Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Qadın qəhrəmanların monoloqu demişkən,

Vəfanın essesinin daha bir “ən”i də var - o ən

“jenski” mətndir. Yazının beşiklə bağlı adı və

məcrasından çıxan emosionallığı, müəllifin diktor

qızın saçlarına hansı ətirdən vurması kimi detalçılığa

varması, “isməti tapdalanmış qızlarla” bağlı

populizmi, kişiləri ənənəvi namus-qeyrət janrında

utandırmağa çalışması, şəhid analarının dili ilə ağı

deyib, bayatı çağırmasının əsasında  da məhz cins

psixologiyası məsələsi durur. Onun diktor qızın

saçlarını yolmaq arzusuna düşməsinin özünün də

alt qatında  vətənpərvərlik donuna bürünmüş qadın

qısqanclığı durur. Ümumən saçyoldu əhval-ruhiyyəsi

Vəfanın essesinin əvvəlindən axırınacan qırmızı

xətlə keçir. O görmək istəmir ki, Xocalı faciəsinin

günahı nə koko-şanel saçlı diktor qızda, nə də

çayxanalarda namus-qeyrətdən danışan kişilərdə

deyil. Ümumən Qarabağ sindromu nəinki sadəcə

qadın-kişi məsələsi, nəinki ümumilli məsələ, nəinki

beynəlxalq məsələ deyil, birbaşa tale məsələsidir,

metafizik problemdir. Bu düyünü açsa-açsa, Allah

açacaq. Vəfanın düşüncəsinin Allaha çıxışı yoxdur.

Onun insanları - diktor qızı və çayxana kişilərini

qınamasının səbəbi də budur.  Amma təbii ki, biz

Vəfa kimi etməyəcək, onu qınamayacağıq. O,

problemi belə görür, belə düşünür. Digər yandan

Vəfa bir milyon qaçqını olan, iyirmi faiz torpaqları

işğal olunan, qız-qadınları düşmən əsirliyində yad

ellərə sürülən bir xalqın yazarı, üstəlik də, xanım

yazarıdır, vay-şivən qoparmasın, saçyolduya çıxmasın,

neyləsin? Bunlar öz-özlüyündə aydındır. Amma

bütün bunlarla yanaşı, istedadına şübhə etmədiyim

Vəfaya süni surətdə birincilik vermək fikrində də

deyiləm. Bunun bir əsas səbəbi var - Vəfa adamı

utandırır, amma bütün ah-fəryadına baxmayaraq,

onun Qarabağ haqqında düşüncələri oxucunu

silkələmir, diksindirmir, düşündürmür. Ona görə

yox ki, onun yazdıqları adi şeylərdir, ona görə ki,

iyirmi beş ildən bəri milyon dəfələrlə eşitdiyimiz

tanış şeylərdir.

Nəhayət, növbə gəlib çatdı on altıların so 

-

nuncusuna, yarışmanın qalibinə - Rəşid Bərgüşadlıya.



Niyə məhz Rəşid? Birinci ona görə ki, o, yarışmaya

hekayə və ya şeir yox, məhz esse (“Tikanlı cığırlar”)

göndərib, yəni forma baxımından yarışmanın şərtini

pozmayıb. İkincisi, onun essesi məhz Qarabağ

haqqındadır, yəni o, yarışmanın məzmun şərtini də

gözləyib. 

Amma bu, “niyə məhz Rəşid?” sualına hələ

tam cavab vermir. Çünki yarışma iştirakçıları arasında

onunla yanaşı, bu şərtlərin hər ikisini gözləyən

digərləri də var. Bəs Rəşidi onlardan seçib ayırmağa

imkan verən hansı cəhətlər var?

Rəşid bir çox yarışma iştirakçılarından fərqli

oxuduqları və eşitdiklərindən yox, bilavasitə fərdi

yaşantılarından, şəxsi təcrübəsindən çıxış edir.

Bəzilərindən fərqli isə onun Qarabağ olaylarına

dair fikirləri nə uşaq, nə qadın yox, yaşlı-başlı bir

kişinin münasibətidir. Özü də bu münasibət hər cür

boğazdanyuxarı rəsmi vətənpərvərlik patetikası və

pafosundan uzaqdır. Onun Qarabağa sevgisi nəsə

kitabdan, siyasətdən, partiyadan, televizordan gələn

mücərrəd vətənpərvərlik anlayışından doğmur,

əksinə, vətənə sevgisi Qarabağa, doğma kəndinə,

ömrünün müəyyən bir dönəmini yaşadığı, indi isə

düşmən əlinə keçən evinə sevgidən başlayır. Yəqin,

bu üzdən Rəşidin essesini oxuyanda alüminium

raskladuşkanın dəmirindən düzəldilmiş antennadan

tutmuş, otağın kəlləsinə vurulmuş dünya xəritəsinə

qədər onun ata evini bütün müxəlləfatı ilə görür,

əhəng divarlarının sərinliyini canında hiss edir,

nənəsi Dilbərin 1936-cı ildə toxuduğu gül çeşnili

kilimin tanış qoxusunu duyur, bir sözlə, qayıdıb o

evdə yaşamaq istəyirsən...

Rəşid dünyada yalnız onun özünə məxsus olan

müşahidələri, xatirələri, yaşantıları qələmə alır, özü

də inandırıcı, səmimi şəkildə. Bu xatirələrin qiyməti

onların təkrarsızlığındadır. Lakin məsələ təkcə

xatirələrlə bitmir. Yazıçılıq həqiqətin dərkindən

başlayır, onun etirafı ilə bitir. Esse müəlliflərinin

əksərindən fərqli olaraq, Rəşid həqiqəti etiraf etməyə

özündə güc tapa bilir: 

“Oyrəli yuxuda görürəm ki, cavan erməni ailəsi

evimizə  yeyəliklənib. Özümdən ad da qoymuşam

ona – Qurqen kirvə. ...Qurqen “deyir” ki, – “Ev-

eşiyindən nigaran olma, nə vaxt gəlsən, öz evindir,

şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm!”.  Amma

düşünəndə ki, – “Öz evimdirmi?” – onda iliyim

gizildəyir. Nə olsun ki mən o evdə doğulmuşam?

Cəmi-cümlətani 17 il yaşamışam orda. Axı Qurqen

də orda doğulub! İndi də oğul-uşaq yeyəsidir, 23

ildir bu evdə yaşayır, divarları suvatdırıb, otaqları

əhəngləyib, damın şiferlərini dəyişib...” 

“Tikanlı cığırlar”ın müəllifi bu sözlərlə demir

ki, Qarabağ artıq erməniyə məxsusdur, gəlin əlimizi

hər şeydən üzüb oturaq, əksinə, torpaq itkisi ilə

barışmaq təhlükəsi haqda həyəcan təbili çalır. Və

bununla da illərdən bəri hamının altşüurundan boy

verən, amma heç kəsin dilə gətirmədiyi acı həqiqəti

etiraf edir, bizi diksindirir, həyəcanlandırır,

düşündürür... Həm də bunu nə qədər ləyaqətlə, abır-

həya ilə, kişiyana bir təmkinlə, mərdanəliklə, təvazö

ilə edir. Onun canlı danışıq dilinə söykənən ciddi,

sadə, sərt yazı üslubu da  fakta yanaşma tərzinə

uyğun olaraq hər cür gəlişigözəl ibarə, metaforik

makiyaj, süni bər-bəzəkdən uzaqdır... Sözümün canı



30

I

ULDUZ




düşünəndə ki, – “Öz evimdirmi?” –

onda iliyim gizildəyir. Nə olsun ki,

mən o evdə doğulmuşam? Cəmi-

cümlətani 17 il yaşamışam orda. Axı

Qurqen də orda doğulub! İndi də oğul-

uşaq yeyəsidir, 23 ildir bu evdə yaşayır,

divarları suvatdırıb, otaqları əhəng -

ləyib, damın şiferlərini dəyişib... Yenə

dədəm sağ olsaydı, onun daha çox

haqqı vardı Qurqeni qovmağa. Bəs

mənim? Qurqenə,  – “Çıx

burdan, bura mənim

evimdir!” – desəm, qa 

-

yıdıb deməzmi, – “Ay

biqeyrət, indiyədək hansı

cəhənnəmdəydin, nə haqla

məni öz evimdən

qovursan?!”.

“Axı nə var o evdə? Gündüz naxır, axşam

axur!”  – dəli şeytan həmdəmim olanda baxıram

ki, yox.., evimi qəribsəmək haqqım var. Ocağın

sonbeşiyi idim – ev mənə qalacaqdı. Orda ən dəyərli

itiyimi tapacağam – uşaqlığımı. Axı ömrümün 23

ilini harda itirdiyimi ancaq ordan baxsam, görə

bilərəm. Bir də, o ev mənə dədə-babamdan qalıb,

nəvələrimə çatdırmalıyam bu əmanəti. Qurqeni

qandırmaq asandır, bəs gözəl evim məni qəbul

edəcəkmi? –  “Gəlmə, biqeyrət! Rədd ol burdan,

bu ev Qurqenindir!” – hayqırmazmı üstümə? Haqqı

yoxmu bunu deməyə? Vaxt azaldıqca o vədələr

yağış yağanda döşəməsinə qazan-qablama

düzməkdən kələyimi kəsən otağım indi doğmalığı

qədər həm də “yad”laşan ruhu ilə əzir məni...

Güney Kıbrısda şahidi olmuşdum – yunanlar

hər cümə, vaxtilə Girnədə yaşadığı doğma evini

indiki sahibindən birgünlük kirayəliyir, yeyib-yatır,

sabahı da evi yeyəsinə qaytarır. Kim bilir, bəlkə,

başımıza bu da gələcək. Kaş evimiz dağılıb yerlə-

yeksan olaydı, Qurqen-murqen öz nəfəsiylə

isitməyəydi evimizin əhəngli divarlarını. 

Uşaqlığıma gedən cığırları tikansız, əzabsız

elə, ömrü yenidən başlamağa bir möhlət də ver

mənə, Xudaya...  

Müharibə qızışdıqca daha tez-tez

yuxuma girir otaqları iç-içə olan evimiz.

Dədəm iki-üç ildən bir balaca bir xosmanı

qaralayıb qatırdı evin bir ucuna.

Qınamıram, böyük külfət idik. Evin

aynəbəndindən girib dördüncü otağından

– kitabxanadan eşiyə çıxırdıq. Axırıncı

otaq gəlin otağıydı – evdə qalan evli

qardaşımın yuvası. Beş qardaşın hamısı

bu otaqda ata olub, ikinci övladı dünyaya

gələndə isə sərçə öz balasını

fərləndirən sayaq üzüsulu

ocaqdan ayrılırdı. Üçüncü

otaq evlənməyə namizədin

yataq otağı idi – mənim

otağım... Otağımın kəllə 

-

sində dünya xəritəsi,

çarpayımın yanında nənəm -

dənqalma gül çeşnili kilim asılmışdı. Kilimi toxuyanın

adı üstündəydi – “Dilbər 1936”. Güvə düşməsin

deyə vaxtaşırı naftalinlədiyimiz kilimin qoxusu hələ

də burnumdadır. 

23 il... Bir igidin ömrüdür. İndi ali savadlı

inşaatçıyam. Bakıda ürəyim istəyən həyət evim var.

İzafa, əhənglə suvanmış otağımın rahatlığını burda

tapa bilmirəm. Gecələr yuxum qaçanda o vədə

əhəng suvağı eşən barmağımın ucu birdən elə

gizildəyir...  Gözümü tavana zilləyib kənddəki bacanı

axtarıram – aluminium “raskladuşka”nın profilindən

olan antennamızı düzəltməyə çıxdığım bacanı. Elə

bilirəm ki, tavandan yuxarıda yenə Bərgüşadın

şehindən mamır bağlamış sınıq-salxaq azbest şiferli

damımızdır, çıxsam, samanlıqda qışa tədarük

gördüyümüz alma, üzüm, heyva tapacağam.  

Oyrəli yuxuda görürəm ki, cavan erməni ailəsi

evimizə  yeyəliklənib. Özümdən ad da qoymuşam

ona – Qurqen kirvə. Xəritələrimə dəy mə yib, amma

nənəmin tiftiklənmiş, çeşnisi solmuş kilimini sərib

yerə. Bu kilim mə nim cehizliyim idi. Arvad-uşağıyla

bir likdə bizim qaysı ağacının altında çək dirdiyi şəkli

də asıb kilimin yerindən. Qurqen “deyir” ki, – “Ev-

eşiyindən nigaran olma, nə vaxt gəlsən, öz evindir,

şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm!”. Amma

odur ki, Rəşidin şəxsində Azərbaycan ədəbiyyatının

gələcək legionerləri sırasına daha bir imza daxil

olacağına inandım.

Qorqud Dədə diliylə desək, yum verəlim...

İllər gəlib keçəcək, bu yarışmanın iştirakçıları

arasından, bəlkə də, gələcəyin ünlü yazarları çıxacaq,

bəlkə də, onların bəziləri ötəri  gənclik həvəsinə

düşdüyünü anlayıb, söz meydanını tərk edəcək.

Çox şeylər unudulacaq, qələbə sevinci də,

məğlubiyyət acısı da... Amma bu yarışmadan mənim

yaddaşımda Rəşidin öz-özünə verdiyi bir sual

qalacaq:  görəsən, illərdən bəri erməni əlində qalan

evimizə mənim evim deməyə haqqımız varmı?

Məncə, hər bir azərbaycanlı ta Qarabağı alana

qədər bu sualı qulağında sırğa eləməlidir. 

№10 (569) oktyabr 2016

I

31



Rəşid 

BƏRGÜŞADLI

ТИКАНЛЫ ЪЫЬЫРЛАР

(esse)



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə