Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə28/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   24   25   26   27   28   29   30   31   ...   200

59

100 

illiyi

Ə d ə b i y y a t

Neft: orta məktəbin 

VIII sinfi üçün dərs 

vəsaiti /İ.P.Quliyev, 

Ə.F.Qasımov; [elmi 

red. S. Quliyev].-

Bakı: Azərtədrisnəşr, 

1960.-79 s.

Süxurlar mexanikası-

nın əsasları: quyudibi 

proseslər nəzəriyyəsi 

/İ.P.Quliyev, 

A.Ə.Hüseynova; red. 

M. Seyid-Rza.-Bakı: 

Azərneftnəşr, 1956.- 

171, [1] s.

İ n t e r n e t d ə

https://az.wikipedia.

org/wiki/İsrafil_Qu-

liyev

İsrafil Piri oğlu Quliyev 1917-ci il 

fevral ayının 13-də Bakı şəhərində ana-

dan olmuşdur. 

1931-ci ildə İndustrial Texnikumuna 

daxil olmuş, 1932-ci ildə oxumaqla ya-

naşı “AzNeft” neft mədənlərində  əmək 

fəaliyyətinə başlamışdır. 1933-1935-ci 

illərdə “Azizbekovneft” və “Ordjoni-

kidzeneft” treslərində qazıma üzrə tex-

nik işləmişdir. Texnikumu bitirdikdən 

sonra 1940-cı ildə Azərbaycan  İndust-

rial İnstitutunun neft mədən fakültəsinə 

daxil olmuşdur. İnstitutu neft yataqları-

nın işlənməsi və istismarı ixtisası üzrə 

bitirərək, Bakı  şəhəri Qaradağ rayo-

nunun “Azərneft-axtarış” trestində baş 

mühəndis işləmişdir. 

Böyük Vətən müharibəsi başladıq-

da müharibəyə getmişdir. 1946-1950-cı 

illərdə “Qazıma” laboratoriyasının elmi 

işçisi, Azərbaycan Elmlər Akademiyası 

Neft İnstitutunda elmi katib işləmişdir. 

1949-cu ildə “Turbin-mailli qurğula-

rın azimutunun dəyişməsinin tədqiqatı” 

mövzusunda namizədlik dissertasiyası 

müdafiə etmişdir. 1950-1978-ci illərdə 

“Dənizneftlayihə” institutunun elmi 

işlər üzrə direktor müavini vəzifəsində 

işləmişdir. Bu müddət ərzində 10 il insti-

tut direktorunun vəzifəsini icra etmişdir. 

1959-cu ildə “Dənizdə neft quyuları-

nın tikintisinin əsas məsələləri” mövzu-

sunda doktorluq dissertasiyası müdafiə 

etmişdir. O, Xəzər dənizində neft, qaz 

mədənlərinin tikintisi ilə əlaqədar layihə-

konstruksiya və elmi-tədqiqat işlərinə 

rəhbərlik etmiş, həmçinin Qara, Azov və 

Oxot dənizlərində neft, qaz yataqlarının 

kəşfiyyat və  işlənmə  təşkilatı  işlərində 

iştirak etmişdir. 1978-1981-ci illərdə 

AzNKİ-da Neft sənaye təşkilatçılarının 

hazırlanması və İqtisadiyyat, təşkilat və 

istehsalatın idarə edilməsi kafedralarına 

rəhbərlik etmiş, onun rəhbərliyi altında 

keçmiş SSRİ-nin neft, qaz sənayesi və 

geologiyası üçün rəhbər kadrlar hazırlan-

mışdır. Dəniz neft mədənlərinin tikintisi  

və qaz yataqlarının işlənilməsi, dəniz 

neftdaşıyan akvatoriyaların geoloji-

texnoloji və mürəkkəb təbii şəraitlərinin 

tədqiqi və onların neft və qaz yataqları-

nın istehsalı məsələləri ilə uyğunlaşdırıl-

ması məsələlərini tədqiq etmişdir.

Elmi, texniki və “Yerin təkinin və 

dərin qazımanın tədqiqatı”, “Korrozi-

yadan müdafiə”, “Xəzər dənizinin prob-

lemi”, problemləri üzrə SSRİ Nazirlər 

Soveti Dövlət Komitəsinin idarələrarası 

elmi şuralarının üzvü olmuşdur.

230-dan çox elmi məqalənin, 18 mo-

noqrafiyanın və kitabın müəllifidir. İxti-

ralarına görə 22 müəlliflik şəhadətnaməsi 

almışdır. Onun rəhbərliyi altında 30-dan 

artıq elmlər namizədi yetişmişdir.

İsrafil Piri oğlu Quliyev  “Azərbaycan 

SSR dəniz neft mədənlərinin kompleks 

tikintisi” monoqrafiyasına görə SSRİ 

Lenin mükafatı laureatı və “SSRİ Fəxri 

neftçi” adlarına layiq görülmüşdür. 

“Şərəf nişanı” ordeni və medallarla mü-

kafatlandırılmışdır. 

İ.Quliyev 1981-ci ildə vəfat etmişdir.

İsrafil Quliyev 

1917-1981 

Fəlsəfə.İqtisadiyyat

Neftçi alim

FEVRAL

13



60

85 

illiyi

Mədəniyyət.Maarif.Təhsil

Zərifə Salahova 

1932    

Mədəniyyət xadimi

2

FEVRAL

Zərifə Teymur qızı Salahova 1932-

ci il fevral ayının 2-də Bakı şəhərində 

anadan olmuşdur. 

1952-ci ildə Sabir adına Pedaqoji 

məktəbi bitirmiş, 1952-1956-cı illərdə 

M.F.Axundov adına Azərbaycan Pe-

daqoji  İnstitutunda təhsil almışdır. 

İnstituta “xalq düşməni”nin qızı kimi 

daxil olsa da, ali məktəbi bitirəndə bu 

ad üstündən götürülmüş, əvvəlcə il ya-

rım Xankəndində müəllim işləmişdir. 

Oranın havası səhhətində problem ya-

ratdığından Mingəçevirdə dayısıgildə 

qalaraq Xaldanda rus dili müəlliməsi 

kimi çalışmışdır. 1958-1962-ci illərdə 

“Minqeçaurskiy raboçiy” və “Kommu-

nist Sumqaita” qəzetlərinin əməkdaşı 

olmuşdur. 

1962-1966-cı illərdə Azərbaycan 

Kommunist Partiyası Sumqayıt Şəhər 

Komitəsinin təlimatçısı, mühazirəçisi, 

təbliğat və  təşviqat  şöbəsinin müdiri 

vəzifələrində  işləmişdir. 1966-1967-

ci illərdə Sov. İKP MK yanında Ali 

Partiya Məktəbinin dinləyicisi, 1970-

1981-ci illərdə Azərbaycan KP MK-

nin təşkilat-partiya işi  şöbəsinin par-

tiya informasiya sektorunun müdiri 

olmuşdur. 

1981-1993-cü illərdə Azərbaycan 

SSR Kitab Həvəskarları Könüllü 

Cəmiyyətinin  İdarə Heyəti sədrinin 

birinci müavini vəzifəsini tutmuşdur.

Azərbaycan Respublikasının 

ictimai-siyasi həyatında fəal iştirak 

edir.

1993-cü ildən “Kitab” Cəmiyyəti 



İdarə Heyətinin sədridir. Azərbaycan 

dilində ilk miniatür kitab məhz Zərifə 

xanımın fədakar  əməyi nəticəsində 

işıq üzü görmüşdür. Ulu öndər 

Heydər  Əliyev Azərbaycanda mi-

niatür kitab nəşri sahəsində  Zərifə 

xanım Salahovanın fəaliyyətini 

yüksək qiymətləndirmiş, onun qay-

ğısı sayəsində 2002-ci il aprelin 

23-də Bakıda  dünyada yeganə Mi-

niatür Kitab Muzeyi  açılmışdır. 2002-

2007-ci illərdə onun təşəbbüsü ilə 

Azərbaycanda 30 miniatür kitab nəşr 

edilmişdir. Onların arasında klassik 

ədəbiyyatın seçilmiş nümunələri, 1995-

ci ildə  qəbul olunmuş Azərbaycan 

Respublikasının Konstitusiyası, ulu 

öndər Heydər  Əliyevin Prezident 

seçilməsi münasibətilə 1993-cü il okt-

yabrın 10-da andiçmə  mərasimində 

söylədiyi “Vətənə, dövlətə, xalqa 

sədaqət andı” nitqi və bir sıra digər 

əsərləri göstərmək olar.

2002-ci ildən Azərbaycan Qadın-

ları Bakı Assosiasiyasının sədridir. 

2005 və 2010-cu illərdə Azərbaycan 

Respublikası Milli Məclisi tərəfindən 

İctimai Televiziya və Radio Yayımları 

Şirkəti Müşahidə Şurasının üzvü təyin 

edilmişdir.

2007-ci ildə Azərbaycan Respub-

likasının Prezidenti İlham  Əliyevin 

sərəncamı ilə Azərbaycanda ki-

tab mədəniyyətinin inkişafındakı 

xidmətlərinə görə  Zərifə Salahova 

“Şöhrət” ordeni ilə , 2012-ci ildə Be-

larus Prezidentinin fərmanına  əsasən 

Belarus Respublikasının dövlət mü-

kafatı “Fransisk Skarina” medalı ilə 

təltif edilmişdir.



Ə d ə b i y y a t

Miniatür Kitab Muzeyi 

/Z.Salahova; [Azərb. Resp. 

Mədəniyyət və Turizm Nazirl-

yi].- Bakı: [s.n.], [2010].- 32 s.

Balaca kitabların muzeyi 

Ginnesin Rekordlar Kitabında: 

Z.Salahova: “Bu uğuru qazan-

maq üçün 6 aya yaxın gərgin 

işlədik” /Z.Salahova; müsah. 

apar. S.Osmanova //Həftə içi.- 

2015.- 27 yanvar.- S.7.

Qəlbləri duyan böyük in-

san: Heydər Əliyev mənim 

həyatımda /Z.Salahova 

//Azərbaycan.-2013.-29 mart.- 

S.3.

Musaqızı, L. Atasının 

güllələndiyini 18 il sonra 

öyrənən döyüşkən qız Zərifə 

Salahova: “Anam bizə 

peraşkidən sup bişirirdi” 

/L.Musaqızı //Kaspi.- 2015.- 11 

dekabr.- S.20-21. 

Зарифа Салахова - служение 

Книге и преданность 

Делу /Э.Алиева; [дизайн 

М.Гусейнов].- Баку, [2012].- 

372 c. 

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/kaspi_az/2015/

dekabr/467488.htm http://www.

anl.az/down/meqale/hafta_

ichi/2015/yanvar/416331.jpg 

https://az.wikipedia.org/wiki/

Zərifə_Salahova 

www.azerbaijan-news.az/index.

php?mod=3...


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə