ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   97   98   99   100   101   102   103   104   ...   157

Heydər Vəzirov 1923-cü ildə qırmızı Bayraq Ordeni ilə və 6197 nömrəli 
fəxri fərmanla təltif olunmuşdur. Komissar Heydər Vəzirov hərbi sahədə göstərdiyi 
fəallığa və qəzalarda banditizmə qarşı mübarizəyə görə dəfələrlə qiymətli silahla 
mükafatlandırılmışdır. 
Respublikamız üçün ağır illər olanda Heydər Vəzirov mərd, mübariz dövlət 
xadimləri və məşhur generallarımız Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, 
mayor Hacı ağa İbrahimbəyli ilə birgə işləmişdir. İyirminci illərdə Azərbaycanda 
işləyən general-leytenant Aleksandr Todorski sonralar “Bakinski raboçi” qəzetində 
(22 fevral 1958-ci il) bir sıra görkəmli Azərbaycan oğullarının əvəzsiz xidmətini 
xatırlayaraq yazırdı: “İllər keçsə də mən hərtərəfli hərbi biliyə malik olan, 
yaraşıqlı, vüqarlı Azərbaycanın o vaxtkı hərbi komissarı Heydər Vəzirovu yaxşı 
xatırlayıram. Qəlbən təmiz, xalqını ürəkdən sevən Heydər yorulmaq bilmədən 
çalışan adam idi”. 
İstedadlı sərkərdə, SSRİ Hərbi Təhsil Müəssisələri Baş İdarəsinin rəisi 
İ.E.Yakir 1925-ci ilin martında hərbi məktəblərin və Azərbaycan diviziyasının 
taktiki hazırlığını yoxlamağa gələndə hərbi milli kadrların hazırlığında Heydər 
Vəzirovun xidmətini xüsusilə qeyd etmişdir. 
Xatırladaq ki, həmin illərdə Heydər Vəzirov bir neçə mühüm vəzifədə 
işləmişdir: Azərbaycan Sosialist Şura Cümhuriyyətinin hərbi komissarı idi. O, həm 
də mətbuatda hərbi mövzularda maraqlı yazılarla müntəzəm olaraq çıxış edirdi. 
“Qızıl əsgər” qəzetində hərbi təlimin keçirilməsi, hərbi dərslərin keyfiyyəti, döyüş 
taktikası, hərbi nizamnamələrin hazırlanması və çapı barədə maraqlı yazıların 
müəllifi idi. 
Cəmi 44 il ömür sürmüş komissar Heydər Vəzirovun bir hərbçi kimi 
xalqımız qarşısında əvəzsiz xidmətləri var. O, 1925-ci ildə Göyçay Qəza İcraiyyə 
Komitəsinin sədri, 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Şura Cümhuriyyəti 
Xalq torpaq komissarı, 1933-cü ildə isə Azərbaycan SSR torpaq komissarı təyin 
edilir. 
Otuzuncu illərdə ölkədə Stalinin cəza tədbirləri sənayeni, kənd təsərrüfatını, 
elm və maarifi gücdən saldı. Sovet Ordusu da, Azərbaycan milli diviziyası da 
özünün ən yaxşı komandirlərini itirdi. Diviziya komandirləri Cəmşid Naxçıvanski, 
Qambay Vəzirov, polkovnik Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Abdulla 
Məlikov kimi oğullar repressiyanın qurbanı oldular. 
1937-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının ünvanına “Əks-
inqilabçı burjua, millətçi-üsyankar, terrorçu-ziyankar təşkilatın işi” adlı saxta bir 
ittiham yaradıldı. Bu azmış kimi, şəxsən komissar Heydər Vəzirovun işinə bir söz 
də əlavə elədilər: “Pantürkist”. DİN ayrı, NKVD işçiləri bu sözü ona görə əlavə 
elədilər ki, bu barədə komissarla “dopros” aparmağa əldə tutarlı “əsas” olsun. Axı, 
Vəzirov Birinci Dünya müharibəsindən qayıdanda Türkiyədən keçib gəlmişdi. On 
səkkizinci ildə musavatın hərbi məktəbində işləmişdi, üstəlik də onun musavat 
ordusunda birgə işlədiyi zabitlərin çoxu Türkiyədə özlərinə sığınacaq tapmışdılar. 
Bu saxta ittihamlarla komissarlığın bir neçə əməkdaşı və komissar Heydər Vəzirov 
ailəsi ilə birgə məhv edildi. 
1938-ci ildə Mircəfər Bağırovun Moskvaya göndərdiyi bir hesabatı 
oxuyanda adamın inanmağı gəlmir. Təəssüf ki, bu faktdır və ən başlıcası 


sənəddir. Ona inanmamağa haqqımız yoxdur. Orada yazılır ki, 32 rayon partiya 
komitəsinin katibi, 28 rayon icraiyyə komitəsinin sədri, 18 xalq komissarı və 
müavinləri, milli diviziyanın 88 komandiri və hərbi-siyasi işçilər həbs edilərək 
“xalq düşməni” kimi məhv edilmişlər. 
 
 
SAHİBƏ XANIMLA SÖHBƏT 
 
Bakı, Ələsgər Ələkbərov küçəsi, Dadaşovların mənzili. Bura komissar 
Soltanhəmid Paşayevin kürəkəni Xeyrullanın evidir. Eşidəndə ki, “37”nin haqsız 
qurbanı olan komissar Soltanhəmid Paşayevin həyat yoldaşı Sahibə ana qızı Rəfiqə 
xanımgildədir, nəvə-nəticələrini görməyə gedib, fikirləşdim ki, həyat yoldaşının 
ömür yolunu ondan yaxşı bilən ikinci bir adam tapmaq hələlik qeyri-mümkündür. 
Hələlik ona görə deyirik ki, bizim yazımızdan sonra bəlkə onunla birgə işləyən 
keçmiş hərbiçilərdən kimsə Soltanhəmidin fəaliyyətindən daha ətraflı məktub 
yazıb, məlumat verəcək. 
Onu da xatırladım ki, Sahibə ana 1932-ci ildən partiyanın üzvü olub. Əri 
tutulandan 23 il sonra yenidən onu partiya sıralarına bərpa ediblər. 
- Sahibə ana, həyat yoldaşınız Soltanhəmid günahsız olaraq həbs ediləndə 
uşaqların neçə yaşı vardı? 
- Oğlum Rəfiqin 10 yaşı vardı. Onu çox tez itirdim, Rozanın 8, Elmiranın 5, 
Rəfiqənin isə cəmi 1 yaşı vardı. Bir sözlə bir oğul, üç qız anası idim. Soltanhəmid 
tutulandan sonra özümü itirmədim. 
Dəyanətimi saxladım. Onları min bir əziyyətlə də olsa böyütdüm. Oxutdum, 
ali təhsilli elədim. Təkcə ciyərparam Rəfiqi itirdim. İndi yeddi nəvəm, dörd 
nəticəm var. Sağ olsunlar, ağıllı balalardı. Hamısı ali təhsil alıblar. Tahir ali təhsilli 
həkimdir, Gülnarə elmlər namizədidir. 
- O  vaxtın qara günlərindən yaddaşınızda ən çox hansı məqamlar qalıb? 
- 1926-cı ildə Soltanhəmidlə ailə qurduq. Xoşbəxt də yaşayırdıq. O, 
komissarlıqda   işləyirdi. El-obada yaxşı hörməti vardı. Çox keçmədi, onu 
Şamaxıya hərbi komissar təyin etdilər. Otuz yeddinci il gəlib çatdı, gündə bir xəbər 
çıxdı: “Filankəsi apardılar, filankəs xalq   düşməni   çıxdı”. Bu filankəs 
deyilənlərin də hamısı hörmətli, partiyaya sadiq, xalqını sevən adamlar idi.   Hamı   
qorxu   içində,   səksəkədə yaşayırdı. Axşam olub, qaranlıq düşəndə,  bir şaqqıltı,  
bir səs eşidəndə deyirdilər ki, filankəsi aparmağa gəliblər. O “çornı voron” deyilən 
maşın nə qədər yaxşı adamları aparıb məhv elədi. Eh, uzun dərddir, bala. Nə qədər 
günahsız adamlarımız “xalq düşməni” ləkəsi ilə məhv edildi. 
- Soltanhəmid həbs edilən gün, il yəqin  ki,  yadınızdıdır.  Bu müdhiş hadisə 
nə vaxt olub? 
- 1937-ci ilin avqust ayı idi. Daha dəqiq, avqustun 17-si idi. Mən balalarımla 
Sulut kəndinə getmişdim. Soltanhəmid də axşama qayıtmalı idi. Şamaxıda 
yığıncaqları vardı, ləngidi, gəlmədi. Səhərisi Rozanın ad günü idi. Tezdən gəlməyə 
söz vermişdi. Kənddə, tanış müəllimgilə gedib patefonu istədim, şənlənməyə. Min 
cür bəhanə gətirib vermədi. Mənə çox müəmmalı, ikibaşlı cavab verdi. Kor-
peşman geri qayıtdım. Yolda milis işçisi Ələşrəfə rast gəldim. Şamaxıdan gəlirdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə