ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə150/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   146   147   148   149   150   151   152   153   ...   157

- Şair, mən sənin şerlərini oxuyanda on il cavanlaşıram, hətta az qala 
dünyaya sığışmıram. Vallah, düz sözümdür. Mən sənin bir misranı bu müəllim 
dostumun  QAZ-21-nə dəyişmərəm. 
Hirslənən müəllim dərhal maşınına oturub onu işə salır. 
- Hara, hara tələsirsən, bəs biz, - deyə mağaza müdiri həyəcanla soruşur. 
Müəllim: 
  
- Mən getdim. Siz də şairin o biri misrasını minib gələrsiniz - deyib, maşını 
sürüb uzaqlaşır. 
  
 
 
BURCUTMAQ AĞLIMA GƏLMƏDİ 
 
Xanlıqlar kəndinin sakini Abıl kişini bir gün arvadı Sənəm bərk danlayıb 
deyir: 
- A kişi, ocağın altına atmağa qapıda bir çöp də yoxdu. Qoş  arabanı, get, 
Vəlixan meşəsindən bir az odun gətir. Bu nədi, fətir salanda əlimiz-ayağımız 
çəpərlərdə qalır. 
Abıl kişi də arabanı qoşub Vəlixan meşəsinə oduna gedir. Ağacın birini 
kəsir, ikincisinə baltanı var gücü ilə ilişdirəndə nə qədər eləyir, balta quru 
dəmirqara ağacından çıxmır ki, çıxmır. Arabanı sürüb kor-peşman kəndə qayıdır. 
Boş arabanın qapıya gəldiyini görən Sənəm arvad: 
- A kişi, bu nədi, - deyir, - arabanı niyə boş qaytardın? 
Abıl kişi hirslə: 
- Əşi, cəhənnəm olsun sənin odunun da, baltan da.  Zəhrimar balta qaldı 
ağacın yarığında, nə qədər elədim geri çıxarda bilmədim. Nə eləyim orda, meşədə 
yatmayacaqdım ki... 
- A kişi, ayıbdı, asta danış, qonşular eşidər, biabır olarıq. Gəl otur, arabanı 
sür qayıdaq meşəyə. 
Ər-arvad meşəyə qayıdırlar. Sənəm arvad üç-dörd dəfə sağa-sola burcudub 
baltanı ağacdan çıxardır. 
- Bə niyə çıxdı, ölü oğlu ölü, baltanı burcutmaq lazımdı - deyir. 
Abıl kişi təəssüflə: 
-  Arvad, atamın goru haqqı heç burcutmaq ağlıma gəlmədi... 
  
 
  
 
DOLAŞIB GƏLİB 
 
Daş Salahlılı Qərib kişi öz həmkəndlisinin qızına oğlu üçün elçi gedir. 
Danışırlar, barışırlar, hətta toy günü də təyin olunur. Çölə çıxanda Qərib kişi görür 
ki, dirəkdən asılan kotan zəncirinə böyük oğlu çox iştahla baxır (Zəncir dirəkdən 
asılı vəziyyətdə saxlanılır ki, pas atmasın). Kişi dörd yanına baxır, görür ki, təzə 
qudası qayıdıb girdi içəri. Dərhal oğluna: 


- Ayə,  mal  kimi  ağzını  açıb  niyə baxırsan,   dola  belinə  aparaq,   əldə-
ayaqda lazım olar-deyib oğluna təpinir. 
Oğlu da zənciri belinə dolayıb gətirir. Toydan bir az sonra el adətincə Qərib 
kişi qudasını qonaq çağırır. Qonaqlıqdan çıxanda quda baxır ki, dirəkdən asılan 
kotan zənciri ona tanış gəlir. Yaxınlaşıb diqqətlə baxanda öz zəncirini tanıyır. 
- A quda, a Qərib, - deyir, - siz bizə gələn gündən bizim kotan zənciri yoxa 
çıxmışdı. İndi budur, sizin dirəkdən tapdım. Əyə, nə təhər olub, bizim zəncir sizə 
gəlib çıxıb? 
Söz altda qalmayan Qərib kişi: 
- A quda, - deyir, - vallah bilməyib, sizin   kotan   zənciri   bizim   uşağın 
ayağına dolaşıb gəlib. 
 
 
OĞRU-QULDUR 
 ƏYYAMIDIR 
 
...Gün o gün olur ki, hökumət ölkə hürriyyət elan edir. Qazaxlı şair 
 ağa Nazir Qayıbzadə (1849-1919) də bu hürriyyətə sevinir. Bu mövzuda  
“1905-ci il inqilab cərəyanına dair” qəzəlini və “Millətə xitab” şerini yazır. Bir 
neçə gün keçər-keçməz onun ilxısını oğurlayırlar. Abbas ağanın ilxıçısı, nökər-
naibi Qazaxdan Qaraçöpəcən, Dilicandan Şəmşəddinə və Şəmkirə kimi olan 
ərazini ələk-vələk eləyirlər, amma ilxını tapa bilmirlər. Hara çapar gedirsə, əliboş 
qayıdır, ilxını gördüm deyən olmur... Salahlı ağsaqqalları yığışıb Abbas ağaya 
təsəlli verməyə gəlirlər. Dili dinc durmayan baməzə Xocaoğlu zarafata salıb deyir: 
- Abbas ağa, çox deyirdin ki, hürriyyət gəlsin, xalqım, millətim ayılsın. Bu 
da sənə hürriyyət, sən arzu elədin, yazdın, o da gəldi. Millət ayıldı, sənin də ilxını 
oğurladı. 
Abbas ağa dözə bilməyib: 
- Xocaoğlu, - deyir, - səhvin var, bu, mən arzulayan hürriyyət deyil, bu 
dərəbəylikdir. Mən hürriyyəti xalqıma arzulamışdım, oğruya, quldura yox. Bu 
hürriyyət deyil, qor-qodux zamanıdı, oğru-quldur əyyamıdır... 
Könül, aldanma çərxə, bivəfadır, İşi daim onun cövrü cəfadır. 
 
 
ÖLÜB,  
ALLAH RƏHMƏT ELƏSİN 
 
Kəndə səs yayılır ki, Rəhim ağanın nökəri rəhmətə gedib. Bir dəstə adam 
yığışıb ağaya başsağlığına gedirlər. Yolda kor Əhmədlə qarşılaşırlar. Yaltaq 
Fərman: 
- Ə, kor başı batmış, qayıt geri, Rəhim ağanın nökəri ölüb, gedək başsağlığı 
verək, kişinin qəminə şərik olaq. 
Kor Əhməd: 
 -A 
Fərman, siz səhv eşidibsiniz, nökəri yox, Rəhim ağanın özü rəhmətə 
gedib. 


- Hə, elə... Bu, doğru xəbərdir? 
- Bəli. Yaltaq Fərman: 
- Əşi,  ölüb Allah  rəhmət eləsin, Rəhim ağa yoxdu, mən kimə başsağlığı 
verəcəm. Ay uşaqlar, mən gedəsi olmadım - deyib, geri, evinə qayıdır. 
 
 
VƏZİFƏ ƏHVALATI 
 
Baməzə Kürqıraqlı Bakı təyyarə limanında taksiyə minir. Sürücü ondan 
soruşur ki, sizi hara, hansı ünvana aparım? 
Kürqıraqlı əlini bığına çəkib lovğa-lovğa: 
- Sürücü qardaş, son illərdə mənim kəndçilərimin əksəriyyəti Bakıda yaxşı 
vəzifələr  tutublar. Məni də pramoy vəzifəyə apar - deyə cavab verir.  
 
 
KİMDƏN 
ÖYRƏNMİSƏN 
 
Milis bölməsinin rəisinə danos gəlir ki, ət kombinatının ikinci sexində 
işləyən Qurbanqulu növbədən çıxanda at oğurlayıb aparır. Rəis həmin gənci yanına 
çağırıb soruşur: 
- A bala, komsomolçusan? 
- Yox. 
-  Onda kommunistsən? 
- Yox,  yoldaş   rəis,   kommunist də deyiləm. 
- Bəs, oğurluğu kimdən öyrənibsən? 
  
 
NƏ VAR Kİ... 
 
Həmişə doğru-dürüst danışan, vəzifəli adamların belə qüsurunu üzünə deyən 
Murada el-oba bir ayama yapışdırmışdı: dəli Murad. 
Bir dəfə Murad qonşu kənddə yaşayan qohumunun yeni tikdirdiyi evini 
görəməyə gəlir. İki qohum üzbəüz oturub söhbət edirlər, süfrəyə çaydan başqa heç 
nə gəlmir. Stəkanlar dolub-boşalır... 
Səhərdən evdən çıxan Murad çaydan içib daha da acır. Hiss eləyir ki, varlı 
qohumu simiclik edir, heç yemək verənə oxşamır. Elə hey evini, həyətini, arvad-
uşağını tərifləyir. 
Murad durub çəliyi ilə otağın enini, uzununu ölçməyə başlayır. Ev yiyəsi 
təlaşla: 
- Əyə, dəli, neyləyirsən, evi niyə ölçürsən? 
- Qohum, bir belə mülk mən də tikdirəcəm. 
- Əyə, gəl otur yerində, ağlını başına yığ, sənin pulun var, belə bir  mülk 
tikdirəsən. Cındırından cin hürkür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə