Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
256 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə 
biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana 
gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi 
cərəyanlardan biri. Əsas nümayəndələri Haydegger, 
Yaspers (alman məktəbi), Alber Kamyu, Jan Pol Sartr 
(fransız məktəbi) və s. 
Ekzistensializm Birinci Dünya müharibəsindən sonra 
Almaniyada, İkinci Dünya müharibəsi dövründə Fransada
sonralar isə bir çox ölkələrlə yanaşı ABŞ-da meydana 
gəlmişdir. Müasir Qərb incəsənət və ədəbiyyatına bu 
cərəyanın çox böyük təsiri özünü göstərir. Bu cərəyan 
bədii istiqamət kimi həyatın absurdlarına əsaslanır. 
Ekzistensializm əsas qəhrəman kimi emosional 
coşqunluqdan əzilən, ehtiraslardan parçalanan dünyanın 
şəxsiyyətini irəli çəkir. 
Ekzistensializmin ideya kökləri həyat fəlsəfəsi, Qusserlin 
fenomenologiyası və Kyerkeqorun dini-mistik təlimidir. 
Ekzistensializmdə özünün səthi-nikbin anlayışı ilə, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
257 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
mövcud cəmiyyətin mütərəqqi inkişafına inamı ilə 
birlikdə liberalizmin böhranı əks olunmuşdur. 
Ekzistensializm pessimizm dünyagörüşü kimi meydana 
gəlmiş və məsələni belə qoymuşdur: tarix fəlakətlər 
qarşısında liberal-mütərəqqi ideyalarını itirmiş insan necə 
yaşamalıdır? Ekzistensializm maarifçilik və Klassik alman 
fəlsəfəsi dövrünün rasionalizminə, həmçinin, XIX əsrin 
sonu və XX əsrin əvvəllərində geniş yayılmış kantçı-
pozitivist fəlsəfəyə cavab idi. Ekzistensialistlərin fikrincə, 
rasional təfəkkürün əsas cəhəti ondan ibarətdir ki, o, 
subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Buna 
görə də, rasionalist bütün gerçəkliyə, o cümlədən də 
insana yalnız elmi-tədqiqat nöqteyi-nəzərindən baxır, bu 
baxımdan həmin yanaşma "simasız" xarakter daşıyır. 
Əksinə, ekzistensializm şəxsiyyətdən kənar, "obyektiv" 
elmi fikrin əksliyi kimi çıxış etməlidir. Beləliklə, 
ekzistensializm fəlsəfə və elmi bir-birinə qarşı qoyur. 
Məsələn, M. Haydeggerin dediyi kimi, fəlsəfənin 
predmeti varlıqdan ibarət olmalıdır. Halbuki, elmin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
258 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
predmetini "mövcudluq" təşkil edir. Varlıq vasitəli deyil 
(mücərrəd təfəkkür vasitəsilə), yalnız vasitəsiz dərk 
olunur, insana onun varlığı, şəxsi mövcudluğu, yəni, 
ekzistensiyanın vasitəsi ilə açılır. Ekzistensiyada məhz 
subyekt və obyektin nə şüurli-elmi, nə də spekulyativ 
təfəkkürə müəssər olmayan hissələsə parçalanmış 
bütövlüyü mövcuddur: adi həyatda insan özünü heç də 
həmişə ekzistensiya kimi dərk etmir; bunun üçün onun 
sərhəd (trasdentental) situasiyada olması zəruridir, 
özünüdərk prosesində insanın ölümlə üz-üzə gəlməsindən 
əhəmiyyətli heç nə ola bilməz. Ekzistensiya olan insan ilk 
dəfə öz azadlığını da tapmış olur. Ekzistensiya termini ilk 
dəfə S. Kyerkeqor tərəfindən işlədilmişdir; cərəyanın 
nümayəndələrinə görə bu termin insanın "Mən"inin elə bir 
mərkəzi nüvəsidir ki, onun sayəsində insan empirik fərd 
kimi deyil, konkret, təkrarolunmaz şəxsiyyət kimi çıxış 
edir. Ekzistensializmə görə azadlıq ondan ibarətdir ki, 
insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan 
bir əşya kimi çıxış etməsin, özü-özünü seçsin, özünü hər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
259 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
bir hərəkəti, davranışı ilə formalaşdırsın. Bununla da azad 
insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, "şəraitlə" 
özünü bəraətləndirmir. Ətrafında baş verən hər şey üçün 
günah hissi-azad insanın hissidir (Berdyayev). Tarixdə baş 
verən hər şey üçün insanın məsuliyyət daşıması barədə 
ekzistensialistlərin fikri məhz buradan çıxır. Lakin, 
azadlığın subyektiv planda şərhi sırf etik baxımdan 
dəyərləndirilir. 
Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü 
E.Munkun "Haray" şəkli verir. Abstrakt-urbanist məkanda 
qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan 
təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız 
şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə görə 
bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə 
göstərmir. Kişi və ya qadın olmasına baxmayaraq insanın 
əzabının Böyük səbəbini tamşaçı özü hiss etməlidir. Aləm 
bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, 
şəxsiyyətə düşməndir. Bizim qarşımızda "cinssiz insan" 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
260 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-
mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi 
qarşısındakı dəhşətli qorxudur. Bağıran ağız ətrafındakı 
boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə 
bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və 
doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o 
dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz 
qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli 
ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz 
ağrısından bağırmaq, can verən canlı orqanizmin 
instinktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən 
qışqırıq qalır. 
E.Munkun "Haray" rəsmiEkzistensialistlər üçün insan 
cəmiyyəti və insanların həyatı başdan-başa 
"anlaşılmazlıq" və absolyut absurddan ibarətdir. İnsanlar 
arasında sevgi və bağlılıq yoxdur, ancaq seks var, adamlar 
arasında bütün insani münasibətlər qırılıb. Kişilər və 
qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə