Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Gəl, gülüm...

Yetimdi bu qapı sənsiz...

Ayaq səslərinə təşnə dəhlizim.

Bəlkə, bir an öncə getmisən, amma

Mən yenə sənsizəm...

Və yaxud:

Mən yenə sənsizəm...

Bu sənsizliyin 

əvvəli ayrılıq, sonu ayrılıq...

Bir sevda böyütdük göz yaşlarıyla -

Nəfəsi ayrılıq, qanı ayrılıq...

Firuz Mustafa isə həsrətin əzablarını fərqli ifadə

edir:

Ayrılıq küləyi əsir həmişə,



Göz gözdən ayrılır, ürək ürəkdən.

Qoynunu xəzana açanda meşə

Gül güldən ayrılır, çiçək çiçəkdən.

Qorxunc şimşəklərdən, zəlzələlərdən

Dağlar, təpələr də parçalanırlar.

Qəfil təkanlara dözməyib bəzən

Zirvələr ayrılıb haçalanırlar.

Təzadlar lirik qəhrəmanın keçdiyi uzun və əzablı

yollar barədə aydın təsəvvür  yaradır:

...Bizsə ayrılmadıq heç vaxt, əzizim,

Gözün gözümdədir, əlin əlimdə.

Ayıra bilmədi bu həyat bizi,

Demək, ayırammaz bizi ölüm də.

Bu misralar lirik ovqatın – sanki son durumun

təsvirini verir, özündə bir poetik ümumiləşdirmə

daşıyır. Şair təsdiq edir ki,  həyat onları ayıra bilməyibsə,

ölümün buna heç gücü çatmaz, çünki ölüm əbədidir.

Ibrahim İlyaslı “Hardasan, dünyanın halal adamı”

şeirində öz lirik  “mən”ini müxtəlif dünyalarda axtarır.

Qəhrəman – “Mən” dünyanın o biri üzünə xitab edir,

bu tərəfdə olmayanın o tərəfdə olub-olmadığını bilmək

istəyir,  ürəyini yelə verir, dünyanın o başına yollayır.

Bu tərəfin xırda-xuruş işlərinə qərq olan qəhrəman

özünü kiçilmiş hiss edir, düşdüyü aləm də ona dar

gəlir, o, genişliyə çıxmaq, yüksəklərə uçmaq istəyir:

Hardasan, dünyanın halal adamı,

Sən haqsan, sən varsan – səsimə səs ver!

Qapında ən sadiq nökərin ollam,

Mənə bu şahlığı, nolar, tələs, ver!

Şair “o tərəf” deyəndə,  “o dünya”nı nəzərdə tu -

tursa, “bu tərəf” deyəndə,  yaşadığımız dünyanı nəzərdə

tutur.  Iki dünyanın arasında qalmış “Mən” Allahdan

dürüstlük, ləyaqət istəyir.  Əgər o, bu dünyada dürüst,

ləyaqətli insan olarsa, Allahın nökəri olmağa hazırdır.

O, hər iki dünyada  ləyaqətli olmaq istəyir, belə olarsa,

hər iki dünyada hörmətli olar, könüllərin soltanı olar.

Əsəd Cahangirin  “Qaytar məni dənizlərə, Tanrım”

şeirinin qəhrəmanı da xırdalanmaq istəmir. O, kimsənin

tanımaq, sevmək istəmədiyi insan olmaqdansa, dəniz

olmaq, dumduru damcı olmaq , dərin sevgiyə çevrilmək

istəyir.

Dişim olsun mirvarilər,

Yosunlar saçlarım olsun.

Qızıl balıq dostum olsun,

Su pərisi yarım olsun.

Qaytar məni dənizlərə.

Yolub yosun saçlarımı,

Selə vermək istəyirəm.

Suda ölüm necə olur?

Suda ölmək istəyirəm.

Qaytar məni dənizlərə.

Şair məcazlarla Allahın insanı sudan, gildən, oddan

yaratdığına işarə edir.  Lirik qəhrəman Allahdan onu

su zərrəsinə çevirməyi xahiş edir, sanki bununla

insanlığı kökə qayıtmağa, əvvəlki simasına dönməyə,

yəni təmiz, ləkəsiz olmağa, riyakarlıqdan uzaqlaşıb,

xeyirxahlıq yolunu tutmağa səsləyir. Belə olarsa, ölüm

xofu da çəkilər və ölüm xeyirxah ruhun rəmzinə

çevrilər.

Ağamehdi Mehdiəliyevin,  Sahibə Rəşidin, Rəhim

Əlizadənin, Firuz Mustafanın, Güləhməd Abiyevin,

Maarif Soltanın şeirləri, Yasin Xəlilin qəzəlləri də

diqqətəlayiqdir. 

Yasin Xəlilin poeziyası – qəlbinin aynasıdır, onun

düşüncələri şeirlərinin ədəbi əsirinə çevrilib: 

Fikrimi gözlərində həbs etdi, 

Tora düşmüş hərifdi şeirim də.     

Şair qeyd edir ki, onun həyatını öyrənmək istəyən

şeirlərini oxusun, qəlbinin harayı, fikri-arzusu, bütün

varlığı şeirlərindədir... Kimsə onu zəif sanırsa, demək,

onun şeirlərini oxumayıb.

Düzdü, mən dərdi-yardən zəifəm, 

Kim deyir ki, zəifdi şeirim də.  

Doğrudur, o, dərdini, qəmini  izhar etmir, o şairdir

və bəzən bunu gizlətməlidir, ürəyi yananda özünü

gülümsəməyə məcbur etməlidir, bəzən dərdləri üst-

üstə yığılsa da, başqa şeylər yazmalıdır:

№10 (569) oktyabr 2016

I

49



Dərdlərim var çeşid-çeşid, Yasin, 

Odu ki, müxtəlifdi şeirim də.

Ayaz Arabaçının  “Kamança çalırdı qoca dilənçi”

şeirində  həyat hadisələri qoca dilənçi kamançaçalanın

psixoloji durumu ilə paralel təsvir olunur.  Gözlərimizin

önündə qoca dilənçinin yanından laqeydliklə keçib-

gedən, bəzən ona ikrahla baxan insanların surəti can -

la 


nır. Dilənçini kənardan seyr edən şairin gözləri

yaşarır: «Gəlib-gedənlərin ayağı altda. Yanıb qovrulurdu

çaldıqca içi,  Çalırdı kədərin bayrağı altda».

Bu musiqi sevginin səsidir, ağrı-acıdır, matəmdir,

toydur, ümiddir.

Şeirin son misraları göy gurultusu kimi səslənir,

şimşək kimi çaxıb, düşüncələri aydınladır, insanları

dəyişməyə çağırır.  Kamançanın simlərindən şəfqət

süzülür, sanki insanların qəlbində mərhəmət, xeyirxahlıq,

sevgi oyatmaq istəyir.  Qoca üçün “sönmüşdü Vətən”

anlayışı nə ifadə edirdi?  Sehrli musiqi  insan kütləsinin-

soyuqqanlı, hər şeyə biganə, xoş bir məqsədi, ümidi

olmayan insanların içərisində əriyir. Insanların ürəklərini,

ruhlarını dilləndirə bilməyən qoca alışıb yanır:

Eşitdi, diksindi Şuşa sözünə,

Sonra bir ah çəkdi qoca dilənçi.

Sanki mil çəkdilər qəfil gözünə,

Şuşatək tarimar olmuşdu içi.

Kamança çalırdı, kamança, qoca

Kamança siminə dönmüşdü vətən.

Bizim qəlbimizə yanmışdı ocaq,

Qocanın gözündə sönmüşdü vətən.

“Şuşa bu dağların maralı idi, Tar-mar qoyubdu

Şuşanı rüzgar” ifadəsi rəmzi məna daşıyır və qoca

kamançaçının psixoloji durumunu sərgiləyir. Onun

da qəlbi Şuşa kimi tar-mar edilmişdir, onun ürəyi

sızlayır... Gözləri dərd, ağrı-acı çanağıdır. 

“Sanki mil çəkdilər gəlib gözünə, Şuşatək tar-

mar olmuşdu içi”  misraları Vətənin ağrısını öz ağrısı

bilən, Vətənini saf məhəbbətlə sevən  dərddən əziyyətlə

ölən insanın nələr çəkdiyini dəqiqliklə ifadə edir.

Kamançanın telləri insanlarda sevgi, etibar, şəfqət

hissləri doğura bilər.  Qoca kamançaçının obrazı

xeyirxah, fədakar insanların ümumiləşdirilmiş obrazıdır.

Onun ölümünə insanlar laqeyd qala bilmirlər, onun

ölümü insanlara bir çox mətləbləri açır.

Yuxarıda deyilənlərdən göründüyü kimi, müasir

Azərbaycan poeziyası çıraq kimi yanır, şölə saçır,

məhz buna görə də ürəklərə yaxındır. Poeziya şimşək

kimi düşüncələri, qəlbləri işıqlandırır, söz insanları

kamına çəkir.  Söz təbiiliyə, mərhəmətə, incə qəlbli

olmağa səsləyir, bu qəlb güllərə, kəpənəklərə biganə

ola bilməz. 

Müasir Azərbaycan poeziyası gözəl duyğular

aşılayır, qəlblərin buzunu əritməyə çalışır,  insanları

dəniz kimi olub, əyər-əskikləri, nöqsanları yuyub

aparmağa səsləyir, göstərir ki, insan öz qəlbini

təmizləməli, sonra dünyamızın saflığına çalışmalıdır. 

Bu məqalədə  “Müasir özbək və Azərbaycan

poeziyasının xüsusiyyətləri (elmi-kütləvi nəşr)” kitabına

daxil edilmiş Azərbaycan və özbək poeziyasından

nümunələri araşdırmağa çalışdıq.  Alimlərimizin

qarşısında iki qardaş xalqın – özbək və Azərbaycan

xalqlarının müasir poeziya tendensiyalarını  müqayisəli

araşdırmaq vəzifəsi durur.  Bu araşdırmalar iki nəhəng

ədəbiyyatın inkişafına, iki böyük xalqın dostluq

əlaqələrinin daha da genişləndirilməsinə təkan verir. 

Marquba Mirqasımova, 

Daşkənd Dövlət Universitetinin professoru, 

pedaqoji elmlər doktoru, professor

Saodat Muhammedova,

Daşkənd Dövlət Pedaqoji 

Universitetinin professoru,

filologiya elmləri doktoru, professor

Rus dilindən

Arifə Əliyeva çevirib



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə