ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

 
Aradan yüz altmış ildən çox keçsə də Gürcüstan Dövlət Arxivində və 
inqilabdan əvvəlki tarixi əsərlərdə Şahzadə Xosrov Mirzənin səfəri haqqında 
maraqlı sənədlər, məlumatlar qalır. Həmin səfərin iştirakçısı, tarixçi Mirzə Mustafa 
xan Əfşarın xatirələrində şahzadənin rus imperatoru I Nikolayla görüşü daha real 
verilmişdir.O yazır: 
“Peterburqda bizim heyət Tavriçeski Sarayına düşmüşdü. İmperatorla rəsmi 
görüşə bir gün qalmış general-adyutant qraf Suxotelin şahzadənin qəbuluna gəldi. 
Ondan xahiş elədi ki, imperatorla görüşü üçün çıxışının mətnini yazsın. 
Şahzadənin xüsusi müşayiətçisi Ehtəşəm və mülki katib, tərcüməçi Mirzə Məsudla 
birgə çıxış hazırladılar və fransız dilinə tərcümə edib general Suxotelinə verdilər. 
General dedi ki, bu təntənəli çıxış ruslar qarşısında günahı olan İranın vəziyyətini 
xeyli yüngülləşdirər”. 
Avqustun on ikisində general Suxotelin şahzadəni imperatorun adından 
salamladı və onu Qış Sarayına dəvət etdi. Təntənəli mərasimi nümayiş formasında 
olan süvari-qvardiya divizionu musiqi ilə açdı. Sonra saray əhlindən ibarət 
heyətlərin uzun cərgəsi tərpəndi. Onların ardınca çarın süvari dəstəsi ilə mühafizə 
olunmuş Xosrov Mirzənin karetası gedirdi. Təntənəli gəzintini dəmir geyimli 
qvardiya süvari alayı müşayiət edirdi. 
Şahzadənin keçdiyi küçələr şəhər əhli ilə dolu idi. Pəncərə və eyvanlar xalı 
və rəngli bayraqlarla bəzədilmişdi. 
İmperator I Nikolay şahzadəni Georgi salonunda, taxt-tacının yanında ayaq 
üstə qarşıladı. Onun sağ və solunda ailəsi, yaxın qohumları, dövlət katibi qraf 
Nesselrod, senatlar, Baş qərargah rəisi, generallar və qvardiya zabitləri dayanmışdı. 
Hərbi geyimdə olan I Nikolay yaxasına çox sevdiyi Andreyev ordenini taxmışdı. 
Şahzadə Xosrov Mirzə yavaş - yavaş taxt-taca yaxınlaşdı. Bir neçə 
addımlıqda dayanıb Fətəli şahın imperatora göndərdiyi etimadnaməni sinəsi 
bərabəri qaldırdı. Hörmət və ehtiramla baş əyib fars dilində general Suxotelinlə 
/uzun müddət İran da hərbi xidmətdə olan Suxotelin farsca bilirdi - Ş.N./ birgə 
tərtib etdiyi üzrxahlıq nitqini oxudu: 
“Qüdrətli imperator həzrətləri! 
İranın sakitliyi naminə Siz böyük imperatorla mənim hökmdarım və babam 
İranın əzəmətli sahibi arasındakı müqəddəs birlik düşmənçilik ruhuna həmişə zidd 
olmuşdur. Bədbəxt hadisə bizim ailəni və onun bütün məiəyytlərini məyus etdi. 
Qüdrətli İranın şahənşah hökuməti təxribat və çəkişmələr məqsədinə qulluq 
edən bir yığın ziyankarların son zamanlarda qüdrətli rus hökuməti ilə bərpa 
olunmuş dostluq və ittifaqını poza biləcəyi fikrindən qəzəblənmişdir. 
Şahənşah mənə, öz nəvəsinə Sizin dövlətin paytaxtına tələsməyi tapşırmışdı. 
O inanır ki, mənim Sizə həqiqəti çatdıracaq sözlərim böyük imperator həzrətlərinin 
diqqətini cəlb edəcək, iki böyük və qüdrətli dövlətin dostluğunu əbədi edəcəkdir. 
  
Rusiya və İran sarayını eyni dərəcədə təhqir etmiş hadisəni yaddaşımızdan 
əbədi silək”. 
Şahzadə üzrxahlıq məktubuna Sədidən bir bənd də əlavə eləmişdi: 
 
Vaxt çatıb, biz yenə bir məhəbbətlə, 


Ünsiyyət bağlayaq, dost olaq gərək. 
Olub-keçənləri mehri-ülfətlə, 
İndi unutmağa çalışaq gərək. 
 
/Tərc. N. Həsənzadənidir/ 
 
Xarici işlər naziri qraf Karl Nesselrod iki ölkə arasındakı səmimi dostluqdan 
danışdı. Vəziri-muxtar A.S.Qriboyedovun səhvlərini də etiraf etdi. Çıxışlardan 
sonra şahzadə Xosrov Mirzə ilə əl tutub görüşən imperator I Nikolay dedi: “Mən 
başıbəlalı Tehran hadisəsini əbədi olaraq yaddan çıxardıram”. 
İmperator həmdə elan etdi ki, dostluq naminə İranın verəcəyi müharibə 
borcunun doqquzuncu kururundan imtina edir və onuncu kururun ödəmə müddətini 
beş ilədək uzadır. 
Bununla da Rusiya - İran arasında alovlanacaq müharibənin odu söndürüldü. 
Sonra hər iki ölkənin şairlərinə söz verildi. Saray şairi Dmitri Xvostov İran 
şahzadəsinə baş əyib onun şəninə yazdığı “Şərq hakiminin nəvəsinə” şerini oxudu. 
Fazil xan Şeyda isə “Şərq təxəyyülünün çiçəklərini Şimal qarına səpələdi” adlı rus 
dövlətini vəsf edən qəsidəsi ilə çıxış etdi. 
 
* * * 
 
...  - Oho, şahzadə necə də qururludur, daha doğrusu özünü çox dartır, - deyə 
qraf Aleksey Çeçurin kinayə ilə deyindi. 
 - Əzizim, görünür, siz Şərq adamlarını yaxşı tanımırsınız. Axı, o şahzadədir, 
sizə özündən müştəbeh kimi görünsə də, çox nəzakətli və ağıllı adamdır. Bir də ki, 
niyə təəccüb edirsiniz? Hazırda İranın sahibi qacarlardır. Bu da o nüfuzlu nəslin 
oğludur. Zənnimcə, bizim heç bir qrafımız, knyazımız alicənablıqda onunla 
ayaqlaşa bilməz. 
 - 
Lütfən deyin, şahzadəyə olan belə ali hüsni-rəğbətiniz hardandır, xanım? 
 - 
Mənə onunla balda görüşmək, rəqs etmək  nəsib   oldu,   qraf   Potolskinin 
sarayında... Xüsusilə, onun alicənablığı, Şərq istiqanlığı məni valeh etdi. 
 
- Oho, xanım, Siz ona valeh olmusunuz. Daha doğrusu, şahzadəyə 
vurulmusunuz. Bu, mənim yəqinimdir.... 
Qrafinya Olqa Lixeryeva zərif yelpiyini oynada - oynada, nazla: 
- Düz tapmısınız, - dedi, - qraf, onu görəndən mənim yuxum ərşə çəkilib, 
ruhum göylərdə mələklərlə uçur. Yuxumda əsrarəngiz Şərq mənzərələri görürəm. 
Görürəm ki, nağılabənzər dəbdəbəli saray, qullar, qaravaşlar, bir də onların 
hakimi-mütləqi şahzadə Xosrov Mirzə mənimdir. Ah, mənə əzab verən həsrət kaş 
çin olaydı... 
Kədərlə boynunu əyib bədbəxt adamlara məxsus yazıq bir görkəmə düşdü. 
- Özünüzü üzməyin xanım, bu, baş tutan sevda deyil. Unutmayın ki, 
şahzadənin əlində, ayağında bizim sevimli şairimiz Aleksandr Sergeyeviç 
Qriboyedovun qanı var... 
 - 
Qraf, 
şahzadə ara vuran erməni deyil ki, əlini nahaq qana bulaya. Bütün 
saray əyanları, bütün Rusiya bilir ki, nahaq  qanın   baiskarı,   daha  doğrusu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə