T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

29 

29 


İnsan və yaxud təbiətin doğurduğu fəlakətlər hər 

zaman baş verə bilər və hər bir ölkə bu 

arzuolunmaz təhlükənin nəticələrini aradan 

qaldırmaq problemilə üzləşə bilər. Fövqəladə 

hadisələr təhlükəsizlik və sabitlik üçün əsas risk 

mənbəyidir. Hər bir ölkə öz ərazisində baş vermiş 

fəlakətlərin qarşısının alınması və hadisənin 

qurbanlarının qayğısına qalmaq üçün məsuliyyət 

daşıdığına baxmayaraq, fəlakətli vəziyyətlərin 

miqyası fəlakətə məruz qalmış ölkənin 

imkanlarından artıq ola bilər və onun təsirləri ölkə 

sərhədlərindən kənara çıxa bilər. Buna görə də 

fövqəladə vəziyyətlərin aradan qaldırılması və 

onlara çevik cavab vermək üçün beynəlxalq 

əməkdaşlıq vacibdir. 

NATO-nun «mülki fövqəladə vəziyyətlərin 

planlaşdırılması» fəlakətlərə hazırlıq və 

cavabvermə üzrə əməkdaşlıq NATO ölkələri 

arasında həyata keçirilməkdədir. 1990-cı illərdə 

buraya tərəfdaş ölkələr cəlb olunmuşdur və 

SNT-nin qeyri-hərbi komponentini təşkil edir. 

Rusiyanın təklifi nə görə 1998-ci ildə yaradılmış 

Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika 

Əlaqələndirmə Mərkəzi (FCAAƏM) Avroatlantika 

məkanında baş verən fəlakətlərə AATŞ ölkələrinin 

cavabverməsini həyata keçirir. 

Səmərəli əlaqələndirməyə 

yardım


Fəlakətlərə səmərəli cavabvermə nəqliyyat 

vasitələri, tibbi ehtiyatlar, rabitə, fəlakətlərə 

cavabvermə imkanları və digər mülki ehtiyatların 

əlaqələndirilməsini lazım edir. Bütün ölkələr 

fövqəladə vəziyyətlərin qarşısının alınması ilə 

əlaqədar milli səviyyəli planların olmasına görə 

məsuliyyət daşıyırlar. Lakin təbii fəlakətlərin çox 

hallarda sərhəddən kənara çıxması və beynəlxalq 

yardım çağırışlarına səmərəli cavab verilməsinə 

böyük ehtiyacın olması beynəlxalq səviyyədə 

əməkdaşlığın və planlaşdırmanın inkişaf 

etdirilməsini zəruri edir. 

NATO və tərəfdaş ölkələr arasında mülki 

fövqəladə planlaşdırma yerli regional və milli 

hökumətləri müxtəlif səviyyələrdə təmsil edən 

mülki və hərbi şəxslərin iştirakı ilə seminar, 

simpoziumlar, məşq və təlim kurslarının 

keçirilməsini nəzərdə tutur. Digər beynəlxalq 

təşkilatlarda, məsələn BMT-nin Humanitar 

Məsələləri Əlaqələndirmə İdarəsi və BMT-nin 

Qaçqınlar üzrə Ali Komissarlığı (BTMQAK), 

Beynəlxalq Atom Enerjisi Agentliyi və Avropa 

İttifaqı, qeyri-hökumət yardım təşkilatları bu 

tədbirlərin mühüm iştirakçılarıdır.

Gözlənilməz hadisələr zamanı fəaliyyət planlarının 

hazırlanması, müvafi q prosedurların və lazımi 

texnikanın olması və həmçinin ümumi hazırlıq və 

təlimlər nəticəsində NATO və tərəfdaş ölkələr bir 

sıra təbii fəlakətlər zamanı FCAAƏM vasitəsilə 

cavabvermə və yardım göstərilməsi üzrə 

fəaliyyətləri uğurla əlaqələndirməyə nail olublar. 

Bu fəaliyyət xüsusilə Albaniya, Azərbaycan, Çex 

Respublikası, Macarıstan, Rumıniya və Ukraynada 

daşqınlar, Türkəyədə zəlzələ, keçmiş Yuqoslaviya 

Respublikası Makedoniya* və Portuqaliyada meşə 

yanğınları, Moldova və Ukraynada kəskin hava 

şəraiti zamanı həyata keçirilmişdir. 

Fəlakətlərə hazırlıq 

və cavabvermə

> Qırmızı Xaç Təşkilatının əməkdaşları Sülh 

Naminə Tərəfdaşlıq təlimində iştirak edirlər.



30 

30 


Daşqın zamanı yardım

Ötən əsrdə Qərbi Ukraynada 13 daşqın hadisəsi 

qeydə alınmışdır. NATO və tərəfdaş ölkələr 1995, 

1998 və 2001-ci illərdə Ukraynada dəhşətli daşqınların 

ağır nəticələrinin aradan qaldırmasının və garşısının 

alınmasında Ukraynaya lazımi yardım göstərib. 

Mülki fövqəladə planlaşdırma və fəlakətlərə hazırlığa 

dair Anlaşma Memorandumu çərçivəsində 1997-ci 

ildən ərazidə həyata keçirən əsas əməkdaşlıq 

proqramı Ukraynaya birbaşa fayda gətirib. Əsas 

məqsəd Ukraynanın daşqınlara meyilli olan qərb 

hissəsinə yardım göstərmək, belə fövqəladə hallara 

qarşı daha hazırlıqlı olmaq və onların arzuolunmaz 

nəticələrinin ləğvinə nail olmaqdır.  Ukraynanın Trans-

Karpatiya regionunda 2000-ci ilin sentyabrında 

keçirilmiş təlimlər də daxil olmaqla, SNT təlimləri, hava 

kəşfi yyatının aparılması, zərərçəkənlərin evakuasiya 

olunması və su təmizləmə qurğularının göndərilməsi 

kimi fəlakətlərə yardım prosedurlarının sınaqdan 

keçirilməsinə kömək edir. Bundan əlavə, 2001-ci ildə 

imzalanmış pilot layihə çərçivəsində Tiza çayının yaxın 

ərazilərində daşqınların qarşısının alınması və 

cavabvermə sisteminə dair tövsiyələri hazırlamaq 

üçün dünyanın 12 ölkəsindən daşqın və fəlakətlər üzrə 

40-dan çox ekspert birgə işləmişdir. 

 

1998-ci ilin iyun ayında NATO-nun qərargahında 



Rusiya tərəfi ndən verilmiş təklifə əsaslanan 

Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika 

Əlaqələndirmə Mərkəzi (FCAAƏM) yaradıldı. 

24 saat fəaliyyət göstərən Mərkəz məlumatın 

yayımlanması üçün mərkəz rolunu oynayır və Avro-

Atlantik məkanda NATO və Tərəfdaş ölkələr arasında 

fəlakətlərlə bağlı cavabları koordinasiya edir. Bu 

həmçinin, kimyəvi, bioloji və ya radioloji agentləri 

istifadə etməklə terror aktlarının nəticələrinin idarə 

olunması da daxil olmaqla, təkrarlanan təbii və 

insanlar tərəfi ndən törədilmiş fəlakət vəziyyətlərinə 

dair cavabverməni nəzərdə tutan əsas fövqəladə 

mülki hazırlıq təlimləri təşkil edir.

Mərkəz beynəlxalq fəlakətlərə cavabverilmə 

tədbirlərində və onların nəticələrinin idarə 

olunmasında aparıcı rol oynayan Humanitar 

Məsələlərin Əlaqələndirilməsi üzrə Birləşmiş 

Millətlərin Bürosu və Kimyəvi Silahların qadağan 

olunması üzrə Təşkilat kimi, beynəlxalq agentlikləri 

və digər təşkilatlarla sıx iş birliyindədir. 

Viza rejimi, sərhəddən keçmə tədbirləri, tranzit 

sazişləri, gömrük şəffafl ığı və heyətin statusu kimi 

məsələlərə müraciətlə bağlı ikitərəfl i və ya çoxtərəfl i 

razılaşmaları inkişaf etdirmək üçün ölkələr üçün 

stimul yaradılır. Belə tədbirlər həqiqi fəlakət yerinə 

yardımların və komandanın çatdırılmasındakı 

bürokratik əngəlləri aradan qaldırır. Fəlakət baş 

verdikdə, ölkələrin bu barədə qısa şəkildə məlumat 

əldə etmələri üçün milli elementlərin qarışığından 

təşkil edilmiş Fəlakətlərə Cavabvermə üzrə Avro-

Atlantika Birliyi üçün də tədbirlər müəyyən edilib. 

Ətrafl ı məlumat üçün: 

www.nato.int/eadrcc/home.htm

FƏLAKƏTLƏRƏ CAVABVERMƏ ÜZRƏ AVRO-ATLANTIKA ƏLAQƏLƏNDIRMƏ 

MƏRKƏZI 



Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə