Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   ...   36

fərqindəsənmi? 5) Hansısa şeiri oxuyarkən “Kaş ki

bunu mən yazardım” dediyin oldumu heç? 6) Ana

və Ramilin anası... Hansı fərqi görürsən? 7) Ədəbiyyat

səni qazandı, ya sən ədəbiyyata elə layiq idin? 8)

Kim(lər) və nə(lər) üçün var olmağın şərtdir? 9)Bu

ömrü məcburi yaşayırsan? Ya belə də olmalıydı?

10) Gün gələr ki... O hansı gündür? Və ruhun

səndən küsərkən dincliyini harda, kimdə və necə

tapır? 11) Özündə ən çox bəyəndiyin və ən çox

bəyənmədiyin cəmi iki xarakterini de . 12) Elə bir

sual oldumu ki, gözləyirdin, amma mən onu sənə

vermədim?

Ramil bütün    sualları sırf şəxsi obrazının,

“mən”inin  təqdiminə həsr edib. Cavabında isə

anasını, dostlarını və ədəbiyyatı  çox sevən, 35

yaşında özünün dili ilə desək, müəyyən uğurlara

imza ata bilən (fəxri fərman, AYB-nin və Dünya

Türk Yazarlar Birliyinin  üzvü, prezident təqaüdçüsü),

darıxan, küsən, həyatdan şikayətlənən günümüzün

şairi portretini yaratmağa can atıb. Mənə elə gəldi

ki, cavablar suallardan deyil, suallar cavabların

əvvəlcədən düşünülmüş mətnindən doğub. Arada

R.Rövşən, E.Mirzəbəyli, Z.Mehdisoy,G.Ümid kimi

şeir yazmaq istədiyini desə də,  öz qələminə də

inanır və düşünür ki, yazdıqları həqiqi poeziyadır...

Ramilin şeirləri müsahibəsinin davamı kimi

əks-səda verir. “Özü ilə söhbət”də onu düşündürən

suallarla şeirlərində yenidən rastlaşırıq.  “Sən

yoxsan”, “Bir ana sığalı”, “Bu şəhər özü də yetimdir”,

“İkimizin şeiri”, “Sərçələr öləndə ağlar”, “Bir az

da darıxmaq kimi”, “Gedirik”...

Ramilin şeirlərini ilk dəfə idi ki, oxuyurdum.

Ola bilər ki, onun kədəri, hiss və duyğuları şeir

mətni üçün uyarlı olsun. Amma bu hiss və

düşüncələrin təqdimindəki şablon, tanış, ənənəvi

üslubda özünüifadə “şeirdə yeni nəfəs” axtarışımızdan

yan keçdi. Onun şeirlərində poetik yaşantılardan

daha çox, sadəcə şeir yazmaq, şair olmaq həvəsinin

ilham pərisinə yalvarışlarını, ilham pərisinin isə

ona laqeydliyini, etinasızlığını sezdik. Yetkin bir

müəllifin yox, ilk qələm təcrübələrini orta məktəbdə

ədəbiyyat müəlliminə təqdim edən daha gənc bir

həvəskarın qələminə  uyğun şeirlərini oxuyası olduq:

Sən də mənim üçün dur, qalx ayağa,

Qoymayaq sevinsin bu zalım iflic.

Yanağım arx açdı göz yaşlarıma,

Ana da balasın ağladarmı heç?!

Dur, qurbanın olum, qucaqla məni.

Sıx köksünə yenə ağsaç balanı.

Ömür karvanına il gərəkdirsə,

Fədadır ömrümün geri qalanı...

Və ya:


Sən elə bilirsən, yaşamaq asan.

Ölməksə nə qədər çətindi sənsiz?!

Hardan biləsən ki, sənin yoxluğun

Mənim varlığıma xətmdi sənsiz...

Yaxud:


Min tişədən keçir ömür,

Heykəl gəlib, büt gedirik.

Acımamış xəmir kimi,

Ha yapılsaq, küt gedirik.

Daha sonra jurnalın “Şeir vaxtı” adlı poeziya

səhifələrini vərəqlədim. Elçin Mirzəbəyli, Günay

Ümid,  Azər Nəsibli, Afət Viləşsoy, Samirə Ab -

dullazadə, Vəli EFE, Adilə Nəzərin təqdim etdiyi

şeirlərdə “görəsən, nə qədər poeziya tapacam?” –

sualının nigarançılığı ilə Elçin Mirzəbəylidən

başladım:



İçimə yıxıldım hər vurduğunda...

Dedilər...

Fələyin silləsi çatmır.

Ya rəbb, sən saldığın pilləkənlərin

Nədənsə...

Sonuncu pilləsi çatmır.

Verdiyin dünyadı...

Evdi, eşikdi...

Bu nə dar qəbirdi, nə dar beşikdi?

Ürəyim onsuz da dəlik-deşikdi,

Qorxma, at, alnımın gülləsi çatmır...

Birinci və sonuncu misralarda poeziya var və

şeir az-çox bu misraların sərhədində duruş gətirə

bilib. Müəllif bəyan etmək istədiyi  kədərini “sillə-

pillə-güllə” qafiyələnməsinə təslim etdiyi üçün

şeirin içdən doğuşu hiss olunmadı. İkinci misradakı

“dedilər”, beşinci misradakı “nədənsə” sözlərindən

sonra qoyulan 3 nöqtə isə mənanın yanlış ifadəsi

və qrammatik pozuntu halı kimi izah edilməlidir.

Birincidə iki nöqtə, ya tire, ikincidə isə vergül

işarəsi qoyulmalı idi.

Elçin Mirzəbəylinin “Ulduz”un bu sayında çap

olunan “Adını yaz, get”, “Mən sənə Tanrının

əmanətiyəm”, “Ölüm şütüyür”, “Qayıtmayasan”,

“Göyü göydələnlər olan şəhərim” şeirləri elə həmin

4

I



ULDUZ


№10 (569) oktyabr 2016

I

5



sayda işıq üzü görən “Variasiya” şeiri ilə müqayisədə

çox zəif və qeyri -poetik görünür.  “Variasiya” isə

poetik yaşantının elə poetik də inikasıdır:

İlahi!

İlahi, kimdi bu adam-

Tanrı əzabıdı, Tanrı payıdı?

Qoymadı torpaqla, daşla danışım.

Deyir, Yer üzündə dərd havayıdı...

Dur gedək...

Böcəklə, quşla danışaq...

Dur gedək, küləklə danışaq bir az.

Sarılaq bir eşqin budaqlarına...

Dur gedək, çiçəklə danışaq bir az.

Ətri təslim olsun dodaqlarına...

Üfüqdə ümidlər bizi gözləsin.

Dan yeri bir sirli baxışa dönsün.

Səmada buludlar bizi gözləsin...

Sıxaq, ovcumuzda yağışa dönsün.

Yağsın Yer üzünün günahlarına,

Yağsın bu dünyanın sabahlarına...

...Nə səsim duyulur...

Nə dualarım

Yetişmir kimsənin qulaqlarına...

İlahi, de, hardan atılım indi,

Gəlib düşə bilim ayaqlarına?

Jurnalın Günay Ümid səhifəsində təsvir olunan

bütün detallar, bütün hiss və duyğular poeziya

ovqatlıdır. Şair gözündən, şair sözündən keçib gələn

poetik mənzərələrdə həm də müəllifin özünəməxsus

üslubunu tuta bildik. “Ayaqların gedişinin dilində

sərbəst şeir pıçıldayırdı yolların qulağına,  mən

susurdum”, “Gedərkən hıçqıran addımlarının taqqıltısı

şair bağrımı deşib qanadan nidaydı”, “Dilaltı

dərmanımla heca-heca əriyir adın”, “Nə vaxt ki

“Çıx, gəl!” yazmaq istəyirəm, mürəkkəbim bitir...”,

“Otağın yaxasından asılan pəncərə” və s. deyimləri,

misraları assosiativ şeirin yeni çalarlı nümunələrindən

xəbər verir.



İçimi yumruqlamaqdan

Göyərib taqətimin qolları,

Qələmimə söykənib yorğunluğum...

Hər aprel gələndə

Bu şeiri yenidən doğur susqunluğum.

Özü ilə mübarizənin nə gözəl şeiriyyəti (İçimi

yumruqlamaqdan Göyərib taqətimin qolları ), nə

gözəl yorğunluq (Qələmimə söykənib yorğunluğum),

nə gözəl susqunluq (Bu şeiri yenidən doğur

susqunluğum)...

Günay Ümidin şeirlərindən yadımızda çoxlu

şeirli yaşantı mənzərələri qaldı:



Masanın üstündəki varağın 

Fikirli sətirləri

İllərdir yazıb qurtara bilmir səni.

* * *


Qonşu qızı

Qıvırcıq leyla

Xəzərin sahilində üzüb,

Üzdü hamımızı bu yay

Minib gedəndə Əzrayılın qayığında.

İndi məhləmizin tən ortasında

Yekə bir mağar qurulub-

Uşaqlığımızın öldüyü yerdə.

* * *


Otaqda var-gəl edən səssizlik

Heç cür qovub çıxara bilmir

Sənsizliyi otaqdan...

* * *


Çarpayımda oturan yorğunluq

Başını dizlərinə alıb

“ya sus, ya da danışma”

Deyə düyünləyir sözlərimi.

Gecə hisslərimdə gecələyir...

Gözlərim də

Qapaqlarını örtüb üstünə

Çoxdan yatıb...

Bircə yuxum oyaqdı.

Səni mənə gətirsin deyə...

* * *

Niyə oturmusan sönmüş sobanın dizi altında?

Qaldır başını, dostum,

Sən üşüyən adam deyilsən.

Hələ çöldə Novruz tonqalı yanır.

Ümidlərimizə bayram arzuları geydirmişik.

Qismətimizin qapısına hələ papaq atacağıq.

Hələ xəyallarımız bayram sovqatı gətirəcək bizə...


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə