Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

56

I

ULDUZ

bilmirdi. Kiçik stansiyaların öz zaman anlayışı olur –

bu zaman anlayışı qatarların hərəkət cədvəlindən

asılır. 

Sərnişin qatarları gəlməmişdən bir saat əvvəl

stansiyada adamların sayı birdən-birə artırdı,

çayxanada müştərilər çoxalırdı, qatar stansiyadan

ayrılıb gözdən itən kimi adamlar da harasa qeyb

olardı, stansiya növbətçiliyi dəmiryolçuya, milsaner

Mahmuda və çayçı Əliyə qalardı.  Çayçı Əli, qatarın

gəlməsinə hələ çox var dedi, qoy sizə təzə çay

dəmləyim. Qatar gözləyən beş-altı adam bir masa

arxasında oturmuşdu, onların arasında hündürboylu

eşmə bığlı biri pəncərədən bayıra baxırdı. Iri əllərini

dizlərinin üstünə qoymuşdu. Bayaqdan bəri dinib-

danışmırdı. Bu adamın arvadı xəstəydi, bu adam xəstə

arvadını sevirdi, amma arvadı bir dəfə də olsun onun

dilindən sevgiyə bənzər bir etiraf eşitməmişdi. Bir

yandan da tərs kimi inəyi qısırdı. Inəksiz kəndlinin

günü-güzəranı olmaz.

Ən yaşlı adamın heç altmış yaşı olmazdı –

amma doxsan yaşlı qoca kimi beli bükülmüşdü, elə

bil ömrü boyu çiynində duz yükü daşımışdı – üç

oğlundan biri davada əsir düşmüşdü, indi Sibirdədi,

biri bu müharibədən sonra tatar qızı ilə evlənib

Kazanda qaldı, qoca ortancıl oğluyla sonunca dəfə

müharibədən əvvəl görüşmüşdü, indi qəfil bu

çayxananın qapısını açıb içəri girsəydi, kişi öz doğma

oğlunu tanıya bilməyəcəkdi. Ziyalı görkəmli adam

Nadir müəllim Gəncəyə gedirdi. Gözünün ağı-qarası

yeganə oğlu cəbhədə kontuziya almışdı, iki il öncə

ordudan tərxis olunmuşdu. Nadir Müəllimin kon -

K

içik leytenant  Qabil Mustafazadə



qələbə gününü Krakovda qarşıladı. Bir

vaxtlar Avropanın ən gözəl

şəhərlərindən biri sayılan Krakov

xarabalığı xatırladırdı. Elə bil şəhərdə

doqquz bal gücündə zəlzələ baş vermişdi. Düzdü,

Qabil Mustafazadə müharibədən əvvəlki Krakov

şəhərini görməmişdi, ümumiyyətlə, o, müharibədən

əvvəl hardasa Krakov adlı bir şəhərin olduğunu

bilmirdi. Taleyin işinə bax ki, adını belə eşitmədiyi bir

şəhər uğrunda döyüşüb, yaralanıb...

Şəhər qələbəni bayram edirdi, məmə deyəndən

pəpə yeyənə qədər hamı şəhərin baş meydanına

axışırdı, hamı bir-birini qucaqlayıb öpürdü. Uca boylu

arıq bir qız leytenant Mustafazadənin boynuna sarıldı,

qızın yanındakı göygöz sarışın kişi Annanı öpəndə

leytenantın qaşqabağı tutuldu. Tərs-tərs kişiyə baxdı,

sonra Annaya sarı çevrildi, cibindən bir papiros

çıxarıb yandırdı. Papirosun tüstüsünü kişinin üzünə

üfürdü. Deyəsən, kişi sərxoş idi, leytenanta məhəl

qoymadan bir də Annanı qucaqlayıb öpdü. Bu dəfə

kiçik leytenantın kefi lap pozuldu. Rus dilində ona

söyüş söydü...

* * *

Bakı – Tbilisi qatarı bir saat on beş dəqiqə



gecikirdi. Stansiya növbətçisi bu xəbəri artıq iki dəfə

təkrarlamışdı. Qatar balaca stansiyalarda cəmi bir

dəqiqə dayanırdı. Qatara bilet almış beş-altı adam

Əlinin  çayxanasında oturub gözləyirdi, vaxt keçmək



ADİL MİRSEYİDİN


№10 (569) oktyabr 2016

I

57



- Can Nabat xala...

- Nabat xala...  Nabat xala.... 

- Bir toxta görüm, ay zalım balası.

- Muştuluğumu ver.

- Nə muştuluq?

- Muştuluğumu ver, sözümü deyim.

- Gir hinə, qırmızı xoruzu tut, olsun sənin.

Qaranın toyuq hininə girməsiylə çıxması bir oldu.

Qırmızı xoruz Qaranın əlindəydi.

Sən tülküdən betərsənmiş qırışmal. De görüm nə

deyirsən, işim-gücüm var.

- Qabil davadan qayıdıb, dədəmin goru haqqı.

Tiflis reysindən düşdü. Öz gözlərimlə gördüm,

dədəmin goru haqqı. Əli qağamla çay içirlər. Əli

qağam dedi ki, yüyür Nabat xalanı muştuluqla, - Qara

üyüdüb, tökürdü.

- Nətər gördün, Qara, sağ-salamatdımı? - Nabat

arvad soruşdu.

- Nə bilim, mən qıraqda durmuşdum. Saldatdı da.

Saldatlar hamısı bir-birinə oxşayır - Qara bic-bic

gülümsədi...

* * *


Molla Cəbrayıl qəbiristanlığın qapısında ağac

kötüyünün üstündə oturub təsbeh çevirirdi. Fikri,

xəyalı indi buralardan çox-çox uzaqlarda gəzib-

dolaşırdı.

Allahım, nə günahın sahibiydim, mənə bir oğul

bağışlamadın? Gecə-gündüz yalvardım, dua elədim,

boğazımdan haram tikə keçmədi. Heç kimin toyuğuna

“kiş” demədim, qonşunun  bostanına daş atmadım.

Düzdü, səndən gizli deyil, cavanlıqda Bakıda neft

mədənlərində işləyəndə bir-iki xırda mırda günahım

olub. Cavan olmuşam, cahil olmuşam, elə zamana da

pis zamanaydı. Bəs bədbəxt Güləsərin nə suçu vardı?

Yazıq dərddən-qəmdən şam kimi əridi, ömrünü mənə

bağışlayıb dünyasını dəyişdi. Bir xoş gün görmədi...

Şikayət-zad eləmirəm ha... elə bilərsən səndən sənə

şikayət eləyirəm, gileylənirəm... a toba... əstafürullah,

əstafürullah... Min şükür sənə, ya rəbbim, min şükür...

Min şükür kəramətinə, dava da qurtardı. Güləsərin

müharibədən xəbəri olmadı... Deyirəm, görəsən, bir

oğlum olsaydı, ayaq açıb yerisəydi, məktəbə getsəydi,

məktəbi qurtarandan sora dava başlasaydı, əyninə

əsgər paltarı geyindirib, əlinə avtomat verib onu

davaya aparsaydılar, davada nemes köpəyoğlu uşağı

vurub öldürsəydi, poçtalyon Ələsgər mənə uşağın

qara kağızını gətirsəydi, onda mənim halım necə

olardı?..

tuziyalı oğlu Qadir Gəncə bazarında alver eləyirdi.

Qadir bazarda bir adam bıçaqlamışdı. Nadir müəllim

Gəncə türməsində yatan oğlunu görməyə gedirdi.     

- Zəhmət çəkmə, - Nadir müəllim dilləndi. Nə

zəhməti var, - dedi Əli və samovara kömür saldı.

Çayçı Əli cavan oğlan idi. Onu müharibəyə

aparmamışdılar – devit beydi Əli.

- Ə, devit bey, cəld ol, çay gətir, - Oruc Əlinin

üstünə çəmkirdi. Nadir müəllim başını yellədi, amma

bir söz demədi. İri, kobud əllərini dizlərinin üstünə

qoymuş adam hələ də pəncərədən bayıra baxırdı.

Oruc cibgir idi. Tiflisə çatana qədər qatarda beş-on

adamın cibini kəsirdi, fürsət düşəndə çamadan

oğurlayırdı, Əlinin üstünə belə amiranə tərzdə

çəmkirməsinə baxmayın, tula kimi bir şeydi.

Milisaner Mahmud Orucun qatarlarda nə

fırıldaqlardan çıxdığından xəbərdardı. Oruc bu

kənddə, bu stansiyalarda, bu çayxanada hörmətli

çayıllardan biriydi.

* * *


Axır ki, Bakı-Tbilisi qatarı uzun-uzadı fit verib

stansiyaya girdi. Stansiya növbətçisi üç dəfə zəng

çaldı. Milisianer Mahmud bayaqdan gözə dəymirdi,

hardansa peyda oldu. Maşinistə çest verdi, maşinist

də ona əl elədi. Bayaqdan bəri çayxanada oturub qatar

gözləyən adamlar ümumi vaqona sarı getdilər. Oruc

vaqon bələdçisiylə köhnə tanışlar kimi əl verib

görüşdü....

Stansiyada bir zabit doqquzuncu vaqonun

pilləkənindən perrona atlandı. Adamlar baxışlarıyla

uca boylu, enli kürəkli zabiti maraqla izləyirdilər.

- Ə, sən öl Qabildi, dəmirçi Habilin oğlu Qabil, -

Çayçı Əli qışqırdı. Zabit də Əlini tanımışdı, gülüm -

səyirdi. Zabitlə çayçı qucaqlaşdılar. Ko mandir, gəl

otur, bir stəkan çay iç, - dedi Əli. Qara, qaç Nabat

xalanı muştuluqla, Qabil davadan qayıdıb, - Qara

ayamalı uşaq çayçı Əlinin şəyirdiydi.

* * *


- Nabat xala, ay Nabat xala! Nabat xala

muştuluğumu ver. Muştuluğumu ver.

Nabat arvad tövlədə inək sağırdı. Sarı inək təzə

doğmuşdu.

Nabat arvad handan-hana tövlədən çıxdı, - nə var,

a bala, nooolub, nə boğazını cırırsan, - dedi.

- Nabat xala, ay Nabat xala, - Qara təngnəfəs

olmuşdu.


- Hə, nədi, a bala?

- Nabat xala, ay Nabat xala.... 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə