal” adlı qəzeti 
dostu Cəlil Məmmədquluzadə ilə birgə nəşr etmək istəyirdi. 
“...Qafqazda türklərin mətbuatı ölü, bəlkə də yox bir halda idi.  Onunçün biz 
tək öz dərdlərini qələmlə meydana qoymağa həris olan yazıçılar - gah bizim 
millətdən, gah qonşu millətlərdən hökumətdən qəzet icazəsi istəməyə başladılar. 
Biz türklərdən bu icazəni istəyən - Bakıdan Əhməd bəy Ağayev idi, Tiflisdən belə 
icazə istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi və yenə bir Nuxa əhli 
idi ki, onun adı gərək Mustafayev ola: Batumidən Məmməd bəy Sancaqbəyzadə idi 
və Tiflisdən də  mən idim”. (Cəlil Məmmədquluzadə. “Xatiratım,  Əsərləri, 3-cü 
cild, 1967- il nəşri, səh. 666-da”) 
Uzun yazışmalardan sonra Məmməd ağa “İqbal” adlı  qəzeti buraxmağa 
dövlətdən icazə ala bilmişdi. Lakin qəzeti buraxmamışdır. Həmin dövrdə  Cəlil 
Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını  nəşr etmək təşəbbüsünü 
alqışlamış yə demişdi ki, mən rəsmi dövlət qulluğunda çalışdığıma görə “İqbal”da 
xalqımızın nəfinə  cəsarətli yazılar verə bilməyəcəyəm. Belə  qəzetin də millətə, 
xalqa heç bir faydası olmayacaq. Yaxşısı budur ki, “Molla Nəsrəddin”i qoruyub 
saxlayaq. 
Qafqaz canişinliyinin nəşr etdiyi kitab və  məcmuələrdə göstərilir ki, 
Məmməd ağa Mustafa ağa oğlu Vəkilov Qori Seminariyasını bitirdikdən sonra az 
müddət kənd müəllimi işləyib. Bilik və bacarığına görə saray müşaviri vəzifəsinə 
də  dəvət olunur. Məmməd ağa Baş  Hərbi  İdarədə  türk  dili  tərcüməçisi, 1901 -
1917-ci illərdə isə Qafqaz canişinliyinin Dəftərxanasında  Şərq dillərinin baş 
mütərcimi vəzifəsində işləyir. Məmməd ağa Vəkilov 1904-cü ildə “Xalq qanmağa 
asan olan füqəra  əhalilərə  məxsus vəba azan haqqında bir inşadır” kitabını 
Azərbaycan dilinə tərcümə edir. 
Abbasqulu ağa Bakıxanov və Mirzə  Fətəli Axundovdan sonra Qafqaz 
canişinliyində yüksək vəzifədə çalışan üçüncü azərbaycanlı Məmməd ağa Vəkilov 
olmuşdur. Məmməd ağa Vəkilov həm də Tiflisdəki Şərq dilləri üzrə zabit hazırlığı 
məktəbində türk dilindən dərs deyir. 1914-cü ildə  həmin məktəbin müəllimi, 
general-mayor M.D.Qutorla müştərək “Türk dilinin qısa qrammatikası”nı  tərtib 
edir. 


1918-ci ilin mayında Azərbaycan Demokratik hökuməti yarananda Məmməd 
ağa Bakıya köçür. 1920-ci ilin aprel çevrilişinə  qədər Respublika Parlamentində 
Dəftərxana idarəsinin rəisi vəzifəsində işləyir.  
OĞLU MUSTAFA AĞA VƏKİLOV (1899-1943) 1924-cü ildə Sarbonna 
Universitetmin hüquq fakültəsini bitirib. Hüquq magistri elmi dərəcəsi alan 
Mustafa ağa vətənə qayıtdıqdan sonra ədliyyə orqanlarında işləyib və ali 
məktəblərdə  dərs deyib. Elmi-tədqiqatla, tərcümə  və hüquqi əsərlərin redaktəsilə 
məşğul olan gənc alim Mustafa ağa Vəkilov “İnqilabdan  əvvəl Azərbaycanda 
nigah münasibətləri” kimi sanballı əsər yazıb. O, 1939-cu ildə əksinqilabi-millətçi 
təşkilatın üzvü olmaqda günahlandırılaraq həbs edilib. 
Professor Mustafa ağa Məmməd ağa oğlu Vəkilov dörd illik əzablı sürgün 
həyatından sonra 1943-cü il aprelin 30-da Komi Muxtar Vilayətmdə  həbsxanada 
vəfat edib. 
Professor Mustafa ağa Vəkilov kimi işıqlı  zəka sahiblərinin ömür yolu ilə 
tanış olanda istər-istəməz dahi Nizami Gəncəvinin kəlamları yada düşür: 
 
Mən torpaqda yatan bir mirvariyəm, 
Qaldırsan görərsən sən tək diriyəm, 
Batıb gedən bilmə sən hər gedəni, 
Məni görməsən də görürəm səni. 
Bu yerdə mənim tək çoxdu yatanlar
Hansı yad edilər, hansı anılar? 
 
 
MƏMMƏDRZA AĞA MƏNSUR AĞA OĞLU VƏKİLOV 
(1864-1944). 
 
Vay, səd vay, Şamaxı genə viran oldu, 
Əhli Şirvanın işi naləvü əfqan oldu. 
Vəkilovdan nə deyim, çox onun zəhməti var, 
Ruhsuz cismlərə ruh verib can oldu. 
 
Bu misraları 1902-ci ildə  Şamaxı  zəlzələyə mübtəla olanda Şirvanlı  şair 
Mirzə  Məmmədtağı Qasımzadə yazıb. Zəlzələnin dəhşətlərini eşidən bir qrup 
Azərbaycan ziyalısı, başda görkəmli maarifçi, naşir Həsən bəy Zərdabi, Hacı 
Zeynalabdin Tağıyev, doktor Məmmədrza ağa Vəkilov və bir neçə imkanlı şəxslər 
olmaqla Şamaxı camaatma köməyə getmişlər. Doktor Məmmədrza ağa Vəkilovun 
yaralılara təmənnasız yardımı barədə o dövrdən qalan xatirələrdə və bədii əsərlərdə 
çoxlu xatırlamalar var. 
Məmmədrza ağa Vəkilovun təşəbbüsü ilə 1901-ci ildə Bakıda ilk 
müalicəxana açılmışdır. Həmin ambulatoriyanın açılışında o, Hacı Zeynalbadin 
Tağıyevə və Musa Nağıyevə müraciət edərək demişdir: 
 -  Cənablar, kim xalqını, millətini sevirsə, onun ağrısını  və  əzabını yaxşı 
başa düşməlidir. Xalqını sevən hər bir kəsin ona yardım  əli uzatmaq müqəddəs 
borcu olmalıdır. Allah da kasıbı, zəhmətkeşi çox sevir. Kasıba ruzi verən 


dövlətlinin payını gözə görünməz allah həmişə artıqlaması ilə qaytarır. Çinlilərin 
qədim bir məsəlində deyilir ki, yeddi mərtəbəli budda məbədi tikməkdənsə, bir 
insan ömrünü xilas etmək daha böyük savabdır. 
Bir il əvvəl (1900-cü ildə) yenə Bakıda altı ambulatoriyanın yaradılmasının 
təşəbbüskarı da Məmmədrza ağa olmuşdur. Aprel inqilabından  əvvəl 
Azərbaycanda tez-tez baş verən epidemiyalara qarşı mübarizədə  və yerli əhali 
arasında sanitariya mədəniyyətinin yüksəldilməsində  Məmmədrza ağa Vəkilovun 
böyük xidmətləri olmuşdur. Onun əvəzsiz xidmətlərini çar hökuməti layiqincə 
qiymətləndirib. 
Azərbaycanda, Zaqafqaziyada doktor Vəkilov kimi şöhrət qazanan 
Məmmədrza ağa 1900-cü il mayın 2-də Qafqaz İmperatoru Tibb Cəmiyyətinin 
həqiqi üzvü də seçilib. Azərbaycanda ilk ali təhsilli həkim olan Məmmədrza ağa 
Vəkilov 1887-ci ildə Birinci Tiflis klassik gimnaziyasını, 1893-cü ildə isə Xarkov 
Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib. 
İlk həkimlik fəaliyyətinə Tiflisdəki Mixaylovsk xəstəxanasında başlayan 
Məmmədrza ağa Vəkilov Qars dəmir yolu tikintisində  əlli çarpayılıq səyyar 
xəstəxananın müdiri olub. 1900-cü ildən isə Bakıda doğma xalqının sağlamlığı 
keşiyində dayanıb. 
Təəsüf ki, ömrünü xalqının sağlamlığına həsr edən belə bir görkəmli  şəxs 
unudulub. Yalnız ağsaqqal adamlar Bakıdakı ikinci şəhər poliklinikasına (indi S. 
M.Əfəndiyevin adını daşıyan - Ş.N.) hələ  də “doktor Vəkilovun” müalicəxanası 
deyirlər. Axı, yuxarıda xatırlatdığımız kimi Məmmədrza ağa bu poliklinikanın 
yaradıcısı olmuşdur. Nə az, nə çox həmin poliklinikaya düz qırx üç il rəhbərlik 
etmişdir. Görkəmli tibb xadimi 1944-cü il dekabrın 30-da Bakıda vəfat etmişdir. 
BADİSƏBA XANIM MUSTAFA AĞA QIZI VƏKİLOVA  - KÖÇƏRLİ 
(1881-1954).  Vəkilovlar nəslinin görkəmli qadın nümayəndələrindən biri də 
məşhur maarifçi Badisəba xanım Mustafa ağa qızı  Vəkilova - Köçərlidir. O, 
xalqımız qarşısında əvəzsiz xidmətləri olan ədəbiyyatşünas Firidun bəy Köçərlinin 
həyat yoldaşı idi. Xatirələrdən məlum olur ki, Badisəba xanım Firidun bəyin ömür-
gün yoldaşı olmaqla yanaşı, onlar həm də əqidə, məslək birliyi ilə yaşamışlar. Hələ 
Qori  şəhərində yaşayanda Firidun bəy Köçərli “Azərbaycan  ədəbiyyatı tarixi 
materialları” adlı çox dəyərli əsərini yazarkən əlavə və düzəlişlərdən sonra əsərin 
üzünü yenidən köçürınək lazım olurdu. Badisəba xanım Firidun bəyin bu qiymətli 
əsərinin üzünü böyük həvəs və  məhəbbətlə bir neçə  dəfə yazmışdı. Firidun bəy 
Köçərlinin ölümündən sonra Badisəba xanım  ədəbi-pedaqoji fəaliyyətini 
dayandırınayıb. Onun təşəbbüsü ilə 1925-1926-cı illərdə Firidun bəyin 
“Azərbaycan  ədəbiyyatı tarixi materialları”  əsəri ilk dəfə Bakıda işıq üzü görüb. 
Badisəba xanım səmərəli fəaliyyətini ilk dəfə xalqımıza mərhum yazıçı Hacağa 
Cümşüdlü “Badisəba” sənədli povestmdə (Azərnəşr, 1963-cü il) çatdırınışdır. 
Badisəba xanım Vəkilova - Köçərlinin Respublika Əlyazmalar İnstitutunun 
arxivində (Arx.24, Q-l) 1948-ci il aprelin 20-də öz dəsti - xəttilə yazdığı 
“Tərcümeyi-hal”ı saxlanılır. Onu olduğu kimi ilk dəfə  təqdim edirik: “Mən 
Badisəba Mustafa ağa qızı Köçərli 1881-ci il martın ikisində Qazax rayonunun 
Salahlı kəndində anadan olmuşam. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə