Dr. Səbinə Mirzəyeva ilə
ADDIM-ADDIM
hamiləlik
2018
2
Layihə rəhbəri və müəllif: Səbinə MİRZƏYEVA
Redaktor:
Sevinc
RƏHİMOVA
Art dizayn:
Oqtay ORUC
Fotoqraf:
Ramin
ASLANOV
©
Səbinə Mirzəyeva
3
Əziz qadın! Dünən balaca qız idin.
Bu gün qadınsan.
Və sabah ana olacaqsan...
Q
arşında səni tanıyan, səni anlayan biri var. Sətirlərini oxudu-
ğun insan da qadındır. Anadır. Həm də qadınları istər fizioloji,
istərsə də mənəvi cəhətdən gözəl anlayan biridir. Mən həkiməm.
Qadın həkimi. Ağlım kəsəndən yaxşı həkim olmaq üçün çalışan,
öyrənən və qadınları tədqiq edən biri. Sənin haqqında çox şey
danışa bilərəm. Əsrlərdir səni anlamaq, duymaq, dərk etmək yo-
lunda ən böyük alimlər, mütəfəkkirlər çalışır, iddialı cümlələr qu-
4
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
rur, maraqlı və təzadlı fikirlər söyləyir. Amma hələ də “qadın nə
istəyir?” sualının cavabını tapa bilmir. Çünki qadını anlamaq, başa
düşmək, tanımaq çətindir. Sən ən ağıllı insanları belə təəccüb-
ləndirə bilirsən bəzən – həlledici məqamlarda məntiqini kənara
qoyub hisslərinlə qərar verdiyin zamanlarda. Sən “olmaz, müm-
kün deyil” deyilən situasiyalarda belə hamar yolu tapa bilirsən.
Sən qəribə və təzadlısan. Bəlkə də bəşər övladının ən böyük və
mərhəmətli ürəyə sahib, mehriban olduğun qədər kobud, müla-
yim olduğun qədər qəddar, zəif göründüyün qədər güclüsən. Bir
sözlə, sən QADINSAN! Və sabah ANA olacaqsan...
Mən deyərdim ki, qadının həyatı iki mərhələdən ibarətdir:
ana olana qədər və ana olandan sonra. Birinci mərhələdə sadəcə
özü var; öz istəyi, arzuları, xəyalları və mərkəzdə dayanan qadın-
lığı. İkinci mərhələdə isə vəziyyət dəyişir. Çünki qadın məhz ana
olduğu an böyüyür, müdrikləşir. Bütün dünyaya, hər şeyə müna-
sibəti dəyişir. Özündən başqa birini də - övladını da düşünmək
məcburiyyətində hiss edir. Və bu məcburiyyət o qədər təbii şə-
kildə ruhunu, düşüncələrini ehtiva edir ki, fərqində olmadan hər
bir addımını, qərarlarını, hətta deyərdim bütün həyatını ona görə
hesablayır. Özündən, öz canından və qanından yaranan yeni bir
insana sanki təslim olur. Qadın ANA olur!
Bətnində hələ bütünləşməmiş, hələ insan cildinə girmə-
miş, hələ ruhu və bədəni olmayan sadəcə bir parça var. Sən onun
varlığını hələ ki hiss etmirsən. Ancaq bütün düşüncələrini ələ alıb.
İndi ondan başqa heç nə düşünmürsən. Olduqca çətin və məsu-
liyyətli bir mərhələyə qədəm qoyursan. Yüzlərlə sual yaranır. O
kimdir və ya nədir, necədir, bilmirsən. Onu öyrənmək, hər mər-
hələsini izləmək, özündə – vücudunda, bədənində baş verən də-
5
ADDIM-ADDIM HAMİLƏLİK
yişiklikləri anlamaq istəyirsən. Nə baş verir? Necə olacaq? Mən
nə etməliyəm? Bundan sonra necə yaşamalıyam? Bu mərhələ-
də nəyi necə etmək düzgün və ya yalnışdır? Nə olar? Nə olmaz?
Nə yeməli? Nə içməli?... saymaqla bitməyən yüzlərlə sual və sən
qarşı-qarşıyasız. 9 aylıq bir yol səni gözləyir. İndi əlində tutduğun
bu kitabça isə sənin yol yoldaşın olmaq arzusundadır. Suallarına
cavab vermək, səni addım-addım müşayiət etməyə çalışacaq.
Doğru yoldasan. Mən – sənin qiyabi dostun, həkimin Sə-
binə Mirzəyeva və bu kitabça... Hamiləlik mürəkkəb dönəm olsa
da, biz səninlə çalışacağıq ki, hər şeyə sadə formada aydınlıq gə-
tirək və sənə 9 ay boyunca kömək edək.
Gələcəyin anası!
Yeni yolun aydın, hamar və mübarək olsun!
6
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
HAMИLЯLИYЯ HAZIRLIQ
D
üşün ki, çıxmısan küçəyə bilmirsən hara gedəsən. Məqsədin, hara
getmək istədiyin bəlli deyilsə, nə edəcəksən? Plansız-proqramsız
mümkünmü yaşamaq? Mümkündür, əlbəttə. Amma səncə, həyat üçün
bu doğru seçimdirmi? Biraz da dəqiqləşdirim – dünyaya övlad, yeni in-
san gətirmək kimi vacib bir məqamda düşüncəsiz davranmaq, beyini,
ruhu və vücudu qabaqcadan hazırlamadanmı bu yola başlasaq daha
doğru olar, yoxsa bütün varlığınla buna hazır olmaqmı?! Yəqin ki, sən də
mənimlə razılaşarsan. Dünyaya sağlam və normal uşaq gətirmək üçün
əvvəlcədən hazırlaşmaq, tələb olunan normalara riayət etmək vacib-
dir. Bu elə bir məqamdır ki, burada hər şeyi taleyin ixtiyarına buraxmaq
doğru deyil. Nələrinsə səndən asılı olduğunu anlayırsan, əziz dost...
7
ADDIM-ADDIM HAMİLƏLİK
NЯ ETMЯLИ?
H
amiləliyin planlaşdırılması mayalanmadan əvvəl olmalıdır. Hər iki
valideyn uşağın sağlamlığına müsbət təsir göstərəcək addımlar
atmalı, orqanizminin qayğısına qalmalıdır. Bu yalnız öz övladının deyil,
gələcək nəslinin də qayğısına qalmaqdır. Sağlam nəslin davam etməsi
üçün zəmindir, hansısa mənada sığortadır.
Ümumi cümlələri konkret məsləhətlərlə bir qədər dəqiqləşdirək:
• Əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Sağlamlığın
hansı vəziyyətdədir? Hər hansısa xəstəlik varmı?
• Müxtəlif xroniki infeksiya ocaqları qaydasına salınmalıdır; kari-
yesli dişlər müalicə edilməli, bəzi profilaktik tədbirlər görülməli, po-
lip, kista, şiş və s. varsa, onlar aradan qaldırılmalıdır.
• Soyuqdəymə, qrip, küləkli havadan qorunmaq, əlavə vitaminlər
qəbul etmək, kütləvi yerlərdən uzaq durmaq, xəstə insanlarla sıx
ünsiyyətdən qaçmaq məsləhətdir.
• Qan qrupunun və Rh faktorunun, hemoqlabin səviyyəsinin, sidi-
yin zülal və şəkər tərkibinin analizi, vərəm testi və s. zəruridir.
• Qadının nəsil şəcərəsində hər hansı genetik xəstəliklər olub-
sa (daun, metobolik qüsurlar, irsi anemiya və s.), cütlükdən birində
Dostları ilə paylaş: |