The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
49 
 
itmiĢdi.Evdə hərənin bəlli bir yeri var idi.  Sanki arvadı daim xəstə, oglu daim səssiz, özü 
isə iĢdən evə, evdən iĢə qaçan bir adam olmalı idi. Bu illər ərzində  oğlunun necə 
böyüdüyünə  bəzən ozü də heyran qalırdı. Oğlunun  heç nə danıĢmaması, özunə 
qapanmasını Əlisəməd  yeniyetməlik  ərköyünlüyü hesab edirdi.Yalnız son zamanlar  
oğlu   qəfildən gülür, hey özü-özünə  danıĢırdı. Nə olduğunu soruĢduqda isə susur, ya da 
otağına qaçırdı.   Əlisəmədin  bütün bunlarla maraqlanmağa nə vaxtı var idi,  nə də 
marağı.   Ona nə isə  deyildikdə isə “ Mən ayaqyalın çöldə bayırda   boyümüĢəm 
neynirəm  ?! Mən onu yağ-bal içində saxlayıram “ – deyə yüksək səslə etiraz  edərdi.  
Onun bu sözlərinin qarĢısında susardılar. Bu sükutdan da Əlisəməd özünün haqlı olduğu 
nəticəsini çıxarardı.     Lakin bu   sükut uzun çəkmədi.                                                                                                                             
Hər Ģey  Əlisəmədin  gecəyarısı qorxunc  bir səsə  ayılması ilə baĢladı. Hövlank yerindən 
sıçrayan Əlisəməd ilk öncə zəlzələ baĢ verdiyini düĢündü.  Yerin ayağının altında 
möhkəm durduğunu hiss edən kimi evdə nəsə baĢ verdiyini anladı.  Səs ikinci dəfə 
təkrarlandı.  Əlisəməd səsin həyət tərəfdən  gəldiyini  bilən kimi alt tuman –köynəklə ora 
götürüldü. Evdəkilərlə birgə qonĢular da səsi eĢidib həyətdəki böyük tut  ağacının  altına 
toplanmıĢdılar. Əlisəmədin  urəyi az qala ağzına gəlirdi.  Iki  saniyədə  neçə min xəyala 
düĢdü. Adamları aralayıb önə keçdi. Oğlu ağacdan möhkəm-möhkəm yapıĢıb  inildəyirdi. 
Oğlu  orada nə gəzirdi? Bu baĢ verənlər nə demək idi?  
 
Əlisəməd elə o andaca baĢa düĢdü ki, bura toplaĢan yadlardan fərqi yoxdur. Özünü  evin 
içindən  deyil , yadlardan  biri  olduğunu  hiss etdi.   Özünü  toplayıb oğluna  səsləndi: 
 
-Eldar , oğlum bax  bu mənəm.  Atanam. .Eldar 
Oğlu   cavab vermək əvəzinə ağaca daha da möhkəm sarıldı. 
-Eldar , bala, buradayam. Atanam . DüĢ aĢağıdayam –deyən Əlisəməd sanki boğazında tikə 
qalmıĢ kimi xırıldadı. Ətrafdakı pıçıltılar Əlisəmədin qulağına uğultu tək çatırdı. Daha nələr baĢ 
verdiyini Əlisəməd səhərisi dumanlı xatırladı.  QonĢulardan bir neçə qoluqüvvətlisi  Eldarı  zorla 
ağacdan qopartdılar.   Bu günə kimi sakit uĢaq təki tanınan  Eldardan  əsər əlamət qalmamıĢdı.  
Onun gözü alacalanmıĢdı, Üzündə də sərsəm bir ifadə var idi.  Dayanmadan “Onlar buradadır! 
Qoymayın məni öldürdülər “ deyə bağırırdı. Onu necə yerə yıxdılar, onun can parasına necə 
vəhĢicəsinə sakitləĢdirici iynə vurdular. Bütün  bunları  Əlisəməd  dünən gecə beynində olan 
iyrənc xatirələrin yanına gömdü.  
 
Və səhər. Səhər  özünü  ağıllı hesab  edən bütün qohum -əqraba ,tanıĢ, dostkimilər onlara 
toplaĢdı. Əlisəməd  bal kimi  bilirdi ki, bunlarım çoxu  heç onu sevmir.  Amma hamısı bu gun 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
burada   idi. Qadınlar dayanmadan seyiddən, ,molladan, nəfəsi güclü övliyalardan  danıĢır, kiĢilər 
isə siqareti  siqaretə calayırdılar. Bütün bu müzakirələr  böyük bibinin  amiranə qərarı ilə  
sonladı:   
 
-Mən Eldarı  Salman həkimin yanına  aparacam.-deyən bibiyə heç kəs etiraz etmədi. 
Hətta cəsarət edib “bu  Salman  həkim kimdir” deyə soruĢan da olmadı. Hamı bibinin nə qədər 
savadlı və nə qədər  həyasız olduğunu bilirdi. Əlisəmədin bacısıyla razılaĢmaqdan baĢqa çarəsi 
qalmadı. Əlisəməd seyidə , mollaya inanmazdı lakin bu an onlardan biri bu məsələyə çarə 
taparam desəydi Əlisəməd onunla da razılaĢardı. O,saman çopündən yapıĢmıĢdı.  
      Sona Eldarı  apardı. Cəmi bir gün  sonra o məĢum zəng gəldi.  Bu dəfə o amiranə səs 
Əlisəmədin qulağına ciyilti kimi çatdı.  O ciyilti ona Bakıya “gəl” dedı və    sonrasını  Əlisəməd 
xatırlamadı.  
 
Gecənin zülmət qaranlığına onun inanmadığı Allahın da rəhmi gəlmirdi. Nə ulduz, nə ay 
var idi. Sanki hər tərəf  Əlisəmədin beyni kimi qaranlıq  idi. BaĢqa vaxt  gozunə düĢüb onu 
hirsləndirən “dalni” iĢıqlar  belə onun üzünün donmuĢ ifadəsini dəyiĢəmədi. Bakıya çatana kimi  
bir səs qulağında ciyildəyirdi. Ciyilti ona dayanmadan: 
   Eldar  özünü asdı...!   Eldar  özünü asdı...!  deyirdi 
Onlara çatanda artıq gec idi. Onu polislər aparmısdılar. Bacısı onu gölgə kimi qarĢıladı. 
Əlisəməd onlarda dayanmadı. Qayıdıb sərxoĢ kimi maĢına oturdu. Qulağındakı ciyiltini indi 
daha dəhĢətli səs  əvəzləmiĢdi.  Xatirələrinə bu iyirmi ildə zəli kimi yapıĢmıĢ  xatirənin səsi: 
“balamı yarmayın”-deyə beynini cırmaqlayırdı. 
   Polisdən morqun yerini öyrəndi. Burada morq böyük bir bina idi. Qapısında yekəpər bir polis 
dayanmıĢdı. Lakin Əlisəməd nə binanı, nə də polisi görəcək vəziyyət  deyildi. Onu icəridə  
həkim geyimində biri qarĢıladı. Həkim ondan nə isə soruĢdu. Əlisəməd də ona nə isə dediyini 
hiss etdi. Sanki bu gün hər Ģey kimi duyma orqanları da  ona xəyanət etmiĢdi.KeyləĢmiĢ əllərini 
güclə qaldırıb həkimin yaxasından yapıĢdı və xırıldadı: 
               - Onu yardınız?               
      
 
             
                         DĠKTATORUN ARVADI 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
Neçə vaxtdı  idi ki, güzgüyə baxmırdı. Qorxurdu. Güzgüdəkindən qorxurdu. O güzgüdəki insan 
ona çoxdan yad idi. Tanımırdı, ya da tanımaq istəmirdi.Əlinə  keçsəydi boğazından yapıĢıb yerə 
çırpardı, güzgüdəki qadını . Lakin bunun qeyri- mümkün olduğunu anlayırdı. Daha  bu tantal 
əzablarının onu gəmirməsinə tab gətirə bilmədi. Əlindən gələn yeganə çarə: bir daha bu ləkəli 
güzgüyə baxmamaq oldu. Yanından düz keçdi. Etdiyi ikinci iĢ isə: nifrət etdiyi örpəklərlə üzünü 
sarıdı. Təkcə gözləri qaldı: insanlara açıq-aydın . Parlaq aristokratik gözləri.  Bu gözlər 
qocalmaq bilmirdi. Bu gözlərin dərinliyinə baxan olsaydı, orada Baham adalarını, SeyĢel 
cazibəsini , Parisin iĢıqlarını  və nələri, nələri  görərdi.  Qadının bədəni qocalırdı amma gözləri  
fürsəti fövtə vermədən ulduz kimi yanırdı. Amma artıq gec idi. Onun ulduz gözləri bu kazinonun 
süni lampaları yanında sönük qalırdı. O kazinonun ki, onun nəhəng imperiyasının bir çırtması 
onun keçmiĢini və gələcəyini satın alardı. O kazino ki, onun onun əbədi hesab olunan ehtiĢamı 
burada məhv olmuĢdu. 
            Parisdəki  iqamətgahdan  Monte-Karloya gedən yol.... 
 
 Sonra birdən iĢıqlar söndü. Qaranlığın bətninə gömüldü  bütün dünya. Onu alıb aĢağı 
atdılar ta zirvələrdən. 
       Qadın daha güzgüyə baxmırdı. Hiss edirdi ki, güzgüdə sonuncu plastik əməliyyatın Ģah əsəri 
olan burnunun çürüməyini görə bilər. Sifətinin sürətlə əyilməyini görə bilər. 
        Iqamətgahdan Monte-Karloya  yolun uzunluğunu heç hiss etmədi rahat rolls- royslarda. 
  O, xöĢbəxtlik dənizində biri kədər, biri sevinc olan siam əkizlərini  heç tanımadı.ki,,, Onun 
üçün kədər  yaĢadığı xöĢbəxtliklə yanaĢı gedən paralel xətt idi.  
       O, qorxunun gözlərini görməmiĢdi. Xəyalını belə etməmiĢdi. Onun xəyallarında  acından və 
kasıbçılıqdan  ağzı qoxuyan insanlara yer yox idi.  O,  nəhəng bir tacın almaz bir daĢı idi.Bu daĢ 
yalnız bir istiqamətə baxan mayak idi.  
     
 Qadın daha güzgüyə baxmırdı. Bilirdi ki,  orada ona yabancı bir qadın baxır. Səfalətin 
murdar üzü baxır. 
   
 Parisdən Monte-Karloya bir ailə ulduz kimi axırdı. Gecənin  təmiz nəfəsində kazinoya 
endilər. Diktatorun ehtiĢamı hər kəsi sıraya düzə biləcək qədər nəhəng idi. Qadın uzun 
barmaqlarını havada hərlədikcə tərcüməsiz hər Ģeyi hər kəs anlayırdı. 
  
 Dünyanın bir köpəkbalığı olduğunu unutmuĢdu.  ManqurtlaĢmıĢdı. Ruhunun yaddaĢ 
kartından gedəcəyi və öləcəyi anın qeyd olunduğu  yer istifadədən kənar qalaraq beyninin baĢ 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə