T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

25 

səmərəli həyata keçirilməsi müdafi ə, müdafi ə 

islahatları ilə bağlı ümumi standartların və 

konsepsiyaların hazırlanmasını vacib edir. Bu 

konseptual birgə fəaliyyətin əldə olunması təhsilə 

böyük sərmayə və müttəfi qlər və tərəfdaşlar 

arasında müvafi q bilik və təcrübənin 

bölüşdürülməsinin fəallaşdırılmasını tələb edir.

 

Konkret misal: Ukrayna 

NATO-nun Ukrayna ilə müdafi ə sahəsində 

hazırladığı əməkdaşlıq proqramı digər tərəfdaş 

ölkələrlə müqayisədə çox genişdir. Bu proqram 

tərəfdaş ölkələrlə bu sahədə mümkün olan geniş 

miqyaslı əməkdaşlıq fəaliyyətlərini nümayiş etdirir. 

1991-ci ildə öz müstəqilliyini elan edən Ukrayna 

keçmiş Sovetlər Birliyinin hərbi strukturlarının və 

silahlı qüvvələrinin bir hissəsini miras saxladı. 

Ukrayna NATO-ya müraciət edərək soyuq 

müharibənin «mirasını» kiçik müasir və daha 

səmərəli, ölkənin yeni təhlükəsizlik tələblərinə 

cavab verən bir qüvvəyə çevrilməsində, və eləcə 

də Ukraynanın Avropada sabitlik və təhlükəsizliyin 

təminatında iştirakına dəstək verməsini xahiş edir. 

NATO-nun bu sahədəki fəaliyyətinin üstün 

istiqamətləri Ukraynanın silahlı qüvvələrinə 

demokratik və mülki nəzarətin gücləndirilməsi və 

onların NATO-ilə birgə fəaliyətinin 

təkmilləşdirilməsini əhatə edir. 

1994-cu ildə SNT-yə qoşulan və NATO-ilə əlaqləri 

və əməkdaşlığı genişləndirən Ukrayna bu təşkilatla 

məsləhətləşmələri dərinləşdirmək və praktiki 

yardımdan lazımi istifadə etmək imkanı qazandı. 

Əməkdaşlıq əlaqələri 1997-ci ildə NATO-nun 

Xüsusi Tərəfdaşlığa dair Xartiyanın imzalanması 

ilə daha da geniş vüsət aldı. Bir il sonra hərbi 

islahatlara dair birgə qrup yaradıldı və onun əsas 

vəzifəsi müdafi ə və təhlükəsizlik sektorunda 

islahatlar məsələsində məsləhətləşmələr və 

praktiki əməkdaşlığı inkişaf etdirməkdən ibarət idi. 

1999-cu ilin aprel ayında müdafi ə islahatlarına 

dəstək məqsədilə Kiyevdə NATO-nun 

əlaqələndirmə ofi si yaradıldı. 

Ukraynanın SNT-də iştirakı islahatların həyata 

keçirilməsinə və birgə fəaliyyətin irəli 

aparılmasında ona yardım edir. PAP mexanizmi 

xüsusi əhəmiyyət kəsb edir və hərbi 

planlaşdırmanın məqsədlərinin başlıca tələblərini 

müəyyənləşdirməkdə mühüm rol oynayıb.  Hərbi 

islahatların həyata keçirilmə planının 

hazırlanmasında Ukraynaya kömək etmiş müdafi ə 

analizinin aparılması üzrə texniki yardım və 

məsləhətlər əməkdaşlığın xüsusi elementini təşkil 

edir. Belə müdafi ə məsələlərinin analiz ölkənin milli 

təhlükəsizlik siyasəti əsasında müdafi ə sahəsində 

tələblərin müəyyən edilməsinə yönələn kompleks 

obyektiv analitik prosesdir. Bu proses həmin 

tələbləri mövcud olan ehtiyatlara uyğunlaşdırmağa 

təyin edilib.Onun nəticələri əsasında hərbi 

quvvələrin qurulması və vergiödəyiciləri üçün 

sərfəli olan iqtisadi qərarları nəzərə almaqla hərbi 

potensialın yaradılması haqda təklifl ər işlənib 

hazırlanır. Belə analizin nəticələri mütəmadi 

uzunmüddətli səyləri tələb edən islahatların davam 

etməsi üçün konseptual əsas yaradır.

NATO Hərbi 

Komitəsinin Sədri 

(mərkəzdə) hərbi 

sahədə əməkdaşlığın 

və müdafi ə islahatının 

inkişafını nəzərdən 

keçirmək üçün 

2004-cü ilin fevral 

ayında Kiyevə, 

Ukraynaya səfər edir. 




26 

Əməkdaşlığın digər aspektləri yeni təhlükəsizlik 

konsepsiyası və hərbi doktrina, səmərəli və şəffaf 

müdafi ə büdcəsinin hazırlanması və planlaşdırılması 

Ukraynada müdafi ə strukturlarında mülki iştirakın 

yüksəldilməsi daxil olmaqla güclü mülki hərbi 

əlaqələrin yaradılmasını əhatə edir. Ukraynada 

restrukturizasiyaya və onun islahatların keçirilməsi 

sahəsində etdiyi səylərinə həmçinin hərbi sektorun 

ixtisar olunması, silahlı qüvvələrin peşəkarlığının 

artırılması və konversiyası və çevik cavabvermə 

qüvvələrin yaradılmasına dair məqsədyönlü 

məsləhətlər şəklində yardım edilir. Bu fəaliyyətlər 

hərbi qüvvələr, yaxud Müdafi ə Nazirliyi ilə 

məhdudlaşmır, həmçinin Ukraynanın Daxili İşlər 

Nazirliyinin tabeliyində olan sərhədçilər və sərhəd 

qoşunlarına lazımı dəstək göstərilməsini də 

əhatə edir. 

Təlim və təhsil müdafi ə islahatları prosessinin əsas 

elementləridir. Ukraynanın yüksək rütbəli zabitləri 

mütəmadi olaraq tərəfdaş ölkələrlə birlikdə NATO-

nun Romadakı (İtaliya) müdafi ə kollecinin və 

NATO-nun Oberammerqau şəhərində (Almaniya) 

yerləşən məktəbində hərbi kurslarda iştirak edirlər. 

Bu hərbçilər eyni zamanda müxtəlif hərbi 

tədbirlərdə iştirak etməklə NATO ölkələri və 

tərəfdaşlarının hərbi qüvvələrilə işləmək 

təcrübəsi qazanır. 

Müdafi ə islahatlarının nəticələrinin idarə 

olunmasında Ukraynaya kömək etmək məqsədilə 

NATO öz hesabına Ukraynanın ehtiyatda olan 

hərbi qulluqçularının sosial problemlərilə məşğul 

olan Milli Əlaqələndirmə Mərkəzilə birgə dil və 

menecment kurslarını keçirmişdir. Bundan əlavə

demilitarizasiya layihələrinin həyata keçirilməsi 

üçün SNT Etimad Fondu mexanizmləri vasitəsilə 

Ukraynaya NATO üzrə fərdi müttəfi qlərin yardımı 

ötürülür (bax səh.28)

Müdafi ə islahatlarının 

nəticələrinin idarə olunması

Müdafi ə islahatlarına başlayarkən onun 

nəticələrinin idarə olunması və mənfi  nəticələrinin 

azaldılması üçün ilk öncə adekvat addımların 

atılması vacibdir. İş yerlərini itirmiş hərbçilərin mülki 

həyata yenidən qovuşması üçün yardıma ehtiyacı 

var. Hərbi bazaların ləğvi yerli əhaliyə və 

təsərrüfata sərt təsir göstərə bilər. Beləliklə, 

yerlərdə yenidənqurma işlərinə ehtiyac var. Artıq 

qalan və ya köhnəlmiş silah və sürsat ehtiyatları 

təhlükəsizlik və ətraf mühit üçün ciddi təhlükə 

riskləri yaradır və onlar təhlükəsiz ləğv olunmalıdır. 

NATO tərəfdaş ölkələrə bu sahədə məsləhətlər və 

xüsusi biliklərin verilməsi üzrə bir sıra təşəbbüslər 

irəli sürüb. Müxtəlif layihə və proqramların maliyyə 

təminatında məhdud imkanlara baxmayaraq NATO 

müxtəlif beynəlxalq təsisatlar və qeyri-hökumət 

təşkilatları və eləcə də ikitərəfl i yardım təklif edən 

müxtəlif ölkələrlə iş birliyi və informasiya mübadiləsi 

apararaq əlavə maliyyə vəsaitlərini cəlb edir. 

Hərbçilərin yenidən hazırlanması

Soyuq müharibə bitdikdən sonra tərəfdaş ölkələrin 

hərbi qüvvələrindən təxminən 5 milyon hərbçi 

tərxis olunub. Onların yenidən hazırlanması və 

işlə təmin olunmasına hazırda böyük ehtiyac var. 

2000-ci ilin əvvəllərində NATO tərəfdaş ölkələrə 

hərbçilərin yenidən hazırlanması və onların mülki 

həyata uyğunlaşmasına öz yardımını təklif etdi. 

Hərbçilərin peşəkar yenidən hazırlanması üzrə 

siyasət və proqramlar sahəsində analizin 

nəticələrinin və tövsiyələrin təqdim edilməsi və milli 

hökümət orqanlarına məsləhətlərin verilməsi 

məqsədilə NATO-nun ekspertlər qrupu 

yaradılmışdır. Bu fəaliyyətlərə tərxis olunacaq 

hərbçilərə iş yerlərinin tapılması və onlar tərəfi ndən 

müəssisələrin yaradılması, dil kursları və yenidən 

hazırlıq mərkəzlərinin yaradılması ilə bağlı 

məsləhətləşmələr daxildir. 

3 min hərbi hissənin və bazanın ləğvi 

və 175 min nəfərin 2010-cu ilə qədər işini itirəcəyi 

təxmin olunan Cənüb-Şərqi Avropada bu 

proqramlara böyük maraq var. NATO-nun və 

tərəfdaş ölkələr olan Rumıniya və Bolqarıstan bu 

yardımdan bəhrələnən ilk dövlətlər oldular. 2004-cü 

ilə qədər bu ölkələrin hər birində 20 min zabit 

yenidən hazırlıq proqramlarında iştirak edib. 

Albaniya, keçmiş Yuqoslaviya Respublikası 

Makedoniya* və Serbiya və Çernoqoriyada NATO 

ilə bu sahədə əməkdaşlığın yollarını arayırlar. 

Bundan əlavə NATO Rusiyada və Ukraynada 

yenidən hazırlıq proqramlarına yardım edir. 



Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə