ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   149   150   151   152   153   154   155   156   157

qaynayıb qarışmır. Hiss edir ki, bu söhbətlər heç onun ürəyincə deyil, başlayır 
təsərrüfatdan, kəndin güzəranından söhbət açmağa. 
- Malçı baba, yenə qoyun otarırsan? 
- Yox, oğul, bu il naxıra gedirəm. 
- Nə qədər mal otarırsan? 
- Nə qədər, necə yəni nə qədər, maldı da. İnəyi də var, düyəsi də, buğası da... 
- Yox e, sayı neçədir? 
- Sayı, o nədi? Bilmirəm... 
-Bəs sayını bilməyəndə, itib-batanı necə hesablayırsan? 
- Mən say bilmirəm, elə-belə. İnəyin kimisini rəngi ilə, kimisini buynuzu ilə, 
kimisini də boy-boxunu ilə tanıyıram... 
  
 
ATA VƏ OĞUL 
 
Ata: Dərsdən nə tez gəldin? 
Oğul: Bu gün Mirzə Cəlil yaradıcılığını keçirdik. Müəllim dedi ki, “dərsdən 
qaçmayan müsəlman deyil”. 
 
“TUTARLI” CAVAB 
 
Müəllim: Şekspir məşhur “Hamlet” faciəsini nə vaxt yazıb? Şagird: Hələ 
sağlığında... 
 
 
İKİ DOSTUN GÖRÜŞÜ 
 
- Eşitdim, institutu qurtarmısan, necə keçdi, çətin deyildi ki? 
-Niyə çətin olur, sağ olsun dayım, birgə qurtardıq. 
-Ona necə, diplom verdilərmi? 
-Yox, qiyməti o aldı, diplomu mən. 
 
* * * 
- Dostum, sən “iki” alardın. Xeyir ola, indi “dörd”, “dörd” gedirsən? 
- Düzü, sizdən utanıram. Yoxsa dayıma deyərdim, hamısını “beş”,  “beş” 
yazdırardı. 
 
* * * 
Uşaqlıqdan bir gözü şikəst olan “zörən-təbib” şairin döymədiyi redaksiya 
qapısı qalmamışdı. Yalvar-yaxarla, tanış-bilişlə ildə bir-iki şer zorla çap etdirə 
bilirdi. 
Bir dəfə dostu ona dedi: 
- İstəyirsən, səni tarixə salım? 
- Əlbəttə, istəyirəm, - deyə o, sevinclə bildirdi, - ömrüm boyu sənə 
minnətdar olaram. Vallah, adına gözəl bir poema da yazaram. 


- Onda icazə ver, qalan bir gözünü də mən vurub çıxardım. Ol iyirminci 
əsrin Homeri... 
 
* * * 
Mətbuatda bircə şerlə çıxış edən tələbə dostum Özünü o qədər təriflədi ki, 
durub Bakının xəritəsini götürdüm. 
- Nə axtarırsan? 
- Sənin heykəlinə yer - dedim. 
 
* * * 
Qız: Toyumuz nə vaxt olacaq? Oğlan:   İşlədiyim  mağazaya  nə  vaxt 
“importnı” mal gəlsə... 
 
* * * 
 
Redaktor bir yazıçının hekayəsini geri qaytarmaq istəyirdi. 
Müəllif: - Qüsurunu deyin, nə üçün qaytarırsınız, - deyə etiraz edir. 
Redaktor: - Gecə çay kənarında qəhrəmanınız düşünərkən onun üzünün 
cizgilərini pis işləmisiniz. 
Müəllif: - Gecə qaranlıq olduğundan üzünü görə bilmədim. 
 
* * * 
 
İki dostdan biri əliaçıq, digəri hədsiz dərəcədə xəsis olur. 
Bir   gün   əliaçıq   xəsis   dostundan soruşur: 
- Sən nə vaxt əlini cibinə salırsan? 
- Heç vaxt. 
- Niyə? 
- Cibim çirklənər. 
 
* * * 
Oğlan sevgilisinə: 
- Əzizim,  mən bütün qızları səni sevdiyim  kimi  ürəkdən  sevirəm.   Sən 
mənim ürəyimə necə baxırsan? 
Qız: - Karvansaraya baxan kimi... 
 
* * * 
 
Bir tənbəl qonşusunu yanına çağırıb deyir: 
- Al bu iki manatı, mənə həyətdə iki metrlik yer qaz. 
Qonşu: Bu, sənin nəyinə lazımdır? Sən ki, heç bir şeylə məşqul olmursan?  
Tənbəl: Ölmək istəyirəm.  
Qonşu: Baho onda havayı qazaram. 
 
 


İKİ “SAVADLI”  
TƏLƏBƏNİN SÖHBƏTİ 
 
- Neçə aldın? 
- Kəsdilər. 
- Nə düşmüşdü? 
- Çexovun “Don Kixot” şeri. 
- Əzbər deyə bilmədin? 
- Məzmununu   danışırdım, razı olmayıb dedi ki, əzbər söylə. 
- Gör nə “savadsız” müəllimlər var. 
  
 
LOVĞA ŞAİR 
 
Bir gənc şairdən soruşdular ki, müasirlərimizdən “Şahnamə”yə bərabər əsər 
kim yaza bilər? 
O, lovğa-lovğa: 
- Mən, - dedi. 
- Necə yaradarsan? 
- Məni zindana atın, yanıma da qoca bir kişi salın, ondan da yaxşı əsər 
yazaram. 
Onun istəyinə əməl etdilər. İllər keçdi... Qoca həyatla vidalaşdı, gənc, lovğa 
şair isə lap qocalıb əldən düşdü. Onu götürüb bayıra atdılar. Bu miskin, yazıq 
qocaya rast gələn bir şair onun həyatından “Müsibətnamə” adlı məşhur bir əsər 
yazdı. 
 
 
DƏNİZÇİ ÖZ SEVGİLİSİ İLƏ  
SAHİLDƏ 
 
Qız: - Sən səfərdə olanda mən həmişə ağlayırdım. 
Oğlan: - Mən yenə də səfərə çıxsam ağlayacaqsanmı? 
Qız: - Daha yox, axı... Zaqsa getmişik. 
 
 
CƏRİMƏ 
 
Tamaşa salonunda papiros çəkən bir nəfəri nəzarətçi 30 qəpik cərimə edir. 
Tamaşaçı 90 qəpik verir. Nəzarətçi bunun səbəbini soruşanda tamaşaçı 
deyir: ikisini də çəkəcəyəm. 
  
 
İKİ NƏFƏRİN SÖHBƏTİ 
 
- Bağışlayın, siz hansı sexdə işləyirsiniz? 


- Mexaniki yığma sexində. 
- Axı, mən də həmin sexdə işləyirəm, amma sizi heç orada görməmişəm. 
- Görə də bilməzsiniz. Dayım həmin sexin rəisidir. 
 
 
MÜDİR VƏ MÜAVİN 
 
Mudir: Sən bu isti yayı, boranlı qışı harada keçirirsən ki, yumurta kimi 
ağappaqsan? 
Müavin: Sizin kölgənizdə. 
 
 
ZƏHMƏT OLAR 
Müəllim: 
- Dərslərini yaxşı oxumadığına görə səni sinifdə saxlayacağam. Şagird: 
- Onda sizə zəhmət olar, müəllim, mənə on  il  əvəzinə  on  bir  il dərs 
deyəcəksiniz. 
  
 
HİYLƏ 
 
Üç gün əlinə ov keçməyən canavar neçə dağ-dərə, neçə çay keçib gəlmişdi. 
O yorğun-yorğun açıq bir təpəyə çıxdı. Bərəkət ətri gələn çöllərin havasını 
ciyərdolusu uddu. Yaşıl ormanların arasında görünən kəndə yırtıcı nəzərlə baxıb, 
tükürpətici səslə yazıq-yazıq zarıdı. Aclıq onu bərk təntitmişdi. Aşağıda, 
düzəngahda bir kəndlinin mal-qara, qoyun-keçi otardığını görüb həsrətlə udğundu, 
zingildəyib yerində var-gəl elədi. Keçmiş tarla olan düzəngahın yuxarı başında 
açıqlıq qurtardı. Ordan bəridə xırda meşə və tikanlıq zolaq kimi keçib günbatan 
tərəfdəki uca dağa qədər uzanırdı. Gövşənliyin sağyamacı qaranlıq meşəli bir dərə 
idi. Canavar bir göz qırpımında meşə boyu irəlilədi. Kəndlinin heyvanlarını izləyə-
izləyə sinib onları pusdu. Fikirləşdi ki, inək buynuzlüdur, ona bata bilmərəm, dana 
dəcəldir, məni görən kimi böyürüb özündən çıxacaq, sahibini duyuq salacaq. 
Camış zırramadır, gönü də qalındır. Üç günlük aclıqdan sonra qüvvəm qalıb ki, 
ona yaxın düşə biləm. Keçi bicin biridir, mənə quyruq verməz. Yenə sürünün sağ 
yanında otlayan qoyuna yaxınlaşım, bəlkə onu hərifləyə bildim. 
Canavar sinə-sinə tikanlığın arası ilə qıraqda otlayan qoyuna yaxınlaşdı. 
Şirin dillə: 
- Salam, necəsən, a ceyran bala? - deyə soruşdu. 
Şirin-şirin otlayan qoyun səs eşidib tikanlığa diqtətlə baxdı. 
- Kiminləsən, - dedi, - burda ceyran nə gəzir. 
- Səninləyəm, sən ceyrən deyilsən? 
  
- Yox mən qoyunam. 
- Yox e, qoyun  nədi, sənin adın ceyrandı, insanlar paxıllıqından sənə qoyun 
adı veriblər. Elə əsil ceyran sənsən. Gözlərin gör necə də qəşəngdir, adam sənin 
baxışlarından məst olur. Sənin ayaqlarındakı zəriflik gör heç ceyranda  varmı?  Bəs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə