Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

edilmiş zavod komitəsinə nümayəndə seçildim. O vaxtlar bizim zavodda işləyən 
tokarlardan biri, yoldaş Kadatski mənim yaxşı yadımdadır, yüksək zehni inkişafa 
və erudisiyaya malik olduğu üçün sonralar o, partiya işçisi və Lensovetm sədri 
olmuşdu. 1917-ci ilin oktyabr ayında səhmdar cəmiyyət fəaliyyətini dayandırdı. 
Zavod bağlandı, fəhlə  və qulluqçular haqq-hesablarını aldılar. 1917-ci il, dekabr 
ayının axırlarında mən Petroqraddan Tiflisə getdim, orada mənim qohumlarım 
yaşayırdı. O zaman Zaqafqaziyada federativ respublika yaratmaq cəhdi boşa 
çıxdıqdan sonra, müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları 
əmələ  gəlmişdi. Bir neçə vaxt mən siyasi-ictimai işlə  məşğul oldum
7
.  İxtisasım 
üzrə  işləməməyin qeyri-mümkün olduğunu görərək öz ixtisas dərəcəmi artırınaq 
üçün oradan Fransaya getməyi qərara aldım. 
 
Paris, Reno zavodu 
(1923-1926-ci illər) 
 
Paris şəhərinə gəldim. Fransız dilini az-çox bildiyimə görə, bir müddət sonra 
RENO maşınqayırma zavodunun konstruktor şöbəsinə  işə düzəldim. RENO 
zavodu daxiliyanma mühərriklərinin böyük çeşidini buraxan nəhəng müəssisə idi. 
Müxtəlif növ yük və minik avtomobillərindən başqa, zavod traktor, tank, stansional 
mühərrikləri də istehsal edirdi. Zavod ən yeni texnika ilə  təmin edilmişdi
öyrənməli çox şey var idi. Zavodun konstruktor şöbəsində işlədiyim 4 il ərzində, 
mən özümün texniki biliyimi xeyli artırdım. Paris şəhərində müvəqqəti qaldığıma 
əmin idim, tez-tez Azərbaycanda qalmış atam ilə  əlaqə saxlayırdım. 1925-ci ildə 
atam xəbər verdi ki, məni Peterburqdan şəxsən tanıyan Azərbaycan Kommunist 
Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əliheydər Qarayev təklif edir ki, 
vətənə qayıdım və hadisələr zamanı dağıdılmış  təsərrüfatların bərpa edilməsində 
iştirak edim. Mən bu təklifdən çox məmnun oldum. Sovet konsulluğundan lazım 
olan sənədləri aldım və 1926-cı ilin fevral ayında öz həyat yoldaşım ilə birlikdə 
Bakıya qayıtdım. 
 
AZƏRBAYCAN  DÖVLƏT METALSƏNAYESİ 
(1926-1932-ci illər) 
 
Qarayev məni səmimi qarşıladı, ev almaqda kömək etdi və Leytmant Şmidt 
adına zavoda işə göndərdi. Mən orada vətəndaş Pavel Georgieviç Qolikov ilə tanış 
oldum. Onun zavodda hansı  vəzifə daşıdığını  mən öyrənə bilmədim, ancaq o, 
partiya və zavod komitələrində aparılan müxtəlif mövzuda olan söhbətlərdə  fəal 
iştirak edirdi. Onun ötkəmliyi və nüfuzlu olması böyük təsir göstərirdi, elə bil ki, 
ona hamı qulaq asırdı. Yaşına görə  məndən böyük mühəndis olduğunu zənn 
edərək, onun hansı institutu bitirdiyi ilə maraqlandım. Qolikov cavab verdi: 
“Peterburq Texnoloji İnstitutunu”, yəni mənim oxuduğum institutu. İnstitut yoldaşı 
ilə görüşdüyümə sevinərək, onunla institut, professor və müəllimlər haqqında 
                                                 
7
 Həmin vaxtlar Faris bəy Vəkilov Gürcüstan hökuməti yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi  
olmuşdur. -  Ş.N.  


xatirələri yada salmağa çalışdım. Bu zaman eşitdiyim cavab məni sarsıtdı. Qolikov 
dedi ki, vətəndaş müharibəsi iştirakçısıdır, vuruşmalardan birində o, başından 
kontuzıya almışdır və bunun nəticəsində yaddaşını tam itirmişdir, ona görə  də o, 
keçmişi, o cümlədən də institut haqqında heç bir şey xatırlamır.  
Bu hal qəribə görünsə  də, Qolikovun səsində olan qətiyyətlik onun 
dediklərinə  şübhə etməyə imkan vermirdi. Şmidt zavodunda mən cəmi 3-4 ay 
işləməli oldum. Bu zaman ümumittifaq xalq təsərrüfatı sistemində xalq 
təsərrüfatının ehtiyaclarını ödəmək üçün metal emal edən müəssisələr kompleksi 
yaradıldı. Kompleks beş müəsissədən - iki mexaniki zavod, iki çuquntökmə 
zavodu, bir poladtökmə zavodu - ibarət olmalı idi. Kompleksə partiya üzvü olan 
yoldaş Slavnitski direktor-administrator, Qolikov baş mühəndis təyin edilmişdi. 
Qolikov mənə texniki şöbəyə  rəhbərlik vəzifəsini təklif etdi. Kompleksə 
daxil olmuş müəssisələr çox acınacaqlı vəziyyətdə idi. Onlar vaxtı ilə hər hansı bir 
şəxsə  mənsub olmuş mümkün dərəcədə istifadə edilmiş kiçik emalatxanalardan 
ibarət idi. Köhnəlmiş  dəzgahlardan ibarət olan avadanlıq, dağılmış binalarda 
yerləşirdi. Apancı orqan olan texniki şöbə dar bir dəhlizdə yerləşdirilmişdi. Hər 
hansı bir texniki ədəbiyyatdan danışmağın belə mənası yox idi. Tale Paris zavodu 
RENO-dan sonra məni belə bir şəraitə atınışdı. Direktorun zavod işi haqqında 
təsüvvürü belə yox idi. O, yalnız yanğın söndürdüyü zaman göstərdiyi şücaətlərdən 
danışmağı bacarırdı. Kompleksə direktor təyin olunmazdan qabaq uzun illər boyu 
o, yanğınsöndürmə komandasında işləmişdi. Aldığı kontuziyadan yaddaşını, 
institutda qazandığı “yüksək biliyi” itirmiş baş mühəndis öz “imkanlarından” 
istifadə edə bilmirdi. (İnstitut haqqında təsəvvürü o, onu Peterburqda gəzdirən 
faytonlardan əldə etmişdi). Mən yeni iş yerində bu cür rəhbərlərin başçılığı altında 
işləməli idim. 
Bu cür şəraitdə işləməyin əsəb gərginliyinə necə səbəb olmasını, yalnız bu 
cür şəraitə düşənlər başa düşə bilər. Bu çətinliklərə əlavə olaraq mən adımın “Faris 
bəy” ağırlığını da daşımalı idim. O zaman bəylərə münasibət də  kəskinləşmişdi. 
İndi, illər keçdikdən sonra mən səmimi qəlbdən deyə bilərəm ki, mənim çiyin-
çiyinə  işlədiyim fəhlə kollektivinin qarşılıqlı yoldaş etibarlığı sayəsində  mənim 
mənəvi gücüm möhkəmlənirdi. Aşağıdakı adlar həmişəlik mənim yadımda 
qalmışdır; model ustası Makarov, əla qazan nişanvuranı Ajotkin, frezerçi Obnosov, 
nişanlayıcılar - Lunin və Qalimov. Oz biliyimi onlarla bölüşdürınəklə yanaşı, mən 
özüm də onlardan çox şey öyrənirdim. Elə vaxt olurdu ki, mən onlar ilə birlikdə 
saatlarla bir çertyojun üzərində  işləyir, bu ağır  şəraitdə detallan necə  əldə etmək 
haqqında fikirləşirdik.  
Bütün çətinliklərə baxmayaraq, bizim zavodun istehsal etdiyi ilk işlərdən 
biri Bakı ticarət limanının tikilməsində monolitlərin döşəməsi üçün düzəldilmiş 73 
tonluq üzən kranın təchiz edilməsi idi. O zaman, 1927-ci ildə limanın rəisi yoldaş 
Baqlay idi. O, limanın tikilməsi üçün bizim zavoddan ciddi iş, kömək gözləyirdi. 
Bizim direktor və baş mühəndis işdən xəbərdar olan kimi, işin texniki şöbəyə 
tapşırıldığını Baqlaya çatdıraraq, onu mənə caladılar. Mən monolitləri qaldırınaq 
üçün ştamp ilə sürgü qolunun konstruksiyası və hesabatı ilə məşğul olmalı oldum. 
Biz işi vaxında başa çatdırdıq və sifarişçini tam razı saldıq. Bizim hazırladığımız 
sürgü qolunu sınaqdan keçirdiyimiz zaman nə direktor, nə  də ki baş mühəndis 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə