T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

27 

Tərxis olunmuş hərbçilərə dəstək

Tərxis olunmuş hərbçilərin yenidən hazırlanması və 

sosial uyğunlaşması üzrə NATO-Rusiya Mərkəzi 

2002-ci ilin mart ayında açılmışdır. Bu Mərkəz 

Rusiyanın hərbi qüvvələrinin ixtisar olunmasının 

sosial məsələrinin həllinə yardım edir və Rusiya 

ərazisində tərxis olunmuş hərbçilərin sosial 

uyğunlaşmasına və onların yenidən hazırlığına 

yardımın göstərilməsi üzrə fəaliyyəti özündə 

cəmləşdirir. Moskvada yerləşən Mərkəz 2003-cü 

ildən öz fəaliyyətlərini bölgələrdə genişləndirib və 

Yaroslavl, Sankt- Peterburq, Çita, Perm, Kalininqrad 

və Rostov-na-Donu şəhərlərində öz yerli 

ofi slərini açıb. 

Mərkəz özünün internet saytında yenidən hazırlıq və iş yerləri barədə məlümatlar, eləcə də kiçik biznesin 

yaradılması ilə bağlı məsləhətlər yerləşdirib. Mərkəz həmçinin birbaşa təlim kursları təklif edir, yerləşdirmə 

üzrə mütəxəssislər hazırlayır və bu məsləhətlərlə bağlı məlümat mübadiləsini aparmaq üçün konfraslar təşkil 

edir. Özünün 18 aylıq ilk fəaliyyət dövrü ərzində mərkəz yerləşmə ilə məşğul olan 210 təlimatçı hazırlayıb və 

kompüter, menecment və mühasibat sahələrində 200 tələbənin hazırlanması təşəbbüsü ilə çıxış edib. 

Hərbi bazaların konversiyası

NATO-nun Cənub-Şərqi Avropada hərbi hissələrin 

konversiya təşəbbüsləri çərçivəsində NATO-nun 

ekspert qrupu mülki istifadəyə veriləcək hərbi 

bazaların daha sərfəli istifadə yollarını tapmaqda 

milli hökumətlərə kömək məqsədilə məsləhətlər və 

tövsiyyələr verir.  Bu təşəbbüs iştirakçı ölkələr, 

həmçinin bir neçə tərəfdaş ölkələr və 2 yeni NATO 

üzvləri arasında regional əməkdaşlığı və məlumat 

mübadiləsini nəzərdə tutur. Bu ölkələr - Albaniya, 

Xorvatiya, Bolqarıstan, Moldova, Rumıniya, 

Serbiya və Çernoqoriya və keçmiş Yuqoslaviya 

Respublikası Makedoniya*. 

Bir sıra pilot layihələr hərbi bazaların ləğvi və 

ərazilərin yenidən qurulmasına strateji yanaşmanın 

inkişafına kömək edir. Əsas məqsəd hərbi 

bazaların əsas iş təminatçısı olduğu sahələrdə yeni 

iş yerlərinin yaradılması və yerli təsərrüfata kapital 

qoyuluşu və ətraf mühitin təmizliyini təmin 

etməkdir. Keçmiş bazaların əraziləri müvafi q 

işlərdən sonra istifadəyə, xüsusən yaşayış 

mikrorayonlarının salınması, tədris müəssisələrinin, 

sağlamlıq mərkəzlərinin, həbsxanaların, parkların 

və qoruqların yaradılması məqsədi üçün verilir.



Minaların, sursatlar və silahın ləğvi 

SNT-nin Etimad Fondları (qoşmaya bax, səh.28) 

piyadalar əleyhinə minalar, sursatlar və kiçik və 

yüngül silah ehtiyatlarının təhlükəsiz ləğvində 

tərəfdaş ölkələrə yardım edir. Bu prosesin 

təhlükəsizliyini ətraf mühitə ziyan vurmamasını və 

beynəlxalq standartlara uyğun olması üçün 

müxtəlif ölkələrlə birlikdə konkret layihələr 

hazırlanır. İcra olunduğu yerlərdə layihələrin əsas 

məqsədi əməliyyat xərclərini azaltmaq üçün yerli 

ehtiyatlardan və obyektlərdən istifadə, eləcə də bu 

prosesdə yerli əhalinin hazırlanmasına yönəldilib. 

Bu isə yeni iş yerlərinin yaradılması və yeni 

bacarıqların öyrədilməsinə yardım edir. 

Bu layihələr içərisində 2005-ci ilə qədər 1,6 milyon 

piyada əleyhinə mina Albaniyada ləğv edilib. 

12 min piyada əleyhinə mina, 7 min tondan artıq 

sursatlar və raket yanacağı Moldovada, 400 min 

piyada əleyhinə mina Ukraynada, 1200 piyada 

əleyhinə mina Tacikistanda və 300-dən artıq raket 

Gürcüstanda məhv olunub. Gələcəkdə 

demilitarizasiya layihələrini Albaniya, Azərbaycan, 

Belorussiya, Serbiya və Çernoqoriya və Ukraynada 

həyata keçirmək nəzərdə tutulub. 




2000-ci ilin sentyabrında yaradılmış Sülh naminə 

Tərəfdaşlıq Etimad Fondu siyasəti piyada əleyhinə 

mina ehtiyatlarının təhlükəsiz məhv edilməsində 

tərəfdaş ölkələrə yardım mexanizmdir. Onun əsas 

məqsədi ölkələrə piyada əleyhinə minaların istifadəsi, 

toplanması, istehsalı və ötürülməsini qadağan edən 

Ottava Konvensiyasının yerinə yetirilməsi və bu 

ehtiyatların məhv edilməsıdir.

Layihələrinin uğuruna əsaslanaraq, Fond öz fəaliyyət 

dairəsini genişləndirib və sursatların və kiçik həcmli 

və yüngül silahların məhvinə yönəldilmiş 

demilitarizasiya layihələrini həyata keçirir. Bu 

yaxınlarda fond hərbi bazaların konversiyası və 

hərbçilərin yenidən hazırlaması kimi təşəbbüslər 

vasitəsilə müdafi ə islahatlarının doğurduğu nəticələrin 

idarə olunmasında tərəfdaş ölkələrə dəstək verir. 

Etimad Fondları həmçinin Aralıq dənizi ölkələrinin 

marağına uyğun olaraq yaradıla bilər. 

Fond çərçivəsində NATO üzvləri tərəfdaş ölkələrlə 

xüsusi layihələrin icra olunması üçün əməkdaşlıq 

edirlər. Hər bir halda NATO yaxud tərəfdaş ölkə 

layihə təklifl ərinin hazırlanmasında və 

maliyyələşdirilməsində və potensial yardımçıların 

müəyyən olunmasında mühüm rol oynayır. Layihədən 

birbaşa faydalanan tərəfdaş ölkə gözlənilən kimi bu 

işdə fəal iştirak etməli və öz imkanları daxilində 

layihəyə maksimum dəstək verməlidir. NATO 

ekspertləri məsləhətlər və təminatlar verir. 

NATO üzvləri və tərəfdaş ölkələr könüllü qaydada 

maliyyə araşdırmalarını həyata keçirirlər. Bu 

yardımlara texnika yaxud müxtəlif töhfələr daxildir. 

Bir çox hallarda NATO-nun Lüksemburqda yerləşən 

saxlanma və təchizat agentliyi layihələrin icraçı 

agentliyi kimi xidmət göstərir və texniki və maliyyə 

məsələlərinin həll olunmasına cavabdehdir. 

Ətrafl ı məlumat üçün: 

www.nato.int/pfp/trust-fund.htm 

SNT ETIMAD FONDLARI

Köhnə raketlərin ləğvi 

300 təyyarə əleyhinə raket SNT Etimad 

Fondunun 2005-ci ilin əvvəlində bitirilmiş 

layihəsi çərçivəsində Gürcüstanda 

təhlükəsiz qaydada ləğv edilmişdir. 

Poniçala və Çaladidi bazalarında 

saxlanılan raketlər zərərsizləşdirilməlidir. 

Raket başlıqları çıxarılmış və başqa bir 

əraziyə gətirilərək nəzarət 

altında partladılmışdır. 

Layihə raketlərin saxlanıldığı ərazilərdə 

təhlükəsizliyi mühüm dərəcədə artırmış 

və bu silahların ətraf mühitə vura biləcəyi 

zərərin qarşısını almışdır. 

28 



Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə