Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   ...   36

yaddaşımda mərhum şairimiz Eldar Baxışın misraları

dolaşır:


Mənə yarımçıq azadlıq verincə,

Bütöv ölüm ver, İlahi!

Azadlıq bax, budur.



- Yaddaşında başqa hansı misralar dolaşır? 

Axır vaxtlar yaddaşımda Xorxe Luis Borxesin

dünayda ən çox oxunan şeirinin ilk sətri dolaşır:

“Əgər yenidən başlaya bilsəydim yaşamağa...”

- Cavabını suala çevirək: Əgər yenidən başlaya

bilsəydin yaşamağa,  nələr edərdin?

- Nələr etməzdim?! Ürəyimin səsinə qulaq

asardım. Ürək kompasdı, onun göstərdiyi istiqamət

ən düzgün seçimdir. Bundan başqa, dünya dillərini,

o cümlədən qədim latın, ibrani, yunan, ərəb dillərini,

onilliklər sərf etsəm də, öyrənərdim. Hər günümü

son gün kimi yaşayardım. 

Amma özümü aldatmayım, mənə yenidən

yaşamaq şansı verilsəydi, bəlkə də, imtina edərdim.

Təkrarçılığı sevmirəm. 



- Mətləbdən uzaqlaşmayaq, mən biləni,

yaddaşında başqa misralar da dolaşır: 

Hə, Nazim Hikmət yaradıcılığını çox sevirəm.

Ayrılıq ədəbiyyatın əbədi mövzularındandır.  Nazim

Hikmətin  ayrılığı başqa bir ayrılıqdı:

Kimi otların, kimi balıqların çeşidini bilir,

Mən ayrılıqların.

Kimi əzbərə sayar ulduzların adını,

Mən həsrətlərin... 

- Nə vaxtsa ürəyindən kiməsə məktub yazmaq

keçib? 

Məktubların dəbdən düşdüyü  vaxtda bir gün

məktub yazıb poçta atdım. İki-üç  gündən sonra

qapı döyüldü. Gələn poçtalyon idi. Üstünə marka

yapışdırılmış məktubu tələsik açdım. Sən demə,

göndərdiyim məktubu özümə yazmışam.  “Özümə

məktublar” belə yarandı. İstəyirsən, məktublardan

birini oxuyum. 

- Nə deyirəm, onsuz da oxuyacaqsan. 

Salam. O gün yuxuda nar gördüm. Qıpqırmızı

nar idi, başında qəşəng tacı da vardı. Nar öz tacını

mənə vermək istəyirdi. And-aman elədim ki, tac

mənlik deyil. Heç ömrümdə ağlımın ucundan da

keçməyib ki, başıma tacaoxşar nəsə qoyum. Bəstəboy

adamlara, ümumiyyətlə, tac yaraşmır. Bu yerdə

gülmək işarəsi qoymaq üçün lap ürəyim gedir. 

Hə, harda qaldıq, onu deyirdim axı,  nar öz

tacını mənə vermək istəyirdi. Sonra narı da, tacı da

yuxumda itirdim. Bir dəstə atlı qarışqa girdi yuxuma.

Məndən yaxşı bilirsiz ki, atlı qarışqaların qanadı

olur. Amma nardan fərqli olaraq qarışqalar mənə

qanad-zad təklif etmədilər. Çaparaq yuxumdan keçib

getdilər. Sözün düzü, axır vaxtlar böcəklərin həyatı

məni daha çox maraqlandırır, nəinki, adamların. 

Fransız yazıçısı Bernar Verberin “Qarışqalar”

trilogiyası var. Əsər paralel dünyalardan: qarışqaların

və insanların sivilizasiyasından bəhs edir. Bir-

birindən xəbərsiz iki dünya. Amma onlar bir gün

mütləq qarşılaşmalıdırlar. Maraqlananlar  oxusunlar.

Sözümün canı ondadır ki, heyvanlar, böcəklər,

bitkilər milyon ildi  dünyanın yalnız insanlara yox,

həm də onlara məxsus olduğunu bizə anlatmağa

çalışır. Başa düşmək istəmirik, amma gec-tez onların

qanunlarına  tabe olacağıq. Əks halda, özünüz

bilirsiz, nə olacaq.  



- Qorxursan?

-  Hərdən adamlar adamların ruhuna toxunur.

Bu, məni çox qorxudur. Ruh toxunulmazdı. Uşaq

vaxtı alman yazıçısı Ceyms Krüsin  “Tim Taler və

ya Satılmış gülüş” əsərini oxumuşdum. Gülə bilməyən

adam yetim Tim Talerin gülüşünü var-dövlət hesabına

satın alır. Gülüşünü satan uşağın əsl facisəi ondan

sonra başlayır. İndi də ruha əl uzadırlar. Bu çox

qorxulu gedişdi. Tanrıyla Adam arasında ən şəffaf

bağ ruhdu. Ruha toxunulsa, bağ qırılsa, ümid etməyə

daha heç nə qalmayacaq.



- “Qanadlı adam” essendə bu mövzuya

toxunmusan.

Qanadlı adamlar az-az doğulur və adım kimi

əminəm ki, qanadlı adamların heç biri öz əcəliylə

ölmür. Hüseyn Cavid , Mikayıl Müşfiq kimi.

Qanadsız adamlar  səmanı sevmir, heç vaxt da

sevməyəcəklər. Axı səma onların nəyinə lazımdı?!

Qanadlı adamlarsa doğulacaq, qaranlığı bir anlıq

işıqlandırmaq, işığı adamlara xatırlatmaq üçün.

- Fikir vermişəm, yer üzündə elə bir yazar,

şair yoxdu ki, dünya onun yaradıcılığından

keçməsin. Dünya sənin üçün nədir?

- Dünya sözü hər dildə bir məna daşıyır. Ancaq

“İncil”də dünya sözü başqa məna daşıyır və mənə

elə gəlir ki, dünya sözünün ən yaxşı tərifi elə budur.

10

I

ULDUZ




“İncil”də belə yazılır: “Allahdan uzaqlaşdırılmış

və ona üsyan edən insanların qurduğu sistemə dünya

deyilir”.  Mən bununla razılaşıram, biz qovulmuşlarıq,

Yerə sürgün olunmuşuq. Bir ömür burda gəldiyimiz

yer üçün darıxırıq və nə zamansa qovulduğumuz

məkana qayıdırıq. 



- Adamları ən çox harda müşahidə edirsən?

Metroda. Hər dəfə eskalatorla düşəndə mənə

elə gəlir ki, insanların ağırlığından, qaramatından,

fikir qarışıqlığından metronun boğazı ağrıyır. Mən

də bu yandan adamların arasında öz personajımı

axtarıram. Mənə elə gəlir ki, insanlar təbəssümü

yadırğayır. 50 ildən sonrakı mənzərəni heç təsəvvür

belə etmək istəmirəm. Hərdən eksperiment xatırinə

gülümsəyirəm. Adamların çaşqın baxışları ilə

qarşılaşıram. Dəli olduğumu düşünürlər. Gülən

adam bineyi-qədimdən bizdə dəli sayılır axı. Nə

isə, maraqlı personaj tapmaq istəyirsinizsə, yerin

altı məsləhətlidir. 



- Bilirəm, utancaqsan, axı sən özünlə söhbət

edirsən, çəkinmə, bizə gülməli bir xatirə danış. 

-  Orta məktəbdə oxuyanda Nobel mükafatçısı

Pablo Nerudanın memuarını oxumuşdum. Əsər elə

xoşuma gəlmişdi ki, bir az da yazıçıya vurulmuşdum.

Yaşlı, zənci Pablo Nerudaya... Bu gün də xəritəyə

baxanda Cənubi Amerikanın qərbindəki sarı zolaq

– Çili diqqətimdən yayınmır. Mənim uşaqlıq

arzularımın biri də Pablo Nerudanın vətənini görmək

idi. Hələ də inanıram ki, nə vaxtsa Çilini görəcəm.

Sonralar çoxlu kitablar oxudum, indi də o

fikirdəyəm ki, oxucu əsəri sevirsə, bir az da əsərin

müəllifini sevir. 

- Az yazmağının səbəbi?

- Özümə heç nəylə bəraət qazandırmıram və

bunu  özümə bağışlamıram.

- Bu yay nəylə yadında qaldı? 

-  Bu yay qəribə yay idi. Son illərin ən isti

yayından mənə üç xatirə qaldı: isti, daş və London.

Açmasını soruşma, sirr kimi qalmalıdı.

- Açılan hər sabahdan nə gözləyirsən? 

-  Möcüzə. Kimsə açılan səhərdən möcüzə

gözləmirsə, demək, onun arzuları, xəyalları tükənib.

Arzulardan, xəyallardan heç vaxt qorxmayın. Keçə

bilmədiyimiz sərhədləri, gedə  bilmədiyimiz yerləri

xəyalın gözü  ilə ziyarət edə bilərik. 

Təbrik edirəm, Avrasiya Yazarlar Birliyinin



keçirdiyi  IV Beynəlxalq Mahmud Qaşqarlı

hekayə müsabiqəsində “Mən toz dənəsiyəm”

hekayən qalib oldu.  Hansı hissləri keçirdin? 

- Həqiqəti deyəcəm, elan olunan vaxtın sonuncu

günü hekayəmi müsabiqəyə apardım. Hava çox isti

idi, üstəlik,  həmin ünvanı  da çox çətinliklə tapdım.

Arada istədim ki, hekayəni vermədən geri dönüm.

Yoluma nağıllardakı kimi nurani bir qoca çıxdı və

axtardığım ünvanı uzaqdan mənə göstərdi. 

Bu müsabiqədə iştirak etmək  hər bir yazar

üçün şərəflidir. Mahmud Qaşqarlı Türk dünyasının

nəhəng körpüsüdür. Bu körpü bütün türkdilli xalqları

birləşdirir, bu körpüdən Türk dünyasının keçmişi

də, gələcəyi də aydın görünür.  İcazə ver, Avrasiya

Yazarlar Birliyinə və müsabiqənin münsiflər heyyətinə

öz təşəkkürümü bildirim. Bütün yarışmalarda

həyəcan, məğlubiyyət və qələbə var. Mən həyəcanı

gözə aldım, məğ lu biyyətlə barışdım və qalib oldum.

-  Ədəbiyyatda sən kimsən?

-  Ədəbiyyat  ucsuz-bucaqsız bir dünyadı. Bu

dünyada  hər kəsin öz uçuş zolağı var. Hər kəs

bacardığı qədər uçur. Arzuladığı yerə qədər uçmaqsa

çox az yazara nəsib olur. İndi də sualına cavab

verim. Ədəbiyyatda mən kiməm? Olsa- olsa,  mən

toz dənəsiyəm. 



...və hekayələri


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə