ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   89   90   91   92   93   94   95   96   ...   157

Heç kəsdən təmənna və təşəkkür ummayan Fikrət müəllim hər şeydən əvvəl 
xalqımızın arxiv yaddaşını unudulmağa imkan vermir. O, hər qovluğun, hər 
sənədin yerini dəqiq bilir. Onların mühafizə olunmasına qayğı ilə yanaşır. 
Müqəddəs “Qurani Kərim”in bir surəsində Fikrət müəllim kimi xeyirxahlar 
üçün deyilir: “Xoşbəxtlik yalnız o kəsləri heç vaxt tərk etmir ki, onlar daim xeyir iş 
görürlər”. 
Bir dəfə Fikrət müəllim mənə müxtəlif mənbələrdən topladığı şərqiləri verdi. 
- Bunlar, - dedi - 1918-20-ci illərdə yazılmış hərbi şərqilərimizdir. Şərqiləri 
Gəncə, Quba, Lənkəran, Tərtər, Bakı, Göyçay, Qazax alaylarının komandirləri 
toplayıb rəsmi sənədlə hərbi Nazirliyə göndəriblər. Bu zəhməti dostum Maarif 
Teymurla birgə çəkmişik. Arxivimizin 2894 nömrəli fondunda saxlanılır. Ərəb 
əlifbasından oxuyub müasirləşdirəni isə şərqşünas Adil Aslanidir. 
Xalqımızdan toplanıb, xalqımızdan da gizlədilən bu əsgər şərqilərinin hər 
birində doğma Azərbaycanımıza, müqəddəs torpaqlarımıza ülvi məhəbbət var. 
Əksəriyyəti müəllifsiz olan şərqiləri xalq özü qoşub, ümidi, istinadgahı olan Milli 
Ordumuza intəhasız məhəbbətini bildirib. 
 
İştə görün biz əsgərik, 
Cənkdən qorxmaz, cənk edərik. 
Aç köksünü qarlı Qafqaz, 
Sevdiyin Səməd gəlir. 
Tufan kimi coşacayıq, 
Cahana şan saçacayıq. 
Biz türklərin sancağını 
Qafqasiyaya asacayıq 
 
İlk dəfə tam artilleriya generalı, hərbi nazirimiz Səməd bəy Mehmandarova, 
birinci süvari diviziyasının komandanı, general-mayor Teymur bəy Novruzova və 
başqa komandirlərimizə qoşulmuş şərqilərə də rast gəldik. 1919-cu ildə Gəncədəki 
1-ci süvari diviziyasına komandan təyin olunan general Teymur bəy Novruz 
oğlunu əsgərlər belə bir şərqi ilə qarşılayırmışlar: 
 
Xoş gəldik, ey şövkət-məqam, 
Əsgər sənə eylər səlam. 
Sən əsgərin göz nurusan
Minlər yaşa Teymur paşa! 
Xoş gəldiniz zəhmət çəkib, 
Alayımızı ucaltdınız... 
 
Bunlar hamısı yenidir, oxucu nəfəsi, oxucu üzü görməyib. 
İnanırıq ki, bu gün ordumuzun yeni yarandığı bir vaxtda, bu günkü əsgər və 
zabitlər bu milli şərqilərdən qidalanacaq, komandirinə, torpağına və doğma 
Azərbaycana olan məhəbbəti daha da artacaq, bu şərqiləri oxuya-oxuya yağılara 
qarşı daha böyük qəhrəmanlıqla vuruşacaqlar. 
  


ŞƏRQİ 
 
Cihad var, cihad var, 
partladalım bombalar, 
Məhv olsun, məhv olsun xain, 
alçaq yağılar. 
Qoşa addım, irəli, vətən fədailəri, 
İrəli, irəli, vətən fədailəri, 
İrəli, irəli, Azərbaycan əsgəri. 
Bu sancaq bizlərə qanlı kəfən olacaq, 
Qoşa addım, irəli, 
dönməyəlim biz geri, 
İrəli, irəli, vətən fədailəri, 
İrəli, irəli, Azərbaycan əsgəri. 
 
* * * 
 
Xain düşmən göz dikmiş 
vətənimi almağa, 
İştə gəldim vətən üçün 
şəhid olub qalmağa. 
Mülaziləm, göymidən uca 
dağlar aşağa, 
Ana-baba tərk edərək, 
can verməyə qoşaraq. 
Gəldim bu gün düşmənimi 
bu torpağa basdıram, 
Onun kirli bayrağını 
Vətənimə asdırmam. 
Türk əsgəri tüfənginə, 
Allah deyib sarılır, 
Qabağında düşmən deyil, 
dağlar olsa yarılır. 
Allah, Allah, bu nə gündür, 
ana-övlad kəsilir, 
Uşaqların qafaları 
çəkmələrlə əzilir. 
Hansı bir türk ərlərdən, 
uşaqlardan ucalmış, 
Bu alçaqlar, bu hüdudlar 
qorxusundan bunlamış. 
Komandanım, izn verin qabaq 
səfə girəyim, 
Baş tərəfdə sancaqdarlıq 
vəzifəsin görəyim. 


 
Keç düşməni, keç, aslanım, 
budur düşmən, gedəlim, 
Arkadaşlar, haydı, haydı irəli 
hücum edəlim. 
Allah, Allah, Allah, Allah, 
həp bir ağızdan, 
Marş irəli, sürəlim 
düşməni yurdumuzdan. 
Mən vuruldum, xain güllə 
cikərimi yaxıyor, 
Aç sinəmi, bax qanıma, 
irmaq kimi çatıyor. 
Mülaziləm, düşmənləri 
yurdumuza düşürmə, 
Al əlimdən bayrağımı, 
torpaqlara düşürmə. 
Aman, çabuq bir qurtum 
su veriniz də içəyim, 
İlahimdan mücdə gəldi
cənnətimə köçəyim, 
Tabutumun üzərinə altun 
bayraq örtülsün, 
Mən tutuşdum Allahıma, 
bari Vətən qurtulsun. 
 
* * * 
 
Azərbaycan, Azərbaycan, 
Ey qəhrəman övladın Vətənin, 
Səndən ötrü can verməyə hazırıq, 
Səndən ötrü qan tökməyə qadirik, 
Üçrəngli bayrağınla məsud yaşa, 
Türkük, yaşarıq biz namımızla, 
İntiqam doludur sinəmizdə. 
Aşarıq Qafqazı ordumuzla, 
Boyarıq hər yeri qanımızla. 
Türkük, ölərik namusumuzla, 
Bombalar, bu qanlı silah əldə. 
Qafqasyanın partladar göbəyində, 
Boyarıq hər yeri qanımızla. 
 
1993-cü il. 
  
 


ÜZEYİR BƏYİN NƏRBİ 
LÜĞƏTİ 
 
  
Binanın son daşı heç vaxt bünövrə 
daşını inkar edə bilməz; etsə, özü 
yuxarılarda dayana bilməz. 
 
Üzeyir bəy HACIBƏYOV. 
 
  
  
1948-ci il noyabrın 28-də gecə saat ikidə dünyadan köçən dahi  
bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not qaldı. O, 
general Əliağa Şıxlinskinin altı bəndlik şerinin iki bəndinə romans yazmışdı. 
 
Ey sevdiyim, ey dilrüba, 
Səbrim, qərarımsan mənim. 
Səd mərhəba, səd mərhəba! 
Nə türfə yarımsan mənim. 
 
Səni ziyarət eylərəm, 
Sənə ibadət eylərəm, 
Həm çox sədaqət eylərəm, 
Çün sən Nigarımsan mənim
 
Bəstəkar Üzeyir bəy Hacıbəyov və general Əliağa  Şıxlinski. Birinin əlində 
qələm, o birinin əlində silah. Hər ikisi xalqımıza təmənnasız xidmət edib, əvəzsiz 
irs qoyublar. Sənətdə elmin çətin yollarında bəlkə də özlərinin də xəbəri olmadan 
birləşiblər. Onlarda tale oxşarlığı da var. Bu oxşarlıq könülaçan olmasa da həyat 
həqiqətidir. Nə Üzeyir bəyə, nə də Əliağaya tale övlad qismət eləmədi. Əsrin 
əvvəllərində tale onlara bir əməl oxşarlığı qismət elədi. 1907-ci ildə bəstəkar 
Üzeyir bəy Hacıbəyovun siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə dair 
“Türk-Rus və Rus-Türk lüğəti” nəşr olundu. 
1926-cı ildə isə general Əliaqa Şıxlinskinin “Rusca-türkcə qısa hərbi lüğət”i 
işıq gördü. 
Oxucuların general Şıxlinskinin lüğətindən az-çox xəbəri var. Bu barədə biz 
ayrı-ayrı məqalə və kitablarımızda söhbət açmışıq. Hərb elmi üçün bu gün ən 
uğurlu tapıntılardan biri də Üzeyir bəyin lüğətidir. Onu bizə Respublika
 
Əlyazmaları institutunun elmi arxivindən tapıb təqdim edən alim dostumuz Arif 
Ramazanova səmimi təşəkkürümüzü bildiririk. Bu qiymətli tapıntıyla hərbi 
lüğətçilik tariximiz düz iyirmi il qədimləşdi. Üzeyir bəyin hərbi lüğətində rast 
gəldiyimiz bir ad bizi xüsusilə sevindirdi. Onun naşiri “İrşad”ın mühərrirlərindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə