ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   149   150   151   152   153   154   155   156   157

mükafatıdır. Onu alanda sevindim. Amma tənbəl olmadım. Ondan sonra daha 
yaxşı işlədim. 
- İlk   qələm   məhsulunuz, ilk tədqiqat əsəriniz hansıdır? 
- Hərb tarixindən soruşursunuz, yoxsa Səməd  Vurğundan?...   Əlbəttə,   
general Əliağa Şıxlinski və ilk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazdığım 
oçerklərdir. Hərb tarixi barədə ilk kitabım 1982-ci ildə “Gənclik” nəşriyyatında 10 
min tirajla nəşr olunub. Bu kitabımda ilk topoqraf-general İbrahim ağa Vəkilov, 4 
dəfə “Georgi” ordenli Sayad bəy Zeynalov haqda və partizan Mehdi Hüseynzadə 
barədə sənədli hekayələrim və oçerklərim nəşr olunub. Partizan Mehdidən başqa 
adı çəkilənləri Azəbaycan oxucusuna ilk dəfə mən tanıtmışam. Ən çox da 
topoqraf-general İbrahim ağa Vəkilov haqqında başım ağrılar çəkib. O vaxtkı 
senzor “qılıncı” az da olsa, bu oçerkimi yaraladı ki, niyə (“Hərbi   bilik”   
curnalının   redaktoru   həmzəli   İlyasın   suallarına   tədqiqatçı-publisist, 
polkovnik-leytenant Şəmistan Nəzirli çavab verir.) müsavat generalı haqqında 
yazmısan. Rəhmətlik əmioğlu Günyaz Nəzirli dadıma çatmasaydı, “senzor” onu 
tamam məhv edərdi. Kitabımın sevinci isə çox böyük və əvəzsiz oldu. Mərhum 
xalq yazıçısı İsmayıl Şıxlı və gözəl ziyalı alimimiz İsrail Mustafayev məndən çox 
sevinirdi. Axı, bu kitabda general Vəkilovun ailəsinə dahi Lev Tolstoyun yazdığı 
məktub da vardı. Tolstoy məhz bu məktubunda müsəlman dinini misilsiz dərəcədə 
ağıllı, elmi din adlandırırdı. Bu hadisə indi də bizim din xadimləri arasında böyük 
iftixarla danışılır. Və nəhayət, müharibədə həlak olmuş atam Əmiraslan haqqında 
da böyük silsilə hərbi oçerklərim nəşr olunub. Bəlkə də ona görə “Qəribə talelər” 
kitabım mənə çox əzizdir... 
- Xahiş edirik tam səmimi olasınız. həyatınızın bir çağında şer 
yazmısınızmı? 
- Yazmışam, ilk gəncliyimdə. Amma üzə çıxası deyil o şerlər. İlk şerimi, 
əlbəttə, ciddi şerimi əmim İmran Qandalı oğluna həsr etmişəm. O, Krımda 
topuğundan yaralanmışdı. Müharibədən çox sonra da yaraların sızıltıları onun 
canını göynədirdi, ağrıdırdı. Mən uşaq da olsam, bütün bunları görür və hiss 
edirdim. Uşaq vaxtıda, sonralarda qohumlarım arasında onun kimi ikinci xeyirxah 
adam, təmənnasız yaxşılıq edən şəxsiyyət görməmişəm. Onun məndə əziz bir foto-
şəkli var. İmran əmim 1955-ci ildə Gürcüstanın Sadaxlı kəndində böyük Səməd 
Vurğunla görüşüb, bu şəkil oradan yadigar qalıb. Dünyasını dəyişən yaxşı adamları 
xatırlamaq, yada salmaq insana can yanğısı gətirir. Əzizinin ruhunu da şad edir. 
Bunları sizə danışıram, məni ağlagəlməz kövrək hisslər ağuşuna alır. İndi İmran 
əmim və Nəzirli nəslim haqqında ciddi düşünürəm, Allah qoysa onlara layiq bir 
şey yazmalıyam... 
Gürcüstan ezamiyyətindən təzəcə qayıtmışam. Azərbaycan hərb tarixi və 
sərkərdələrimiz haqqında xeyli yeni material gətirmişəm. Uzun illər axtardığım 
Borçalı general Yadigarov qardaşlarının sənəd və foto-şəkillərini tapdım. Babam 
Süleyman katda Alı oğlu Nəzirlinin foto-şəklini həmin fonddan tapmağım mənim 
üçün ölçüyə gəlməz dərəcədə sevindirici oldu. 
Babam Süleyman katdanın, Nəzir Alıoğlunun Yadigarov qardaşları ilə 
dostluğunu hələ uşaq vaxtı nənəmdən, anamdan və əmilərimlən çox eşitmişdim. 
Nə yaxşı, tələbə vaxtı yay və qış tətillərində kəndə gedəndə mərhum Məmiş 


əmimin nəslimiz haqda danışdığı əhvalatları yazıya almışdım. Beş şagird dəftəri 
həcmindədir. Süleyman koxanın ermənilərlə döyüşü, çətin illərdə el-obaya dayaq 
olması, nəslim haqda hadisələr, olmuşlar böyür-başımda fırlanır. Mənə dinclik 
vermir... 
- Mütaliəniz neçədir? Son vaxtlar hansı ədəbi əsərləri oxumusunuz? 
- Elə əsərlər var ki, onları ildə bir dəfə oxusam da doymuram. Qəribədir, elə 
bil ilk dəfə oxuyuram. Məsələn, Anatoli Zöhrabbəyovun “Odlu diyar”, 
Y.V.Çəmənzəminlinin “Qan içində”, Lev Tolstoyun “Hacı Murad”, R. 
Covanyolinin “Spartak”, İ.Şıxlının “Dəli Kür”, Ç.Hüseynovun “Fətəli Fəthi” və 
sairə. Bunlar mənim dönə-dönə oxuduğum əsərlərdi. Hətta L.Tolstoyun “Hacı 
Murad”ını oxuyandan sonra gündəliyimdə yazmışam ki, belə əsəri ancaq və ancaq 
Allah yaza bilər. Bu, mənim şəxsi fikrimdir. Kim etiraz etsə, qoy əsəri oxuyub 
oradan bir səhv tapsın. Axı, Allah da heç vaxt səhv etmir, əksinə, səhv edib yoldan 
çıxanlara düz yol göstərir... Tolstoy da və adını çəkdiyim başqa yazıçılar da, 
“Ovod”un müəllifi Etel Lilian Voyniç də bizə sənədli əsəri səhvsiz, şişirtməsiz 
yazmağı tövsiyə edirlər. Bu mənada “Dəli Kür”ü və “Qan içində”ni 
ədəbiyyatımızın zirvəsi sanıram. Bu əsərlərdə yersiz söz, artıq, gərəksiz epizodlar 
yoxdur... 
Son illərdə pullu adamların yazdığı şer və nəsr “əsərlərini” oxuya bilmirəm. 
Onlarda ağız tamı yoxdur... Ona görə ancaq və ancaq klassikləri oxuyuram. 
Məsələn, Əbdürrəhim bəy Haqverdiyevin bircə hekayəsini son illər yazılan 20 
“kitaba”dəyişmərəm. 
- Jurnalist-yazıçı Şəmistan Nəzirli daha çox hərbi tədqiqatçı olaraq 
tanınır. Yəqin buna televiziyada hazırladığınız “hərb tariximizdən” verilişinin 
əhəmiyyətli təsiri olub. Siz kimsiniz - jurnalist-yazıçı, yoxsa hərbi tədqiqatçı? 
- Birinci növbədə jurnalistəm. Bu sənətimə vəfasız ola bilmərəm. Mənə 
oxucularım görüşlərdə çox epitetlər deyirlər. Hətta alim deyənlər də var. Bir neçə 
dəfə məktəblilərlə görüşdə müəllimləri inandıra bilmədim ki, mən alim deyiləm, 
müdafiə-zad eləməmişəm.. 
İkinci növbədə hərb tarixinnin və Səməd Vurğunun ömrünün 
tədqiqatçısıyam. Yazıçının romanları və povestləri olar. Mənim isə iki povestim - 
“Qoridən gələn qatar” və “Qarxunlu Əşrəf bəy” sənədli povestlərim var. Qalanı 
sənədli hekayələr, tədqiqat əsərləri və oçerklərdir. İndiyə kimi 16 kitab yazmışam 
bu mövzuda... 
- Əsərləri stolüstü kitab hüququnu qazanmış (“Azərbaycan generalları” və 
“Cümhuriyyət generalları” kitablarınızı nəzərdə tuturuq) tədqiqatçı kimi Vətən, 
yəni Qarabağ müharibəsi haqqında nə deyə bilərsiniz? 
- Bircə qənaətim var: silaha sarılmasaq, düşmən bizə torpaq verməyəcək.   
Donuz  darıdan   özbaşına çıxmaz, onu döyməklə çıxartmaq olar. Mən Qafqaz 
qartalı, yenilməz sərkərdə Şeyx Şamil  haqqında çox mütaliə  edirəm. İnamla 
deyərəm ki, mərhum akademik İmam   Mustafayevdən sonra bəlkə də yeganə 
adamam ki, Şamil haqqında güclü ədəbiyyata malikəm. Hansı şəhərə ezamiyyətə 
gedirdimsə (sovetlər vaxtı), bukinist kitab mağazasında Şeyx Şamil haqqında 
kitabları baha da olsa alırdım. Şeyx Şamil haqqında kitab almaq üçün dönə-dönə 
Dərbəndə getmişəm, son illərdə... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə