Torpaqlarin səhralaşmasi üZRƏ İzahli lüĞƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix30.04.2018
ölçüsü5,01 Kb.
#40723
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

 
103 
Qlobal bölməyə 1:115 000 000 miqyasında bu  xəritələr 
daxildir: 1951-1980-cı illər üçün yağıntıların orta illik miqdarı 
xəritəsi; 1951-1980-cı illər  üçün potensial evapotranspirasiya 
xəritəsi; quraq zonaların (arid) xəritəsi; torpaq deqradasiyası 
xəritəsi; zəif quraq torpaqların deqradasiya xəritəsi; su erozi-
yası  xəritəsi; külək eroziyası  xəritəsi; torpaqların kimyəvi 
писляшмя xəritəsi; torpaqların fiziki позулması xəritəsi; torpaq-
ların və bitki örtüyünün deqradasiya  xəritəsi və s.   
Qitə bölməsinə səhralaşma/deqradasiya proseslərinə məruz 
qalma nöqteyi nəzərindən daha səciyyəvi qitə kimi Afrika 
xəritələri silsiləsi təşkil edir.  
Ayrı-ayrı  tədqiqatlar bölməsinə milli/yerli xəritələr silsiləsi 
daxildir: Suriya, Çin, Argentina, Keniya, Mali, Tunis, keçmiş 
SSRİ.  
 
SƏHRALAŞMANIN MONİTORİNQİ  (Desertification 
monitoring) – səhraların təbii mühitinin vəziyyətinin onun 
sonrakı qiymətləndirilməsi (nəzarət), proqnozu və bu vəziy-
yətin idarə edilməsi məqsədilə  müşahidəsi və izlənməsi 
sistemləri.    
 

HRALAŞMA NÖVÜ  (Desertification type) – arid və 
yarımarid  ərazilər  şəraitində  müxtəlif növ ekzogen və 
antropogen fəaliyyətlərlə əlaqədar proseslər növü.  
 
SƏHRALAŞMA PROBLEMİ ÜZRƏ BMT KONФРАНSI 
(UNKOD)  (United Nations Conference on Desertification) – 
1968-1973-cü illərdə  dünya ictimaiyyətinin diqqətini səhralaş-
ma probleminə  yönəltmiş  və  özünəməxsus  şəkildə ekoloji 
bəlanın beynəlxalq siqnalı olmuş Afrikada fəlakətli Sudan-
Saxel quraqlığı ilə əlaqədar Konfрансыnın çağırılması.  
Konfранс 29 avqust – 9 sentyabr 1977-ci ildə Nayrobi, 
Keniyada baş vermişdir. Konfрансda 95 dövlətin nümayən-
dələri (o cümlədən Sovet İttifaqı), 50 idarə və BMT Bürosu, 8 
hökumətlərarası  və 65 qeyri hökumət təşkilatları  iştirak 
etmişlər.  


 
104 
Konfрансda qeyd edilir ki, səhralaşma problemi kəskinləş-
məkdə davam edir. Quraq зонанын torpaqlarы yerin quru 
hissəsinin üçdə birindən çoxunu təşkil edir. Səhralaşma prosesi 
628 mln insanın (Yer əhalisinin 14%-i) gələcəyinə real 
təhlükədir. Hər il 50-dən 70 min km
2
-na qədər məhsuldar 
torpaq istifadə  üçün yararsız olur və bunun da əsas səbəbi 
fəlakətli hadisə olan səhralaşmadı. BMT ekspertlərinin hesab-
lamalarına görə, səhralaşma hesabına torpağın məhsuldar-
lığının azalmasından yaranan illik itki 26 mlrd dollardır.  
Bu prosesin inkişafının  əsas səbəbləri – torpaqdan 
səmərəsiz istifadə, kövrək və  zəif arid torpaqlara iqtisadi 
təzyiqin gücləndirilməsiдир. Bu, sosial və siyasi amillərlə daha 
da  şiddətlənir. Səhralaşmanın tək texniki və ekoloji problem 
deyil, həm də sosial-iqtisadi problem olması fikri yekdilliklə 
гейд olunmuşdur. K-nın əsas yekunları: 
a)
 
səhralaşmanın  əsas səbəbi insanın və arid ekosistemin 
zəif təbii mühitinin qarşılıqlı əlaqəsidir; insan - səhralaşmanın 
təşəbbüsçü  və qurbanıdır;  öz xarakterinə  görə, torpaqdan 
səmərəsiz istifadə  təcrübəsi birbaşa olaraq marginal torpaq-
ların (bax) səhralaşmasının səbəbidir; b) səhralaşma qlobal 
problemdir və bu prosesə məruz qalmayan ölkələr dolayı ola-
raq onun nəticələrindən əziyyət çəkirlər; c) xüsusən, artan əha-
lini qida ilə  təmin etmək  üçün  ərzağın istehsalı  kəskin səkildə 
artması zamanı problem son dərəcə ciddi olur; ç) ərzağa olan 
dünya tələbatını  və  səhralaşmanın  öz-özünə  sürətlənən proses 
olduğunu diqqətə alaraq, problemin təyin olunmuş aspektləri 
təcili fəaliyyət tələb edirlər; d) bəşəriyyət səhralaşmaya qarşı 
mübarizə aparmağa başlamaq  üçün kifayət qədər biliyə  və 
texniki imkanlara malikdir.  
K. səhralaşmaya qarşı  mübarizə (bax) üzrə  Fəaliyyətlər 
planını, “səhralaşmaya aparan müstəmləkə  təcrübəsi”, 
“Namib: səhralaşma” qətnamələrini, Cənubi Afrikanın ağ 
azlıqları  tərəfindən aparılan müstəmləkə siyasəti ittiham 
edərək, kimyəvi və bioloji silahların istifadəsinin səhralaşmaya 
səbəb olan amillərdən biri olduğunu təsdiq edən “Kütləvi 


 
105 
гырьын silahının tətbiqinin ekosistemə təsiri” qətnaməsini qəbul 
etmişdir.    
BMT BA XXXII sessiyasındakı 32/172 qətnaməsi ilə 
(1977) Konferensiyanın nəticələrini bəyənmişdir. “səhralaşma-
nın  ümumdünya iqtisadi və sosial problemdir” fikri qəbуl  
олунараг təsdiq edilmişdir. Səhralaşmaya qarşı mübarizə üzrə 
qəbul edilmiş  Fəaliyyətlər planının həyata keçirilməsində 
gələcək fəaliyyətlər və  əlaqələndirmələrə  görə cavabdehlik 
BMTİP və  ətraf mühit  üzrə  Əlaqələndirmə  Şurasının (bax) 
ü
zərinə qoyulmuşdur (axırıncının funksiyaları sonradan ƏİK-ə 
(bax) verilmişdir). 
Beləliklə, BMT səhralaşmaya qarşı  mübarizə  üzrə  ümum-
dunya fəliyyətinə başlanğıc qoyaraq (Konferensiyaya hazır-
lıq), onun əsas istiqamətlərini təyin edərək (Fəaliyyətlər planı) 
və ona lazımi impuls verмякля (Nayrobidə Konфрансыn keçiril-
məsi)  щямин  сащядя  rəhbər funksiyaları BMTİP-ə  təqdim 
etmişdir.  
 
“SƏHRALAŞMA PROBLEMLƏRİ”  (Desertification 
Problems) – səhralaşmaya qarşı mübarizə üzrə UNEP Büllete-
ninin (bax) nəşri  əsasında tərtib edilmiş  məqalələr məcmusu. 
UNEP/SSRİ-nin “Kompleks inkişaf yolu ilə  səhralaşmaya 
qarşı  mübarizə” (bax) layihəsi  çərçivəsində buraxılır. 1982-ci 
ildən 1986-cı ilə  qədər “Nauka” nəşriyyatında dərc olunmuş-
dur. 
 
SƏHRALAŞMA PROBLEMLƏRİ  ÜZRƏ  İDARƏLƏR-
ARASI İŞÇİ QRUP (Inter-Agency Group on Desertification) 
– 1978-ci ildə  səhralaşmaya qarşı  mübarizə  üzrə  Fəaliyyətlər 
Planını  həyata keçirilməsi ilə  əlaqədar BMT sistemi təşki-
latlarının və ixtisaslaşdırılmış agentliklərinin proqram və 
fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmışdır.  
Aparılan tədbirlərin BMT BA-sı və BMTİP SU mandatına 
uyğun olmasına məsuliyyət daşıyır.  
Qrupun funksiyaları: ayrı-ayrı  təşkilatlara  öz qüvvələrini 
səhralaşmaya qarşı mübarizə üzrə konkret layihələrə, səyyar və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə