Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   26   27   28   29   30   31   32   33   ...   97

  Onların üzərində  fİrmanın adı  və ünvanı olan etiketlər də var idi. Mən 
bizim  İngiltərədə olan daimi nümayindəliyimizə  məktub yazıb xahiş etdim ki
onlar həmin firınaya müraciət etsinlər və maşınların pasportlarını bizə 
göndərsinlər. Lakin, mən hiss edirdim cavab çox gec gələcək, ona görə  də risk 
edərək o maşınlardan kompressor kimi istifadə etməyi qərara aldım. Bu işdə mənə 
texniki  şöbədə  işləyən yaxşı texnik Latış Siroqe kömək edirdi. Biz özümüz 
bildiyimiz kimi, çatışmayan detalların çertyojunu çəkdik və zavodda hazırladıq. 
Maşını  yığdırdıqdan və onun altında müvəqqəti bünövrə qurduqdan sonra, yaxın 
bazar günlərindən birində, zavod işləməyən bir gün sınaq işi aparınağı qərar aldım. 
Sınaq haqqında Aljanskini və direktoru xəbərdar etdim. Onlardan heç biri gəlmədi. 
Mən yığdırılmış maşını kompressor üzrə növbətçinin və elektromontyorun 
köməkliyilə  işə saldım. Bizim xoşbəxtliyimizdən  əla nəticə alındı. Təzə 
kompressorun gücü köhnə iki kompressorun gücünün cəminə  bərabər idi. 
Müvəffəqiyyətdən ruhlanaraq, ikinci kompressoru da bu cür sazladım. Bünövrə 
üstündə qurulmuş bu iki maşın zavodumuzun kompressor gücünü üç dəfə artırdı. 
Bu, çox böyük nailiyyət idi. Zavoda, demək olar ki, bir qəpiksiz başa gəlmiş bu iş 
üçün, bu müvəffəqiyyətdə heç bir iş görməyən  şəxslər təşəkkür qazandılar. 
Zavodda baş vermiş bu hadisədən yuxarı  təşkilatlar da xəbərdar oldu. Yuxarı 
təşkilatda işləyən bir nəfər söhbət əsnasında mənə bildirdi: “bu nədir, Vəkilov, zəif 
işləyirsiniz... Zavodda kompressor olduğu halda, siz zavod üçün kompressor tələb 
edirsiniz. Yaxşı ki, Avajanskiy gəldi və kompressorlar aşkar olundu”. 
Beləliklə, bir daha qeyd etmək istəyirəm ki, bütün məsul hallarda baş 
mühəndis və direktor kənarda qalmağı üstün tuturdular, hər  şey müvəffəqiyyətlə 
bitdikdə isə yuxarı təbəqələrdə onlar olurdular. Bakı limanı üçün yetmiş beş tonluq 
kranı, Muğan üçün çətin nasosların və zavodun kompressor gücünün artırılması 
işində də belə olmuşdu. 
1932-ci ildə Azərdövlətmetal sənayesi yenidən təşkil edildi. Onun Şmidt 
zavodunun yaxınlığında yerləşən baş zavodu əraziyə görə  həmin zavod ilə 
birləşdirildi.  Şmidt zavodunun direktoru vətəndaş müharibəsi qəhrəmanı, ordenli 
Qolubev idi. O, mənimlə görüşdükdə bildirdi ki, məni birləşdirilmiş  Şmidt 
zavoduna baş mühəndis təyin edirlər. Bu, məni təəcübləndirdi və  mən bu hissi 
Qolubevdən gizlətmədim.  Əgər bu vəzifəyə bizim zavoddan namizəd verilirdisə, 
onda bu şəxs Alşanskiy olmalı idi, çünki zavodun baş mühəndisi o idi. Qolubev 
cavabında bildirdi: “Elə bilməyin ki, bu məsələyə baxılmayıb, yəqin ki, buna səbəb 
vardır. Bizə  məlumdur ki, zavoda başqa bir şəxs deyil, yalnız sizin ağlınızla 
rəhbərlik edilib”. 
- Beləliklə, mənim Azərdövlətmetalsənayesindəki işim başa çatdı. Burada nə 
iki baş mühəndis, nə də direktor zərrə qədər belə mənə kömək etmirdilər. Beləliklə, 
mən birləşmiş  Şmidt zavodunun baş mühəndisi oldum. Neft sənayesinin nəhəng 
təsərrüfatma xidmət etmək üçün, kollektivi 4000 nəfər olan bir zavodun texniki 
rəhbəri olmaq çox fərəhli idi. Ona görə də mən vəzifəni ləyaqətlə yerinə yetirınəyi 
qərar aldım. Çox təəssüf ki, mən buna nail ola bilmədim. 
Azərdövlətmetalsənayesində işlədiyim vaxtı xatırlayarkən bir gülməli hadisə 
yadıma düşdü. Bizim poladtökmə sexində Qrişin adlı bir krançı  işləyirdi. O özü 
Ryazan şəhərindən, azsavadlı olsa da, təbiətən çox ağıllı və hiyləgər oğlan idi. O 


öz işini yaxşı öyrənmiş, kranı  əla idarə edə bilirdi. Demək lazımdır ki, əridilmiş 
poladın tökülmə prosesində kran çox böyük iş görürdü. Sex iki növbədə  işlədiyi 
üçün, o biri növbədə Qrişini əvəz edən var idi. Əvəz edən işi pis bilirdi, ona görə 
də o, əridilmiş poladın tökmə prosesində  işləmirdi. Günlərin bir günü Qolikov 
mənim “kabinet” adlanan iş küncümə gəldi, onun əlində kranın əyilmiş bir detalı 
var idi. O, bildirdi ki, kran xarab olub, xahiş etdi ki, mən sərəncam verim, zavodda 
bu detalı hazırlasınlar. Bu zaman o, o biri növbə zamanı baş vermiş  qəza ilə 
əlaqədar olaraq, öz təəccübünü də bildirdi. Detalı tez hazırladılar, Qrişin razılıqla 
çıxıb getdi. Kran işləməyə başladı.  Ərdilmiş poladı tökərkən qarınaqdan asılmış 
təknəni yuxarı qaldırınaq lazım gəlmir. Ertəsi gün səhər kranda yenə Qrişini əvəz 
edən  şəxs işləyirdi. Saat 12-ə yaxın yenə Qrişin yanıma gəldi və  məlum etdi ki
həmin detal yenidən sınmışdır. Mən onun nəzərinə çatdırdım ki, o, onu əvəz edənin 
işi ilə lazımi qədər maraqlanmalıdır. Yeni detal hazırlanırdı, Qrişin işini davam 
etdirdi. Mən Qrişinə tapşırdım ki, səhər də işə çıxsın və kranın işini özü müşahidə 
etsin. Mən əmin idim ki, Qrişin qəzanın səbəbini özü ayırd edəcəkdir, ancaq ertəsi 
gün səhər mən “kabinetə” daxil olduqdan bir az sonra o, yenidən əyilmiş detal ilə 
mənim yanıma gəldi. O, elə bil ki, başını itirmişdi,  əvvəlki sayıqlığından  əsər-
əlamət belə yox idi. O, and içirdi ki, kranı özü idarə edirıniş, nə baş verdiyini ayırd 
edə bilmirdi. Əlbəttə, çox təəccüblü hal idi, üç gün dalbadal eyni qəza baş verirdi. 
O, mənə tərəf əyilərək, tam cəldliklə pıçıldadı: “Mənə inanın, yoldaş Vəkilov, bu 
şeytan  əməlidir. Nə edək?”  Əsəbiləşsəm də, bu sözdən məni gülmək tutdu. Mən 
ona cavab verdim: “Mən sənə göstərərəm  şeytan  əməlini, get burdan, get 
partkoma, orada de ki, sənin sexində  şeytan  əmələ  gəlmişdir, yoldaş  Vəkilov da 
deyir ki, şeytan onun sözünə baxmır. Partkomdan qayıdarkən yenə mənim yanıma 
gəl”. Tək qaldıqdan sonra mən kranın kinemarik sxemini araşdırmağa başladım. 
Bu hadisə yalnız kranın həddən artıq yüklənməsi zamanı baş verə bilərdi. Bü yükü 
tapmaq lazım idi. Yadıma düşdü ki, kranın özünün məhdudlaşdırıcısı vardır. 
Deməli, Qrişini  əvəz edən  şəxs təcrübəsizliyin nəticəsi olaraq, məhdudlaşdırıcını 
çıxarmışdır, elə  qəzaya da səbəb bu olur. Partkomda Qrişinə  nə demişdilərsə, o, 
mənim yanıma gözü yaşlı qayıtdı. Mən gülməyimi güclə saxlayaraq ona dedim ki, 
“şeytanı” tapmışam. Qrişin mütəəssir halda gözlərimin içinə baxaraq soruşdu: 
“Düz deyirsiniz, yoldaş Vəkilov, şeytan hanı?”. Mən qətiyyətlə dedim: “Şeytan ya 
sənsən, ya da səni kranda əvəz edən şəxs”. Qrişin elə bildi ki, mən onu ələ salıram: 
“Nə baxırsan? Yəqin ki, məhdudlaşdrıcını çıxarmısınız”. Məhdudlaşdırıcı sözünü 
eşidən Qrişin güllə kimi götürüldü. 
“Şeytan”ı  işdən qovdular. Çoxları zavodda Qrişinə  “şeytan” deyirdi. 
Sonralar biz Qrişin ilə birlikdə bu hadisəni tez-tez xatırlayırdıq. 
 
 
BAKSOVETİN YERLİ SƏNAYE ŞÖBƏSİ (YSŞ) 
(1932-1936-cı illər) 
 
Bu dövr hələ  də Azərbaycan Respublikasının yaranma dövrü idi. Bakı 
şəhirinin  şəhər təsərrüfatının qaydaya salınmasına böyük əhəmiyyət verilirdi. 
Baksovetm nəzdində yerli sənaye  şöbəsi açmaq lazım gəldi. Nəzərdə tutulmuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə