Şəmistan Nəzirli


partiya üzvü, Azərdövlətmetalsənayenin fəhləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

şöbəyə  rəhbərliyi azərbaycanlı, partiya üzvü, Azərdövlətmetalsənayenin fəhləsi 
yoldaş Rzayev Fərruxa tapşırmaq qərara alındı. Belə bir şöbəni yaratmaq və ona 
rəhbərlik etmək heç də asan iş deyildi, dəzgah arasından çıxmış fəhlə üçün bu, çox 
çətin vəzifə idi. Rzayevə  təklif edildi ki, özünə köməkçi olaraq bir mühəndis 
tapsın. Mühəndislərin arasında onun tanışı yox idi. O, ancaq mühəndis Vəkilovu 
tanıyırdı  və o, mənim adımı  çəkdi. Rəhbərlik məni zavoddan çıxarıb, Baksovet 
sisteminə keçirməyi qərara aldı. Baksovetm müəssisələrinin səmərəli işinə 
rəhbərlik etmək, ruhlandırınaq isə, üçüncü şəxs “sayıq göz” xüsusi şöbənin rəisi 
Arakelov Arsenə  həvalə edildi. Onun peşəsinin nə olduğunu bilmirdim, ancaq 
onun nə üçün orada olduğunu yaxşı bilirdim. Köhnə mühəndis, partiyaçı olmayan, 
bəy ailəsindən olan Faris bəy Vəkilovu nəzarətsiz qoymaq olmazdı. 
    Beləliklə, təşkil edilmiş bu üçlük, onlar üçün tam yenılık olan bu 
müəssisəyə rəhbərlik etməyə başladılar. Metal sənətkarları Rzayev və Vəkilov pivə 
zavodlarının, qənnadı fabriklərinin, trikotaj sexlərinin, poliqrafik müəssisələrin
asfalt karyerlərinin və s. direktorlarına göstəriş verməli idilər. Maşınqayırma 
sənayesinə alışmış beynimdə bütün yuxarıdakıları götür-qoy etməkdə  çətinlik 
çəkirdim. Mən özümü başqa planetdən düşmüş kimi hiss edirdim. Lakin tapşırılmış 
vəzifədən imtma etmək olmazdı. Yeni şəraitə alışmaq lazım idi. Demək olar ki, 
tamamilə başa düşmədiyin məlumatı dinlədikdə  ağıllı, düşüncəli bir təsəvvür 
yaratmalıydı. Bu hal həmişə alınmırdı. Müəssisə  rəhbərlərinin bizdən necə 
təəssüratla ayrıldıqlarını başa düşürdüm. Təsəvvürün belə olmadığı  işi 
təlmatlandırınaq lazım gəlirdi. Mənim tabeliyimə verilmiş müəssisələr arasında 
çuquntökmə emalatxanası da var idi. Bu müəssisənin süpürgəçi və gözətçi də daxil 
olmaqla cəmi-cümlətanı 30 nəfər işçisi vardı. Bu müssisə  mənim üçün qurtuluş 
köməyi oldu. Bu müəssisə “Zavod-2” adlanırdı. Burada Baksovetm sifarişçiləri 
üçün kiçik detallar düzəldilirdi. Ancaq, bu “Zavod-2” Bakı  şəhərinin təsərrüfat 
həyatında mühüm rol oynadı. Məni hələ də tərk etməmiş istehsalata olan həvəsim 
öz yerini tapdı, otuzuncu illərin  əvvəllərində  mənzil tikintisinə böyük əhəmiyyət 
verilirdi. Yeni evlər göbələk kimi artırdı. Bu, onunla izah edilirdi ki, Bakı 
yaxınlığında tikinti materialları - daş və əhəng istədiyin qədər var idi. Ancaq, təkcə 
daşla tikinti aparmaq olmazdı. Bir çox başqa materiallar, o cümlədən çuqun, 
kanalizasiya boruları da tələb olunurdu. Qafqazda onları hazırlayan zavod yox idi, 
onlar çox az miqdarda Rusiyadan gətirilirdi. Tikilmiş binalar çirkab təmizləyən 
borular və onlar üçün fasonlu hissələr gözləyirdi. Bizim yerli sənaye şöbəsinə bu 
çətinlikdən çıxmaq tapşırığı verildi. Beş il müddətmdə məni zavoddan tanıyan rəis 
Fərrux bu işi mənə tapşırdı. Mən öz kabinetimdən “Zavod-2”- yə keçdim və sınaq 
işləri aparınağa başladım. Mənim mexanikadan bildiklərim azlıq təşkil edirdi. Bu 
işi daha yaxşı bilən də yox idi. Bakı zavodlarının təcrübəsindən də istifadə etmək 
olmurdu, orada iri diametrli, qalın divarlı borular hazırlanırdı. Çirkab təmizləyən 
boru üçün bu, yaramırdı. Mənim atdığım addımlar fayda vermədi. Mən Leninqrada 
ezam olunmağımı  tələb etdim. Eşitdiyimə görə orada vaxtıilə sahibkara məxsus 
olmuş “Svenqalli zavodu var idi, bu zavodda çirkab təmizləyən borular 
hazırlanırdı. Yol yoldaşı olaraq bizim fəhlə, partiyanın üzvü Arutunyov Arseni 
mənə qoşdular. Uç-dörd günün ərzində biz Leninqradda zavodun təsərrüfat işi ilə 
tanış olduq. Mən lazım olan texnologiyanı, istehsal prosesini yazdım, eskizlərini 


çəkdim, Bakıya qayıtdıqdan sonra, topladıqlarımız materiallardan istifadə etməyə 
başladıq. Məlum oldu ki, çirkab təmizləyən boruların istehsal etdikləri iri çuqun 
borulardan tamam fərqlənir. 
Bizim bakılı yoldaşlar, çuqun əridənlər bizim işimizə inanmır, 
müvəffəqiyyətsizliyimə  şübhə etmirdilər. Bütün bunlara baxmayaraq, biz 
Leninqraddan aldığımız məlumatlara  əsasən sınaq işi keçirdik və yoldaşlarımız 
gözləmədikləri müvəffəqiyyəti  əldə etdik. Alınmış  nəticələrdən vəcdə  gəlmiş 
mənim Fərruxum tramvay ilə hələ soyumamış borunu Baksovetm sədrinə çatdırdı. 
Tikinti üçün böyük xidməti olan bu istehsalın təməli belə qoyuldu. Sonralar 
“Zavod-2”-nin bu təcrübəsi daha böyük zavoda verildi və zavodun məhsulu təkcə 
Bakıda deyil, bütün Azərbacanda yayılmağa başladı. Bakının tikinti işçiləri təntənə 
içində idilər. Bu təntənələr içində  mənim adım itdi, boru tökənlər və direktor 
qəhrəman oldular. 
Qazandığımız qələbənin təntənəli sədaları kəsilməmiş bizim qarşımıza daha 
böyük bir ciddi məsələ çıxdı. Tikilən mənzil binalarında Bakıda olan təbii qaz ilə 
işləyən sobalar qurulurdu. Yaşayış otaqlarına, mətbəxlərə qaz boruları  çəkilirdi, 
ancaq onları birləşdirınək üçün qaz ventilləri yox idi. Bu kiçik detalı hazırlamaq 
çox böyük diqqət tələb edirdi, çünki onlar yaşayış binalarına zəhərləyici qazın 
daxil olmasının qarşısnı almaq üçündür. Ventilin korpusu çox möhkəm olmalıdır 
ki, qazın keçməsini saxlaya bilsin. Çuqundan düzəldilmiş korpus bu bərkliyi verə 
bilməzdi, ona görə  də qaz ventillərinin korpusunu tuncdan hazırlamaq lazımdır. 
Lakin tuncdan daha mühüm detallar hazırlanır, ona görə  də  qənaət etmək lazım 
gəlir. Azərbaycana ventillər Rusiyanın mərkəzindəki zavodlardan gətirildi. Yeni 
tikilmiş yaşayış binaları ventillərin olmaması səbəbındən istifadəyə verilmirdi. Bu 
vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Yenə də məni yada saldılar. Çox götür-
qoy etdikdən sonra, mən ventil korpusu düzəltmək üçün döyülə bilən çuqundan 
istifadə etməyi qərara aldım. Bakı üçün bu, yenilik idi, döyülən çuqundan 
düzəldilmiş şeylər var idi, lakin döymə çuqunun özünü əldə etmək yenilik idi. Bu 
təcrübəni heç kəsdən öyrənmək mümkün deyildi. Məqsədimə özüm nail olmalı 
idim. Çuqunu qızdırıb, yumşaq hala salmaq üçün peç hazırladım. Ərinmiş metala 
hava təzyiqi altında maye şüşə qataraq onu möhkəmlətməyi təcrübədən keçirdik. 
Hər bir ventili mən özüm 2-3 atınosferdən. Hava təzyiqi 0, 2-0, 3 atınosferdən artıq 
olmur. 
Qırx beş il bundan qabaq, o vaxt necə həyəcan keçirdiyim yaxşı yadımdadır. 
Mən üzərimə düşən məsuliyyəti, ventillərin yaşayış binalarında qəzaya səbəb ola 
bildiyi halda məni nə gözlədiyini yaxşı başa düşürdüm. Özümü yoxlamaq və bu işə 
tənqidçilərin necə münasibət bəsləyəcəklərini eşitmək üçün mən Moskvada çıxan 
“Maşino-stroyeniya” qəzetmdə “Döyülən çuqundan ventillər” məqaləsini çap 
etdirdim. Çox təəsüf ki, məqaləyə qarşı tənqidi çıxış edən olmadı, yalnız Rusiyanın 
hansı bir şəhərindənsə, kimsə həmin təcrübəni öyrənmək arzusunu bildirdi. Bütün 
bu işlər o zaman Baksoveti qaz hasiletmə şöbəsinin müdiri işləyən gənc mühəndis 
Şərifov Məmməd Qasım oğlunun gözləri qarşısında baş verirdi. O, bizim işimizlə 
çox maraqlanırdı, çünki ventillər olmadığından binaları qazla təmin etmək 
mümkün olmurdu. Bizim çalışmağımız nəticəsiz olmadı. Bizim ventillər sınaqdan 
yaxşı çıxdı. Yoldaş Şərifov bu haqda Baksovetin sədrinə məlumat verdi və mənim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə