TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   2   3   4   5   6   7   8   9   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 4



T.t. II.8  Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir 

Nəticə əldə edilib, əgər şagird:

öz düşüncələri, nümunədə verilən ideyalar haqqında söhbət aparır

başqalarının işlərindən aldığı ideya və təəsuratlar barədə söhbət aparır



işin məzmunu ilə əlaqədar suallar veri



r

bir neçə səbəb sadalayır, hansılara əsasən bu və ya o işi yaradıb

incəsənətin konkret əsərlərinin yaradılma səbəbləri barədə ehtimallar söyləyir





T.t.II.9  Şagird özünün və digərlərinin işlərinə hörmətlə yanaşır 

 Nəticə əldə edilmişdir, əgər şagird:

sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir

özünün və başqalarının  işlərinə ehtiyatla yanaşır (ziyan vermir) 





T.t.II.10  Şagird müxtəlif növ tədbirlərdə iştirak edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

sinifdə/məktəbdə keçirilən bayramda iştirak edir

sinif sərgisində iştirak edir



muzey və sərgilərə gedir

ekskursiyalara gedir və mədəni irslərlə tanış olur





 

T.t.II.11  Şagird elementar terminologiyanı bilir və istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

nümunədə  təsviri  və  tətbiqi  incəsənətin  onun  üçün  tanış  olan  elementlərini  tanıyır  və 

adlandırır



 işində istifadə etdiyi material və alətləri sadalayır

istifadə etdiyi terminlərin məzmunu izah edir






Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 5



İstiqamət : İncəsənətin kontekstdə dərk edilməsi 

T.t.II.12  Şagird incəsənət sahələrini, bəzi janrları bir-birindən fərqləndirir və 

onları gündəlik həyatla əlaqələndirir.

 

Nəticə əldə edilmişdir, əgər şagird:

təsviri incəsənət sahələrini (rəssamlıq, qrafika, heykəl və s.) sadalayır və həmin sahələr üçün 

xarakterik əsas əlamətləri (rəng, xətt, forma) xarakterizə edir



incəsənətin əsas janrlarını sadalayır (natyurmort, portret, peyzaj) və onu xarakterizə edir

sevimli illustrasiyalı kitablar haqqında danışır



gördüyü memarlıq abidələri və heykəllər haqqında danışır; bu və ya başqa illustrasiyanı 

niyə bəyəndiyini izah edir



gündəlik həyatda gördüyü incəsənət əsəri haqqında söhbət aparır və öz münasibətini bildirir 

(hansını bəyənir və niyə) 



T.t.II.13  Şagird əsərin məzmunlarını öz təcrübəsi ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

əsərlərin məzmunları və onlarda əks olunan əhval-ruhiyyə haqqında söhbət aparır

incəsənət nümunəsində süjetləri, səhnələri, hadisələri təyin edir



incəsənət nümunəsindəki onun üçün tanış olan nəqliyyat vasitələri, heyvanlar və bitkiləri 

tapır və adlandırır



incəsənətin konkret nümunəsində təsvir olunan heyvanların, bitkilərin, əşyaların adlarını 

çəkir 



peyzajda coğrafi landşaftı təyin edir (dağı, dağ silsiləsini, dənizi, aranı, səhranı və s.)

nümunədə təsvir olunan əşyalar və hadisələr haqqında suallar verir





II sinfin tədris proqramının məzmunu

Təsviri incəsənətin əsas element və prinsipləri:

Xətt, rəng (soyuq, isti); forma (ikiölçülü maildə); simmetrik, asimetrik), nümunənin (elementin, 

detalın) təkrarlanması ilə (xətlərlə, rənglərlə əhval-ruhiyyənin ötürülməsi) sadə ornamentlərin 

hazırlanması.  Kompozitiv  bölgü  əsasları  (şaquli  və  ya  horizontal  formatın  seçilməsi,  vərəqin 

ölçüsünə uyğun olaraq təsvirin ölçüsünün seçilməsi, formatda təsvirin bərabər şəkildə bölgüsü), 

simmetriya. 



Material və vəsait:

Qələm, pastel, flomaster, quaş, rəngli kağız, karton, plastilin, şüşə, plastmas qutular,  təbii və süni 




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 6

materiallar (balıqqulağı, ağacın qabığı, mamır, rəngli daşlar, busələr, düymələr və s.); fırça, qayçı, 

yapışqan.



Texnika və prosedur:

Rəssamlıq, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kollaj, kağız plastikası, mozaika, 

kollaj, konstruksiya; cırmaq, kəsmək, yapışdırmaq.

Ətraf mühiti müşahidə etmək:

Formanın, rəngin, xətlərin tanınması.



İdeya mənbələri: 

Ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar (naturadan və yadda saxlamaqla rəsm 

çəkmək), fantaziya,  bədii ədəbiyyat, bədii və animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.

Ehtimal olunan mövzular:

“Yay tətilləri”, “Dostluq”, “Payızda kənd”, “Payız natürmortu”, “Sirkdə”, “Zooparkda”, “Yeni il 

gecəsi”, “Qış peyzajı”, “Fantastik şəhər”, “Sevimli nağıl qəhrəmanı” və s.

Əmək fəaliyyəti:: 

Alətlər gətirmək-nizamlamaq, tapşırığı qeyd etmək, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və 

təhlükəsizlik qaydalarına riayət etmək.

İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.



Tədbirlər: 

Sinif  sərgisi,  bayram,  muzeylərə,  qalereyalara,  şəhərkənarı  mədəni  irslərlə  tanışlıq  məqsədilə 

ekskursiyalar.

Təqdimatlar:

Tanış auditoriya qarşısında işinin təqdimatı (iş haqqında söhbət), suallar vermək, cavab vermək, 

təəssüratlarla  paylaşmaq  (qiymətləndirmək  cəhdi),  başqalarının  fikirlərini  diqqətlə  dinləmək, 

başqalarının işləri və fikrinə qarşı hörmət göstərmək, elementar terminologiyadan istifadə etmək.



İncəsənətin kontekstdə dərk eilməsi:

İncəsənət sahələri  (rənglər, qrafika, heykəl və s.) və janrları (peyzaj, natürmort, portret, məişət janrı) 

ilə tanışlıq; əsərləri nəzərdən keçirmək;  təəssurat, məzmun barədə söhbət etmək; əhval-ruhiyyəni 

duymaq, realistik və şərti əsərləri ayırmaq.




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə