Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə1/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
  1   2   3   4   5   6   7   8   9   ...   44
BİOSFER muhazirə


BİOSFER VƏ ONUN QURULUŞU
1. Biosfer haqqında anlayışın mahiyyəti
Biosfer Yer kürəsinin həyati varlığı olan və həyati proseslər gedən hissəsidir. Biosfer - Yer təbəqəsinin bir hissəsi olub, tərkibi, quruluşu və energetikası canlı orqanizmlərin keçmiş və müasir fəaliyyəti ilə şərtlənir. Biosfer Yerin, atmosferin və litosferin canlı təbəqəsidir. Onun hüdudlarında hər birimizin və bütövlükdə bəşəriyyətin həyatı cərəyan edir.
Biosfer canlı (biotik) və cansız (abiotik) komponentlərdən ibarətdir. Ona görə də onun sərhədləri canlı varlıqların, ekosistemin biotik komponentlərinin yayılma hüdudları ilə məhdudlanır. Aktiv biokütlənin həyat fəaliyyətinin davam etdiyi Yer qabığı müasir biosfer və ya ekosfer adlanır. Biosfer dedikdə canlı aləmin yaşaması üçün mümkün fərdi olan su, torpaq və hava mühiti nəzərdə tutulur. Biosfera (yunan sözü olub, bio - həyat və sphaire - dairə, mühit deməkdir) Yer kürəsinin, səthini, həmçinin atmosferin aşağı təbəqəsini, bütün hidrosferi və litosferin yuxan təbəqəsini təşkil edərək, canlı orqanizmlərin yaşaması üçün lazım olan strukturu, tərkibi və eneıjini özündə cəmləşdirmişdir.
Biosfer termini ilk dəfə 1875 –ci ildə Avstriya geoloqu paleontoloqu Eduard Zyuss tərəfindən elmə daxil edilmişdir.


Onun fikrincə, «biosfera» «yerin siması» mənasını verir.
Biosfer - Yer kürəsinin həyati varlığı olan və həyati proseslər gedən hissəsidir.
Yer kürəsinin planet xassəli olduğuna işara edərək o, yazırdı: «Bu böyük sferlərdən ibarət göy cismində hər şey yad görünür, o da üzvi həyatdır. Materiklər üzərində sərbəst biosferi ayırmaq mümkündür. Beləliklə, E.Zyuss biosferi sitropoloji mənada - həyatla dolu olan məkan kimi görürdü . Yer qabiğının əmələ gəlməsində canlı orqanizmlərin rolunu göstərən ilk bioloq Lamark olmuşdur. Biosfer haqqında biliklər botanika,torpaqşünaslıq,bitkilərin coğrafiyası, biologiya və geologiya elminin inkişafı nəticəsində toplanmışdır. Biosfer təbii sistemdir, onun əsas xüsusiyyəti canlı orqanizmlər üçün enerji və maddələr mübadiləsini təmin etməkdir.
“Biosfer” haqqında təlimi böyük rus alimi akademik Vernadski yaratmışdır. (1926)Biosfer bütün canlı orqanizmlərin məskunlaşdığı mühitdir.

V.İ.Vemadskinin fikrinə görə, biosferanın sərhədləri bilavasitə «canlı orqanizmlərin yaşaya bildiyi sahə» ilə ölçülür.


Biosferin tərkibinə aşağıdakılar daxildir:
Atmosferin aşağı hissəsi; bütün hidrosfer; litosferin yuxarı hissəsi.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə