ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   91   92   93   94   95   96   97   98   ...   157

Bu günlərdə bukinist kitab mağazasından Əliağa Vahidin 1954-cü ildə 
“Azərnəşr” tərəfindən buraxılmış “Qəzəllər” kitabını aldım. İki cildliyinə və başqa 
heç bir kitabına düşməyən “Meyxana” şerinə burda rast gəldim. Qəribədir, yetmiş 
yeddi il bundan əvvəl yazılmış şerin bəzi bəndləri günümüzlə necə də səsləşir. 
Doktora rüşvət verib əsgərliyə getməyən milyoner oğulları,  qız kimi 
bəzənib gəzən boynuyoğunlar, orduya kömək lazımdı  deyəndə sımsığını   sallayan 
dövlətlilər tənqid olunur. 
Bir tərəfdən də şeri oxuyanda qürur hissi keçirirsən ki, o vaxtkı əsgərin pis 
güzəranı, bəzi zabitlərin kobudluğu bu günkü nizami ordumuzda yoxdur. 
Zənnimcə, “Meyxana” şerinin təkrar dərci ona görə lazımdır ki, düşmənlə 
üz-üzə dayandığımız bu ağır gündə metro stansiyalarının qabağında saqqız, siqaret 
satan, həkimlərə rüşvət verib yalançı xəstəlik kağızı alan bəzi gənclərimiz bəlkə bu 
şerdən vətənpərvərlik dərsi aldılar. 
 
 
MEYXANA 
 
(1918-ci ildə musavat əsgərlərinin 
acınacaqlı vəziyyətləri haqqında 
deyilmişdir.) 
 
Hər kəs olur əsgər ilə zidd, döyür, 
Baş çavuş şeytanlayır, zabit döyür, 
Zalımın oğlu elə bil it döyür
Canı çıxıncan, necə bəs dolansın? 
 
Əsgərliyə düşməyibdir Təhmasib, 
Milyoner oğludur, deyildir kasıb; 
Altıca min doktora rüşvət basıb, 
Kasıb lüt-üryan necə bəs dolansın? 
 
Gəncəyə get, xəstəxana qapısın aç, 
Xəlvətə sal, azarlını götür, qaç! 
Yoxsul olan xəstəyə baxmır vraç, 
Yazıq verir can, necə bəs dolansın? 
 
Qız kimi zabit bəzənibdir özü, 
Çarıqlı əsgərləri görmür gözü. 
Əsgər əgər söyləsə paltar sözü, 
Baş, göz  olur qan, necə bəs dolansın? 
 
Desək əgər az qalıbdır ilimizə, 
On bir aydır ət dəyməyib dilimizə
Bir yekə daş bağlanacaq belimizə, 
On altı batman, necə bəs dolansın? 


 
Dərdini insan necə bəs açmasın? 
Əzəldən pisdir havası Xaçmazın, 
Əsgər it oğlu neyləsin, qaçmasın, 
Ölür soyuqdan, necə bəs dolansın? 
 
Qazarmaya baxanda zəhlən gedir, 
Pol, pataloq yox, elə bir töylədir. 
Əsgərlərin bit yaxasından gedir, 
Mitilli yorğan, necə bəs dolansın? 
 
Qızıl da yoxdur ki, sataq sərrafa, 
Undan ötrü yalvarırıq əllafa, 
Məhəllə baqqalı gəlmir insafa; 
Yoxsul acından necə bəs dolansın? 
 
Bir evimiz var qapsında yoxdur zamok, 
Hay deməmiş dum da gəlir: “Vernaloq!” 
Nə pul vardır, nə şey var, qoyaq zaloq, 
Bu evi viran, necə bəs dolansın? 
 
Kasıb avamdır, nə desən allanar, 
Varlıya dəymə, sımsığı sallanar, 
Bəs bizim axır bu yazıq mollalar 
Olmasa ehsan, necə bəs dolansın? 
 
Bir kişi gördüm ki, deyir maşında, 
(Olardı əlli-əlli beş yaşında) 
Raboçilər əyləşsə iş başında – 
Sahibi milyon necə bəs dolansın? 
 
Dövlətlilər bir ev tikib kiracdan, 
Kasıblarla olmayırlar qracdan. 
Çaxır butulkasın asıb ağacdan, 
Gündə lül-piyan, necə bəs dolansın? 
  
  
 
37-nin general qurbanları 
 
 
Yüksək sərkərdəlik qabiliyyətini  Müsavat ordusunda qazanmış  
general Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, polkovnik Seyfulla Mehdiyev, 
Murtuz Talıbzadə, Məmməd Veysov və başqaları otuzuncu illərdə hərbin çətin 


yollarında surətlə irəliləyir və milli diviziyalara komandirlik edirdilər. Onlar qeyri-
adi bacarığa malik olan hərbçi oğullarımız Səmədbəy Mehmandarov, Əliağa 
Şıxlinski, Məmməd bəy Sulkeviç, İbrahim ağa Vəkilov, Şahzadə Əmir Kazım xan 
Qacar, Həbib bəy Səlimov kimi qüdrətli generallarımızın şinelindən “çıxmışdılar”. 
Azərbaycan sərkərdələrinin ildırım surətli irəliləyişi Sovet imperiyasında 
yuxarı dairənin narahatlığına səbəb oldu. Onları məhv etmək üçün hərəsinə bir 
qara yaxdılar: pantürkçü, müsavat zabiti, trotski-zinovyevçi və daha nələr... 
Sibir və Solevetski adalarına azərbaycanlı zabitlərin ucdantutma sürgünü 
başlandı. Yüksək  rütbəlilər - generallarımız isə həbs edilib dar zindanlarda 
güllələndilər. Milli Azərbaycan diviziyaları isə ləğv edildi. 
Böyük Vətən müharibəsi başlananda 1 rus diviziyalarının tərkibində döyüşən  
azərbaycanlı əsgər və zabitlər addımbaşı diləgəlməz bir söyüşlə təhqir  olunur, 
güllələnirdilər. Onda (1942-ci  ildə)   ömrünün   son   aylarını   yaşayan  məşhur    
generalımız Əliağa Şıxlinskinin təklifi ilə milli diviziyalar təşkil olundu. 
Acınacaqlı haldır ki, “respublikanın sahibi” M.C.Bağırov məhz onda ayıldı 
ki,  bu milli diviziyalara komandanlıq etmək üçun bir nəfər belə azərbaycanlı 
general qalmayıb, hamısı güllələnib... 
Otuz  yeddinci   ildə   günahsız  həbs olunub   güllələnən   hərbi   
xadimlərimizin acı taleyi məni çoxdan düşündürürdü.  O  illərdə  ən  mahir  
sərkərdə oğullarımız    vicdansızcasına məhv edilib, istintaq zamanı onları 
ağlasığmaz vəhşiliklə döyüb bir-birinin üzunə dirəndiriblər. Nə respublikada, nədə  
Azərbaycan diviziysında “əksinqilabitəşkilat” olmaya-olmaya onlardan iftiraçı, 
yalan ifadələr alıblar. Bunların  hamısı  zorla, qeyri-insani  işgəncələrin və   
amansız cəzanın tətbiqi  sayəsində əldə olunmuşdur. 
Repressiyaya məruz qalmış belə hərbiçilərin oğlu, qızı, həyat yoldaşına  
yaxın-uzaq qohumları mənə onların  çəkdiyi dəhşətli əzablardan danışanda  istər-
istəməz Fyodor Dostoyevskinin “Heyvan heç vaxt insan qədər qəddar ola bilməz, 
insan qədər mahir və yaradıcı qəddarlıq edə bilməz”, - sözlərini xatırlayırdım. 
Əziz oxucu, əgər vaxt tapıb bu yazıları oxuya bilsən hərbçi oğullarımızın 
dözülməz əzablarla məhv edildiyinin şahidi olacaqsan. 
 
 
GENERAL-MAYOR QAMBAY 
VƏZİROV 
 
Əlini vurmasa oda bir nəfər, 
Odun istisini necə hiss edər. 
 
Nizami GƏNCƏVİ 
 
Otuz yeddinci illərdə hərbçilərin tuthatutu başlananda ordu komandanı Oka 
Qorodovikov marşal Semyon Budyonnıya deyir: 
- Semyon, hamını bir-bir aparırlar. Bunun axırı necə olacaq? 
Budyonnı təmkinini pozmadan cavab verir: 
- Hamını yox, yalnız ağıllıları aparırlar. Bu, nə sənə, nə də mənə aid deyil... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə