Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
267 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
(letrizm də deyilir)  
Bir ədəbi axındır. İkinci Dünya Müharibəsi sonunda 
ortaya çıxmışdır. Rumıniyalı şair İsidore İsou tərəfindən 
başladılmışdır. 
Şeirlərə istiqamətli bir ədəbi axındır. Xüsusiyyəti, şeirdə 
sözlərin deyil hərflərin təməl alınmasıdır. Məqsədi, 
hərflərin təməl alınması yoluyla fərqli tərzdə bir şeir 
yazılmasıdır. Ədəbiyyatda klassik axınlara qarşı çıxan bir 
qarşı-axındır. 
Axının qurucusu Isidore Isou hərfçiliyi "Hərf olmayan və 
ya hərf olmayacaq heç bir şey mənəvi olaraq da var ola 
bilməz" formasında yekunlaşdırmışdır. Maurice Lemaitre 
və François Dufrêne, Letrizmin qabaqda gələn şairləridir. 
Letrizm bir ədəbi axın olaraq doğulmuş olmasına qarşı 
kino başda olmaq üzrə dövrün musiqi və rəqs axınları 
üzərində də təsirini göstərmişdir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
268 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
Maarifçi realizm 
 
 XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını 
realizm təşkil edən mənəvi inkişaf. 
Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi 
baxımdan göstərməyə meyllərinə görə bir-birindən 
fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə 
yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata 
fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret 
həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. 
Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər 
sayıla bilər. Lakin bu bölgü çox şərtidir. 
Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə 
daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
269 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi 
mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas 
xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro 
kimi müəlliflərin nəsrində özünü göstərmişdir. Lakin 
maarifçilər teatr və dramaturgiyaya da əsas sosial tərbiyə 
janrları kimi baxırdılar. Azərbaycan maarifçiliyinin də 
əsas janrı dramaturgiya olmuşdur. 
Bu realizmin əsas əlaməti onun müsbət, şüurlu insanı 
tərbiyənin və təhsilin məhsulu kimi anlamasıdır. Elə 
buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji 
roman anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz 
əsərlərində düzgün tərbiyə sistemini və onun nəticəsi olan 
şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar. 
İlkin maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin 
qəddar və yırtıcı təbiəti ortaya çıxmamışdı. Onu görə 
sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə 
xüsusi əhəmiyyət verilirdi. Maarifçi realizm üçün 
cəmiyyətin ziddiyyətlərini, insanların qüsurlarını 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
270 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim 
olunması səciyyəvi idi. Azərbaycan ədəbiyyatında 
maarifçi realizmin ən bariz nümayəndəsi A.A.Bakıxanov 
və M.F.Axundov idi. Sonuncunun pyeslərinin finalında 
Çar üsul idarəsinin jandarmları gəlib konfliktə müdaxilə 
edir və yerli əhalidən daha Maarifli qüvvə kimi ədaləti 
bərpa edirlər, qanunsuz hərəkətlərin qırçısını alırlar. 
Beləliklə, sivilizasiyalı adam daha ədalətli hesab olunur. 
Bu xalis maarifçi təsəvvür idi, ədalət problemini birbaşa 
savad və tərbiyə ilə bağlayırdı. M.F.Axundov pyeslərində 
Çar məmurları həm də birmənalı mütərəqqi qüvvədirlər. 
Böyük ədib inanırdı ki, Rusiya tərkibinə daxil olmaq 
Azərbaycan xalqının sürətli tərəqqisinə xidmət edəcək. 
 
Müsəlman şərqində maarifçi realism 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
271 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Müsəlman şərqində maarifçilik dünyagörüşünün ayrılmaz 
tərəfi Qərb xalqlarının siyasi, mədəni və iqtisadi tərəqqi 
yoluna nümunə kimi baxmaq, Avropa sənaye inqilabları 
istiqamətində inkişafın qaçılmazlığına inam idi. Sovet 
hakimiyyəti qurulana qədər Azərbaycanda bu qərbçi 
maarifçilik üstünlük təşkil edirdi. Lakin islami maarifçilik 
də var idi. 
 
Azərbaycanda maarifçi realism 
 
Sovetləşmədən sonra Azərbaycanda marksist maarifçilik 
yayılmağa başladı. Terminoloji fərqlərə baxmayaraq 
marksist maarifçilik də Avropanın ateist maarifçiliyinin 
bir forması idi. Birmənalılıq, ümumiyyətlə, maarifçi 
realist qəhrəman konsepsiyasının mühüm əlaməti idi. 
Maarifçi realizmdə romantiklərdə olduğu kimi mənfi 
surətlər canlı adamdan çox müəyyən əxlaqi qüsurların 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
272 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
birmənalı timsalıdırlar. Hacı Qara xəsislik rəmzidir. 
Maarifçi qəhrəmanlarda mənfi sifətlər müəyyən şəxsi 
motivlərlə deyil, mütləq bir keyfiyyət kimi, mütləq 
ideyanın timsalı kimi mövcuddur. Kapitalist cəmiyyəti 
inkişaf etdikcə, Burjua inqilabları qanlı proses kimi davam 
etdikcə maarifçi müsbət qəhrəmanların məhdudluğu 
ortaya çıxdı. Aydın oldu ki, maarif sosial tərəqqiyə də, 
sosial şərə də xidmət edə bilər. Rusiyada və sonradan 
Azərbaycanda marksizmin yayılması mütərəqqi hadisə idi. 
Amma marksist maarifçiliyin hər iki ölkədə qanlı 
nəticələri də oldu. 
Ona görə maarif və düzgün tərbiyə sosial tərəqqi yaradan 
mühüm prosesdir. Lakin maarifin çiçəklənməsi birbaşa 
cəmiyyətdə sosial ədalətin artmasına səbəb olmur. 
Maarifçiliyin böhranı insanın və cəmiyyətin inkişaf 
mexanizmi barədə belə sadəlövh təsəvvürlərin 
dağılmasının nəticəsioldu. Şər işlər görməkdə savadlı 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə