Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   2   3   4   5   6   7   8   9   ...   31

Sona Xəyal 

14 


laha, peyğəmbərə həsr edilmiş şeirlərin şifahi xalq ədəbiy-

yatındakı məsaillərlə eyni mövzuda olması qənaətinə gəlir. 

“Dirili Qurbani Şifahi xalq ədəbiyyatına, onun canlı və hə-

rəkətdə olan qoluna, aşıq sənətinə  dərindən bələd olduğu 

kimi, klassik yazılı  ədəbiyyata da eyni dərəcədə  bələd ol-

muş və onların hamısından tükənməz bir qaynaq kimi isti-

fadə etmişdir” yazan müəllif həmin 63 məsailin Allahdan, 

peyğəmbərlərdən, imamdan bəhs edən ilk bəndlərini bizə 

təqdim edir və  məsailin ayrı-ayrı  bəndlərində Fatimeyi-

Zəhradan, on iki imamdan və s.-dən danışıldığını bildirir. 

Burada Dədə Yedigarla Qurbaninin deyişmələrindən bi-

rini də  təqdim edən tədqiqatçı Miskin Abdalın da məsail 

formasına biganə qalmadığını  və onun məsaillərindən bir 

neçə bəndin bizə gəlib çatdığını bildirir. Sonra Miskin Ab-

dalın, Ağdabanlı Qurbanın, Aşıq  Şəmşirin məsaillərindən 

söz açır və sitatlar verir. Burada Ağdabanlı Qurbanın yara-

dıcılığına xeyli yer verilir. Daha sonra Aşıq Rəcəbin  şeir 

yaradıcılığından danışan müəllif onun “Kəklik” şeirini Aşıq 

Şəmşirin “Kəklik” şeiri ilə müqayisədə təqdim edir.  

XIX  əsr aşıqlarından Maralyanlı  Pərinin,  Şəmkirli Aşıq 

Həmayilin, Şirvanlı Aşıq Sonanın hərəsinin beş-on qoşması-

nın qaldığını diqqətə çatdıran tədqiqatçı Aşıq Bəstinin əhatəli 

şeir və dastan yaradıcılığının bizə gəlib çatdığını bildirir.  

Aşıq Şəmşirin Miskin Vəli ilə görüşü, Məmməd Arazla, 

Zəlimxan Yaqubla görüşü və bu görüşləri yaşadan xatirələr 

də kitabda yer alır.  

“Aşıq Şəmşirin poetik aləminə səyahət” adlanan dördün-

cü bölümdə  Aşıq  Şəmşir yaradıcılığının lirik çalarları ilə 

yaxından tanış oluruq. Burada məhəbbət naxışları da var, 

dostluq alqışları da var. Hər  şeirdən bir bənd, hər mövzu-

dan bir detal bizi aşığın iç dünyasına aparır. 

Kitabın sonunda “Tarixi naxışlar: gözəl xatirələr və ya-

digar sözlər” silsiləsində  aşığın oğlu Qənbər  Şəmşiroğlu-

nun “Qurban–Şəmşir ocağı  və  Sədnik Paşa”,  Əbülfət isla-

mın “Şair-publisistin səmimi ürək sözləri”, müəllifin “Aşıq 



Yaddaşlarda yaşayacaq 

15 


Şəmşir pərəstişkarlarının arzusu” adlı yazılar verilmişdir.  

Sədnik Paşa Pirsultanlının tədqiqatları aşıq ədəbiyyatını 

sevənlərin, bu sahədə  tədqiqat aparanların, eyni zamanda 

gələcək nəslin aşıq sənətimizi öyrənməsi baxımından də-

yərli vəsaitdir. Kitabın dili sadədir. Bəzi məqamlarda poe-

tik fikirlər adamı tutur. Burada alim qələmi ilə yanaşı bir 

şair qələmi də hiss olunur. Ona görə də kitab elmi əsər olsa 

da, sadə adamların oxuyub başa düşəcəkləri tərzdə oxunaq-

lıdır. Kitaba daxil edilmiş  şəkillər onu daha da zəngin və 

maraqlı edir. 



 “Bütöv Azərbaycan” qəzeti, 12.10.11  

 

“YAŞAMAQ, YAŞATMAQ, YARATMAQ” 

 

Hacı Soltanı tanıyanlar ona sadəcə axund kimi, qazi ki-



mi, ümumiyyətlə, din xadimi kimi baxmırlar, həm də bir 

ədəbiyyat adamı kimi ortaya qoyduğu kitabları səbirsizliklə 

gözləyirlər. Onu başqa din xadimlərindən fərqləndirən də 

elə vaxtaşırı oxucuların ixtiyarına verdiyi kitablarıdır. Hacı 

Soltan şairdir, şeirlərinin böyük əksəriyyəti də dini mövzu-

dadır. Amma onun ərsəyə gətirdiyi kitablar içərisində tarix-

lə bağlı yazdıqları daha çox diqqəti çəkir. O burada da ta-

rixçilərdən fərqlənir. Çünki, tarix kitablarını oxuyub, araşdı-

rıb yazmır. O, canlı insanlarla görüşüb, onların söhbətlərini 

yazır. Yaxın keçmiş olsa da, gələcək nəsillərə  gərəkli olan 

məqamları qələmə alır və həmin yazıları kitab-kitab toplayıb 

çap etdirir. Bu mənada onun ən maraqlı kitablarından biri də 

“Yaşamaq, yaşatmaq, yaratmaq” adlı toplusudur.  

Kitabın  əvvəlində Buzovna kəndinin gözəl ziyalıları ilə 

tanış oluruq. Təsadüfi deyil ki, müəllif kitabı buzovnalı 

xeyriyyəçi Nadir İmamnəzər olğu Quliyevin xatirəsinə it-

haf etmişdir. Kitab Azərbaycan respublikasının dövlət him-

ni ilə açılır, sonra Heydər Əliyevin Azərbaycan yazıçıları-

nın X qurultayında söylədiyi nitqindən bir hissə gəlir.  

Kitabın redaktorları Hacı Nazim və Hacı Aydının giriş 




Sona Xəyal 

16 


sözü də burada yer alır. Nəhayət, Hacı Soltanın “Yaşamaq 

və yaşatmaq nə deməkdir?” adlı yazısını oxuyuruq. Qurani-

kərimin ayələrini sitat kimi verib fikirlərini  əsaslandıran 

müəllf, peyğəmbərin 41 hədisindən 40-cısı olan “Daim ya-

zılan savab yolları”nı  təqdim edib, açıqlama verir. Daha 

sonra  şeirlərdən sitat verən tədqiqatçı Buzovna kəndində 

doğulub, bu ədəbi mühütdə yazıb-yaradan  şairlərdən söz 

açır və ədəbiyyat tariximizə qısa səyahət edərək, fikrini Hü-

seyn Cavidin “Azər” poemasının “Yaşamaq və yaşatmaq” 

bölməsindən şeir parçaları ilə yekunlaşdırır. 

Hacı Soltan “Ad” haqqında nə bilirik?” adlı yazısını Al-

lahın adı ilə və Füzuli, Nizami sözü ilə başlayır. Bu yazıda 

da Quran həqiqətlərindən,Peyğəmbər hədislərindən bəhs 

edən müəllif uşaqlara qoyulan adların mənalarını bilməyin 

vacibliyini qeyd edir və peyğəmbər, imam adlarına müraci-

ət edərkən məsuliyyətli olmağın gərəkliliyini vurğulayır. 

Burada Allahın adları ilə bağlı rəvayətlərdən də söz açılır. 

Xətaidən, Seyid Əzimdən ad ilə bağlı misraları təqdim edən 

müəllif ad ilə bağlı bir sıra nəsr əsərlərinə, hətta tarixi əsər-

lərə də müraciət edir. Məqalədə dini ədəbiyyatla bədii ədə-

biyyatın növbələşməsi onu göstərir ki, Hacı Soltan xurafat 

və fanatizmdən uzaqdır. O, dini fikirlərə müraciət etməklə 

yanaşı sadə, müasir oxucunun, kütlənin başa düşə biləcəyi 

bir tərzdə yazmağa üstünlük verir. Yəqin elə buna görə də 

onun kitabları geniş oxucu auditoriyası qazanır və maraqla 

oxunur.  

Kitabda kəndin xeyriyyəçi insanları haqqında ayrı-ayrı 

məqalələr də yer alır. “İgidlik rəmzi, mərdlik timsalı” adlı 

yazı Hacı  İsgəndər Abuzər oğlunun həyat fəaliyyətindən 

bəhs edir. Vaxtilə ermənilər Bakıda qırğın törədəndə bütün 

Bakı kəndləri ayağa qalxmışdı. Belə bir vaxtda Hacı İsgən-

dər öz hesabına çoxlu silah alıb camaatı silahlandırmış, 

kəndin  ətrafında səngər qazıtdırmış, eyni zamanda digər 

kəndlərə  də silah yardımı etmişdir. Hacı  hətta döyüşdə 

fərqləndiyinə görə Nuru Paşa tərəfindən qəhrəmanlıq nişa-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə