Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə3/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   2   3   4   5   6   7   8   9   ...   107

Ön söz
9
Kitabda toplanan məqalələr uzun illərin, qızğın araşdırmaların bəhrəsidir. 
Tahir Əmiraslanovun dili, üslubu xalqa daha yaxındır. Daha çox xalqın ya-
ratdıqlarından yazdığı üçün ola bilər bu. Oxuyanda görəcəksiniz ki, müəllifin 
qurcalamadığı yer qalmayıb: yeməklərdən, deyimlərdən, gözəllikdən, xanım-
lardan, atributlardan, bayramlarımızdan, tarixi abidələrimizdən, dildən və s. 
yazır. Və çox maraqlıdır ki, heç zaman öz sahəsindən qırağa çıxmır, hər şeyə 
bir kulinar gözü ilə baxır və bu məqalələrin hamısını mətbəxlə bağlayır. Ara-
mızda belə bir ifadə işlədirik: “Tahir Əmiraslanov üçün hər şey qazandan çı-
xır”. Əsl sənətkar baxışı deyərdim buna. 
Müəllif dillə bağlı  məqalə  və dastanlarında daha çox sözlərlə oynayıb, 
sözlərdəki assimilyasiya və dissimilyasiya qaydalarını nəzərə alaraq bir ço-
xunun yaranma yollarının, xalq dilində işləndikcə dəyişikliklərə uğrayıb son 
formasını necə almasının izahını verir. Təbii ki, bu mübahisəli məqamdır. Bu 
müəllifin şəxsi qənaətləridir. 
Bəhrələndiyi mənbələr arasında Nizami Gəncəvinin yeri ayrıdır. Nizami-
nin əsərlərini daha öncədən oxumuş olsam da onun Xəmsəsinin əslində bir 
sirli dərya olduğunu Tahir müəllimlə tanışlığımdan sonra anladım. Nə qədər 
dəyərli bilgilər, faktlar gizlənmiş olduğunun fərqinə vardım. Təbii ki, sadəcə 
oxumaqla, baxmaqla olmurmuş, görmək lazımdır. Bu yazılardan görürük ki
Nizaminin “İsgəndərnaməsi” bir çox sahədə gizli qalmış məlumatların açıl-
masında sözün əsl mənasında açar rolunu oynayır. Bundan başqa Əhməd Ca-
vid, Abbasi Bağdadi, Ələkbər Sabir, Əli Möcüz, Mahmud Şirvani, İbn Sina, 
Əl Qərnati, Əbu Bəkr, M. Kaşğari, Bushaq (Kenzül-İştiha), özünün müəllimi 
olmuş dahi N. İ.Kovalyov, V. V.Poxlebkin, V. Dal, A. Düma, Adam Oleariy, 
Marianna Yerasimos, Çarles Perri, Şəbüstəri, N. Tusi, Plutarx kimi yazıçıla-
rın əsərlərindən, “Kitabi-Dədə Qorqud”, “Əsli və Kərəm”, “Dastani-Əhməd 
Hərami”, “Koroğlu” və s. dastanlardan, yunan əsatirlərindən və s. faydalana-
raq qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirir. 
“Qobustan” məqaləsini xüsusi edən məqam onun bu mövzuda görülən ilk 
iş olmasıdır. Araşdırma nəticəsində müəllif Qobustan qayalarındakı  ciz gi   lərin 
bir ustalıqla heyvan ətinin bölgü qaydası olduğunu sübut edir və bu mə qa  lə 
Ərzurumda keçirilən Simpoziumda böyük səs-küyə  səbəb olmuşdur. Ümu-
miy yətlə, T.Əmiraslanovun hər sahədə gördükləri, dedikləri, etdikləri hə mi şə 
yenilik, yeni söz, yeni yanaşmadır. Bir dəfə dost məclisində yarıciddi, yarı-
zarafat söylədilər ki, nəyi istəsəniz Tahir müəllim mətbəxlə bağlayacaq. Bir 


10
Söz mətbəxi
nəfər isə, “qoy daşdan yazsın”, dedi. Və beləlikcə də bir həftədə bir məqalə 
ya zıl dı. 
Tahir müəllim bu məqaləsində daşın mətbəximizdəki yerindən, bununla 
bağlı olan məfhum və ifadələrin əslində yeməklərin hazırlanma prosesləri 
ilə  əlaqələndiyini göstərir. “Daş haqqında dastan” Məhərrəm Qasımlının 
“Folklor” jurnalında çap olunduqdan sonra məqalə haqqında müsbət rəylərin 
gəldiyini xəbər aldıq.  
 Tahir Əmiraslanovun qadınlara qarşı bir müdafiəçi yönünün olduğu-
nu yəqin ki, hamı bilir. Bunu onun onlara olan münasibətindən anlamaq 
olar. Anasını qadınlığın zirvəsi kimi görən müəllif “Azəri xanımlar haqqın-
da traktat”da gözəl nümunələr gətirərək xanımların bizim həyatımızda nə 
qədər vacib yer tutduğunu, onlarsız həyatın olmadığını, zərif görünsələr də 
əslində nə qədər güclü və igid olduqlarını məharətlə bizə çatdırır. İnsan psi-
xologiyasına yaxşı  bələd olan müəllif onlarla rəftarın düzgün yollarını da 
bizimlə bölüşür. 
“Yanar işıq – Ana dilimiz” məqaləsində üz orqanlarının adlarının çox 
maraqlı açıqlamasını verir. Bu mənim üçün yenilik idi və dərindən düşünsək 
həqiqət payı olduqca çoxdur. Burada ən maraqlısı üz orqanlarından tutmuş 
adlara kimi, günümüzdə  işlətdiyimiz  əksər sözlərdə  işığın təcəssümünün 
verilməsidir. Bu işığı Koroğluda, Dədə Qorqudda da görür və ona gözəl bir 
bənzətmə yazır. 
Koroğlu da əslində Qoroğludur,
Dönübdür Qorquda, o da uludur,
Döyüşsə də yolu işıq yoludur,
Tahirə də bir işıq misalıdır. 
Şeir demişkən müəllifin bu yönünü çox az adam bilir və o bəxtiyar in-
sanlardanam ki, şeirlərinin ilk oxucularından biriyəm. Müəllifə deyəndə ki, 
eşitmişik  şeir yazırsınız, cavabı  dəyişilməz olaraq, “Mən  şeir yazmıram, 
şeirəbənzər şeylər yazıram”, olur. Onun bir şeirini sizlə bölüşmək istərdim:


Müqəddəs üçlük
11
MÜQƏDDƏS ÜÇLÜK
Ağıl, ruh və can girib də bəhsə,
Hakim kəsildilər hər biri nəfsə. 
Ruh verdi dünyanı fani qələmə,
Ruhani nəfs yaradıb yaydı aləmə. 
Ağıl girib atoma, hürr zərrəsinə,
Cəhənnəm yaratdı yer kürəsinə. 
Can dözdü bunlardan gələn zillətə,
Dözməkçün yol açdı nəfsi şəhvətə. 
Ruh canla olanda cananla oldu,
İki ruh birləşdi iki can doldu. 
Ağıl ruhla birləşib gəldi sənətə,
Ucaldı elm adlı bir səltənətə. 
Elə ki, ağılla tək can birləşdi,
Həm ağıl keyləşdi, həm can keyləşdi. 
Mayanı mayeyə, həm una qatdı,
Üçünü vəhdətdə Allah yaratdı. 
Üçlük birləşincə eşqi yaratdı,
Eşq ilə kainat kamala çatdı. 
Bir-birini cəzb edən üçlüklər oldu,
Kainat sevgi ilə, işıqla doldu. 
 
Həmişə işlətdiyi bir söz var – “Mən dilçi deyiləm”. Amma dilimizi mü-
kəmməl bildiyi üçün istər-istəməz mətbəximizlə bağlı sözləri tədqiq edərkən 
dilə müraciət etməli olmuşdur. Hətta Tahir Əmiraslanovun söhbətlərindən 
birini sizlə paylaşmaq istərdim: Bir məclisdə dostları ona – “İnstitutu rus 
bölümündə oxumusan, ana dilimizi təmiz bilə bilməzsən” – deyir. Bunun ca-
vabında müəllif bir-iki gününü sərf etməklə “Söz mətbəxi” adlı bir yazı yazır 
və bunu bir başqa dilə tərcümə edə biləni böyük mükafat gözlədiyini deyir. 
Təəssüf ki, bu mükafatı heç kim ala bilmir. Amma bu bəhs sayəsində maraqlı 
bir məqalə ortaya çıxır ki, oxuduqca təəccüb içərisində qalırsan. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə