Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   2   3   4   5   6   7   8   9   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
31 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
"POSTMODERNİZM VƏ ARXADAN ATİLAN 
DAŞ" 
 
1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra 
"postmodernizm" sözcüyünü ağızlardan eşidir, kağızlarda 
oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. 
Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim, 
və düşüncə sahələrinə sıramış bu terminlə 
maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma 
burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə 
başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. 
Bununla da böyük bir fikri təcrübəni qavramadan onu 
geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. 
Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız 
ədəbiyyatı toplularının başlağıcında, adda-budda 
müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
32 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü 
vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. 
Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə 
barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa 
getmir: postmodern yəni modernizmdən daha sonra, daha 
yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların 
hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, 
inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir. 
 
2- Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və 
Haydeger"i anlamadan postmodernizm öz şərhini tapa 
biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən 
sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), 
Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), 
feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi 
dayaqlar və qaynaqlarala qarşılaşırıq. Adlar tükənən deyil, 
hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus 
İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
33 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda 
qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət 
bürüyür: Çeşitli, qrmaqarışıq bəhslərin qatı və dərin 
qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu 
anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid 
yazdıqları "aydınlamanın dialektıası" (Dialectic of 
Inlightenment) başlıqlı kitabları yetər. 
3- Bayaq dedim post modernizmə maraq sevindiricidir. 
Hardasa bu marağın özü azərbaycan uyğarlığına gərəkli 
olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq 
başlanmışdı, başlıca göstəricisi isə mişel fukonun "Müəllif 
nədir?" və Rolan Bartın "Müəllifin ölümü" başlıqlı 
məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu 
dartışmaların gedişində yol verilmiş səhvlər bizi 
üşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa 
çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən 
də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin 
başqa bir dönüş nöqtəsində yeni fikirlələ özgün tanışlıq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
34 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu 
sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü 
yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu 
məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına 
gələni, ağlına batanı söyləyənlərdən gedir. Bizimkilərin 
çoxu postmodern bilginlərdən danışanda çılpaq pop 
ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu 
da yüksək və ciddi düşüncələrə yiyələnməyə can atan 
ulusumuzun zəif damarına çevrilir. Demək, 
postmodernizm tarixi axarından çıxaraq və öz ilkin 
anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların 
cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və 
duyğusallığın başqa adıdır: Zahirdə duyğusallıqla döyüşən 
duyğusallın. İstanislav Andreski deyir: "Şəffaf və məntiqi 
düşüncə bilginin artmasına gətirib çıxarır. (elmin 
gəlişməsi bunun ən yaxşı örnəyidir.) bilginin artması isə 
gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan 
düşüncə bizi heç bir yerə aparıb çxarmır. Ona uzun sürə 
meydan verirsək yenə də heç bir etki bağışlamayacaq." 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
35 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
4- Doğrudur, postmodernizm ağılın klasik anlamına 
inanmır, ciddi və saray sənətinə istehza gözü ilə baxır. 
Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan 
toplumunda yayğın olan və klasik filosofların gözündən 
yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl 
Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın 
ötəri müqayisəsində görürsənki klasik ağılçılıq ideoloji 
mahiyyət daşıyaraq nə qədər xolyalarda yaşayır. Elə bir 
filosof "liberalizm" deyə, kəsik baş kimi deyinərək 
gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. əvəzində 
Bart kimi bir düşünər hətta günaşıra yediyimiz 
yeməklərcə bizə yaxınlaşır.Unun yeməklərin quruluşuna 
göz qoyması təsadefi deyil. Baxmayaraq ki, bütün bunlar 
postmodernizmə bəraət qazandırmır, çünki bu anlayışda 
qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu 
İrigari deyəndə ki, "Nitşe özünü (egonu) hər an 
partlayacaq atom çəkirdəyi timsalında görürdü," çoxları 
pıqqılti ilə gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi 
doğrudur, gülüşlər isə yersiz deyil. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə