Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

- Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam! Nəzarətçiyə inanmayan, onu 
dodaqaltı söyən Fərhad bəy üzünə bağlanan qapıya baxa-baxa quruyub qalmışdı. 
Kamerada işıq yenidən zəiflədi... 
Şamaxı yolundakı  həbsxananın komendantı  əlini zəif yanan peçdə  qızdıra-
qızdıra: 
- Hə, polkovnik Vəkilov, belə-belə işlər - deyə, ona müraciət etdi. 
Stolun üstündəki əl boyda kağızı göstərib: 
- Buyurun, hələli sizi bolşevik hökuməti yanında günahınız sübut olunmadı. 
Ən yaxın adamınız üzünüzə dursa da “İttihad”çılar bunu inkar etdilər. 
- Siz də  hərbçisiniz, bilməmiş olmazsınız, peşəkar hərbçilər həmişə 
siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğrusu, əsgəri qaydadır... 
- Oho, Vəkilov, sən çox ağıllı, düşüncəli adamsan. Görünur, bəy titulunu 
nahaq yerə daşımırsan. - Komendant iri bir dəftərxana kitabını ona tərəf itələdi: - 
Burdan qol çəkin, hələlik azadsınız, evinizə buraxılırsınız. Bundan sonra fəxrlə 
deyə bilərsiniz ki, bolşevik gülləsi sizdən yan keçdi. Amma siz... - kinli-kinli 
Gəray bəyə baxıb - bolşeviklərə çox güllə atmısınız, bolşeviklərin qanını su yerinə 
axıtmısınız, elə deyilmi? 
Gəray bəy dinmədi... 
Bu epizodu mənə ilk görüşümüzdə  Gəray bəyin qızı Sona xanım danışdı. 
1926-cı ildə qarlı qış axşamı gecədən xeyli keçəndən sonra Sitarə xanımın qapını 
açması və atası Gəray bəyin qəfil gəlişini Sona xanım çox yaxşı xatırlayır. 
- Bu gözlənilməz gəlişdən özünü itirən anam hey təkrarən atamdan 
soruşurdu ki, a kişi, nə yaxşı səni buraxdılar. 
Atam isə sevinclə bizi öpür, qucaqlayırdı. O, qardaşım Böyükağanın, 
Rüstəmin dərslərini soruşdu. Balaca Fərruxu və məni dizinin üstündə oturdu. Ata 
məhəbbətini, həmin gecənin sevincini mən indi də unuda bilmirəm. Həmin gecə 
evimizin işığı səhərə kimi sönmədi. Birdən atam sərt səslə anama dedi: 
- Elə deyirsən ki, nə yaxşı buraxdılar. Axı  mənim nə günahım var ki, 
buraxmayaydılar. Namərd bir qohumla məni üzləşdirdilər. 
O mənə  nə  qədər  şər atdısa da faydası olmadı. Onda namərd dedi ki, sən 
Gəray bəy ağqvardiya ordusunda qulluq etmisən. Mən də cavab verdim ki, əvvəla 
Müsavat ordusu ağqvardiyaçılardan ibarət deyildi. Əgər sən deyən kimidirsə, onda 
ikimiz də birgə qulluq etmişik. Müsavat ordusunda sən praporşik, mən isə 
polkovnik olmuşam. Mənim qismətimə insaflı müstəntiq düşmüşdü. O, milliyyətcə 
Həştərxan tatarı idi. Növbəti istintaqın birində  məndən soruşdu ki, 1924-cu ildə 
harada olmusunuz? Şəkidə Qırmızı Kadet korpusunda işləmişəm, - dedim. Həmin 
ili kursantların buraxılışı münasibətilə 1924-cü il noyabrın 7-də Moskvada kursant 
heyətilə birgə Nərimanovun qəbulunda olmuşam. Bu görüşdən fotoşəklimiz də var. 
Bunu eşidən müstəntiqin  əhval-ruhiyyəsi tamam dəyişdi. Dedi ki, 1918-ci 
ildə Nərimanov Həştərxanda olanda məni müalicə edib. Məni ölümdən xilas edib, 
həyata qaytarıb. Ona görə rəhmətlik Nərimanova böyük hörmətim var. 
Atam sonralar da danışırdı ki, sağ-salamat buraxılmağımın səbəbkarı həmin 
müstəntiqin Nərimanova olan hüsrırəğbətindən irəli gəlib. Ona görə də atam Gəray 
bəy ömrünün sonuna kimi Nərimanova rəhmət oxuyardı. 


- Sona xanım, atanız Gəray bəy Müsavat ordusunda Gəncədə, Tərtərdə hərbi 
qulluqda olub. 1920-ci ildə  Şəkidə Qırmızı Kadet məktəbinin rəisi işləyib. Bəs o 
həbs olunan ili - 1926-cı ildə harada yaşayırdınız? 
- Həmin ili Bakıda Çadrovı küçəsindəki onuncu dalanda (indiki M. Əliyev - 
Ş.N.) yaşayırdıq. Mən 1920-ci il fevralın 11-də Bakıda anadan olmuşam. Atam 
Gəray bəy bu xəbəri eşidəndə deyib ki, anam Süfiyyə xanım yenidən dünyaya 
gəlib. Atamın eyhamını dərhal anlayan anam Sitarə xanım Məmməd qızı Bədəlova 
mənə nənəmin adını qoyub. Sonralar necə olubsa məni Sona deyə çağırıblar. Atam 
heç vaxt ikinci adımı dilinə  gətirməzdi, acığı  gəlirdi. Həmişə  məni Süfiyyə deyə 
çağırardı. 
Anamın əsli Şəkidən olub. Atam kimi nəcabətli nəsldən olan anamın ailəsi o 
vaxt Tiflisdə yaşayırmış. Onlar 1913-cü ildə evləniblər. Ana babam Məmməd 
məşhur tacir olub. Tiflisdə xüsusi mülkü, mağazaları varmış. Anam ali təhsilli 
həkim idi. 
- Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanılan bir teleqramı 
düşdü. Onu poruçik Gəray bəy Vəkilov 1901-ci il oktyabrın 7-də ilk qız 
məktəbinin açılışı münasibətilə Hacı Zeynalabdin Tağıyevə vurub. Atanız Gəray 
bəy yazır ki, Ünasiyə məktəbinin güşadı günü ilə Sizi təbrik edib, tofıq istəyirəm. 
  
- Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez işlətdiyi bir məsəli yadıma 
düşdü. O, acığı gələn zabitə deyərdi: 
- Praporşik zabit olsa, toyuq da quş olar. 
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi praporşik olub. 
Ömrünün son illərində atam süvari generalı Hüseyn xan Naxçıvanskini tez-tez 
xatırlardı. Hüseyn xan Port-Artur döyüşlərində atamın komandiri olmuşdu. 
Yadımdadır, danışardı ki, 1905-ci ildə yaponlarla döyüşdə Hüseyn xan əmr 
verdi ki, xəncəri dişimizə alaq, qılıncı sağ  əlimizə, tüfəngi isə sol əlimizə. Belə 
yaraqlanıb hücüma keçdik, yaponlar mövqelərini qoyub qaçdılar. Biz bir güllə belə 
atmadan cəbhəni aldıq. 
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa 
(1914-1995), Rüstəm (1916-1998). Fərrux (1921-1998). Bu sətirlərin müəllifı 
onların hər üçü ilə görüşüb söhbət etmişdi. 
Böyükağa EA Geologiya institutunun laboratoriya rəhbəri, geologiya-
minerologiya elmləri namizədi, Rüstəm əməkdar mühəndis, Fərrux isə baş ədliyyə 
polkovniki və fəxri prokurorluq işçisi idi. 
1992-ci ildə görüşlərimizin birində Böyükağa müəllim mənə iki nadir 
fotoşəkil göstərdi.  İlk dəfə gördüyüm bu tarixi şəkillər altınış  səkkiz il əvvəl - 
1924-cü il noyabrın yeddisində  çəkilmişdi.  Şəkildə xalqımızın görkəmli oğlu 
Nəriman Nərimanov və Zaqafqaziya Hərbi Hazırlıq məktəbinin kursant və zabit 
heyəti Moskvada təsvir olunmuşdu. Böyükağa Vəkilov da həmin kursantlar 
arasında olduğuna görə fotoşəklin çəkilmə tarixini mənə nəql etmişdi: 
- 1922-ci ilin yazında atam məni “Qırmızı kadetlər korpusu” məktəbinə 
oxumağa qoydu. Onda mənim səkkiz yaşım vardı. Həmin məktəbə yeddi yaşından 
on dörd yaşınadək olan uşaqları götürürdülər. Məktəb beynəlmiləl idi. Orda 
müxtəlif millətlərdən olan uşaqlar oxuyurdu. Azərbaycanlılar  əksəriyyət təşkil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə