Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
18
nişanəsi  olan  post-modernizmə  keçid  üçün  liberal  və  azadlıq 
haqqındakı olan dəyərlərin yaranmasında mühüm rol oynayacaq. 
Provinsiallıq açıq təfəkkürə qarşı:
 
identikliyin transformasiyası 
Liberal  azadlıqların  azadılması  düşüncə  tərzini  daha  da 
yabaniləşdirir çünki bu, fərdin özünü milli və etnik kimlik çər çi-
və sindən  (dini  mənsubiyyət  də  daxil  olmaqla)  kənara  çıxaraq 
daha  mürəkkəb  və  geniş  olan  bir  ictimai  quruluşun  bir  hissəsi 
kimi anlaması potensialına əngəl törədir. Provinsializm Oksford 
lü ğətində ilkin mənada “Paytaxtdan kənarda rayonlara məxsus, 
xü susilə  sadələşdirilmiş  və  məhdud  həyat  tərzi  kimi”  tərcümə 
olu nur.  İkinci  mənada  bu  milli  və  ya  daha  geniş  anlama  gələn 
millətlər üzəri bir sistemin yaradılması hesabına öz rayon və ya 
regionuna olan təəssübkeşlik mənasında işlənir. Provinsiallıqdan 
azad  olmaq  həyat  tərzinin  inkişafı  prosesində  urbanizasiya, 
sənayeləşmə, həmçinin informativ zənginləşmə nəticəsində baş 
verir. Məsələn sosial şəbəkələr milli kimliyin sərhədlərini aman-
sızcasına  genişləndirir,  onu  dəyərlərin  mübadiləsi  vasitəsilə 
müxtəlif identifikasiya çərçivələri ilə zənginləşdirir ki, bu da milli 
fiziki sərhədləri keçən ünsiyyətdə daimi olaraq baş verir.
Bu  ünsiyyət  bir  neçə  tendensiyaya  imkan  yaradır.  İlk  öncə 
real  sərhədlərin  əhəmiyyətini  azaldaraq  ünsiyyətdə  mümkün 
baryerləri daha rahat aşmağa, ikincisi müxtəlif fərdi baxışlar və 
rəylərə cəlb etməklə dünyagörüşünün sərhədlərini genişləndirir 
ki, son nəticədə onun kimliyinə təsir edir.
Postsovet  məkanındakı  konfliktlər  kontekstində  provinsial 
təfəkkürdən azad olmaq özünü bir neçə cəmiyyətin hissəsi kimi 
görməyə imkan verir-regional, milli, kontinental, bir neçə sosial 
şəbəkələr vasitəsilə qlobal İdentikliyin çox pilləli və ya müxtəlifliyi 
forması da var ki, Avropa Birliyi ölkələri kimi özünü məsələn öz 
milləti  (Danimarka) kimi, həm də regional (Skandinaviya və ya 
Avropa) identikləşdirir.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
19
Modernizm post-modernizmə qarşı: 
tarixi sərhədlər
Sovet dövrünə qədər Avrasiya kontinentinin ancaq bir hissəsi 
sənaye  kapitalizmi  mərhələsini  keçib.  Cəmiyyətlərin  XIX  əsrin 
sonu XX əsrin əvvəllərində formalaşmış xarakteristikası XXI əsrin 
başlanğıcında ona görə əhəmiyyətlidir ki, özünə və başqalarına 
münasibəti müəyyən edir, öz ətrafına və millətlərə, sosial-siyasi 
qruplara münasibəti ilə siyasi məqsədlərdə və dəyərlərdə prio-
ritet müəyyənləşir, həmçinin ictimai şüurun Avropa proseslərinə 
qoşulması dövlətin davranışında önəmli faktora çevrilir. 
Bu coğrafi məkan kapitalist istehsalatı əsasında urbanizasi-
ya  mədəniyyətinin  intensiv  inkişaf  etdiyi  regionlara  böyük  təsir 
edib.  Qafqazda  Bakı,  Rusiyada  Moskva  və  Peterburq  və  bəzi 
digər  sənaye  şəhərləri  mədəniyyət  mərkəzlərinə  çevrilmişdilər. 
Hərçənd  ki, Azərbaycanlılar  üçün  müasir  milli  dövlətçiliyin  for-
malaşması prosesi 1920-ci ildə qırılmışdı. Həmin vaxt güclü neft 
istehsalının təsiri ilə Bakı və Azərbaycanın iri sənaye şəhərləri 
Avropa şəhər mədəniyyətinin iki tendensiyası ilə xarakterizə olu-
nurdu. Birincisi, modernizasiyanın və kapitalizmin nəticəsi olaraq 
millətçilik tendensiyası, ikincisi isə yeniyaranan, o dövrün Avropa 
meqapolisi üçün xarakterik olan kosmopolitizm.
Bu özünü 1920-ci ildə milli oturuşmada da büruzə verirdi-Er-
menistandan  fərqli  olaraq Azərbaycan,  hələ  o  vaxtlar,  xüsusilə 
də qan tökmə bahasına sərhədlərin tarixi ərazilər çərçivəsində 
müəyyənləşdirilməsində  daha  az  həvəsli  idi  və  bundan  əlavə, 
Azərbaycan ərazisində yaşayan milli azlıqlara qarşı olan siyasəti 
daha inklyuziv bir səciyyə daşıyırdı.  Azərbaycanın ilk Parlamen-
ti  müasir  dəyərlər  çərçivəsində  çox  proqressiv  bir  addım  kimi 
ölkənin bütün milli azlıqlarına təmsilçilik kvotası vermişdi. 
Sintetiklik  və  hibridliyə  postmodernist  baxış  dövlətin  rolunu 
azaltmağa və sərhədləri aradan qaldırmağa (modernizmdən fərqli 
olaraq)  gətirib  çıxarır
1
.  Bu  xüsusiyyət  beynəlxalq  münasibətlər 

Stephen  L.Arxer  “Addressing  postmodern  concerns  on  the  border:  globalization,  nation-
state, hybridity, and social change” Belmont Abbey College 2010


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
20
sisteminə daxil olan yeni dövlətlərin hər bir situasiyadan çıxma 
bacarığının göstəricisi olsa da heç də Soyuq Müharibədən çıx-
mış bütün dövlətlərə xas bir səciyyəvi cəhət deyildi. 
Postsovet  məkanında  bu  özünü  tarixi  sərhədlərə  olan  mü-
na sibətdə aktivlikdə göstərirdi ya da zoraki münaqişə ocağının 
alov lanması riskinə rəğmən qonşu dövlətin torpaqlarına iddia və 
ya da öz kimliyini necə müəyyən etməsində özünü büruzə verirdi. 
Gürcüstan və Azərbaycanın tarixi mübahisəli əraziləri vardır, 
lakin hər iki ölkəni gələcəyə yönələn addımların atılması və inki-
şa fın keyfiyyətinə diqqət birləşdirir, nəinki ölkənin fiziki ölçüləri. 
Hər halda bu ölkələrin heç biri öz müstəqilliklərini qonşu ölkələrə 
qarşı ərazi iddiasıyla başlamayıb.
Post modernist düşüncə tərzinin bir xüsusiyyəti də identifikasi-
ya üsuludur. Simvollar, xüsusi yerlər və tarixi hadisələrlə (məsələn 
Ermənistanda Ararat, Cənubi Azərbaycanda Babək dağı və s.) 
müəyyən olunan müasir milli quruluş prosesinin əksinə olaraq post 
modernist düşüncə tərzi qlobal və lokal (bu, feodalizmdəki klan 
anlayışı demək deyil) bir prosesdir
2
. Bu mənada Azərbaycanlılar 
postmodernistlər olaraq kimlik məsələlərində coğrafi və ya tarixi 
simvollara daha az həssasdırlar. 
Bütün bu deyilənlər o demək deyildir ki, postsovet məkanın 
hansısa milləti özünə və başqalarına olan münasibət və ya dav-
ranışda post modernist və ya total pre-modernist düşüncə tərzi ilə 
yanaşır. Məhdud dövlətçilik tarixi olan cəmiyyətlərimizdə belə bir 
mütləqiyyət mövcud ola bilməz çünki hər bir cəmiyyətdə feodal, 
arxaik, modernist və post-modernist düşüncə tərzinə malik olan 
qruplar mövcuddur. Lakin bizim fikirlərimizdə dövlətin beynəlxalq 
münasibətlərdə və münaqişələrdə davranışını müəy yən edən ic-
timai fikrin həmin xüsusiyyətləri əhəmiyyətlidir. 
2
 Modernity. An Introduction to Modern Societies. (Edited by Stuart Hall, David Held, Don 
Hubert and Kenneth Thompson) Georgetown University, Blackwell Publishers


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə