Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

9

Müharibә әlilinin

harayı: «Necә

yaşayım?»

Sumqayıtdan Hәsәn Cümәliyev

AzadlıqRadiosunun «Qaynar

xәtt»inә üz tutub. Şikayәti

kasıbçılıqdandır. Deyir, 6 uşaq

atasıdır. Hamısı da azyaşlıdır. Özü

1-ci qrup Qarabağ müharibәsi

әlilidir, 20 ildir ki, bәdәnindә iki

qәlpә daşıyır. Hәyat yoldaşı Roza

xanım heç yerdә işlәmir.

Hәsәn Cümәliyev: «İkiotaqlı darısqal

evdә kirayәdә yaşayırıq. Hamamı yox,

tualeti yox, lazım olanda da qonşulara

gedirik. İndi özünüz vәziyyәtimizi

düşünün. Sәnәdlәrimi tәqdim edirәm

Sumqayıtın Sosial Müdafiә Mәrkәzinә,

deyirlәr sәnә ünvanlı sosial yardım

kәsәk, ancaq sәn yardımın 6 aylığını

bizә ver. Mәn dә daha müraciәt et-

mirәm oralara. Uşaqlar mәktәbә getmir,

çünki mәktәbә göndәrmәyә imkanım

yoxdur. Qalmışıq qәpik-quruş tәqaüdün

ümidinә». 

Hәsәn Cümәliyev deyir müharibә әlili

kimi ev növbәsinә durub. Ancaq rahat

ev-eşik sahibi olacağı günü ağlına da

gәtirmir.



NAZİRLİK CAVAB VERİR

Sumqayıt Şәhәr Sosial Müdafiәsi

Mәrkәzindәn «Qaynar xәtt»ә bildirdilәr

ki, Hәsәn Cümәliyev adlı şәxs mәrkәzә

ünvanlı sosial yardım üçün rәsmi

müraciәt etmәyib. Müvafiq sәnәdlәrini

toplayıb Mәrkәzin rәhbәrliyinә yaxın-

laşsa, problemi müsbәt hәll oluna bilәr.

O ki qaldı әlilin evlә tәminat mәsәlәs-

inә, Әmәk vә Әhalinin Sosial Müdafiәsi

Mәrkәzindәn bildiriblәr ki, әlillәrә mәnzil

növbәli qaydada verilir. Qarabağ

müharibәsi әlillәri ön növbәlәrdәdir vә

yәqin ki, bu әlil dә növbәsi çatdıqda

mәnzillә tәmin olunacaq.

Hәsәn Cümәliyev isә ümidinin böyük

hissәsini fәrdi adamların yardımlarına

bağlayıb.



Esmira Cavadova

Arxiv foto

Dünyada әn

rәqabәtqabiliyyәtli ölkә

İsveçrәdir. İsveçrә 4-

cü ildir ki, birinci yeri

tutur. Sinqapur iqti-

sadiyyatı 2-ci yerdәdir.

3-cü yerdә Fin-

landiyadır. Qlobal

rәqabәt qabiliyyәtindә

bәs Azәrbaycan

neçәncidir? Azәrbay-

can 144 ölkә arasında

46-cı yerdәdir. Azәr-

baycan keçәnilki siyahı

ilә müqayisәdә bu il 9 pillә yuxarı

qalxıb.

Azәrbaycan siyahıda Qazaxıstanı (51-ci



yer), Rusiyanı (67), Ukraynanı (73) qa -

baq layır. Azәrbaycan siyahıda İtaliya,

Türkiyә, Braziliya, Malta kimi ölkәlәrlә

qonşudur. Dünya İqtisadi Forumu

ölkәlәrin müqayisәli   rәqabәt qabiliyyә-

tini göstәrәn illik  hesabat hazırlayır.

Bu hesabat bu sahәdә әn tam

qiymәtlәndirmә hesab olunur. 

Hesabatda ilk 10-luqda Avropa

ölkәlәrinin iqtisadiyyatları aparıcı yer

tutur.  

Hollandiya 5-ci, Almaniya 6-cı, Bri-

taniya 8-ci yerlәrdәdir. ABŞ 7-ci yerdәdir.

Yaponiya 10-cu yerdә. Honq-Konq 9-

cudur. Builki hesabatda Azәrbaycanın re-

gion qonşuları hansı yerlәrdәdir?

Gürcüstan 77-ci, Ermәnistan 82-ci

yerdәdir. İran 66-cı yeri tutur. 

Rәqabәt qabiliyyәti nәyin әsasında

müәyyәn olunur? Hesabatda deyilir ki,

ölkәnin rәqabәt qabiliyyәti 12 әsas

sahәnin vәziyyәtinә әsaslanır. Bunlara tә-

sisatlar, infrastruktur, makroiqtisadi

mühit, sağlamlıq vә ibtidai tәhsil, ali tәhsil

vә tәlim, texnoloji hazırlıq, maliyyә bazarı

vә s. daxildir.



Azәrbaycan rәqabәt qabiliyyәtindә

144 ölkә arasında 46-cıdır

Dünyada әhalisinin әn çox hissәsi muzdla

işlәyәn ölkә İsveçdir- 52%. Sinqapurda

әhalinin 47, ABŞ-da 41 %-i işlәyir. Bu,

Xorvatiyada 48%, Rusiyada 46%-dir.

Dünyada әn aşağı yerlәrdә Afrika

ölkәlәridir. Mәrkәzi Afrika Respub-

likasında әhalinin cәmi 4 %-i muzdla tam

işçi kimi işlәyir. Qvineyada bu 6, Konqoda

7, Nigerdә 7 %-dir. Bәs Azәrbaycanda

muzdla tam işçi kimi yaşlı әhalinin neçә

faizi işlәyir? Bu göstәrici Azәrbaycanda

20 %-dir. Bu, yaxşıdır ya pis?

Azәrbaycanın region qonşularını

götürәndә, müqayisә üçün, Ermәnistanda

әhalinin cәmi 14, Gürcüstanda 13 %-i tam

işçi kimi işlәyir. Azәrbaycanda bu sahәdә

vәziyyәt, yeni sorğunun nәticәlәrinә görә,

Türkiyә, Makedoniya vә ya  Filippindәki

kimidir. Sorğunu isә Gallup Tәşkilatı 148

ölkәdә 187 min adamla müsahibә

әsasında aparıb.



İQTİSADİ DURUMUN YENİ

GÜZGÜSÜ 

Gallup öz sorğusunun nәticәsi olaraq

yazır ki, muzdlu mәşğulların bütün

әhalidә payı ölkәdә iqtisadi durumu daha

dәqiq göstәrir. Niyә daha dәqiq? Çünki

mәlum olur ki, ölkәnin adambaşına düşәn

ümumi daxili mәhsulu ilә Gallupın belә

müәyyәn etdiyi mәşğulluq dәrәcәsi

arasında dәqiq әlaqә var.

KİM NӘ QӘDӘR İŞLӘYİR, ELӘ DӘ

YAŞAYIR? 

Azәrbaycanda әhalinin muzdla  niyә

cәmi 20 %-i işlәyir?

İqtisadçı Azәr Mehtiyev: “Azәrbaycan

qonşularından fәrqli olaraq gәlәn neft

pulları sayәsindә dövlәt layihәlәri hesabına

iş yerlәri yaradıb, xüsusilә infrastruktur

layihәlәrindә, tikintidә. Bununla belә,

Azәrbaycanın Statistika Komitәsinin

mәlumatına görә, Azәrbaycanda әmәk qa-

biliyyәtli adamların sayı 4,3 milyon

nәfәrdir. Onlardan 1,4 milyon nәfәri

muzdlu işçidir. Әmәk müqavilәsi ilә işlәyib,

muzdlu işçi sayılanlar әmәkqabiliyyәtli

әhalinin 25-30 faizidir”.

Elxan Nәsibli

İsveçdә 2 adamdan 1-i muzdla

işlәyir, Azәrbaycanda 5-dәn 1-i

Azərbaycanda iş görməyə ən çox mane olan amillər %

Korrupsiya

İşçi qüvvəsində ixtisaslaşmanın zəif aparılması

Maliyyə çıxış imkanlarının yetərsizliyi

İnfrastrukturun zəif inkişafı

Vergi dərəcələri

Vergi tənzimlənməsi

Dövlət aparatının səmərəsizliyi

Əmək qanunvericiliyində məhdudiyyətlər

Valyuta əməliyyatlarının tənzimlənməsi

İş etikasının zəifliyi

İnnovasiya potensialının azlığı

İnflyasiya

Keyfiyyətsiz səhiyyə

Cinayətkarlıq

İqtisadi siyasətin qeyri-sabitliyi

Hökumətin qeyri-sabitliyi/çevrilişlər

23.4

14.2


10.2

9.8


8.9

8.3


7.4

6.8


3.3

2.7


2.3

1.4


0.7

0.5


0.3

0.0



Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə