Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə18/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   14   15   16   17   18   19   20   21   ...   219

 61 

Anamı  xəstəxanaya apardıq, qəbul otağında ona xalat 

verdilər. Anam fürsət tapıb məni kənara çəkdi: 

–Sənin ürəyin daha möhkəmdir, – dedi, – Rəsuldan, 

Təranədən muğayat ol, qoyma fikir eləsinlər. 

Sonra hamımızla öpüşdü, gülə-gülə bizdən ayrıldı. Onun 

paltarını bizə verən tibb xidmətçisi: 

–Nu proşaytesğ – dedi, – vı ee bolğşe ne uvidete. – Elə bil 

başımızdan qaynar su tökdülər. 

Əlbəttə, bunu o mənada deyirdi ki, cərrahiyyə əməliyyatına 

qədər və  əməliyyatdan bir neçə gün sonra, əməliyyat uğurlu 

keçərsə, xəstəylə görüşmək mümkün olmayacaq. Amma bu 

sözü elə kobud, elə köntöy dedi ki, uzun zaman özümüzə gələ 

bilmədik. 

Şaxtalı, çovğunlu Moskva qışının erkən axşam qaranlığına 

çıxdıq. 


Sonralar anam bu günlər haqda "Kaşir yolu" adlı silsilə 

şerlər yazdı. Amma bu şerlər Kaşir yolu haqqında yox, bu 

küçədəki bina haqqında, onun içindəki adamlar haqqında, əlac 

gözləyən xəstələr və  şəfa verən həkimlər haqqında idi. Kaşir 

yolunun dastanını isə biz – atam, Təranə, mən yaza bilərdik – 

bu yollarda biz qalmışdıq. 

Saat dörddə-beşdə qaralan dekabr axşamlarının cansıxıcı 

kədəri, havaya sovrulan qarların arasından görünən böyük 

binanın zəif, solğun işıqlı pəncərələri... 

Bu kədərli, məhzun pəncərələrin birinin dalında mənim 

anam yatır, amansız ehtimallar, dəhşətli fərziyyələr içində 

operasiya gününü gözləyir. 

Bu cərrahiyyə əməliyyatı onu yenidən həyata qaytara bilər. 

Ya da... 



...Yuxuda dünyayla vidalaşırdım, 

Dünya gözəl idi, ayrılmaq çətin... 

Atam: – Novikova səninlə danışmaq istəyir, – dedi, – ona 

zəng vur... Mənə düzünü demir, bəlkə sənə dedi. 

Professor Lüdmila Alekseyevna Novikova anamı operasiya 




 62 

edəcək cərrah idi. 

Novikova mənə: 

–Atanız da xəstə adamdır, – dedi, – ona demək düz olmaz, 

amma siz bilməlisiniz, ananızın ürəyi zəifdir, operasiyaya 

dözməyə  də bilər. Operasiya uğurla keçsə  də, yalnız kistoloji 

analizdən sonra qəti demək olar – şiş  bədxassəli idi, ya 

xoşxassəli... 

Bütün bunları atama, Təranəyə, Bakıda qalıb hər gün, hər 

saat bizdən xəbər gözləyən Fidana, başqa qohumlara necə, nə 

şəkildə deyə bilərdim? 

Ömrün xəzan çağındayam, 

  

 

Təranə, 

Payız bağındayam... 

Xatirəli günlər 

qızıl-qızıl yarpaqlar kimi tökülür

ömrümün çılpaq budaqlarında 

şəfəqli bir ümid gülür. 

O sənsən, Təranəm, 

 

  o 

sənsən... 

Ruzgarda yaşıl budaq kimi əsən, 

O sənsən, Təranə, 

 

  o 

sənsən... 

1971-ci il yanvarın 4-də  əməliyyat uğurla keçdi, bir neçə 

gündən sonra kistoloji analizin nəticəsi də  məlum oldu – şiş 

xoşxassəli imiş. 

Bir neçə il atamın təşəbbüsüylə bu günü – yanvarın 4-ü 

anamın yenidən dünyaya gəldiyi gün kimi qeyd elədik. 

Bundan neçə il qabaq da həkimlər anamda bu məşum 

xəstəliyin  əlamətlərindən  şübhələnmişdilər. Anamın dayısı 

oğlu, mahir cərrah Səlahəddin Rəfibəyli onda bir mütəxəssis 

kimi bizdən artıq narahatlıq keçirirmiş. O, bunu bizə ehtimalın 

yanlış olduğu aydınlaşandan sonra dedi. 

1971-ci ilin yanvarında isə anam: "Xərçəng iki dəfə  mənə 

hücum çəkib, bir, şey eləyə bilməyib, – dedi, – Allah 



 63 

üçüncüsündən saxlasın". 

Xərçəng üçüncü hücumunda onu apardı, amma anam özü 

bilmədi, bilmədi ki, xəstəliyi həmin o gülüb zarafata saldığı 

amansız, qəddar, əlacsız azardır. 

"Anar bala, xoş gördük. 

Sənin  əlvan məktubunu güc-bəla oxudum, təxminən sən 

mənim məktublarımı oxuyan kimi. 

Tural xanın əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlum 

Turalın onda bir yaşı vardı – A.) qoy bir az dil açsın, onda 



sənin Nigara və  mənə tutduğun divanın "nədir", "niyə"lərin 

hayıfını səndən çıxacaq. 

Buralarda üç gün dəhşətli istilər oldu 38–40°. Sonra da 

başladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq... 

...Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim. 

Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üç 

nəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamat 

qurtarıb. Qalanlar yaralanıb, bir qolu sınanlar olub, bu zavallı 

bərk zədələnib, gecə  xəstəxanada operasiya zamanı keçinib. 

Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər bir 

anaxronizm heykəlidir. Ölüləri yaxşıya, pisə bölmə  nə  qədər 

mənasız və kobud bir işdir). 

Rəsul. 

24/VII.65". 

 

*** 

1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvaya 

Nəsimi yubileyinə getdik. 

Bu illər ailəmiz üçün çətin vaxtlar idi – bizə çox əziz olan üç 

adam – atamın  əmisinin və xalasının oğlu Niyazi 

Məmmədxanlı, Fidanın qaynatası Süleyman Vəzirov və atamın 

o zaman həyatda olan dostlarından  ən yaxını  Cəfər Cəfərov 

ağır, ümidsiz xəstə idilər. 

Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazinin başı çox 

bəlalar çəkmişdi. Davanın ilk günlərindən - 26 yaşındaykən 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə