2
Redaktorlar:
t.e.n. Əliağa CƏFƏRLĠ;
Maarif TEYMUROV
A.Məmmədov
«BAġ TUTMAMIġ ÇEVRĠLĠġ»
Bakı, 2007., səh280.
Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və
sonradan AKP MK-nın birinci katibi iĢlədiyi zaman Respublikadakı ictimai-siyasi
vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən bəhs edir.
Kitab arxiv materialları əsasında yazılmıĢdır.
Kitabda tariximizin bir sıra qaranlıq məqanlarına aydınlıq gətirilir.
Kitab geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur.
ISBN 9952-29-025-X Qrifli Ģrift
«El-ALliance» nəĢriyyatı
© 2007 A.Məmmədov
3
MÜNDƏRĠCAT
ÖN SÖZ
MÜƏLLĠFDƏN
GĠRĠġ
I HĠSSƏ
M.C.BAĞIROVLA L.P.BERĠYANIN
SĠYASĠ FƏALĠYYƏTĠNĠN ĠLK ĠLLƏRĠ
II HĠSSƏ
BAĞIROV-BERĠYA MÜTTƏFĠQLĠYĠ
M.C.BAĞIROVUN 1941-45-ci illərdə ZAQAFQAZĠYA CƏBHƏSĠ
ÜZRƏ MÜDAFĠƏ ġURASININ ÜZVÜ KĠMĠ FƏALĠYYƏTĠ
M.C.BAĞIROVUN AZƏRBAYCANIN ĠQTĠSADĠ ĠNKĠġAFINDA ROLU
III HĠSSƏ
MĠRCƏFƏR BAĞIROV VƏ CƏNUBĠ
AZƏRBAYCAN
IV HĠSSƏ
M.C.BAĞIROVUN ERMƏNĠ - SĠYASĠ ELĠTASI ĠLƏ MÜBARĠZƏSĠ
V HĠSSƏ
BAġ TUTMAMIġ ÇEVRĠLĠġ
VI HĠSSƏ
M.C.BAĞIROVUN SĠYASĠ HAKĠMĠYYƏTĠNĠN SONU
VII HĠSSƏ
M.C.BAĞIROVUN MƏHKƏMƏSĠ
4
ÖN SÖZ
Bu günlərdə Adıgözəl Məmmədovun yeni faktlarla çox zəngin və çox
əhəmiyyətli kitabını oxudum. Mənə məlum oldu ki, Mircəfər Bağırov - XX əsr
Azərbaycan xalqının və Azərbaycan Respublikasının taleyində çox böyük rol
oynayan bu nəhəng siyasi xadim haqqında heç də hər Ģeyi bilmirmiĢəm.
Sən demə Mircəfər Bağırov çox siyasi tufanlardan keçib dönə-dönə həyatı
tükdən asılı olmuĢdur. Bu tük isə diktatorlar diktatoru Ġosif Stalin idi. Mircəfər
Bağırov hər dəfə ölkəsi və xalqı üçün hazırlanan fəlakətin qabağını alanda özünü,
vəzifəsini, ailəsini təhlükə qarĢısında qoyurdu. Onun düĢmənləri çox idi. Və bunlar
da əsasən Sovet Ġttifaqının siyasi və hərbi elitasına daxil olanlar idi. Mikoyan
qardaĢları, marĢallar Baqramyan və Babacanyan, saysız miqdarda sovet elminin
aparıcı dəstəsinə daxil olan erməni akademikləri idi. Bizim kimimiz vardı?
Olanların da xidməti qətiyyən nəzərə alınmırdı. Hətta Sovet Ġmperiyasının mülki
və hərbi sənayesini saxlayan Bakı neftinə görə də Azərbaycana zərrə qədər hörmət
edilmirdi. Bəs ölkəmizi və xalqımızı nə xilas edirdi? Nə yox, kim xilas edirdi?
Sensasiyalı bir fakt olsa da sən demə kim, kim Lavrenti Pavloviç Beriya. Bəli,
həmin Beriya ki,
illər boyu kim olursa olsun, kimin üzünə baxırdısa, rəngi ağarırdı.
Bəli, Mircəfər Bağırov hər dəfə çətin vəziyyətə düĢəndə dostu (belə dostluq
tarixdə çox nadir olub) Beriya onun köməyinə gəlirdi. Stalinə minnət edib vaxtilə
onu dəhĢətli Bayıl həbsxanasından qurtaran dostunu uçurumdan xilas edirdi.
Çox az adam bilir ki, (Adıgözəl Məmmədov sağ olsun!) 1946-cı ildə Dağlıq
Qarabağı və Naxçıvanı Ermənistana vermək istərkən Bağırovun sarsılmaz əks
tələbləri ilə qarĢılaĢan Stalin geri çəkilməyə məcbur oldu. Və diktator elə
hirslənibmiĢ ki, hətta Bağırovu bir neçə ay vəzifədən kənar edibmiĢ.
Bəli, 37-38-ci illərdə Azərbaycan ziyalıları da xeyli itki vermiĢ oldu. Və
adətən bunu Mircəfər Bağırovun ayağına yazırlar. Lakin məgər bu itkilərdən
qaçmaq mümkündümü? Sən demə hələ həmin illərdə ən az itki verən Azərbaycan
olmuĢdur. Hər respublika üçün qurbanların siyahısı gəlirdi. Burada Bağırov
neyləyə bilərdi?
Mən hətta Bağırov-Heydər Hüseynov konfliktinə də bu gün baĢqa
aspektdən baxıram. Hərçənd ki, A.Məmmədov bu hadisədən bəhs etmir. O dövrdə
Azərbaycanda hansı bir aliminsə Qafqaz dağlılarının rus iĢğalına qarĢı
mübarizəsinə müsbət qiymət verməsi nəinki Mircəfər Bağırov üçün, hətta
ümumiyyətlə respublikamız üçün təhlükəli risk idi. Və Bağırov da uzaqgörən bir
siyasətçi kimi bunu qabaqladı.
Doğrudur, heç kim Mircəfər Bağırovu mələk hesab etmir. Hətta o özü də
məhkəməsində öz səhvlərini etiraf etmiĢdi. Lakin onun təkcə Azərbaycan xalqını
kütləvi Ģəkildə Qazaxıstan çöllərinə sürgün edilməkdən xilas etməsi belə
günahların hamısını yuyur.