Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə166/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   162   163   164   165   166   167   168   169   ...   200

346

374


373

Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə I 

Zaqafqaziya Sovetlər Qurultayı işə başlamış, qurultayda Zaqafqaziya Sovet 

Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12 dekabr)

Ümummilli lider Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların 

Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə 

deportasiyası haqqında” Fərman imzalayıb (18.12.1997)

M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) 

fəaliyyətə başlamışdır (20.12.1952)

Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqını yaranmış və 

Azərbaycan SSR bu ittifaqa daxil olmuşdur (22.12.1922)

SSRİ Nazirlər Soveti “Ermənistanın SSR-də yaşayan azərbaycanlıların 

Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı 

qərar qəbul etmişdir (23.12.1947)

“Azad Azərbaycan” televiziyası fəaliyyətə başlamışdır (25.12.2002)

Xankəndinin işğalı günü (28.12.1991)

Beynəlxalq Kino Günü (28.12.1895)

SSRİ yaradılmış, Azərbaycanın formal müstəqilliyinə tamamilə son 

qoyulmuşdur (30.12.1922)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)



347

Milli ədəbiyyat 

90 

illiyi

Cəmil Əlibəyov 

1927-2014 

DEKABR

Cəmil  Ədil (Adil) oğlu  Əlibəyov 

1927-ci il dekabr ayının 5-də Füzuli 

rayonunun Dədəli kəndində anadan ol-

muşdur. 

İlk təhsilini kəndlərindəki məktəbdə 

aldıqdan sonra 1944-cü ildə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU) 

şərqşünaslıq fakültəsinə daxil olmuş-

dur. Beşinci kursda oxuyarkən dövlətə 

qarşı ittihamda günahlandırılaraq, 

institutdan xaric edilmişdir. Günahsız 

olduğu sübut edildikdən sonra tarix 

fakültəsinə qəbul edilmiş, 1949-cu ildə 

təhsilini tamamlamışdır. 

Əmək fəaliyyətinə 1949-cu ildə 

“Azərbaycan gəncləri” qəzetində 

başlamışdır. Ömrünün iyirmi ilini 

həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, 

məsul katib, baş redaktor kimi məsul 

vəzifələrdə çalışmışdır. Azərbaycan 

Komsomolu Mərkəzi Komitəsi büro-

sunun üzvü, Gənclərin Ümumittifaq 

 

və Respublika təşkilatlarının qurultay-



larına nümayəndə seçilmişdir. 

1970-ci ildə Respublika Radio 

və Televiziya Verilişləri Komitəsinə 

sədr müavini vəzifəsinə  təyin olun-

muşdur. “Bulaq” radio verilişinə görə 

Azərbaycan Jurnalistlər  İttifaqının 

“Qızıl qələm” mükafatına layiq görül-

müşdür. 


C.Əlibəyov 1940-cı ildən  1984-cü 

ilədək “Azərbaycanfilm” kinostudiya-

sının direktoru işləmiş, onun rəhbərliyi 

dövründə istehsal olunmuş “Dədə Qor-

qud”, “Babək”, “Dərviş Parisi part-

ladır”, “Tütək səsi”, “İstintaq”, “Ad 

günü”, “Qayınana”, “Papaq” filmləri 

ümumittifaq, beynəlxalq və respublika 

mükafatlarına layiq görülmüş və   ki-

nomuzun qızıl fonduna daxil edilmiş-

dir.

1984-1988-ci illərdə Azərbaycan 



Dövlət Nəşriyyatında baş redaktor və 

direktor, 1988-1990-cı illərdə “Kom-

munist” (“Xalq qəzeti”) qəzetində 

baş redaktor, 1990-cı ildə “Yazı-

çı” nəşriyyatında təsisçi direktor 

vəzifələrində çalışmışdır.

“Sınaq”, “Mənim analı dünyam”, 

“Həyatın özü”, “Dözümlü məhəbbət” 

romanları, “Qayaların göz yaşı” po-

vesti Moskvada rus dilinə  tərcümə 

olunmuş, “Dünyanın o biri ucu”, “İlk 

məhəbbət” romanları və “Özümü axta-

rıram”, “Anam Arazım mənim” və s. 

povestləri, ömrünün son illərində isə 

“Zəmanələrlə üz-üzə” adlı irihəcmli 

bioqrafik  əsəri işıq üzü görmüşdür. 

“Gülüstanda qətl” pyesi Dövlət Aka-

demik Milli Dram Teatrında tamaşaya 

qoyulmuşdur.

Cəmil  Əlibəyov həm də  tərcüməçi 

kimi geniş fəaliyyət göstərmiş, Çingiz 

Aytmatovun “İlk qələm”, “Ana tarla”, 

“Ağ gəmi” povestlərini, J.Sandın “İn-

diana”, S.Solovyovun “Sənin haqqın-

da kitab”, Albert Lixanovun “Həyat 

haqqında danışmaq istəyirəm” adlı 

əsərlərini dilimizə tərcümə etmişdir.

Ümumiyyətlə, 40-dan çox bədii 

əsərin müəllifidir. C.Əlibəyov qələm və 

fotoaparatı ilə dörd qitənin ölkələrini 

səyahət etmiş, ABŞ-dan, Türkiyədən, 

Rusiyadan (Sibirdən), Avstriyadan, 

İrandan və b. ölkələrdən yazdığı səfər 

oçerkləri maraqla qarşılanmışdır. 

C.Əlibəyov yüksək hökumət mü-

kafatlarına – orden, medal, fərmanlara 

layiq görülmüşdür.  Əmək təqaüdçüsü 

olmuşdur.

Görkəmli yazıçı  Cəmil  Əlibəyov 

2014-cü il oktyabr ayının 27-də vəfat 

etmişdir.

Ə d ə b i y y a t

Sınaq: roman                   

/C.Əlibəyov; red. 

S.Məmmədova.-Bakı: 

Gənclik, 1970.- 283 s.

Sand, J. İndiana: roman 

/Jorj Sand; tərc. ed.: 

C.Əlibəyov, Z.Babayev.-

Bakı: Qanun : Əli və 

Nino, 2014.- 294 s.

Zəmanələrlə üz-üzə         

/C.Əlibəyov.- Bakı: Nur-

lan, 2008.- 480 s. 

Mənim həyatım-

”Azərbaycan gəncləri”: 

“Zəmanələrlə üz-üzə” 

kitabından /C.Əlibəyov     

//Ədəbiyyat qəzeti.-

2012.- 7 dekabr.- S.4. 

Cəmil Əlibəyov - 85

        

//Ədəbiyyat.- 2012.- 7 

dekabr.- S.4.

Poladova, M. Cəmil 

Əlibəyov Univer-

siteti /M.Poladova                

//525-ci qəzet.- 2014.- 7 

noyabr.-S.8

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/edebiyyat/2012/

dekabr/282490.htm

5

Yazıçı



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə