Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

HƏYAT

Eyni nota dəfələrlə basmaq kimidir

Həyat.

Və bir müddət sonra sevirsən



Bu anlamsız musiqini.

Bəzən səbəbsiz diblərə vurmaq

Və bəzən də ayağını yerdən üzüb uçmağı

arzulamaqdır.

Eyni fəsillərin sənin ömründə 4 dəfədən bir

təkrarıdır,

İllərin, fəsillərin duelidir həyat.

İpdən asılmış kuklalara bənzəyirik,

Həyat tamaşasıyla aldadılıb

həyatın tamaşasına dönürük,

Fərqi yoxdur

Cəhənnəm atəşi olsaq,

Solğun yanan şam da,

Sonunda sönürük.

Süz bir qədəh şərab,

gecənin pəncərəsin,

Üşüsün dodağında yalan,

Aç bir musiqi, oxusun TEOMAN.

Və sən Tanrının uydurduğu yalana inan.

Xatirələrini xatırlaya-xatırlaya

Xatirələşir insan.

Aç gecənin pəncərəsin,

Üşüsün dodağında yalan...

MƏHƏBBƏTİN GÖRÜNÜR

Kürək çəkir baxışların gözümdə,

Fırtınaya düşmüş qağayıya bənzəyir 

limansız arzuların.

Gözlərində 

Bir oğlanın uşaqlığı sürünür,

Düymələ duyğularını,

Arasından məhəbbətin görünür.

Yükləmə ürəyinə yasaq sevginin yükün,

Axı nəyə gərəkdi, dayan, bir anlıq düşün.

Qocalıbdır məhəbbət,

Köhnəlib şeirlərdə,

Əskimiş bir yalanın sehirinə inanma,

Elə başına dönüm,

Ocağıma dolanma.

Mən dilək ulduzunam,

Sən məni diləyərsən,

Axaram göylərindən.

Mən sənin olmazınam,

Mən sənin mümkünsüzün.

Sərmə yoluma səni,

Mən səndə hökümsüzün...

İnanma məhəbbətə,

Demə mənə mələksən,

Demə mənə mələyim,

Axı çiyinlərimdə mələklərim cəzalı...

Hecalama mənamı,

Səslərinə ayırma bu dəli səssizliyi.

Qapa gözünü, baxma

Baxma, gözünə qurban,

Gözlərindən günahlarım görünür!

38

I



ULDUZ

Gülsadə İBRAHİMLİ




UÇURTMA

Uçurum kənarındayam,

Göylər əlimdə UÇURTMA.

Rüzgar oynaşır ətəklərimlə,

Ayağım altda diblər,

Başımın üstündə göylər -

Yaxınam Tanrıya özüm qədər!

Bir dəli intihar arzusu hərlənir başımda,

Solumda həyatın döyüntüsü,

Sağımda boşluq,

Anlayış diləyirəm haqdan:

Bağışla, Tanrım,

Atıram özümü

Sağımdakı boşluqdan!!!



BİR ŞƏHƏR SEVMİŞƏM

Bir şəhər sevmişəm

Sahili sən,

Dənizi mən.

Qorxuram taxılıb qağayı qanadına

Atılan bir yemin arxasınca gedərsən.

Düşərsən xəyallarımın gözündən

İncidər diz qapağın.

Mən fırtınaları dəli,

Sevgisi sərhədsiz,

Bir az da sərsəm qadın.

At çapar dalğalarım sahilinin boyunca,

Söylə mənə, sevgilim,

Bakımı sən qədərdi,

Sənmi Bakı qədərsən?!



Ъямо

- Cəmooooo! Ay Cəmooooo! Cəmo heyyyyyyy!

Camaat meşəyə səpələnib, dəli Cəmili axtarırdı.

Adamlar hər beş metrdən bir, əlindəki ağaca söykənib,

ətrafı dinşəyir, yavaş-yavaş irəliləyirdilər. Hərdən Dəli

Cəmilin qardaşlarından biri iki əlini ağzına söykəyib

səsi gəldikcə bağırırdı:

- Cəmooooooo, ay Cəmooo!!!!

Uzaqdan, hardasa Əhməd yaylağına gedən yolun

Nazara qovuşduğu yerdən yolunu azmış bir inəyin

böyürtüsü Dəli Cəmilin qardaşlarına hay verirdi.

Canımızı dişimizə sıxıb, arxada qalmamaq üçün

ayağımızı sürüyürdük. Əlimizdəki ağacdan başqa

silahımız yox idi. Üstəlik, yarıqaranlıq meşənin

vahiməsi canımızı üşəndirirdi. Üçüncü gün idi ki, hava

işıqlanandan gün batanacan meşədə Cəmonu axta -

rırdıq. Cəmonun anadangəlmə kar olduğunu, danışa

bilmədiyini bütün kənd bilirdi. Di gəl ki, hamı

növbəylə bağırırdı:

- Cəmooooooo, ay Cəmooo!!!!

* * * 

Doqquzuncuda oxuyurduq. Dərslər təzə baş la -



mışdı. “Dəli Cəmil meşədə itib” xəbəri bütün

məktəbdə ildırım sürəti ilə yayıldı. Zavalsız, heç kəsə

dəyib-toxunmayan Cəmilin (kənd camaatı onu Cəmo

deyə çağırırdı) meşədə yoxa çıxması, heç bir əyləncəsi

olmayan yuxarı sinif uşaqları üçün bir anda məzə

mövzusuna çevrildi. Səhər dərsə gələndə Fuad mənə

göz vurdu:

- Bu günə “tema” var!

- Nə məsələdi?

- Cəmo meşədə itib.

Cəmonun böyük qardaşının oğlu Əziz bizimlə

eyni sinifdə oxuyurdu. İntizamsız, yekəpər bir uşaqdı.

Hərdən əmisinə lağ edib, ələ salırdıq. Əziz də əsə -

biləşib özündən çıxır, dərslər qurtaranda dava etməyə

bəhanəmiz olurdu. Davanı həmişə mən başlayırdım.

Məktəbin qapısından çıxhaçıxda Əzizin kürəyinə bir

təpik ilişdirirdim və dava başlayırdı. Sözün açığı, bir-

inci təpikdən sonra Əziz geriyə qanrılıb məni görəndə

söyür, əsəbindən boğula-boğula qışqırırdı:

- Namərd, qorxaq! Kimə güvənirsən eeee! Duxun

çatırsa, gəl təkbətək çıxaq!

Əziz düz deyirdi. Mən namərd idim. Onunla

təkbətək çıxmağa gücüm olsa da, ona baş qoşmurdum.

Mən strateq idim. Birinci təpikdən sonra “dəstə”ni

verirdim qabağa. Üst-başımı toz-torpağa bulayıb evə

getməyə qorxurdum. Paltarım çirklənəndə anam bur-

numa duzlu su qoyurdu.

Əvvəlcədən şərtləşdiyimiz kimi, uşaqlar Əzizi

yaxşıca “isladırdı”. Əziz qaçıb canını qurtarandan

sonra biz deyə-gülə evə yollanırdıq. Təbii ki, uşaqlar

elə-belə döyüşmürdü. Mən bir dəstəbaşı kimi onları

mükafatlandırırdım. “Məişət evi”nin yanına çatanda

“Kəmfürsət” Əlinin dükandan hərəsinə bir dənə

“Turbo” saqqızı alıb, nisyə dəftərində atamın adına

yazdırırdım. Ya da söz verirdim ki, sabah hərənizə bir

səhifə inşa yazıb gətirəcəm. Beləcə, özümü dəstə

başçısı kimi aparır, “dəstə”mi ədalətlə idarə edirdim.

40

I



ULDUZ

Cəlil CAVANŞİR



NӘSR


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə