Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   2   3   4   5   6   7   8   9   ...   31

Yaddaşlarda yaşayacaq 

11 


Aşıq  Şəmşirin  şəkli və “Sədnik Paşa müəllimə yadigar 

eləyirəm” sözləri olan avtoqrafından sonra qısa, yığcam gi-

riş hissə gəlir. Monoqrafiyanın girişində Aşıq Şəmşirin sə-

ləflərindən söz açan müəllif onun hansı mühütdə yetişdiyini 

oxuculara çatdırmağa çalışmışdır. Elə ilk abzasdan tədqi-

qatçının Aşıq Şəmşır yaradıcılığına olan münasibətini açıq-

aydın görürük: ”XX əsr Azərbaycan aşıq poeziyasının  ən 

tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir. Əgər 

XVI  əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas, 

XVII-XVIII  əsrlərdə  Xəstə Qasım, XVIII əsrdə Abdalgü-

lablı Valeh, XIX əsrdə Aşıq Ələsgər aşıq poeziyasına öncül-

lük edib sənətin zirvəsində dayanırdılarsa, XX əsrdə çox bö-

yük aşıq-şairlər yetişmişdir. Lakin onlardan heç biri Şəmşir 

zirvəsinə yüksələ bilməmişdir. Aşıq Şəmşir XX əsrin saz-söz 

haqqında yazılmış kitablarının qızıl səhifəsinə öz adını 

yazmış və üzərinə öz möhürünü vurmuşdur.” Müəllif burada 

Aşıq Şəmşirin ulu babası Miskin Abdaldan söz açaraq, onun 

Şah  İsmayıl Xətainin yaxın dostu olduğunu, Çaldıran 

döyüşündə onunla çiyin-çiyinə vuruşduğunu diqqətə çatdırır. 

Kitabda  Şah  İsmayıl Xətainin öz dəst-xətti və möhürü ilə 

Miskin Abdala verdiyi şəhadətnamənin fotosurəti verilmişdir.  

Daha sonra aşığın babası Miskin Abdalın, atası  Ağda-

banlı Qurbanın “Dağlar” və Aşıq Şəmşirin “Dağların” şeir-

lərindən sitatlar verərək, müqayisəli təhlil aparan tədqiqatçı 

Aşıq Miskinə bir qədər çox yer ayırır və yenidən Aşıq 

Şəmşirə keçid alır.  

Monoqrafiyanın birinci bölümünün “Aşıq  Şəmşir və 

dağlar” adlanması da təsadüfi deyildir. Görünür aşığın ya-

radıcılığında bu, önəmli mövzulardan biridir. “Dağlar” şei-

rində yazır:  



Süsənli-sünbüllü, al-əlvan rəngli

Çiyələkli, yaşıl meşə ətəkli, 

Nərgiz kəlağaylı, lalə gərdəkli, 

Al bəzəlki, təzə gəlindi dağlar. 

 



Sona Xəyal 

12 


Şairin doğulduğu yerin tərifini verən müəllif uca dağlar-

dan, buz bulaqlardan, yaşıl meşələrdən söz açır, aşığın yara-

dıcılığında coğrafi toponimlərə çox yer verildiyini qeyd edir. 

“Ana yurd”, “”Mənim kimi”, “Bir səhər mehi”, “Beh mənə”, 

“Görəydim”, “Çilgəz”, “Kəpəzin”, “Gəl” adlı qoşmaları təhli-

lə çəkən tədqiqatçı-alim həm təbiətin əsrarəngiz gözəlliklərin-

dən söz açır, həm də aşığın ilhamına bələnən, şeirləşən, mis-

ralanan, obrazlı şəkildə oxucuya təqdim olunan təbiətə aşığın 

münasibətini göstərir. “Dağların heç bir gözəlliyi Aşıq Şəm-

şirdən gizli qala bilmir” deyən müəllif yazır: ”Şəmşir təkcə 

aşıq-şair deyildi, həm də bəstəkar idi. Dağların rüzgarı, bulaq-

ların zümzüməsi onun çaldığı havalara yeni çalarlar bəxş edir-

di. Aşıq Şəmşir çalanda dinlədikcə dinləmək istəyirdin. Həm 

də onun zehnində, yaddaşında xalqımızın tarixi yaşayırdı.”  

Sədnik Paşa Aşıq Şəmşir yaradıcılığını bizə bütöv təqdim 

etməyə çalışır. Onun dağlara həsr olunmuş yaradıcılığını qeyd 

etməklə  bərabər, dağlarla  əlaqəli çoxlu əfsanə  və  rəvayətlər 

bildiyini göstərir. Hətta ondan eşitdiyi “Keyti dağı”, “Ovçu 

Pirim və qardaşı Kərənə” rəvayətlərini, “Naxo Nəbi” adlı sər-

güzəşti qələmə alıb kitablarına daxil etdiyini bildirir və həmin 

materialları da təhlilə  çəkərək yazır: ”Bu qədər  əfsanə  və 

rəvayətləri, dastanları, lətifələri, atalar sözlərini yalnız Şəmşir 

kimi böyük sinədəftər, kamil bir insan öz daxili aləmində, 

mənəvi dünyasını  zənginləşdirərək sənətin fövqünə yüksələ 

bilərdi.  Şəmşirin daxili poetik aləmi bitib-tükənməyən bir 

xəzinədir. Onun bilmədiyi nə var idi?!..” 

Bölümün sonunda müəllif Bəhmən Vətənoğlunun və Şü-

caətin Aşıq Şəmşirə ünvanladığı şeirlərindən də danışır və 

sitatlar verir. “Hər aşıqdan Aşıq Şəmşir, hər şairdən Səməd 

olmaz” deyən Vətənoğlu da, 

 

Mən fəxr edirəm ki, Kəlbəcərliyəm, 

Şairlər yetirən elim var mənim. 

Xalqımın incilər xəzinəsində 

Aşıq Şəmşir kimi ləlim var mənim. 



Yaddaşlarda yaşayacaq 

13 


deyən Sücaət də aşığa olan məhəbbətini beləcə qürur hissi 

ilə yazıblar.  

Monoqrafiyanın ikinci bölümü “Aşıq  Şəmşir və  Səməd 

Vurğun” adlanır. Burada verilən şəkildə iki böyük sənətkarı 

camaat arasında əl verib görüşən yerdə görürük. Bir qoşma-

sını  eşitməklə  Səməd Vurğunun təsirlənib,  Şəmşir  şeirinin 

tilsiminə düşdüyünü qeyd edən müəllif, Kəlbəcərdəki gö-

rüşdə Səmədin qələm dəftərlə, Şəmşirin sazla meydana gir-

diyini bildirir və yazır: ”Səməd Vurğun Aşıq Şəmşirin göz 

açıb dünyaya baxdığı dağları, bulaqları bir bənd şeiri ilə bir 

tabloya gətirdi, göz önündə canlandırdı. Şeir belədir: 

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə, 



Kəklikli daşlardan xəbər al məni. 

Ceyran bulağından qızlar içəndə, 

Saz tutub, söz qoşub yada sal məni. 

 

Aşıq  Şəmşirin cavab qoşmasındakı bircə misra Səməd 



Vurğunu həyəcana gətirdi, varlığını tərpətdi. Aşığın böyük-

lüyünü, azman sənətkar olduğunu hiss etdirdi: “Qoşqarla 

yanaşı duran adın var”.  

Bu bölümdə Aşıq Şəmşirin “Vədəsində”, “Kəklik”, “Bül-

bül”, “Xoş  gəlib”, “Bir də  gəl”qoşmalarından, “Gəlsin, gəl-

məsin”, “Məni”, “Yaralı dağlar”, “Ay yarım ola” adlı  təc-

nislərindən söz açan müəllif hər bir şeirin üzərində dayanır, 

onu təhlilə çəkməyə, fikrini oxucularla bölüşməyə çalışır.  

Monoqrafiyanın üçüncü bölümü “Aşıq Şəmşirin sələfləri 

və xələfləri” adlanır və elə adından göründüyü kimi burada 

tədqiqatçı  aşığın sələflərindən və  xələflərindən bəhs açır. 

İlk əvvəl Dirili Qurbanidən danışan tədqiqatçı onun 63 mə-

sailinin özündən sonrakı  sənətkarlar üçün örnək olduğunu 

diqqətə çatdırır. Burada “məsail” sözünün mənasını açıqla-

maq istəyən alim Nizami “Xəmsə”sinə müraciət edir, “Sir-

lər xəzinəsi”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi poe-

maların  əvvəlində verilmiş minacat və meracnamələrdən 

söz açır və araşdırmalar apararaq, yazılı ədəbiyyatdakı Al-




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə